hacklink Adalet.az | AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 2 Adalet.az | AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 2 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 2

20940    |   2011-12-17 07:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ey gönlümün əyləncəsi ayıt bana neyləyin
   
   Aşkından oldum avar? dərdim simə söyləyəyin.
   
   Mülki fənadan geçəyin, ol dost ilinə uçayın
   
   Dalayın aşk ummanına dənizlərin boylayayın".
   
   
   
   Yunis İmrə
   
   
   
   Azərbaycan səyahətimizlə bağlı silsilə məqaləmi ötən həftə Gəncəyə kimi davam etdirmişdim.
   
   Adı Qədim tarixlərdə "Qanzak" kimi qeyd olunan, əzəli və əbədi Türk yurdu olan gözəllər gözəli Gəncəni geridə buraxıb Ağdaşa sarı üz tuturuq. İçindən keçdiyimiz hər qəsəbə və kənd gözəlliklərə qərq olub. Azərbaycan xalqı həddən artıq qonaqpərvər, təvazökar, ayıq və işgüzardır. Azərbaycan, müstəqillikdən sonra qabığını parçalayıb bir kənara tullayıb və hər gün simasını müsbət mənada əvəz edir. Hər evin həyəti həddən artıq baxımlı, xurma və nar ağacları gətirdiyi barlar səbəbiylə başını aşağı əyib. Babalarımız hədər yerə deməyib, "barlı ağac başını aşağı əyər" deyə. Ağdaşdan Qəbələyə sarı gedirik. Bura, Sovetlər Birliyi vaxtında dünyanın yarısına nəzarət edilən, uçan quşlardan belə xəbər tutulan bir stansiya idi. Sovetlər dağılandan sonra bura Azərbaycanın özünə qaldı, ancaq ruslar indi də oranı icarəyə götürüb yenə həmin məqsədlə istifadə edirlər. İnşallah bir gün Azərbaycan onu özü istifadə etməyə başlayar.
   
   Səksən min nəfərlik Sovet Rus ordusu, müstəqilliyin ilk illərində mərhum Elçibəyin əmrilə həyata keçirilən proseslə bir güllə belə atmadan Azərbaycandan qovulduğu vaxt Gəncədəki qarnizon binasının daxilindəki avadanlıqlar Rus hərbçiləri tərəfindən vandallıqla dağıdılmışdı. Onların bu əməli o vaxt televiziya xəbərlərində əks etmiş və mənim özüm hadisənin şahidi olmuşdum.
   
   Azərbaycan, ruslar üçün, Azərbaycan türklərinin deyişi ilə desək yağlı bir quyruqdu. Bu cür tükənməz sərvətə malik torpaqlar əllərindən quş kimi uçub getdikdə hiddətdən dəliyə döndülər və əllərindən gələn hər cürə pisliyi elədilər. Qara Yanvar qırğını, Qərbi Azərbaycandakı Türklərin etnik təmizliklə dədə-baba torpaqlarından çıxarılması, Xocalı Soyqırımı, Azərbaycan torpaqlarının işğalı və buradakı hər şeyin dağıdılması, qarət edilməsi tamamilə ruslar tərəfindən təşkil edildi və ermənilərlə birlikdə həyata keçirildi.
   
   Qəbələ şəhərini Sovetlər Birliyi vaxtında da, sonrakı illərdə də dəfələrlə gəzib-görmüşdüm. TRT adına Qafqaz Ulduzu adlı sənədli filmdə həm rəhbər, həm də mütəxəssis kimi iştirak etmişdim. Yeni Qəbələni də, tarix kitablarında Kabalaka şəklində qeyd olunan qədim Alban Türk dövlətinin paytaxdı olan köhnə Qəbələni gəzib görmüşdüm. Hər iki qəbələni də həmin sənədli filmdə əks etdirmişdik. O vaxtlar gördüyüm Qəbələ gedib, yerində zinətə bürünən və dünyanın ən gözəl gəlinliyini geyinən təptəzə bir Qəbələ peyda olubdur. Qəbələyə bu ehtişamı qazandıran hörmətli Kamaləddin Heydarov Bəyə və köməkçilərinə səmimi, qardaşlıq təşəkkürlərimi bildirirəm. Şəhərə hardan baxsan insan heyran qalır. Arxasını Qafqaz silsiləsinə söykəyən Qəbələ ulu babamız Füzulinin qələmindən süzülən bir şeir kimi cazibədar olub. əziz dostum əli Şamil, şəhərin hər tərəfini görməyimiz üçün çırpınıb durur. Buradan gedək filan binanı görək; bu parkın gözəlliyinə bir bax; bu tikili, dağlar və ağaclarla nə gözəl bir sinfoniya yaradıb; bu küçə; bu çeşmə; bu heykəl deyə-deyə bizə Qəbələnin əvəzsiz gözəliklərini tanıdır. Ürəyimiz istəməsə də məcburən bu füsunkar mahaldan ayrılmaq məcburiyyətində qalırıq, çünki Bakıda bizi gözləyənlər var. Ordan çıxıb İsmayıllı şəhərinə üz tuturuq.
   
   İsmayıllı özgə bir ehtişama malikdir. 1988 ilində gəldiyimizdə mərhum dostum Fərəməz Maqsudov bizi bura gətirdikdə, tanrı yerini behişt eləsin, şair dostum Rəfiq Zəka Xəndan da vardı. O, dostu İrfan Ünvər Nəsrəddinoğlu ilə birlikdə gəlib bizimlə tapışmışdı. Gəncə, Göygöl, Maral göl, Çaykənd, İsmayıllı, Lahıc və yol üstündə gəzilib görüləsi nə varsa oraları görmüşdük. İstəkli şair dostum Musa Yapub və mərhum şairimiz Hüseyn Arif ilə də burada tanış olmuşdum.
   
   İsmayıllıda yol sanki baş-başa verən ağacların yaratdığı dəhlizlərin hakimiyyətindədir. Ağaclar, yoldan ötənləri göydən gələ biləcək hər cürə təhlükədən qorumaq üçün sanki əl-ələ veriblər. İnsan maşınla yolda getdiyi vaxt özünü qəribə bir cənnətdə, özgə bir aləmdə hiss edir.
   
   Avropanı bir başdan bir başa dolandım və səmimi olaraq deyirəm Azərbaycanda rastladığım o gözəllikləri heç yanda görmədim. Bəli, Avropa texnoloji üstünlüyə malikdir, iqtisadiyyatı inkişaf edib, ancaq eləsinə soyuq və qurudur ki, insanın canına yapışmır. Adam orda dolananda ürəyində qəribə bir narahatçılıq hiss edir, sanki hərhansı inkişaf etmiş, qayda-qanunu əvəzsiz olan bir ölkədə yox, ürəyə yapışmayan ayrı bir aləmdəsən. Hər şey var, ancaq ruh yoxdur. Anadolunu və Azərbaycanı oralardan ayıran ən böyük xüsusiyyət bu iki coğrafiyanın həddən artıq özəl bir ruha malik olmasıdır.
   
   Ağaclar baş-başa verib bizi yola salır İsmayıllıdan. Basqala çatırıq və əziz dostum Mamet Qəhrəmanovun bir vaxtlar işlətdiyi yeməkxanada özümüzə istirahət veririk. Çayın üstündə tikilən yeməkxanada iki saata yaxın əyləşib, altımızdan şaqqıltıyla axan çayın ruhu sakitləşdirən səsini dinləyib yeməyimizi yeyir, çayımızı içirik və sonra da ya Allah deyib Şamaxıya yönəlirik.
   
   Şamaxıg Ölməz şairimiz Seyid əzim Şirvaninin, Türk dünyasının əvəzsiz satirik şairi Mirzə ələkbər Sabirin, qoynundan çıxıb adları Türk tarixinin qızıl səhifələrində yazıldığı məkandır. Bura bir vaxtlar ruslarla əl-ələ verən ermənilərin törətdiyi qırğınların da şahidi olub. Onların o vaxtlar od vurduğu, dağıtdığı binaların izləri hələ də qalıb və qalacaq, inşallah demokratiyanı, insan hüquqlarını, sadəcə olaraq özlərinin mənafeinə olanda qiymətləndirən qərblilər və ruslar, imana gəlib insan olduqlarını yada salarlar və Azərbaycanın öz hüququnu əldə etməsi yolunda törətdikləri maneəçilikdən əl çəkərlər.
   
   1995-ci ildə Azərbaycan Yazıçılar Birliyinin təşkil etdiyi Sabir günündə əziz dostum və görkəmli yazıçımız Anar Bəy məni də dəvət etmiş və 30 may günündə Sabirin qəbri başında yığışmış, möhtəşəm bir mərasimlə onu yad etmişdik. Anar Bəy, mərhum şair dostum Qabil və mərhum alimimiz, folklorçumuz əzizə Cəfərzadə gözəl çıxışlar etmiş, mərasimin axırında da hörmətli dostum, görkəmli muğam ustası Ağaxan Abdullayevin insanı özgə aləmlərə aparan konsertinə qulaq asmışdıq.
   
   Şamaxının içindən keçərkən o anlar və 1988 ilində Cəngi Meşəsində birlikdə bir gün keçirdiyimiz mərhum alimimiz Mürsəl Həkimov, Vilayət əliyev və Firidun Ağasıoğlunun o günkü söhbətləri bir sinəma pərdəsi kimi gəlib gözümün qabağında dayanmışdı. Ey əbədiyyətə köçən dostlarım, məkanınız cənnət olsun, əziz Anar Bəy, Vilayət Bəy, Firidun Bəy, ömrünüz uzun və daha da bəhrəli olsun.
   
   Xaqani, Seyid əzim Şirvani və Sabir yurdunu geridə buraxıb dünyada tayı bərabəri olmayan gözəllər gözəli Bakıya sarı qanad açıb uçuruq sanki. Axşam radələrində şəhərə çatır və çılçıraqlı küçələrdən əli Şamil Bəyin evinin qabağında qərar tapırıq. əli Bəyin həyat yoldaşı hörmətli əzizə xanım balqabaqlı yemək bişirib. Düzünü deyim onun bu yeməyinin dadını heç yanda görmədim, daha düzü Anadoluda bu növ yemək mədəniyyəti yoxdur, varsa da mən görmədim. Yeməkdən sonra çay fəsli başlayır və əzizə Xanım Fatmanı sual yağışına qərq edir. Uşaqlar, qonşular, Fatmanın qardaşı, həyat yoldaşı, tanıdığı hamını sorur. Yolun yorğunluğunu söhbətlə üstümüzdən atır və sabah üçün planlar qururuq.
   
   Səhər durub çörəyimiz yedikdən sonra düz Folklor İstitutuna gedirik. Fatmanı əzizə xanım özüylə aparır. İnstitutun direktoru əziz dostum Hüseyn İsmayılov, rəhbərliyi əsnasında əməkdaşları ilə birlikdə Türk mədəniyyəti üçün ölməz əsərlər buraxdı. Bölgələrdən folklor nümunələrini toplatdı, onları silsilə antologiyalar şəklində yayımlatdı. əgər xəstəliyi ona aman versəydi, Folklor İnstitutu, Türk dünyasının folklor institutu halına gələcəkdi.
   
   İnstituta yeni rəhbər təyin olunan Muxtar İmanov Bəy də 1990-cı illərdən bəri tanıdığım əziz bir dostdur, qardaşdır. Azərbaycanın müstəqillik hərəkatı yeridilərkən o səflərdə çiyin-çiyinə mübarizə yeritmişdik, onun kimilər Azərbaycanda, mən və mənim kimilər isə xaricdə. O da Türk mədəniyyətinin və Türk dünyasının dərdi-sərini özünün dərdi kimi qəbul edən bir əqidə insanıdır. Hüseyn İsmayılov Bəydən təhvil aldığı bayrağı daha da yüksəklərə çıxaracağından əminəm. əli Bəylə onun qəbulunda oluruq, təbrik edirəm, oturub söhbət edirik. Türkiyədəki alimlər və araşdırmaçılarla, universitetlərlə, institutlarla daha yüksək səviyyəli əlaqələr yaratmaq, ortaq layihələr reallaşdırmaq arzusunda olduğunu dilə gətirir. Mən də, bu yolda boynuma hansı vəzifə düşürsə qardaş köməyimi əsirgəməyəcəyim barədə söz verirəm.
   
   Mədəniyyətimiz bizim ortaq və ölməz sərvətimizdir. O yolda ediləcək hər cürə fədakarlıq və çəkiləcək hər əziyət mənə görə dünyanın ən müqəddəs vəzifəsi olmaqla yanaşı, dövlətlərimizin ulu şəxsiyyətlərinin, ölməz Məmməd əmir Rəsulzadənin, Atatürkün, əbülfəz Elçibəyin, Heydər əliyevin, Nuru Paşanın, Kazım Qarabəkirin, şəhidlərimizin ruhlarını şad edəcəyinə inanıram.
   
   Muxtar Bəydən icazə istəyib əli bəylə Elmlər Akademiyasına gedir, Nizami ədəbiyyat İnstitutu Rəhbəri və iyirmi ildir tanıdığım, Türkiyədə də yaxşı tanınan və bilinən görkəmli alimimiz Bəkir Nəbiyevlə görüşürük. Mənə, təzə çap olunan əsərlərini imzalayıb verir, təşəkkür edirəm. Ordan çıxıb müavini Məhərrəm Qasımlı Bəylə görüşürük. Məhərrəm Bəy, Türkiyədə özünə məxsus bir mühit yaradan gözəl folklorşünas alimimizdir. Onunla da hal-əhval tutub icazə istəyirik və əziz dostum Rəşid Hüsəynov Bəylə görüşürk. Bizim qalmağımız üçün təşkil etdiyi İnqilab küçəsindəki villasına gedirik. Bizi evə buraxdıqdan sonra çıxır və təqribən bir saata yaxın vaxtdan sonra qapının zəngi çalır, açırıq ki, Rəşid Bəy bir ayda da qurtara bilmiyəcəyimiz qədər ərzaq alıb gətirib, halbuki biz uzaq başı iki həftə Bakımızda qalacayıq, üstəlik daha əvvəlcə alıb evə qoyduqları da xaric. Sadəcə olaraq təşəkkürümüzü və minnətdarlığımızı bildirə bilirik, əlimizdən ayrı heç nə gəlmir. Çıxarkən də, axşam saat yeddiyə on beş dəqiqə işləmiş gələcəyəm hazır olun, deyir. əşyalarımızı maşından endirib yerləşdiririk və oturub biraz dincəlirik, Rəşid Bəy dediyi saatda gəlir, maşını ilə bizi Həzi Aslanovdakı evinə aparır. Mehriban həyat yoldaşı Elmirə Xanım və sevimli qızı Səbinə Xanım toyun qızğın işlərini buraxıb bizim üçün nələr hazırlamayıblar kig Süfrədə sadəcə olaraq quş südü çatışmır. 1990-cı illərdən tanıdığım əziz qardaşım Müzəffər Talıblı və Rəşid Bəyin qardaşları ənvər Bəylə, İmran Bəy də bizimlədir. İstəkli qardaşlar olaraq bir yerdə söhbət edirik. Telefonun zəngi çalır və əziz dostum, qardaşım Yaşar Paşa oğlu əhmədi hərbi məktəbdən götürüb evə apararkən bizimlə görüşməsi üçün yol üstü gətirdiyini deyir. Rəşid təkidlə onu da əhmədi də evə dəvət edir, gəlirlər, görüşüb hal-əhval tuturuq və bir qismət çörək kəsəndən sonra Yaşar Bəy icazə istəyib oğlu ilə evlərinə gedirlər. Yeməyimizi yeyib gecə gec vaxta kimi söhbət edirik.
   
   Rəşid Bəy ailənin, daha düzü ocağın lideri, ağsaqqalıdır. Fələk o ocağa ardıcıl zərbələr vursa da Rəşid Bəy bir olan Tanrıya sığınıb hər problemi həll etdi və bugün çox şükür o ocaqda xoşbəxtlik küləkləri əsir. Böyük qardaşını infarkt nəticəsi itirmiş, kiçik qardaşı Cümşüd də beyninə qan axması səbəbiylə xəstələnmiş və aylarla əzraillə cəbəlləşmiş, Rəşid Bəy onu İstanbulda yerləşən Türk-Amerikan xəstəxanasına ambulans təyyarə ilə gətirmiş və Türkiyəli həkimlərin səyi, Tanrının da köməyi ilə Cümşüd ayağa durmuşdu. Mən o şad xəbəri alar almaz avtobusa minib sevinclə İstanbula getmiş, Rəşid Bəy, ortaq dostumuz Rafiq əliyev Bəy, Rəşid Süleymanov Bəy və digər dostlarla birgə o sevincə şərik olmuşdum. Allaha şükür Cümşüd Bəy indi ailəsinin, ocağının başındadır. Tanrı bir daha Rəşid qardaşıma o cür izdirabları daddırmasın, çünkü o, Azərbaycanın yetirdiyi əvəzsiz bir könül adamıdır, əziz qardaşdır.
   
   Söhbətimizi yeddi gecənin yarısında dayandırırıq və Rəşid Bəyin istəkli oğlu Rəşad maşını ilə bizi qaldığımız evə aparır.
   
   Bakı, gecələr ayrı bir füsünkar, cazibədar simaya bürünür. Qətran rəngindəki gecələrini göydəki ulduzlar kimi çılçıraqlar nurlandırır. Avropa, İran, Gürcüstan və Ermənistan kimi ölkələri dolandım, şəhərləri ilə tanış oldum. Bakıda hiss etdiyim atmosferi yalnızca İstanbul, Bursa, peyğəmbərlər şəhəri Urfa və Təbrizdə hiss etdim. Bakı gecələrinə göydən qəndillər yağır sanki və hər qəndil ilahi bir nəfəs yayır səmaya. Şəhər, gecənin oğlan çağında belə yatmayıb. İnsan, əsrlərin dərinliyindən boylanan tarixi binalardan süzülüb gələn nəfəsləri duyar kimi olur.
   
   1988-ci ildə gəldiyimiz vaxt elə gözəliklərin şahidi olmuşduq ki, onları ifadə etməkdən aciz qalıram. Bəli, biz Tanrının istəkli qulları olduğumuza görə taleimiz bizim qarşımıza o gözəl, məhriban insanları, tarixi şəxsiyyətləri çıxardı, onlarla tanışmaq şərəfinə, xoşbəxtliyinə nail olduq. Prof. Abbas Zamanov əmimiz, mehriban həyat yoldaşı Asiya xalamız, ocağımızda hamımızın "əmi" deyə müraciət etdiyi milli şairimiz Məmməd Arazımız, 1960-cı ildə yazdığı Gülüstan poeması ilə Sovetlər Birliyini kökündən büdrədən və böyük dövlət xadimi mərhum prezident Heydər əliyevin səyi ilə güllələnməkdən xilas olan ağsaqqalımız Bəxtiyar Vahabzadə, əziz dostum və milli şairimiz Xəlil Rza Ulutürk, Prof. Fərhad əliyev, Prof. Yaşar Qarayev, Prof. Mürsəl Həkimov, Prof. əzizə Cəfərzadə, yazıçı dostum Fərman Kərimzadə, oğluna "Atatürk" adını verəcək qədər Atatürk vurğunu olan və müstəqillik prosesində bir Rus əsgərinin gülləsiylə şəhid olan qardaşım Oruc Şirinov və digər şəxsiyyətlər. Onların ruhunun yaşadığı göylər insanı özünə valeh eləməz də nə eliyər bəsə!
   
   Bir vaxtlar Karl Marksın heykəlinin olduğu yerdən keçirik, solumuzda qalan yüksək bir binanı Fatmaya göstərirəm, bu binanı tanıdın, deyə sual verirəm. Yox deyir. Məmməd Araz əmi burada yaşayırdı, bizi bu evə qonaq çağırmışdı, deyirəm. Kövrəlir və dərindən köks ötürür. Gülxanım müəllimə ilə İradə xanımla görüşə biləcəyik, onları görməyi çox istəyirəmə deyir. İnşallah, deyirəm. Kaş indi də sağ olaydı və gecənin bu vaxtında qəflətən çıxıb qapısını döyəydik və "Məmməd əmi biz gəldik" deyəydik, deyir. Kaşg Kaşg Kaşg Dünya belədir də, fələyin bu çarxını kim tərsinə döndəribdir ki, biz də döndərək.
   
   
   
   "Sənin bəhrən yiyən kimdirə
   
   Kiminkisən, yiyən kimdirə
   
   Sənə doğru deyən kimdirə
   
   Yalan dünya, yalan dünya!"
   
   Şəhriyar


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK