ANA SƏHİFƏ / YAZARLAR

URRANIN QARŞISINA “Z” YAZMAYIN

Əbülfət MƏDƏTOĞLU

43311    |   2015-06-19 15:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən ya yerinə düşmür, ya da yaxşı səslənmir

Biz sovet dövrünün yetirmələriyik. Ona görə də «urra!» sözü bizim yaddaşımıza, hətta bir az qanımıza da əməlli-başlı hopub. Və biz də o yaddaşı, o ürəyi özümüzlə gəzdirdiyimiz üçün həmin o keçmişdən qopub ayrıla bilmirik. Hansısa bir tədbirdə, bir mərasimdə, hətta evdə, ailədə, içimizdə baş qaldıran hansısa bir sevinci coşqu ilə qeyd etmək istəyəndə mütləq "urra” qışqırırıq. Düzdü, bunu daha çox cavanlar edir, bir də uşaqlar. Biz isə təbəssümlə onlara qoşuluruq…

Heç bilmirəm bu fikir hardan ağlıma gəlib doldu və niyə məhz yazını "urra” ilə başlayıram. Elə bilmədiyimə görə də mən nə yazacağımı, nə deyəcəyimi bir az sərbəst, başlı-başına buraxıram. İstəyirəm hər kəs yazdığımdan, oxuduğumdan özü üçün bir ipucu tapsın. Və həmin ipucundan yapışıb qayıtsın bir az dünənə… Qayıtsın keçmişə… Xüsusilə qayıtsın özünün keçmişinə… Görsün ki, hardan hara gəlib, necə gəlib və niyə gəlib. Əgər bu sualların cavabını tapa bilsə, onda mən də yazını niyə yazdığımı, daha doğrusu, ilk abzası niyə qabartdığımı onda anlayacam, onda başa düşəcəm. Hələlik isə…

Doğurdan da ömür də yol kimidi. Başlayır, gedir, uzanır və getdikcə, uzandıqca da sən bu yolda, yəni bu ömürdə çox şeylər görürsən, çox hadisələrlə qabaqlaşırsan… Kimlərsə önünə çıxır, kimlərinsə önündən keçirsən.

Bax beləcə, ömür, yəni yol uzana-uzana, dağı, dərəni, kəndi, şəhəri, bir sözlə üz tutduğun bütün istiqamətləri köçürür özünə. Əslində bu sənin ömrün, sənin yolundu. Sən ona köçürsən, o da sənə…

Bəli, mən özümü, yəni öz yolumun nöqtə-vergülünü hər gün yadıma salmağa, xatırlamağa çalışıram. Bunu bilə-bilə edirəm. Məqsədim də o yolu çaşdırmamaq, o yoldan uzaq düşməmək və o yolun kiminsə yolunu kəsməsinə imkan verməməkdi. Üstəlik, mən həm də bunu ona görə edirəm ki, kimsə mənim yolumu kəsib "urra” qışqırmasın. Necə deyərlər, qışqırmaq, səsini hər kəsə eşitdirmək lazım olanda elə mən özüm həmin o hayqırtını dilə gətirim. Dinləyən də bilsin ki, ayaqda qalan mənəm, qalib mənəm…

Çox təəssüf ki, tanıdığım, müşahidə etdiyim insanların bir qismi özgənin yolunu özününküləşdirməyə, özünü özgənin cildində görməyə təkcə meyl yox, həm də məqsədli maraq göstərir. Mən belə adamlara baxanda onların nə vaxtsa "urra” qışqıra biləcəyinə şübhə edirəm. Amma hadisələr, zaman göstərir ki, sən demə onlar daha bərkdən "urra” qışqırmaq üçün həmin yolu, həmin cildi seçiblər. Elə işləri-gücləri də kölgəsində, içində olduqları yolun, cildin "urra”sını ifadə etmək imiş, edirlər də. Bir anlıq özgəsinin yerinə "urra” qışqıranı gözünüzün önünə gətirin. Görün bu sizə necə təsir edəcək? Məhz siz də həmin an, həmin dəqiqə ona çəpəki baxıb "urra”-sının əvvəlinə "z” və ikinci "r”-nın yerinə "n” hərifini içinizdə də olsa dilə gətirəcəksiniz. Çünki o, buna layiqdi. Siz sadəcə tərbiyənizə və əxlaqınıza söykənirsiniz. Ona görə də yalnız içinizdə səsləndirirsiniz həmin şüarı. Nə isə…

Deməli, bütün hallarda yol, ömür, insan, ətraf aləm hamısı bir-birinin içindədi… hamısı bir-birini hardasa davam etdirir, tamamlayır. Biz də bunu bilə-bilə bəzən özümüzü unuduruq. Cəhd edirik ki, bütün bunların qarşısını alaq, bunları alt-üst edək. O cəhdimiz də boşa çıxır. Çünki selə qarşı üzmək hələki heç kimə uğur gətirməyib. Sadəcə, bu, kölgə ilə qılınclaşmaq, kölgəni tutmaq anlamı verir…

Mən hər bir yazımın içində qəhrəmanlar sırasında mənfi-müsbətliyindən asılı olmayaraq özümü də görürəm, özümü də yazıram. İstəyirəm ki, dediklərimin, yazdıqlarımın ünvanı kimi mən də oxucu qarşısına çıxa bilim. Bax, elə bunun üçün də iç dünyamın səsini heç vaxt boğmuram. Təbii ki, yazdıqlarımın, yəni özümə aid olan hissənin bütünlüklə qəbul edildiyinə zəmanət verə bilmərəm. Amma bir fikrə qəti əminəm ki, kiminsə bəyənmədiyi istənilən yazının istənilən parçası mənə çox əzizdi. Çünki o, həm də mənim varlığımın bir hissəsidi. Məhz bu səbəbdən də sevincdən çox kədəri sərgiləməyim anlaşılmalıdı. Necə deyərlər, ən azı mənim sevinc dolu yazılarımın xatirinə. Elə indi təqdim edəcəyim misralar da sizə dediklərimin bir anının ifadəsidi.

Kədərinə şükür et

Hamıdan boldu səndə…

Damarına su qaçdı –

O, xoşbəxt oldu səndə!..

Yazı, qışı bilmədi

Gözdən yaşı silmədi…

Demə naşı ilmədi -

Yox, yaşıl yoldu səndə!..

Özünə bax, ona bax

Səsindəki tona bax…

Ay Əbülfət, sona bax -

Gör nələr soldu səndə!..

***

İndinin özündə də tədbirlərə qatılıram, mərasimlərdə oluram. Amma tam səmimiyyətlə etiraf edim ki, mən o qədər də tədbir adamı deyiləm. Çünki hər şeyə "urra qışqırmağa adətkar olanların sırasında oturub onların heç nə ifadə etməyən gözlərini, sifətlərini görmək və onlara baxa-baxa gözümü döyənək etmək mənə çox ağır gəlir. Üstəlik, hətta oxumadığı kitab barəsində ağızdolusu danışanın mənim ürəyimin qara siyahısına düşməsini də istəmirəm. Bilmirəm, bu yaxşı xüsusiyyətdi və yaxud pisdi, amma neyləyim ki, bu mənim gerçəyimdi, bu mənim əxlaqımdı. Və mən də həmin o gerçəyin, o əxlaqın daşıyıcısı kimi daha çox kənarda dayanmağı, müşahidə etməyi, baxdığından, eşitdiyindən öyrənməyi üstün tuturam. Ona görə də məni seyrək görən, mənimlə az-az qarşılaşan yaxınların iradlarını anlayıram, qəbul edirəm. Yəqin ki, onlar da məni olduğum kimi gördüklərindən bu xüsusiyyətimin üstündən sükutla keçirlər. Bəzən sükut da hər şeydi axı.

Son zamanlar həyatımda baş verən müəyyən olaylar məni dünyaya baxışıma bir növü əlavə işıq calayıbdı. Mən indi bir az da dərindən anlamağa başlamışam ki, artıq çoxunu yaşadığım ömürdə əslində heç nə etməmişəm və heç kim üçün də nümunə ola biləcək fədakarlığım, əməlim, təcrübəm yoxdu. Bu mənə çox ağır gəlsə də, amma yaxasından tutub dayandığım bir nöqtə var. O nöqtə də öz içimdi, öz ürəyimdi. Daha çox kədərə qapı açan, daha çox ağrı-acıyla dostluq edən bu ürəyin çağırışlardan, şüarlardan xoşu gəlməsə də, özünün bildiyi, özünün yaratdığı şüar da, çağırış da var. Bu da elə mənim kitablarımdan birinin adıdı. Əgər oxuyan varsa, xatırlaya bilər. O kitabın adı bax belədi: "Mənim kimi sevə bilsən.

Həqiqətən də bu dünyada, yəni mənə Tanrı tərəfindən ayrılmış ömrümdə, yolumda ətəyindən tutduğum yalnız sevgidi. Özü də ümidli sevgi, inamlı sevgi. O, hər kəsə fərqli görünə bilər, fərqli də təsir etmək gücünü sərgiləyər. Amma nə olur olsun, mən bütün hallarda saatından, yerindən asılı olmayaraq, onu önümdə, qarşımda, yolumda məqsəd və məramımda görürəm. Ona görə də hər kəsə, eləcə də sənə yazıram.

Adımı hərdənbir de

Divara dəyib dönsün…

Otaqdakı sükutun -

Budağın əyib dönsün!..

Kilidlənsin bir anlıq

Çevrəmdəki viranlıq….

İçimdəki qaranlıq -

Nur payın geyib dönsün!..

Boylanıb o dağıma

Su səpib oddağıma…

Astaca dodağına -

Sevirəm! – deyib dönsün!..

***

Mənə elə gəlir ki, söz, səs həm də adamın daxilinin təqdimatçısıdı. Yəni təkcə gözlərin, hərəkətlərin deyil, səsləndirdiyin söz, ifadə etdiyin fikir artıq sənin həm kimliyini, bütövlükdə içini də ətrafa təqdim edir, göstərir. Bunun özü də bir üsuldu, bir yoldu, bir qaydadı, hətta bir fənddi. Yəni yerli-yersiz susmaq və yaxud da yerli-yersiz danışmaq həmin o dediyim kimliyi, iç dünyanı bir növü ələyir. İnsan susanda da niyə və nə üçün susduğu ətrafdan izlənir. Və yaxud insan danışanda da eyni proses baş verir. Və sonda bir-birindən fərqli olan hər iki məqam yenə kitab kimi açılır və oxunur. Onda görürsən ki, səsini boğan da əslində danışıb. Amma içində. Özü üçün danışıb. O mərhələyə qədər ki, o, nə danışdığını gizlətdiyinə əmin olub. Bundan sonra atdığı ilk addım, dilinə gətirdiyi ilk kəlmə onun "gizlinini faş edib…

Bax elə buna görə də susmağın qızıl olduğunu əsas götürənlər çox vaxt, lap konkret desəm, həmin o susduqları vaxt arxivə atılandan sonra dillənəndə ya son dərəcə sərt cavab alırlar, təpki görürlər, ya da özləri öz susqunluqlarının əzabını yaşayırlar. Çünki nəyinsə xatirinə susmaq mənim düşüncəmə görə, haqqa, gerçəkliyə yumuşaq desəm, sayqısızlıqdı. Bu isə nə baş ucalığıdı, nə də üzağlığı…

Yazımın əvvəlində vurğulamışdım ki, ömür də yoldu, yol da ömürdü. Və onun lap ilk nöqtəsində isə bir "urra ifadəsini müxtəlif baxış altında işığa çıxarmışdım. İstəmişdim ki, heç olmasa hərdənbir özümüzə dəstək olacaq, həvəs verəcək bir "urra qışqırmaq haqqımız olsun. Yəni onu daxilən səsləndirəndə içimizdə heç nə qırılmasın, nə bir sızıltı, nə bir titrəyiş yaşamasın. Bütünlüklə içimiz o "urranın notlarına köklənsin və heç kimin də ağlına "z”, "n” hərfləri gəlməsin. Deyə bilərsiniz ki, mən, sən, biz içimizdə qışqırandan sonra onu kim eşidəcək, kim duyacaq? Amma yanılırsınız. Hamıdan, hər kəsdən gizlənmək və gizlətmək mümkündü. Təkcə Allahdan başqa. Bunu yadda saxlamaq məhz "urra qışqırmaq haqqının bir göstəricisidi. Özü də ən dəqiq və ən vacib göstəricisi.

Bax, yazı boyu demək istədiyim əslində elə bu idi. Bilmirəm, deyə bildim, yoxsa yox. Lakin deyib deyə bilməməyimdən asılı olmayaraq mən bu yazının tamamında sizə bir şeyi də təqdim edəcəm. Çünki mən o şeiri yazıb son nöqtəsini qoyanda həqiqətən içimdən bir "urra gəlib keçmişdi. Elə bir "urra ki, mən onunla sevgimə, sevgiyə, yoluma, ömrümə sanki bir etirazımı, bir diqqət çəkmək tələbimi çatdırmışdım. İndi o şeiri siz də oxuyun. Görəcəksiniz ki, mənim «urra» qışqırmağa, təbii ki, içimdə, bu yerdə, bu məqamda haqqım var.

Bitdi, səni ağrıdan

O acı sevgi, bitdi…

Saldı ürək taxtından -

O tacı, sevgi bitdi!..

Günün səpib hədərə

Boyun əydi qədərə…

Yeddi qardaş kədərə -

Bir bacı - sevgi bitdi!..

Sənə oldu baş qatmaq,

Oldu başdan başlatmaq…

Əbülfəti yaşatmaq -

Əlacı, sevgi bitdi!..

… Düşünürəm ki, siz mənimlə razılaşarsınız. İçdəki qələbəni, ürəkdəki uğuru ancaq «urra» ilə qeyd etmək olar.

Özü də "z”sız…




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK