"Yay qoxusu"ndan qurtulun!

54622    |   2015-06-16 16:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yay fəslinin ən xoşagəlməz cəhətlərindən biri insanın həddən çox tərləməsidir. Kişilər bəzən özlərindən gələn tərli qoxunu "əsl kişi ətri” hesab eləsələr də, bu, qadınları çox narahat edir. Hələ heç bir qadın tərli bədən, xoşagəlməz qoxuyla cazibədar görünməyib. Yay vaxtı daha az tərləmək və pis qoxunu dəf etmək üçün, öncə mütləq yediyimiz-içdiyimizə diqqət ayırmalıyıq. Yağlı, duzlu, ağır yeməklərdən uzaq olun. Daha yüngül yeməklərə: tərəvəzlərə, mövsümi salatlara, şorbalara üstünlük verin. Qara çayı yaşıl və ya bitki çayları ilə əvəzləyin. Gün ərzində 5-6 stəkan soyuq su için.  

İllərdir özünü təsdiqləyən nənələrimizin reseptindən istifadə edin: bir dilim limonu qol, ayaq altına, diz və qol büküşlərinə çəkin.

Bir stəkan suya bir çay qaşığı soda töküb qarışdırın, qatqını çox tərləyən yerlərə çəkin. Soda müxtəlif ölü, qoxu verən mikroorqanizmləri təmizləyəcək. Tərləsəniz də pis qoxu gəlməyəcək.

Dəmlənmiş yaşıl çay qalıqları da yaxşı kömək edir. Onu da eyni üsulla problemli zonalara çəkmək olar.

Antipersperantlar içərisində dezodorantlara üstünlük verin. Digər vasitələr ümumilikdə tərləmənin qarşısını alır ki, bu da orqanizm üçün təhlükəlidir.

Duş qəbulunda isə ilıq suya üstünlük verin. 



Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK