Gözəlliyin tələb etdiyi əziyyət

...Və xilas yolları

128079    |   2015-06-16 15:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hündürdaban ayaqqabılar – qadınların ən sevdiyi, eyni zamanda ən narahat olduğu aksessuarlarındandır. Söz yox ki, hündürdaban ayaqqabılar gözəldir: qadın ayaqlarını daha biçimli, uzun edir, bədəni daha qamətli, cazibədar göstərir, yerişi tənzimləyir. Amma əksər qadınlar hündürdaban ayaqqabılarla bağlı iki dəfə sevinirlər: bir geyinəndə, bir də çıxardanda!

Hündür ayaqqabılar üzərində bir günlük "səyahət”in günün sonunda hansı əziyyətlər verdiyini qadınlar çox yaxşı bilir: dabanların ağrısı, barmaqların sıxılmış kimi sızıldaması, ayaqda şişkinlik və s. Bəs bu ağrılardan qısa müddətə necə xilas olmalı?

Əgər iş yerindəsinizsə, masanızın arxasına keçən kimi kabluklarınızı çıxarın. Ayaq barmaqlarınızı yığıb-açmaqla ağrını nisbətən azalda bilərsiniz. Şərait imkan verirsə, döşəmə təmizdirsə, ayaqqabısız bir neçə dəqiqə gəzişin. Barmaq uclarınızda, sonra dabanlar üzərində dayanın. Otaqda yalnızsınızsa və ya qadın heyətidirsə, bir stul qarşınıza qoyub ayaqlarınızı uzadın.

массаж стоп

Evdə isə ilk növbədə masaj edin: xüsusilə də barmaqlara və pəncələrə diqqət ayırın. Sonra xalçada uzanıb yarım saat ayaqlarınızı divanın və ya kreslonun üstünə qoyun. Ən yaxşı üsul vannadır: bir tas isti suya 1 xörək qaşığı soda töküb qarışdırın, 15 dəqiqə saxladıqdan sonra ayaqları qurulayıb, krem çəkin. Çobanyastığı və nanə dəmləməsi ilə də ayaq vannası edə bilərsiniz. Su soyuyana qədər ayaqlarınızı tasda saxlayın.

ванна для ног

Bundan başqa, isti və soyuq su kontrastları da yaxşı təsir göstərir. 5-6 dəfə gah isti, gah soyuq suda ayaqları 2-3 dəqiqə saxlamaq, ümumilikdə orqanizm üçün çox xeyirlidir. Şəkərli diabet xəstələri və varikoz damar genişlənməsi olan şəxslərə isə bu prosedur ziyanlıdır.

Buz kubikləri də ayaqları dərhal rahatladır. Bundan sonra isə spirtlə silib özünün qurumasını gözləyin.  



SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK