ANA SƏHİFƏ / YAZARLAR

GƏLİN, ŞEİRDƏN DANIŞAQ

ƏDƏBİ HƏYAT

11763    |   2011-10-08 07:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən sayımızda)
   
   
   
    Ölüm min illərin həqiqətidir və bu əbədi mövzu dünyanın bütün şairlərinin şeirlərində zaman-zaman səslənməkdədir.. Azərbaycan poeziyasının da öz ölüm fəlsəfəsi var. Ölümün labüdlüyü və qaçılmazlığı: Dünyayə gələn getmək üçündür, bu nə qəmdir, Bir fikr elə bu xilqəti-aləm nə üçündür? (Seyid Əzim Şirvani). Ölmək! O böyük körpünü hər kəs keçəcəkdir. Bir badə ki, ondan bütün aləm içəcəkdir" (Cəfər Cabbarlı)).Vaxtsız ölüm, məndən uzaq dayan, dur, Qürbət eldə jan vermərəm ölümə! (S.Vurğun), Ölüm-ömrün zirvəsidir Zirvə sondur (B.Vahabzadə). Ölümdən-xəyanət pis, Ölümdən-rəzalət pis! Bəzən necə gözəlsən, Ölüm, sən ey səadət! (Əli Kərim). Ölüm istəyirəm. Qəfil bir ölüm. Bir kibrit ölümü, Barıt ölümü. Bir anda bir ovuj dumana dönüm, İstədiyim səmtə tutum yönümü (Məmməd Araz). Dahilər torpağa ölü kimi yox, Bəlkə basdırılır xəzinə kimi (Xəlil Rza). Qorxmuram ölməkdən, Qorxuram ki, mən, Ölmək lazım gəlsə Ölə bilməyəm (Fikrət Qoca). Bu dünyaya bir də qayıtmağım var..(İsa İsmayılzadə). Vaxtsız ölsəm, çox yaşadı deyin. Vaxtsız öldü deyin, qoca ölsəm. Bir il yatıb, ölsəm, qəflətən öldü deyin. Uzun sürən xəstəlikdən sonra öldü, deyin, qəflətən ölsəm..(Vaqif Səmədoğlu). Bəlkə yaşamaq deyil dünyaya gəlməyimiz. Bəlkə doğulan kimmi başlayır ölməyimiz (Ramiz Rövşən).
   
    Bu misalların sayını ikiqat, üçqat, onqat artırmaq olar. Vaqif Bayatlı Odərin də şeiri ölümdəndir, amma tamam fərqlidir və bu şeirdə ölümün labüdlüyü və qaçılmazlığı deyil, insanın, sənətin və sənətkarın ölümsüzlüyü vəsf olunur.
   
    Misal gətirdiyiim şeir parçası Vaqifin adi şeirlərindən biridir və deyim ki, onun yetmişinci-səksəninci illərdə yazdıqlarından poetik səviyyəsi etibarilə bir elə də seçilmir. Amma bu şeir artıq öz poetik yönünü, axarını və istiqamətini çoxdan müəyyənləşdirmiş olan bir şairin qələmindən çıxıb. Yer, Tanrı, Göyüzü, Sevgi...Vaqif bu dörd məkanı sevə-sevə təsvir etməklə belə bir həqiqəti ifadə edir ki: "Tanrı insanı göyüzüyçün yaradıb, ən sonda onsuz da o gəldiyi yerə-göyüzünə qayıdır. Yerüzü isə tək bizim yox, bütün kainatın İbadət Yeri, Möhürdaşıdır, biz əslində dua edərkən, namaz qılarkən yerüzündə yox, Göyüzündə diz çöküb alnımızı bütün Göyüzünün Möhürdaşına-Yerüzünə qoyub bütün kainatçün dua edirik". Bu hiperbola Vaqifin şeirlərinin bütün ruhuna çöküb və o şeirlərə alışmaq lazım gəlir ki, bunların yuxu, xülya olmadığına inanasan.
   
   Vaqif Bayatlının şeirlərində qəfil, gözlənilməz və bəzilərinin poetik "kəşf" kimi düşündükləri bədii təsvir və ifadə vasitələri axtarışına çıxa bilər və qətiyyən peşiman olmazsan. Bu, metaforik poeziyadır, çünki Göyüzü, Yerüzü və hər iki varlıqla bağlı bütün nəsnələr metafora tülünə bürünüb. Hüseyn Cavidin qəhrəmanı Peyğəmbər deyirdi ki: "Mən fəqət hüsnü-xuda şiriyəm, Yerə enməm də, səma şairiyəm". Vaqifin qəhrəmanı üçün isə bu iki məkan dünyanın iki üzüdür, bir üzü qəmli, nigaran görünüşdə, təzadlı insan dəniziylə dolu - o biri üzü saf, təmiz..
   
    Vaqifin sevgi şeirləri də oricinallığı ilə seçilir. Burada parıltılı, gözqamaşdırıcı, "nəhəng" təşbihlərə, mübaliğələrə rast gəlməzsən. Onun əksər şeirlərinə xas olan nəfəs bolluğu, sözlərin, ifadələrin sanki yürüş atları kimi bir-birinin ardınca çapması..çapıb-çapıb işığa doğru yüyürməsi sevgi şeirlərində daha bariz nəzərə çarpır:
   
   
   
    Mən səni sevmirəm, səni sevmək azdı,
   
    mən səni pələng jəngəlliyə,
   
    jəngəllik pələngə yaraşantək,
   
    pələng jəngəlliyi,
   
    jəngəllik pələngi yaşadantək
   
    yaşayıram, narım, gilənarım..
   
   
   
    Bu dünyada hər şey-
   
    bütün dağlar, düzlər, dərələr,
   
    bütün güllər, çiçəklər,
   
    ancaq məndən sonra biləcəklər
   
    bu dünyada necə seviblər,
   
    həm də bu qədər sevgiylə
   
    dünyanı necə tərk ediblər,
   
    bu dünyanın göyüzündəki qapısını da
   
    necə sevgiylə qapayıb,
   
    üstünə eşq şəkli çəkib gediblər.
   
   
   
    Mən niyə Yaxşı Şeir haqqında söhbətə Vaqif Bayatlı Odərin şeirlərindən başladım? Əlbəttə, bu, heç də təsadüfi deyil. Mənim fikrimcə, V.B.Odər tək-tük şairlərdəndir ki, sənət yolunun əvvəlindən bu günə qədər özünün seçdiyi, intixab etdiyi poetik mərama sadiq qalır. Çox maraqlıdır ki, ilk şeirlərində, poeziyaya gəlişində "mübahisəli" şair kimi tanınan Vaqif indi bu mübahisələrdən tamam uzaqdır. Çünki o, öz şeirinin fərdiliyini, bənzərsizliyini sübut edə bildi. Vaqifin "Yupyumru bir eşq ilə" kitabındakı şeirləri oxuyandan sonra birdən-birə xatırladım ki, onun 62 yaşı var. İllər nə tez gəlib keçdi, amma Vaqifi həmişə GƏNC ŞAİR kimi xatırlayıram, özünün də, şeirlərinin də qocalmaq qorxusu yoxdur.
   
   Öz şair fərdiyyətini beləcə qoruyub saxlayan çoxmu şairimiz var? Əlbəttə, bu sualın qarşısında aciz deyilik.
   
   Şair fərdiyyəti hər şeydən əvvəl, şeirdə özünü təsdiq etmək deməkdir. Amma özünü təsdiq də yaradıcılığın yalnız bir mərhələsinə aid ola bilməz. Şair son şeirinə qədər diqqət mərkəzində olmalıdır. Ola bilər ki, onun bütün yazdıqları eyni poetik səviyyəni əks etdirməsin,bir-birindən fərqli şeirləri diqqəti cəlb eləsin, amma şair fərdiyyətini qoruyub saxlamaq üçün bir neçə şeir də kifayətdir ki, deyəsən: BU ŞEİRDİRg
   
   Vaqif Səmədoğlunun "Mən burdayam, ilahi", "Uzaq yaşıl ada" iki şeirlər kitabında oxucunu təmin etməyən, necə deyərlər, zövqümü oxşamayan şeirlər də var, amma onun bu iki kitabındakı şeirlərin əksəriyyəti müasir Azərbaycan şeirinin gəlib çatdığı ən yaxşı səviyyəni əks etdirir. Bu şeirlər nədən danışırsa-danışsın, hansı vəzndə, hansı ovqatla yazılırsa-yazılsın, məhz onlardan şeir kimi danışırsan.
   
   
   
   Olmayan yerdə
   
   Eyvana qonmuş bir sərçə də
   
    sevincdir,
   
   yada düşən
   
   bir xoş yay günü də,
   
   ən dəli sərxoşluq dag
   
   Olmayan yerdə
   
   quru çiçək də bahardır.
   
   Olmayan yerdə
   
   göydə Ay da azadlıqdır,
   
   yastı damlardan
   
   Ayın apardığı
   
   yuxulu uşaqlar dag
   
   
   
   Bu şeirdə Azərbaycan şeirinin metaforik çalarları, rəngləri əks olunub. İlk baxışda ani bir təəssüratı (V.Səmədoğlunun əksər şeirlərində olduğu kimi-V.Y.) ifadə edən bu şeir misra-misra oxunduqca anilikdən çıxır və sənə belə bir fikri təlqin edir ki, dünya gözəldir, eyvana qonmuş sərçəyə bax, bir xoş yay gününü yad elə, Aya baxgMəgər əzəldən bu deyilmi şeirin missiyasıg
   
    Yaxşı şeir necə doğulur? Yazırlar ki, şeir ilahi vəhylə bağlıdır, hansısa qəfil bir hadisənin təkanı, şair ovqatının yaratdığı emosional hal-vəziyyət də şeir doğurur..Amma bütün bunların hamısı şairin varlığıyla bağlıdır. Belinski yazırdı ki: "Yaradıcılıq sənətkardan asılıdır, o öz mövzusunun köləsi olduğu qədər də ağasıdır. Ürək orqanizmdən asılı olduğu kimi, yaradıcılıq da sənətkardan asılıdır. Bunu hər şeydən yaxşı yuxu ilə izah etmək olar. Yuxu azad bir şeydir, lakin bununla birlikdə, yuxu bizim özümüzdən də asılıdır. Melanxolik adam həmişə qorxulu və fantastik yuxular görər: fleqmatik adam yuxuda yatar; aktyor yuxuda da alqış səsi eşidər, hərbiyyəlilər yuxuda vuruşma, məmurlar isə rüşvət görərlər və i.a.Sənətkar da belədir, o öz varlığını yaratdığı əsərlərdə büruzə verir".
   
   Müasir Azərbaycan poeziya məkanında kifayət qədər populyar olan və ində də populyarlığını itirməyən (hərçənd ki, bu heç də xoşagələn söz deyil, çünki "populyar" dediyimiz çox şair bu imici qazandıqları kimi də itiriblər- "bir atım barıtı varmış" -V.Y.) Ramiz Rövşənin son illərdə yazdığı şeirləri də sübut edir ki, şeir ilk növbədə, şairin "bətnində" doğulur. Bəlkə o şeir uzun illər o "bətndə" yaşayır, bəlkə də lap tez doğulur. Amma doğulanda ŞEİR kimi doğulur. Ora heç nə qarışmır.
   
   
   
   Bulud kimi ölmək-
   
   bir yaz yağışında.
   
   Ümid kimi ölmək-
   
   bir qız baxışında.
   
   
   
   Bir yel qanadında
   
   yarpaq kimi ölmək.
   
   Bir qəbir altında
   
   torpaq kimi ölmək.
   
   
   
   Bir gül kimi ölmək-
   
   bir güldan içində.
   
   Bülbül kimi ölmək-
   
   bir hicran içində.
   
   
   
   Bir səs kimi ölmək-
   
   bir kar qulağında.
   
   Bir söz kimi ölmək-
   
   bir lal dodağında.
   
   
   
   Gündən-günə ölmək,
   
   Dönə-dönə ölmək,
   
   Öldükcə dirilmək,
   
   Sonra yenə ölməkg
   
   
   
   
   
   Yenə V.Q.Belinskiyə üz tuturam: "Puşkin poeziyasının, xüsusən, onun lirik poeziyasının ümumi koloriti-insanın daxili gözəlliyi və qəlbi oxşayan insanpərvərlikdir. Buna onu da əlavə edək ki, əgər hər bir insani hiss əzəl başdan heyvani deyil, insaniliyinə görə gözəldirsə, Puşkinin əsərlərində hər hiss bir də zərifliyinə, incəliyinə görə gözəldir. Biz bunu deyəndə Puşkində onsuz da həmişə son dərəcə gözəl olan poetik formanı nəzərdə tutmuruq: yox, bizim dediyimiz odur ki, onun hər bir şeirinin əsasını təşkil edən hissin hər biri öz-özlüyündə gözəldir, məlahətlidir və mahiranədir: bu, sadəcə olaraq, insan hissi deyil, sənətkar insanın, şairin hissidir".
   
   Dahi tənqidçinin Puşkin poeziyasıyla bağlı bu mülahizələrini mexaniki şəkildə müasir şeirimizə şamil etmək istəməzdik. Lakin həmin sitatda bir həqiqət var ki, bu, bütün zamanların poeziyasına aiddir-şeir insanda incə hisslər, zərif duyğular oyatmalıdır. Bunun üçün şeirin özü də zərif və incə olmalıdır, çünki "bu, adi insan hissi deyil, sənətkar insanın, şairin hissidir".


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK