hacklink Adalet.az | ƏRƏB DÜNYASI NİYƏ BELƏDİ? - 7 Adalet.az | ƏRƏB DÜNYASI NİYƏ BELƏDİ? - 7 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏRƏB DÜNYASI NİYƏ BELƏDİ? - 7

(Səddam Hüseyn=Şərif Hüseynin İraqdakı siması)

22003    |   2011-08-08 11:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bundan qabaqkı yazımda yenə İraqa toxunmuş və Səddamın hakimiyyətə gətirilməsi məsələsinə, sonra da məhvi məsələsinə ötəri işarə eləmişdim. Bu mövzuya təkrar qayıtmaq istədim; çünki Səddam, imperialistlərin oyuncağı olmuş tarixi kuklaların bəlkə də ən önəmlilərindən biridir. Onun aradan götürülməsindən sonra George Sorosun yaşıl dollarlarının Ərəbistana axışı ilə birgə, başını ABŞ-ın çəkdiyi qansoranların təbliğ etdiyi ərəb Baharı (ə) deyilən boyaq və ABŞ-ın dünya hakimiyyətini davam etdirmək yolunda həyata keçirmək istədiyi Böyük Orta Şərq Layihəsi həyata keçirilməyə başlanmışdır.
   
   Səddam, güzəştə getməyişi, qəti qərarlılığı, qorxmazlığı, diktatorluğu və qəddarlığı ilə ərəb dünyasında özünə məxsus ad çıxararaq, özünü hakimiyyət stoluna oturdanlar tərəfindən qətlə yetirildi. Öz xalqının qayğılarını vecinə də almayaraq müəyyən hakim güclərin əmir quluna çevrilən və onların hər dediyini müticəsinə həyata keçirən diktatorların hamısının axırı belə olmadı?
   
   1979-cu ildə qansız bir çevrilişlə hakimiyyəti əlinə keçirəndən sonra özünə rəqib ola biləcək hər şəxsi və təşkilatı aradan götürməkdə əsla tərəddüd eləmədi. Ərəb millətçiliyi ideyasını irqçilik səviyyəsinə çatdıracaq qədər ifrata üz tutdu. Kərkük Türklüyünü məhv etmək üçün əlindən nə gəlirsə onu həyata keçirdiyi illərdə, Kürdçülərə əsla çəp baxmadı. Kərkük şəhərinin adını belə deyişdirərək əl Təmim qoydu. Türk və İslam dünyasının əvəzsiz şairi, ulu babamız Füzulinin qəbrini dağıtdırıb məhv etmək istədi; ancaq ona tuşlanan təzyiqlərə sinə gərə bilmədi və sümüklərini çıxartdıraraq ayrı bir yerə quylatdı, ulu babamızın məzarının üstündən yol saldırdı və türklüyə duyduğu nifrəti büruzə verdi.
   
   BƏƏS Partiyasına və Səddama qul sədaqətilə xidmət edən məxfi təşkilatın mənsubları, dərsdə tələbələri ilə Türkcə danışan Kərküklü Nəcdət Qoçaq adlı müəllimi və onun kimi millətçiləri gecənin oğlan çağında ocağından zor gücüylə qopardıb qətlə yetirəcək qədər vəhşiləşmişdi. Bir vaxtlar Sovetlər Birliyində gecələri cəhənnəmə döndərən xüsusi xidmət orqanlarının məsum millətçilərin, xalqın milli sərvəti olan ziyalıların qapılarını çırpmaqla yaratdıqları dəhşəti, onlara tutduqları divanlardan da betərini Səddamın nökərləri həyata keçirirdi. Mərhum Nəcdət müəllimin həyatı barədə ayrıca bir məqalədə gəniş məlumat verəcəyəm ki, Kərküklü qardaşlarımız nələrlə üzləşiblər onu yeni nəsillərimiz bilsinlər. Səddam, dəhşətli bir qatildi və onun qətliamlarına demokratiyadan müdafiə edən (ə) heç bir qərbli ölkə və ya toplum reaksiya vermədi, kürdləri qırdığı Hələbcə qəsəbəsi istisna olmaqla. Asdığı asdıq, kəsdiyi kəsdik olan Səddam o qədər vəhşiləşdi ki, özünü ərəb dünyasını birləşdirəcək bir güc gözündə görəcək qədər meqalomanlaşdı. İran İslam İnqilabını reallaşdıran Xomeyninin başda ABŞ olmaqla qərbli ölkələrlə əlaqələri pisləşməyə və Şiəliyi qonşularına ixraca yönələrək onları narahat etməyə başlayınca, İrana hücum çəkərsə qərbin güclü ölkələrinin özünə dayaq olacağını zənn etdi. Elə bu zənn ilə də İrana hücum çəkdi və başta Şatt əl ərəbi tutdu. Qərblilər, İsrailin qarşısına bir hədə ünsürü kimi çıxa bilmə təhlükəsinin siqnallarını buraxan Səddamı əslində İrana təcavüz etdirmək üçün göz də eləmişdilər. ABŞ-ın, İkinci Dünya Müharibəsində qışqırdaraq İngiltərə, Fransa və Rusiyaya hücum çəkdirdiyi almanlar kimi, Səddamı da qışqırtmışdılar. İranın məğlub olması və ya parçalanması nə qərbin karına gələrdi, nə də Rusiyanın; ancaq İran və İraq bir-birinə illərlə zərbə üstünə zərbə vurmalı, qərblilər və ruslar da bu vəsilə ilə ölüm qusan silahlarını bu ölkələrə satmalı, pullarını qat-qat yığmalıydılar. Elə də oldu və hərb düz səkkiz il davam etdi. Yüz minlərlə müsəlman qətlə yetirildi, yüz minlərlə insan izdirab duydu, şikəst oldu, ocaqlar söndü, hər iki dövlətin iqtisadiyyatı alt-üst oldu. Xalqın rifahı üçün xərclənəcək pullar qərbli imperialistlərin və rusların cibini doldurdu. Xirtdəyinə kimi pula doyan imperialist qüvvələr nəhayət atəşkəs elan etdirdilər, sonra da İran ilə İraqı barışdırdılar. Sədam, ərəb Birliyi ideyasının meqalomaniasına özünü o qədər aludə eləmişdi ki, səkkiz illik hərb belə gözünü açmağa qoymamışdı. İran hərbində arzusuna çata bilmiyən Səddam bu dəfə 2 Avqust 1990-cı il tarixində Küveytə hücum çəkərək işğal etdi. əslində bu işğal oyununu da ABŞ qurmuşdu. ABŞ və quyruğuna ilişən İngiltərə əvvəlcə dünya ictimaiyyətini hazırladılar, daha sonra da əllərində oyuncağa dönmüş BMT-dən qərar çıxartdıraraq İraqa hərb elan etdilər və təyyarələrlə İraqın təpəsinə bomb yağdırdılar. O illərdə quduzlaşmış erməni silahlı dəstələrinin Azərbaycanın Qarabağ bölgəsində başlatdıqları qırğınlar və addım-addım yeritdikləri işğal hərəkəti qarşısında nə qərblilər, nə də BMT üzlərini döndərib bu bölgəyə nəzərlərini belə salmamışdılar. ABŞ və İngiltərə, başlatdıqları bombardımanı 27 fevral 1991-ci il tarixində dayandırdılar. Əslində onlar özlərinə görə bir nəticə alana, yəni İraqı işğal edənə kimi öz işlərini görəcəkdi; ancaq Sovetlər Birliyi dağılsa da xofu hələ də davam edirdi, həmçinin Qafqazda və Asiyada yeni müstəqil dövlətlər törəyirdi. ABŞ ilə yançıları bu bölgələrə daxil olub Sovetlər Birliyinin ləğvi ilə yaranan boşluğu doldurmalı, xüsusilə neft və qaz ehtiyatlarının, yəni energi mənbələrinin kontrolunu əllərinə keçirməliydilər. Onsuz da Səddam Küveytdən çıxarılmışdı və buranın işğalı daha sonraya buraxılmışdı. Ruslar da keçmiş müstəmləkələrinin əllərindən quş kimi uçub getməsi və buralardakı sərvətlərin qərbin kontroluna keçməyə başlaması səbəbiylə intiqam hissləri tarım çəkilmiş halda əvvəlcə Azərbaycandan qisas almağa yönəldilər və Azərbaycan torpaqlarının 20 faizlik hissəsini hər cürə silah-sursat və canlı qüvvə ilə arxa durduqları ermənilərə işğal etdirdilər, Xocalı Soyqırımını yaratdırdılar. Dostum Aqil Abbasın "Dolu" romanında vurğuladığı kimi Azərbaycan torpaqlarının işğalı və qırğınların senarisi Washingtonda, Londonda, Parisdə, Moskvada yazılmışdı. Azərbaycanın erməni libasını geyinmiş rus orduları tərəfindən işğalı da, Xocalı Soyqırımı da tamamilə imperialist qüvvələrin maraqlarının toqquşmasının yaratdığı bir nəticədir.
   
   ABŞ Sovetlər Birliyinin dağılmasından sonra dünyada tək başına imperialist güc olaraq meydan sulamğa başladı; ancaq onlar yeni postlar tutmalıydılar. İraq işğal edilməli, İranın, Türkiyənin qabağı kəsilməli, Əfqanıstan koridoru ələ keçirilməli, energi xətləri ilə uyuşdurucu maddələrin ticarət yolunun güvənliyi təmin edilməliydi. İngiltərənin yüzillər boyu Hindistan ticarət yolu üçün yeritdiyi imperialist siyasəti bu dəfə ABŞ, energi xətləri ilə birlikdə caynağına keçirdiyi uyuşdurucu ticarət yolunun təhlükəsizliyi üçün yeridirdi. Onlara bunun üçün bir bəhanə gərəkdi. Sovetlər Birliyini Əfqanıstanda pərişan etmək üçün yaradaraq istifadə etdikləri Əl-Qaidə və yetişdirdikləri Bin Laden, qarşılarındakı bağlı qapını açacaq bir açardı. ABŞ, Əl-Qaidə daxilindəki adamları vasitəsiylə 11 sentyabr hadisəsini reallaşdırdı və köhnəlmiş əkiz qüllələrini yerlə-yeksan etdirdi. İşə baxın ki, dünyanın harasında olmasından asılı olmayaraq yerdə yeriyən bir cücünün fotosunu fəzadan çəkən, Sovetlər Birliyinin taksi sürüçülərinin Moskva, Kiev, Sankt-Peterburqda bir-birləri ilə olan danışığını Orta Şərqdəki qurğuları ilə dinləyən ABŞ, bu hadisədən xəbər tuta bilmədi. Digər bir maraqlı cəhət isə, bu ekiz qüllələrdə işləyən dörd minə yaxın Yəhudi nəsəbli ABŞ vətəndaşı o gün işə getməmişdi. Görəsən niyə?!
   
   "Səddam, Əl-Qaidə ilə təmasdadır və özünün də kütləvi qırğın silahları vardır, Səddam terrora dayaq olur, İraq xalqı totalitar rejim altında nalə çəkir, biz Səddamın əlindəki kütləvi qırğın silahlarını ələ keçirib onu tərk-silah edəcəyik və İraq xalqını azad edəcəyik" bəhanəsilə İraqa hücum çəkdilər və İraqı işğala başladılar. Etina ilə ərköyün böyütdükləri və iyirmi dörd il hakimiyyət stolunda əyləşdirdikləri istəkli balaları Səddamı bir şillə ilə taxtından saldılar. Bir digər qəribə hal isə, Səddamın əlində olan və müasir döyüş qabiliyyətinə malik, Sovetlər Birliyindən satın alınan Mig təyyarələrindən biri də havaya qalxıb vətənin müdafiəsində iştirak etmədi. Amerikanın və İngiltərənin gəlişini və Səddamın gedişini alqışlayaraq qarşılayan yazıq iraqlılar malik olduqları maddi-mənəvi hər şeylərinin də əldən getdiyini çox gec başa düşdülər və Səddamdan daha qəddar, daha vəhşilərlə üz-üzə dayandılar.
   
   Səddam, kürəyinə əl çəkənlər tərəfindən elə ovsunlanmışdı ki, illər uzunu dizinin dibində dayanan və imperialistlərə casusluq edən xristian Tarıq əzizdən şübhələnməyi ağlına da gətirməmişdi. Tarıq əziz isə hər an ABŞ-a məlumat ötürürdü. İşğalla birgə Səddamın oğulları birbə-bir qətlə yetirildi və onların kimliklərini təsdiqləmək işində Tarıq əzizdən istifadə edildi. Sədam 13 dekabr 2003-cü il tarixində gizləndiyi quyuda ələ keçirildi. Onun kimliyinin təsdiqlənməsində də Tarıq əziz baş rolda idi.
   
   Səddam bir vaxtlar qondarma məhkəmələrlə və qondarma ittihamlarla minlərlə insanı nə cür qətlə yetirmişdisə, həmin minvaldakı bir məhkəmədə özü kimi imperialistlərin könüllü quluna çevrilmiş öz nəslinin hakimləri tərəfindən dindirildi, haqqında ölüm hökmü çıxarıldı və yağlı ip boynuna keçirildi.
   
   Şərif Hüseyn, Ərəb Yarımadasında İngilis imperializminin yerləşməsinə səbəb olmuşdu, üstəlik tanrı tərəfindən bəşəriyyətə yollanan sonuncu səmavi din olan islamın ulu peyğəmbəri Həzrət Məhəmmədin qəbiləsindəndi, Haşimi idi. Xristian ingilislərdən pul və silah alaraq din qardaşı türklərin Ərəb Yarımadasında məğlub olmasına və müqəddəs yerlərin imperialist xristianların caynağına keçməsinə səbəb olmuşdu. Səddam da illərlə müticəsinə xidmətkarlıq etdiyi imperialist ABŞ və İngiltərənin vədlərinə eynilə Şərif Hüseyn kimi aldandı və axırda Şərif Hüseyndən fərqli olaraq mükafatını canını verərək aldı. O, tanrıya bir can borclu idi, verdi və getdi; ancaq dünən özləriylə birlik olaraq Türkləri müqəddəs torpaqlardan çıxaranlar, aradan bir əsr də ötmədən onların torpaqlarına işğalçı kimi gəldilər. Yalnızca torpaqlarını işğal edib sərvətlərini qarət etmədilər və etmirlər. Sərvətləri ilə yanaşı şərəfləri də yerlə-yeksandır, namusları, ləyaqətləri, insanlıqları ayaqlar altında çığnanır, islamın ən müqəddəs məbədləri bombalarla dağıdılır.
   
   Müqəddəs torpaqlara imperialist çəkmələrin daxil olmaması uğrunda yüz minlərlə şəhid vermiş türkləri kürəyindən vuraraq ona xəyanət edənlərə Allah, bir vaxtlar əlbir olduqları qüvvələri cəza olaraq işğalçı kimi yollayar.
   
   Türkə xəyanət edən xeyir tapmaz, tapmadı da!..


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK