hacklink Adalet.az | SÜPÜRGƏÇİ QADIN Adalet.az | SÜPÜRGƏÇİ QADIN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SÜPÜRGƏÇİ QADIN

20892    |   2011-07-23 01:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qapını döymədən üsulluca içəri girir. Həmişəki kimi... Elə asta, ehmal addımlar atır ki, elə bil indicə kiminsə onu acılayıb qovacağından ehtiyat edir. Mənimsə qətiyyən acığım tutmur. Əksinə, şadam ki, onun da üzünə hansısa qapı açıqdı və o qapı da məhz mənimkidi. Özü ehtiyatlansa da, hər gəlişi mənə xeyli rahatlıq, könül xoşluğu gətirir. O qədər etinasızlıq görüb ki, hamının üzünə məlul-müşkül baxmağa vərdiş eləyib. Heç kəs ona qulaq asmaq istəmir. Bir bəhanə ilə başlarından edirlər. Onunsa ürəyi sözlə doludu. Danışmağa dərdi çoxdu. Çox şeyə ehtiyacı var. Ancaq ən böyük möhtaclığı dərd ortağına, qəlb sirdaşınadı. Onun kimi adamların təbiəti saxtalığı, qəlpliyi götürmür. Çünki özləri belə doğulmayıblar.
   
   Nə rola girməyi, nə də kiməsə yarınmağı ağlına belə gətirmir. Deyəsən, belə şeylər barədə heç təsəvvürü də yoxdu. Elə bilir, nə qədər təbii olsa, bir o qədər yaxşı qəbul ediləcək. Nə qədər səmimi olsa, bir o qədər səmimiyyət görəcək. Amma döydüyü hər qapıdan naümid dönür. Bircə ona qulaq asmağı bacaranlara ürək qızdırır. Onun kimilər çox deyil. Yəni kimlərinsə onların dərdinə-sərinə can yandırdığına inananlar. Kim bilir, bəlkə elə onları yaşadan da bu inamdı. Son ümidgahları, son sığınacaqları xəyallarında yaratdıqları, əslində olmayan diqqət və sevgidi...
   
   Nimdaş, kirli paltarlarının qoxusu bir anda otağa yayılır. Nə vaxt çimdiyi bəlkə özünün də yadında deyil. Ən soyuq havalarda belə əyin-başı nazik olur. Paltarlarının rəngi, materialı, biçimi də yaşına uyğun olmur heç vaxt. Kimlərinsə köhnələrini geyindiyi bəllidi. Ən çox yaşıl rəngdə olur əynindəkilər. Sınamışam, paltarın rəngi də bəxtnəndi. İstəsən də, axtardığın deyil, xoşlamadığın rəngdə paltar-parça çıxır rastına. Bu qadını isə, çox güman ki, geyindiklərinin nə rəngi, nə də biçimi maraqlandırır. Təki paltar olsun; canı qızsın, bədənini örtsün. Bu yaşında da bilinir ki, sifət cizgiləri kimi, bədəni də incə, mütənasib olub. Nə qarnı irəli çıxıb, nə yanları dala, nə də buğum-buğum əti yırğalanır. Yəqin, bu da ondandı ki, özü demişkən, ağlı kəsəndən bir tikə rahat çörək yeməyib. Valideynlərini xatırlamır. Heç xatırlamaq da istəmir. Deyir, sağ olsaydılar da mənim taleyimi dəyişə bilməyəcəkdilər. Elə onları da mənim taleyim öldürüb. Hə, hə... şəkk-şübhə eləmə, tezkən öldülər ki, mən bu gen dünyada girinc-giriftar qalım, dolanıb doğrü qapı tapmayım. Bir isti ocaq, bir xoş üz görməyim. Şirin sözə, xoş rəftara tamarzı qalım ömür boyu...
   
   Anam məni doğandan üç saat sonra keçinib. Üç yaşım olanda atam da onun dalınca gedər-gəlməzə yollanıb. Anamı o qədər çox istəyirmiş ki, nə mən, nə də o biri bacı-qardaşlarım gözünə görünməyib. Heç olmasa, bizim xətrimizə də yaşamağı bacarmayıb. Ya da heç istəməyib də... Ha çalışıram, atamın sir-sifətini gözümün qabağına gətirə bilmirəm. Amma elə bilirəm ki, anamı görmüşəm... Onu indi də görürəm... Kinolarda olur ey... Buludların arasında, ya da yaşıl bağ-bağçada gəzən ağ paltarlı gözəl qadın ruhları. Mən də anamı elə görürəm. Bəlkə elə uşaq vaxtından kinolara baxa-baxa özüm yaratmışam onun surətini. Bəlkə də heç mənim anama oxşamır. Ancaq mənə çox köməyi olub o surətin. Uşaqlıqda kim məni incidirdisə, ağladırdısa, bir kənara çəkilib gözümü yumurdum. O surətə baxa-baxa özümü ovudurdum. Hərdən də yuxu tuturdı məni. Ya bağçada, ya damın-daşın böyründə. Lap evin altında yatıb qaldığım günlərim də olub...
   
   Ər ocağı da isti olmadı mənimçin. Elə bilirdim, hər şeyi unudacam. Olmadı. Yağışdan çıxıb yağmura düşdüm. İki qızım, bir oğlum oldu. Qızlar körpəlikdə tələf oldular. Oğlum böyüdü, ancaq mən deyən kimi yox. Doqquz ildi türmədədi. Hər ayın axırında pensiyamı alıb gedirəm Bakıya. Hamısını ona sərf eləyib qayıdıram geri. Qalan bütün ayı onun-bunun hesabına yaşayıram. Hələ onun arvad-uşağına da baxıram...
   
   Kolxoz bazarında süpürgəçi işləyir. Deyir, bazardakı alverçilər evə gedəndə sata bilmədiklərini atıb gedir, mən də yığışdırıb evə aparıram. Hərdən özləri da pay verirlər. Amma... Qonşu payıynan öynəli olmazsan, deyiblər. Bazarda soğan-kartof, mer-meyvə, göy-göyərtidən başqa nə olur ki?!... Adama un da lazımdı, qənd-çay da, ət, yağ, düyü də... Bunları da pulnan satırlar...
   
   Danışdıqca danışır, sözünü kəsməməyimdən, diqqətlə qulaq asmağımdan bir az da vəcdə gəlib illərdən bəri sinəsinə yığılanları boşaldır. Qapımı açanlar əlim çənəmdə hər şeyi unutduğumu görüb hiss olunacaq dərəcədə təəssüflə başlarını bulayıb qapını örtürlər. Dönüb təzədən qayıdırlar. Hiss edirəm ki, məni ondan "xilas eləməyə" çalışırlar. Ehtiyacım yoxdu. Onun sözlərində elə müdriklik, elə yandırıcı həyat həqiqətləri var ki, özünü bunlardan qorumağa çalışanlar nadanlardan başqa kimsə deyillər. Ona qulaq asa-asa çox şeylərin fərqinə varıram. Heyrətlənirəm ki, bizim dərk edə bilmədiyimiz çox sirlər cəmləşib onun varlığında, ömründə. Arıq vücudundan, çuxura düşmüş gözlərindən bəllidi ki, aylarla ləziz yeməklər yemir. Ağzında bir dənə də dişi yoxdu. Qışın şaxtasında nəmnazik, hətta köhnə ipək paltarda gəzir. Amma sağlamdı, heç yeri ağrımır. Heç nədən ehtiyacı olmayan adamlar var ki, süfrəsinin artığıynan qonum-qonşunun it-pişiyi bir ay keçinər, amma özünün qarnı doyunca yeməyə səhhəti imkan vermir. Bəs, bu nə hikmətdi, nə alın yazısıdı?!... Niyə bir tərəfdə hər şey var, digər tərəfdə dişə götürməyə çöp də tapılmır?! Sirri hardadı bu əksliyin? Yerdə, yoxsa, göylərdə?! Adam dəli ola bilər. "Ola bilər" nisyə söhbətdi. Bu qadın elə dəli kimidi. Çox zaman məntiqsiz, ağlasığmaz sözlər danışır. Məntiqli fikirləri də çoxdu. Hərdən özünə hiss elətdirmədən yavaşca dəftəri qarşıma çəkib dediklərini yazıram. Bir dəfə demişdi ki, uşaqlar balaca olanda baldızının sözüynən əri saçından yapışıb başını divara çırpıb. Ondan sonra başgicəlləmə tapıb. Nəticəsi də göz qabağındadı...
   
   O gedəndən sonra xeyli özümə gələ bilmirəm. Baş götürüb xeyli uzaqlara, insan ayağı dəyməyən, səsi eşidilməyən yerlərə getmək, öz-özümlə tək qalmaq istəyirəm. Ancaq onun dedikləri haqqında düşünmək istəyirəm...
   
   Bir dəfə də qapını örtüb gedəndə ayaq saxladı, diqqətlə üzümə baxıb:
   
   - Əlli ildi bu torpağı süpürürəm, təmizə çıxara bilmirəm ki, bilmirəm, -deyib getdi...
   
   
   
   ***
   
   Daha görünmür. Daha heç kəs pişik kimi üsulluca qapımdan girmir. Görünmürsə, deməli, daha bu dünyada yoxdu. Yəqin artıq buludlarda, yaşıl bağlarda gəzən o ağ paltarlı ruhun qoynundadı. Görəsən, indi yeri isti, könlü rahatdımı?!


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK