ANA SƏHİFƏ / YAZARLAR

DÜNYANIN ZƏMİSİ HEÇ İMİŞ DEMƏ...

16465    |   2011-06-18 07:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   ... Onda böyük şair Musa Yaqubun 70 yaşı tamam olurdu. Bir yaz günüydü, gül gülü çağırırdı, bülbül bülbülü. Mobil telefonuma bir zəng gəldi. Başım qarışıq olduğu üçün telefonu aça bilmədim. Sonra zəng bir neçə dəfə təkrar olundu. Telefonu açdım gördüm ki, çox istedadlı və gözəl insan olan əmim oğlu, Əhliman həkim zəng edir...
   
   Elə telefonu açan kimi rəhmətlik dedi ki, ayə, insafın olsun, bayaqdan sənə zəng vururam, telefonu qaldırmırsan. Belə böyümüsən, bizim zəngimizə cavab vermirsən?! Sözün düzü, bir qədər tutuldum. Mən bilmirdim ki, zəng eləyən Əhliman əmioğludu. Çünki o elə adam idi ki, onun telefonuna cavab verməmək, diqqətsiz olmaq ən azından mənim üçün qəbahət idi. Sadəcə olaraq, başımın qarışdığını dedim və bir az da ağrıyıb-acıdığımı bildirdim. Elə ona görə də telefonu açmamışdım. Deyəsən, söylədiklərim onu bir qədər yumuşaltdı, sonra da özünəməxsus bir halda dedi:
   
   - Bilirsən, səni niyə axtarırdım?! Bir azdan Bakıda olacam. Vaqif Bəhmənlinin bağında Musa Yaqubla oturub bir stəkan çay içmək istəyirəm. Vaqif dedi ki, Faiqi də götür, gəl bizim bağa. Musa Yaqub, Maarif Soltan da bizdə olacaq. Axı Musa Yaqubun 70 yaşı tamam olur...
   
   - Mən hazır...
   
   - Onda 10 dəqiqəyə sənin iş yerinin yanında olacağam. Amma ləngimə, bilirəm ki, dəqiq adamsan. İstilər düşməmiş bir az bazarlıq edib gedib özümüzü çatdıraq Mərdəkana. Başımızı açıb dincələk, ürəyimizi boşaldaq, bir az da Vaqiflə zarafatlaşaq...
   
   Əhliman həkim Ələt hərbi hospitalında baş həkim işləyirdi. Şair və yazıçılarla dostluq eləyirdi. Onların da ilk kitabı çıxanda elə birinci Vaqif Bəhmənlini götürüb Ələtə gedər və kitablarını ona bağışlayardılar. Əhliman həkim də bir kitabla kifayətlənməzdi. Onun yanına hansı şair dostu gəlsəydi, ən azı 30-40 kitab götürərdi. Bəzən deyirdim ki, ay əmioğlu, bu qədər kitabı neynirsən? Sənə bir kitab lazımdı, onu da götür bəsindi. O isə gülər və sonra müdrik bir görkəm alaraq deyərdi: "Gördüyün o şairlər mənim ən yaxın dostlarımdı. Dolanışıqları da o qədər yaxşı deyil. Sovet dövründəki kimi yazdıqları kitabdan qonorar ala bilmirlər. Gərək mənim kimi adamlar da, ədəbiyyat həvəskarları da onları başa düşsünlər. Heç olmasa yaxşı şairlərin, yaxşı yazıçıların kitablarını alsınlar. Düzdür, mən çoxlu kitab alıram, amma onun birini saxlayıb, qalanını dostlarıma, tanışlarıma və qohumlarıma bağışlayıram...
   
   Bu həqiqətən də beləydi. Əhliman həkim Musa Yaqubun 70 illiyində "Bu dünyanın qara daşı göyərməz" kitabından onunla keçirilən görüş salonunun foyesindən nə az, nə çox 20 kitab aldı və o kitabdan birini də mənə bağışladı. "Bu dünyanın qara daşı göyərməz" kitabı mənim üçün çox əzizdi. Birinci o şeirlər kitabının müəllifi böyük Musa Yaqubdu, ikincisi də o kitabı mənə bağışlayan çox istedadlı və özünəməxsus fəlsəfi düşüncəsi olan ziyalı insan, ürək dostum Əhliman Pənahoğludu...
   
   ...Bir də gördüm onun maşını gəlib "Azərbaycan" nəşriyyatının qarşısında dayandı. 6-cı mərtəbədən baxanda gördüm ki, həkim maşından yerə düşdü və hardasa bizə tərəf baxır. Pəncərədən əl elədim, yəni "gəlirəm" dedim. Onun çöhrəsində gülüş yarandı və sonra da maşının qapısını açıb əyləşdi. Bir neçə dəqiqədən sonra onların yanına çatdım. Yanında Füzulidən olan hərbçi bir həkim də var idi. Görüşüb-öpüşdük və hal-əhval tutduq. Dedi ki, qabaqda diş klinikasında bir qədər ləngiyəcəyik, sonra da Vaqif Bəhmənlinin bağına gedəcəyik. Respublika xəstəxanasının yanındakı diş klinikasına çatanda maşını saxladı. Hər ikimizdən üzr istəyib tez gələcəyini dedi. Heç 5 dəqiqə keçmədi ki, gülə-gülə geri qayıtdı. Dedi ki, həkim gəlməyib, gedək başqa vaxtı gələrəm.
   
   ...O, çox səliqəli, çox dəqiq, çox savadlı və çox da səbirli adam idi, heç kimi gözlətməyi sevməzdi. Bu da təsadüfi deyildi. Çünki Əhliman həkim Azərbaycan Dövlət Tibb İnstitutunun cərrahlıq fakültəsinə daxil olandan bir il sonra təhsilini Kazandakı Tibb İnstitutunda davam etdirmiş, sonra Gürcüstanda bir müddət cərrah işləmiş, 10 il isə Almaniyada məşhur hospitalların birində cərrahlıq eləmişdi. Yəni o alman mədəniyyətini, alman həyat tərzini çox yaxşı öyrənmişdi. Daha doğrüsü, Avropanın yaxşı nəyi vardısa, hamısını özününküləşdirə bilmişdi. Elə ona görə də biz onunla oturub-duranda, dərdləşəndə və söhbət eləyəndə çox ehtiyatlanardıq. Hətta Vaqif Bəhmənli kimi istedadlı bir şair o olan məclisdə danışmaz, ancaq Əhlimanın fikirlərinə, danışığına və qeyri-adi düşüncələrinə qulaq asardı. Çünki onun düşüncəsi də, həyata baxışı da tam başqa cür idi. Yəni onda hər şey qeyri-adi, amma orijinal bir formada idi. Bəzən hamının oxuduğu kitab haqqında o elə fikir söyləyirdi ki, hətta kitabın müəllifi belə məəttəl qalırdı. Deyirdi ki, vallah, mən kitabı yazanda belə fikirləşməmişəm. Amma sən tamamilə yeni, orijinal və qeyri-adi bir ideya ortaya qoyubsan. O, Avropa və dünya ədəbiyyatını və eləcə də Azərbaycan ədəbiyyatını çox gözəl bilirdi. Elə bir yazıçı, elə bir yaxşı şair yox idi ki, onun yazdığı kitablardan Əhliman həkimin xəbəri olmasın. Məmməd Arazı, Rəsul Rzanı, Əli Kərimi, Musa Yaqubu, Ramiz Rövşəni, Vaqif Bəhmənlini, Vaqif Bayatlı Ödəri, Seyran Səxavəti... daha çox oxumuşdu. Başqa sözlə demiş olsaq, Əhliman həkim onları oxumaqla özü də yeni bir ideyalar, qeyri-adi fikirlər ortaya qoyurdu və onun fikirləri də həmişə çoxlarını təəccübləndirirdi...
   
   ...Maşını Mərdəkan yolunda yenidən saxladı. Dedi ki, şairin bağına əliboş getmək olmaz. Yolun qırağında yeni kəsilmiş bir quzu cəmdəyini qəssaba doğratdırdı. Özü də dedi ki, elə doğra ki, bundan kabab bişirək. Qəssab da çox sağ olsun, əti çox qəşəng doğradı. Sonra da mer-meyvə, xiyar-pomidor aldı. Əlimizi cibimizə salmağa imkan vermədi. Pulu ödəyib sakitcə maşının sükanı arxasında əyləşdi və bir neçə dəqiqədən sonra Vaqif Bəhmənlinin Mərdəkandakı bağına çatdıq. Bağda isə qeyri-adi bir gözəllik vardı: may ayı olduğu üçün güllərin, çiçəklərin ətri ətrafı ağzına götürmüşdü. İçəri keçən kimi Vaqif Bəhmənli ayaqyalın bizə sarı gəldi və qucaqlaşıb öpüşüb-görüşdük. İçəri keçdik. Təbii ki, bağda qəşəng şərait vardı. Vaqif də dedi ki, ayaqqabılarınızı çıxarın, paltarınızı dəyişin. Biz də paltarımzı dəyişdik və ayaqyalın qumun üstü ilə ora-bura gəzişdik. İki-üç dəqiqədən sonra Musa Yaqub və Maarif Soltan gəldi. Deyəsən onlara da bağ havası, sərinlik və dənizin mehi ləzzət eləyirdi. Maarif Soltan özünəməxsus bir cəldliklə hərəkət elədi. "Hələ samovara od salmamısınız" - deyib samovara tərəf getdi. Samovarın içi su ilə dolu idi. Bircə qalırdı ona köz salıb yandırmaq. O da közü salıb yandırdı və samovar yavaş-yavaş sızıldamağa başladı. Bu məqamda Musa Yaqubla Əhliman həkimin şirin söhbəti başladı. Çünki Musa Yaqub Əhliman həkimi çox istəyirdi. Bilirdi ki, Əhliman həkim içi dolu adamdı, ədəbiyyatı, fəlsəfəni çox gözəl bilir. Bizim başımız qarışıq olanda onlar yenə öz söhbətində idi. Sonra Musa Yaqub Vaqif Bəhmənlini səsləyib dedi ki, ay qardaş, bu Əhlimanın söhbətindən doymaq olmur. Sizin əmioğlunuz nə qədər şirin, nə qədər dərin və nə qədər savadlı oğlandı. Mənimki Əhlimanla çox gözəl tutur...
   
   Maarif Soltan isə tikələri şişə çəkirdi. Bir az da ətdən saxlamışdı ki, buğlama bişirsin. Vaqiflə mənim başım kabab bişirməyə qarışmışdı, Maarif Soltan isə buğlamanı hazırlayırdı. Hər şey hazır oldu, kabab bişdi və süfrəyə ləzzi yeməklər gəldi. Musa Yaqub isə Maarif Soltana dedi ki, nə oldu sənin buğlaman? İki saat keçir, hələ buğlaman bişməyib. Maarif Soltan isə dilləndi: "Musa müəllim, mənim buğlamam o birilərinin bişirdiyi buğlamadan deyil. Axı sən bilirsən, bu buğlama hələ iki-üç saatdan sonra bişəcək. Onda da yeyəndə barmağınızın beşini də yalayacaqsınız"...
   
   Onların başı yenə söhbətə qarışmışdı. Necə oldusa, yenə Musa Yaqub ucadan dedi:
   
   - A Maarif, daşı qaynatsaydın çoxdan bişmişdi. Amma sənin buğlaman yenə bişmir.
   
   Maarif:
   
   - Beş dəqiqədən sonra yemək hazır olacaq.
   
   Beş dəqiqə keçdi Maarif Soltan boşqablarda buğlamanı stola gətirdi. Doğrudan da çox dadlı buğlama idi. Mən çox buğlama yemişdim, amma ömrü boyu Maarif Soltanın bişirdiyi buğlama kimi dadlı buğlama yeməmişdim, barmağımızın beşini də yaladıq...
   
   ...Yeddi saatdan çox idi ki, Vaqif Bəhmənlinin bağında oturub həm dərdləşir, həm çörək yeyir, həm də söhbət eləyirdik. Həmin gün çox qeyri-adi gün idi. Bəlkə də ömrümdə mənim belə günlərim barmaqla sayılası idi. Çünki hamımız ürək söhbəti eləyirdik. Burda hər şey tər-təmiz, hər şey saf və hər şey halal idi. Halal və təmiz Vaqif Bəhmənlinin ocağında halal və təmiz Musa Yaqub əyləşmişdi, halal və təmiz Əhliman Pənahoğlu oturmuşdu, halal və təmiz Maarif Soltan əyləşmişdi... Bundan gözəl gün olmazdı. Bir yaz günü, Bakı bağı və ürəyin istədiyi dostlar... Kənarda samovar qaynayır, manqal yanır, qazanda isə buğlama bişir...
   
   ...İndi həmin günlər üçün burnumun ucu göynəyir. Neçə yazdı Vaqif Bəhmənli həmin günü məni bağa dəvət eləyir, gedə bilmirəm. Özüm də bilmirəm niyə gedə bilmirəm, daha doğrusu, bilirəm... İndi Musa Yaqub da var, Vaqif Bəhmənli də, Maarif Soltan da, mən də. Bircə Əhliman Pənahoğlu yoxdu. Amma içimizdə əbədi sevgi olan Əhliman sevgisi, Əhliman məhəbbəti var və bu Əhliman sevgisi və Əhliman məhəbbəti bizi birləşdirir. İnsanlar var ki, ölümü ilə də insanları sevgiyə, azadlığa və birliyə qovuşdurur. Yazımı böyük Musa Yaqubun aşağıdakı misraları ilə tamamlamaq istəyirəm:
   
   
   
   Dünyanın zəmisi heç imiş demə,
   
   Dəryanın gəmisi köç imiş demə,
   
   Heçimi, köçümü indi bilmişəm,
   
   İndi bilməyim də gec imiş demə...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK