deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "Ləzgicə-azərbaycanca lüğət"in təqdimatı Adalet.az | "Ləzgicə-azərbaycanca lüğət"in təqdimatı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Ləzgicə-azərbaycanca lüğət"in təqdimatı

8256    |   2015-05-13 08:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan" nəşriyyatı tərəfindən çap olunmuş "Ləzgicə-azərbaycanca lüğət" kitabının təqdimatı keçirilmişdir. 70 min lüğət vahidindən ibarət, 800 səhifəlik bu nəşrin geniş ictimaiyyət nümayəndələrinə çatdırılması mərasimi bayram əhval-ruhiyyəsində keçdi. Mətbuat Mərkəzinin zalı qonaqlarla dolu idi. Oxucular tədbirə gül dəstələri ilə gəlmişdilər.
Tədbirə çoxlu sayda media nümayəndələri də qatılmışdı. Respublikamızın adlı-sanlı alimlərinin, yazıçılarının, azsaylı xalqların ictimai təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri Şair Həsənov açdı. O, bu təqdimatın multikulturalizm ənənələri ilə dünyada tanınan Azərbaycanda tolerantlıq nümunəsi, "Ləzgicə-azərbaycanca lüğətin" nəşrinin respublikamızın mədəni həyatında böyük hadisə olduğunu qeyd edərək tədbiri aparmaq üçün sözü kitabın müəlliflərindən biri olan "Samur" qəzetinin baş redaktoru Sədaqət Kərimovaya verdi.
S.Kərimova tədbirə gələn qonaqlara, kitabın hazırlanmasına mənəvi dəstək verən Samur LMM-ə, onun sədri Şair Həsənova, çapa maddi yardım göstərən "Asnaf" şirkətinin rəhbəri Maksim Cavadova öz minnətdarlığını bildirdikdən sonra dedi: "İctimaiyyətə təqdim etdiyimiz lüğət respublikamızın əsrlər boyu mehriban qardaşlıq ailəsində yaşayan ləzgi və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına xidmət edən nəşrdir. Ədəbi-bədii tərcümələr etməkdə, hər iki dili daha dərindən öyrənməkdə bu kitabın rolu əvəzsiz olacaqdır. Ləzgi dilini mükəmməl öyrənmək istəyənlər arasında ləzgilərlə yanaşı müxtəlif millətlərin nümayəndələrinin olmasını, dünya linqvistlərinin ona böyük maraq göstərdiyini, redaksiyamızın müntəzəm olaraq təşkil etdiyi ləzgi dili kurslarına yazılanların sayının getdikcə artdığını nəzərə alsaq, bu lüğətin nə qədər lazımlı və faydalı olduğunu təsəvvür etmək çətin deyil."
Digər müəllif, "Samur" qəzeti redaktorunun müavini Müzəffər Məlikməmmədov vurğuladı ki, "Ləzgi dilində ilk lüğətin min illik tarixi var. XIII əsrdə yaşamış ərəb kosmoqrafı Zəkəriyyə əl-Qəzvini özünün "Ölkələrin yadigarları" kitabında qeyd edir ki, XI əsrdə Əbu İbrahim İsmayıl əl Muzaninin "Müxtəsər" kitabı və Muhamməd ibn İdris aş-Şafinin şəriət hüququna dair kitabı ərəb dilindən ləzgi dilinə tərcümə olunmuşdu. Bu tərcümələr naməlum müəllif tərəfindən tərtib edilmiş 6 min sözdən ibarət ərəbcə-ləzgicə lüğət əsasında həyata keçirilmişdir.
1817-1818-ci illərdə məşhur ləzgi alimi və şairi Mirzə Əli ərəbcə-ləzgicə lüğət tərtib etmişdi. Sonralar həmin lüğət əsasında 1864-1865-ci illərdə, yəni 150 il bundan əvvəl "Qurani-Kərim" ləzgi dilinə tərcümə edilmişdir. XVIII əsrdə farsca-ləzgicə, XIX əsrin sonlarında rusca-ləzgicə, ləzgicə-rusca lüğətlər meydana gəlir. Ötən əsrin 20-ci illərində türkcə-ləzgicə lüğət hazırlanmışdı. Sonrakı dövrlərdə, 1932-2012-ci illər ərzində ləzgi alimləri 52 lüğət və danışıq kitabçası hazırlayıb çapdan buraxmışlar. Ləzgicə-azərbaycanca və azərbaycanca-ləzgicə lüğətlərin hazırlanması məsələsini ilk dəfə 1957-ci ildə Azərbaycanın tanınmış dilçilərindən sayılan məşhur ləzgi alimi, filologiya elmləri doktoru Şəmsəddin Sədiyev qaldırıb. Buna baxmayaraq, ikidilli lüğət tərtib etmək ona nəsib olmayıb. Görkəmli alimin arzusunu həyata keçirərək tərtib etdiyimiz bu lüğətə qoy oxucularımız qiymət versinlər."
Azərbaycan Respublikası millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı respublikamızda xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, burada tolerantlıq ənənələrinin daha da genişlənməsi sahəsində cənab prezident İlham Əliyevin rəhbərliyi ilə görülən əhəmiyyətli işlərdən danışdı. Ötən il yaradılmış Multikulturalizm və Dini Məsələlər Üzrə Dövlət Xidmətinin fəaliyyəti, dövlət müşaviri, tanınmış alim, professor Kamal Abdullanın səyləri ilə bu sahədə nəzərəçarpan yeniliklərin olduğunu diqqətə çatdırdı.
M.Talıblı sözünə davam edərək dedi: "Ləzgicə-azərbaycanca lüğət" hər iki xalqın mədəniyyətinə böyük töhfədir. Bu, böyük zəhmətin bəhrəsidir. Xalqlar arasında dostluğa xidmət edən belə bir kitaba görə həmkarlarım Sədaqət Kərimovanı və Müzəffər Məlikməmmədovu ürəkdən təbrik edirəm. Onlar bir institutun gördüyü işi görüblər. Bu, həm ləzgi, həm də Azərbaycan xalqı qarşısında çox böyük xidmətdir."
Sonra lügətin rəyçilərindən biri, pedaqoqika elmləri doktoru, Rusiya Pedaqoji və Sosial Elmləri Akademiyasının akademiki, Əjdər Ağayevə söz verildi. O, dedi: "Samur" qəzeti nəinki ləzgi dilinin, həm də dövlət dilimiz olan Azərbaycan dilinin təəssübkeşi olub hər iki dilin təmizliyi və saflığı uğrunda mübarizə aparır. Lüğət hazırlamaq kimi böyük və çətin işin öhdəsindən şərəflə gəlməkdə qəzetin əməkdaşları, bir-birindən gözəl əsərlərin müəllifləri olan Sədaqət Kərimovaya və Müzəffər Məlikməmmədova onların peşəkarlıqları, hər iki dili mükəmməl bilmələri kömək edib. Böyük bir institutun uzun illər ərzində ərsəyə gətirdiyi bir işi bu iki insanın gördüyünə heyran olmamaq mümkün deyil"
Tədbirdə çıxış edən "Asnaf" MMC-nin baş direktorunun müavini Asəf Davıdov bildirdi ki: "Hamımızın çoxdan gözlədiyi "Ləzgicə-azərbaycanca lüğət"in çapdan çıxması böyük hadisədir. Bu, ləzgi və Azərbaycan xalqları arasında dostluğu daha da möhkəmləndirməyə xidmət edən bir kitabdır. Tanınmış iş adamı Maksim Cavadov başda olmaqla bizim şirkətin lüğətin çapına kömək göstərməsi təsadüfi deyil. Belə bir kitaba böyük ehtiyac var idi. Biz bu işdə təşəbbüsçü olsaq da, əsas zəhmət çəkən tanınmış qələm sahiblərimiz Sədaqət Kərimova və Müzəffər Məlikməmmədovdur. Onlara belə sanballı lüğət hazırladıqlarına görə təşəkkürümüzü bildirir, yeni yaradıcılıq uğurları arzulayırıq."
"Kirpi" jurnalının baş redaktoru Polad Qasımovun çıxışı da maraqla qarşılandı. O dedi: "Mən Sədaqət Kərimovanı və Müzəffər Məlikməmmədovu 35 ildən çoxdur ki, tanıyıram. Onların Azərbaycan mətbuatının inkişafında, jurnalistikaya gətirdikləri yeniliklərdə böyük xidmətləri var. Bu qələm sahiblərinin tərtib etdikləri "Ləzgicə-azərbaycanca lüğət" isə tarixi hadisədir. Həmkarlarım bu kitabla özlərinə diri ikən abidə qoyublar."
Yazıçı, əməkdar jurnalist Flora Xəlilzadə dedi: "Əziz həmkarlarım Sədaqət və Müzəffər! Mən bu kitabı görüb heyran oldum. Sizi ürəkdən təbrik edirəm. Dahiyanə bir iş görmüsünüz. bu kitaba görə sizə dövlət mükafatı verilməlidir. Siz əsl qəhrəmansınız."
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktor müavini, Əli Şamilov öz fikrini belə ifadə etdi: "Zala daxil olanda onun dolu olduğunu, ayaqüstə duranların da olduğunu görüb sevindim. Bu, onu göstərir ki, lüğətə böyük ehtiyac və ehtiram var. Təəssüf ki, yüz illər boyu qardaş xalqlar kimi birgə yaşamağımıza baxmayaraq, hələ də bir-birimizi yaxşı tanımırıq. Əslində belə lüğət 150 il əvvəl çap olunmalı idi. Həmkarlarım Sədaqətlə və Müzəffərin Azərbaycanda belə bir kitabı buraxdıqlarından qürur duyuram. Gərək respublikamızda yaşayan saxurların, avarların, rutulların və başqa xalqların dillərində də lüğətlər nəşr olunsun."
Bu fikri çıxış edən digər natiqlər də dəstəklədilər. Son dərəcə maraqlı keçən tədbir başa çatdıqdan sonra "Samur" qəzetinin yaxın dostları, ləzgi dilinin təəssübkeşləri xeyli vaxt müəllifləri getməyə qoymadılar. Maraqlı sual-cavablar və söhbətlər bu tədbirin nə qədər əhəmiyyətli oldugunu və bu cür görüşlərin keçirilməsinin vacibliyini bir daha gündəmə gətirdi.



YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK