hacklink Adalet.az | 24 NİSAN Adalet.az | 24 NİSAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

24 NİSAN

20906    |   2015-05-02 01:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



(Tanrı) Hikməti arzu etdiyinə verər. Hikmət verilən kəsə çox xeyir verilmişdir. Bunu ancaq dərrakə sahibləri fikirləşib başa düşər.
Bəqərə Surəsi, 269-cu ayət

Roma papası ötən günlərdə biz Türklərin 1915-ci ildə soyqırım törətdiyimizi, erməniləri kütləvi şəkildə qırdığımızı bütün dünyanın qarşısında dilə gətirdi.
Hamı bilir ki, 1914-cü ildə imperiya siyasəti güdən və özlərinə yeni-yeni müstəmləkələr qazanmaq məqsədiylə ayağa duran İngiltərə, Fransa, Almaniya, İtaliya kimi qərbli dövlətlərin intriqaları nəticəsində Birinci Dünya Müharibəsi yarandı. İngiltərə və Fransa burunlarına noxta salıb arxalarınca apardıqları dövlətlər və xalqlarla bir cərgədə, Almaniya və İtaliya kimi dövlətlər də digər cərgədə idi. Rusiya da dişini itildib bu yanda marıqda yatmış məqam gözləyirdi. Osmanlı Dövləti isə özgə xalqları sümürə-sümürə harınlamış bu qərbli dövlətlərin şərrindən qorunmaq məqsədiylə güclü olan qrupa, yəni İngiltərə və Fransa cərgəsində yer tutub, yaranacaq bəlanı ən asan şəkildə başından sovmaq üçün onlara yanaşmaq niyyətiylə müraciət etdi, ancaq İngiltərə bunu qəbul etmədi, çünki onların yüz illərdir niyyətləri Osmanlı Dövlətini məhv etmək və torpaqlarına yiyələnməkdi. Osmanlı Dövləti də məcbur qalıb Almaniya-İtaliya qrupuna yanaşdı. Yəni boz ayıyla yox, qara ayıyla xarala girməkdən özgə çarəsi qalmadı.
1912-ci ildə başlayan Balkan Müharibələrində Yunanıstan və Bolqarıstan başda getmək şərtilə Balkan xalqları Osmanlı Dövlətindən öz müstəqilliklərini əldə etdilər. Bu mübarizələrdə Osmanlı həm torpaqlarını, həm də potensiyal hərbi qüvvəsinin böyük bir hissəsini itirdi. Olduqca sarsılan Osmanlı artıq özünə gələbilməzdi və Balkan döyüşlərinin ardınca başlayan Birinci Dünya Müharibəsinə daxil olmaq məcburiyyətində qaldı. İngiltərə, Fransa və Rusiya Osmanlı dövlətini tənəzzülə uğratmaq və var-yoxunu bölüşmək barədə onsuz da razılaşmışdı. Onlar belə bir atmosferdə Osmanlını daxildən də sarsıtmaq üçün bir vaxtlar Osmanlı Dövləti tərəfindən "sadiq təbəə" kimi qələmə vərilən dindaşları olan erməniləri üsyana təşviq etdilər. Şərqi və cənubşərqi Anadolu bölgələrində xüsusilə İngiltərə, Fransa, Rusiya və ABŞ tərəfindən təşkilatlandırılıb silahla təmin edilən erməni terrorçuları, Birinci Dünya Müharibəsində bir neçə cəbhədə döyüşə gedən və müdafiəsiz qalan Türk kəndlərinə, qəsəbələrinə basqın vərərək qırğınlarla soyqırımlar törətdilər. Soyqırıma uğrayan Türklər kütləvi şəkildə basdırıldılar, o qəbirlərin bir hissəsi aşkar edilib, diğərləri hələ də aşkar edilməyi gözləyir. Hələ Azərbaycanda müxtəlif vaxtlarda törədilənləri, dünən yaranan Xocalı Soyqırımını demirəm. Osmanlı Dövləti də üsyan edən erməniləri məcbur qalıb ölkənin hərb getməyən bölgələrinə, Suriyə və Lübnan kimi torpaqlarına köçürdü. 1915-ci ilin 24 Nisan günü isə erməni xalqını üsyana təşviq edən quldurbaşçılarının tutulması barədə qərar qəbul etdi və təhlükəsizlik qüvvələri həmin quldurları bir-bir dənləyərək türməyə basdı. Bu terrorçular yenə adını sadaladığım qərbli ölkələrin təzyiqi ilə azad buraxdırılıb qərb ölkələrinə aparıldılar.
Osmanlı Dövləti Balkan Döyüşləri və Birinci Cahan Müharibəsində 400 mindən artıq evladını şəhid vermişdi.
Həmişə erməni kartından qoz kimi istifadə edən qərbli və şərqli ölkələr onları itildib məydanlara saldılar, on illər boyu davam edən bu təbliğat nəticəsində dünyanın müəyyən ölkələrində 24 Nisan günü soyqırım günü kimi qəbul olundu. Tarixin qəribə əhvalatına baxın ki, İkinci Dünya Müharibəsi vaxtı Yaponiya ilə Amerika arasında muharibə yaranmışdı. Yaponlara kömək edəbilər zənniylə ABŞ tərəfindən on minlərlə Yapon köklü Amerikan vətəndaşı ailənin ölkənin bir ucundan o biri ucuna köçürülməsi hadisəsini nəinki soyqırım kimi qəbul etmək, bu bəşəriyyət dramını indiyə kimi bir dənə qərbli və ya şərqli ölkə də dilə gətirməyib. İngiltərənin və Fransanın xüsusilə Afrikada törətdikləri soyqırımların üstünə isə qara bir pərdə çəkilib və heç kəs o pərdəni qaldırmağa cəsarət də edəbilmir.
24 Nisan günü Çanaqqala Döyüşlərinin yüzüncü illiyi mərasimlərinə dəvət edilən Vatikan, nüyaməndə yollamaqdan imtina etdi. Xəncərimizin daşı düşməyəcəkdi, ancaq Vatikanın bu hərəkətinin mənə görə biri bizim, diğəri də onlar üçün iki yönü var.
Vatikan papasının soyqırım sözünü dilə gətirməsi də, Çanaqqala döyüşlərinin yüzüncü illiyi mərasimlərinə dəvət edildiyi halda nüyaməndə yollamaması da təsadüfi deyil. On birinci yüzillikdə başlayan və üç qərinə davam edən Səlib Yürüşlərinin mənəvi başçısı Vatikandı. Dəməli Vatikan on birinci yüz illikdəki fikrindən, zikrindən və əməlindən zərrə qədər də imtina etməyib..
Bu məsələnin bizə aid olan yönü isə mənim üçün daha maraqlıdı, çünki düşmən düşmənliyini edəcəkdi, bu təbiidi. Bəs gəlin görək on birinci əsrdən üzü bəri biz nə etmişik. Vatikanın da, qərblilərin də bizimlə bağlı fikirlərini, zikirlərini, əməllərini layığınca başa düşüb qiymətləndirmişik, buna görə tədbir almışıq ya yoxə!
əlhəmdülillah Müsəlmanıq, ancaq Allahın ilk nazil etdiyi Qurani Kərimin "Yaradan Rəbbinin adıyla oxu" tələbi bir qulağımızdan girib, o biri qulağımızdan çıxıb. əstağfurullah, oxumuşuq ey, səhərdən axşama, axşamdan yatana kimi dua oxumuşuq. Ulu Peyğəmbərimiz, "elm Hində də, Çində də olsa axtarıb tapın" dediyi halda elmdən cin dəmirdən qorxan kimi qorxmuşuq. Nə dünya miqyasında bir elmi nailiyyətə, nə də texnoloji sahədəki bir layihəyə imza atmışıq.
Bəs tutduğumuz yol, Allahın bəşəriyyətə yolladığı sonuncu din olan İslamda buyurduğu yoldurə Yoxsa o yolu da azmışıqə Mənə görə azmışıq, çünki, dünyanın bu əsrində Türkiyədə "filankəsi ə ə ə sevmək ibadətdir" deyərək bir diktaroru bütləşdirib ona tapınan, gündə beş vaxt üzünü Allaha tutub namaz qıldığını zənn edən müsəlmanlarımız vardır. "Allahu əkbər" deyərək öz din qardaşının boğazını kəsərkən "Allahu əkbər" deyə nərələr böyürən müsəlmanlarımız vardır.
Bu güzgüdən baxanda görürəm ki, bizim dilimizdə danışıb, bizə oxşayan bəzileri nə müsəlmançılığı başa düşüb, nə də düşmənlərimizin bizimlə bağlı fikir və zikirlərini. Nə başınızı ağrıdım, onlar yolunu azmış bir toplum olub çıxıb vəssalam.

"Allah, yolunu azmış toplumu (doğru) yola döndərməz.

Tövbə surəsi, 24-cü ayət"

Yolunu azmamış, əzəldən gəlib əbədə yürüyən Türk millətinin tərtəmiz Türk igidləri, Tanrının əsgərləri olan ülkü ərləri, o azğınlara layiq olduqları cavabı yaxın bir zamanda verəcəkdi, gözləyin.
"Gecənin ən qaranlıq olduğu vaxt, səhərə ən yaxın olan zamandır".




YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK