hacklink Adalet.az | GÜNƏŞ PALÇIQLA SUVANA BİLMƏZ Adalet.az | GÜNƏŞ PALÇIQLA SUVANA BİLMƏZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜNƏŞ PALÇIQLA SUVANA BİLMƏZ

25539    |   2011-01-22 05:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türklər məzlum olduqları halda yüzillərdir qərbli imperialistlər tərəfindən daimi şəkildə "barbar, vəhşi, qaniçən" kimi qələmə verilir. əslində bizə bu adları qoyanların özləri vəhşi, qəddar və soyqırımçıdır.
   
   Amerika qitəsi İstanbulun tutulmasından düz otuz doqquz il sonra Amerigo Vespucci tərəfindən tapıldı. O vaxtlar qitədə Azteklər və Qırmızıdərililər yaşayırdı. Qitənin tapılmasıyla birlikdə Avropada özəl qanunlar və qərarlar qəbul olundu. Dustaqxanalarda nə qədər oğru-quldur, cibgir, qatil, fahişə varsa hamısına Amerika qitəsinə getməsi şərtilə özlərinə köməklik ediləcəyi bildirildi və bu vəd yerinə yetirildi. Təkcə bunlarla kifayətlənilmədi, nə qədər kasıb-kusub Avropalı varsa hamısı gəmilərlə yeni qitəyə daşındı. Qitəyə yeni gedənlər özlərini haçan güclü gördülərsə qitənin aborigen xalqına hücum çəkdilər. Qatilliyin və cinayətkarlığın kitabını yazan bu insanlar əlbir olub ən vəhşiyanə qırğınları həyata keçirdilər və yerli xalqa qarşı soyqırım törədib onları kütləvi şəkildə qırdılar. Xüsusilə Qırmızıdərililərin soyqırımla axırına çıxıldı və qırmızı kitaba düşəcək sayda qaldıqda barmaqları tətikdən, əlləri qılıncın dəstəsindən aralandı. Onlar bununla kifayətləndi? Əlbəttə yox, bakir qitənin sərvətlərini pay-püşk eləyib sümürdülər, dənizləri-okeanları ötüb qitələrarası cinayətlərə başladılar. Hindistan, Avstraliya, Yeni Zellandiya, xüsusilə də Afrika onların hər cürə cinayətkarlığı həyata keçirdikləri məkana döndü. Bu gün Amerikada yaşayan zəncilərin soy-sopunu axtarsanız qarşınıza ilk addımda Afrika qitəsi çıxar. İllər boyu bu yazıq insanları aparıb kölə bazarlarında hərraca qoydular, zəmilərində, evlərində qarın toxluğuna işlədib əməklərini sümürdülər. Bu həqiqəti dünyada bilməyən yoxdu. Ancaq insanın cızdağını çıxaran budur ki, bütün bu həqiqətlərə baxmayaraq Amerikalı siyasətçilər boyunlarını uzadıb okeanın o tayından bizə insanlıq dərsi keçməyə qalxır!
   
   Ancaq Amerikada Erməni diasporunun ağzıyla danışan siyasətçilər olsa da, yüz milyonda bir rast gələ biləcəyimiz düz adamları da var. Amerikada Louisvillə Universitetində tarix bölməsində dərs deyən Prof. Dr. Justin Mc Carthy apardığı axırıncı araşdırmasında türklərin yüzillər boyu nə cür qırğınlara, sürgünlərə məruz qaldığını sübuta yetirdi. Cənab Carthy, "Osmanlı İmperiyasında məcburi köçürülmələr və ölümlər-şərhli xəritə" adlı araşdırmasıyla 1770-ci ildən 1923-cü ilə qədər ötən zaman ərzində beş milyon müsəlmanın və türkün nə cür Avropadan, Asiyadan, ərəbistandan sürüldüyünü sübut edir. Hətta bu sürgünlər əsnasında Türk torpaqlarına pənah aparan 1 900 000 xıristiyan vardır ki, bunlar da qərbli imperialistlər tərəfindən məcburi surətdə mühacirət etdiriliblər. Osmanlı torpaqlarında, 1864-cü ildən Türkiyə Cümhuriyyətinin rəsmi şəkildə elan olunmasından bir il qabağa, yəni 1922-ci ilə kimi yaranan müharibələrdə və daxili vuruşmalarda həlak olan müsəlmanların sayı xıristiyanların sayından dörd qat artıqdır və cənab Carthy bunu da bütün dəlilləriylə sübut edib.
   
   Prof. Dr. Mc Carthy bu araşdırmasıyla bağlı deyib:
   
   "Osmanlı torpaqlarında yaşayan müxtəlif kimliklərə mənsub bütün xalqlar iztirab çəkib, ancaq müsəlmanlar, xüsusilə də türklər bu izdirabı artıqlamasıyla çəkənlərdir. Apardığım bu araşdırma, olmazın izdirablara düçar olmuş insanların fəlakətlərlə hörülmüş taleini göz qabağına sərəcəyi ümidindəyəm. Babası və ya nənəsi Yunanıstan, Bolqarıstan, Makedoniya, Krım və ya Qafqazyadan gəlməyən çox az Türk ailəsi vardır. Sonra Anadoluda yaranmış hərblərdən asılı ölkə daxilində özgə yerlərə köç etmək məcburiyyətində qalaraq iztirab çəkməyən çox az insan vardır. Bütün bunlara baxmayaraq müasir Türkiyəni yaradanlar, olum-ölüm mübarizəsindən üzü ağ çıxan xalqı keçmişin iztirablı və qaranlıq dünyasından çıxarıb gələcəyin parlaq dünyasına istiqamətləndirmiş və keçmiş düşmənləriylə sülh atmosferində yaşamaq düşüncəsini mənimsətmişdir. Düşündürücü haldır ki, digər xalqlar üzləşdikləri tragediyaları türklərə qarşı nəsildən-nəslə ötürdükləri düşmənçiliyə döndəriblər".
   
   Bütün bu deyilənlər dünyanın super imperialist gücü ABŞ-ın bir universitetində işləyən vicdanlı bir alimdir. Hələ dünən deyə biləcəyimiz bir vaxtda Todor Jivkovun Bolqarıstanından 1989-cu ildə Anadoluya yönəlmiş bir köç dalğası başladıldı. Üstəlik bu köç dalğası müasir dünyanın gözləri qarşısında reallaşırdı. Köçün piçini buran Sovet Rusiya və Qərb idi. Nə hikmətdirsə bu gün insan hüquqlarının müdafiəçisi kəsilən və əzilən xalqların arxası sifətini özünə yaraşdıran qüvvələr o vaxt ağızlarına qovut doldurmuşdular. Jivkof ilə Səddamın etdikləri arasında nə fərq vardı ki?! 1988-ci ildən başlayıb həm də Sovet dövründə Azərbaycan Türklərinin tamamı bu gün Ermənistan adı qoyulmuş Qərbi Azərbaycan torpaqlarından etnik təmizliklə çıxarıldılar. Bu kifayət eləmədi, Azərbaycan torpaqlarının iyirmi faizi işğal edildi, hələ də bir milyondan artıq insanı qaçqın vəziyyətində yaşayır. Harda qaldı insan hüquqları? İnsan hüquqlarından müdafiə edənlər, haqdan, hüquqdan dəm tutanlar harda gizlənibsiniz?!
   
   Tarixi qaynaqlar deyir ki, Balkanlardan Anadoluya yönəlmiş köçlərin tarixi 17-ci əsrə gedib çıxır. Bu gün Balkanlarda yaşayan çox az müsəlman qalıb. Türkiyənin 1927-ci ildə əhali sayı 11 milyon idi və bunun yeddi milyonu icbari köçürülmə ilə Anadoluya gəlmək məcburiyyətində qalmışdı. Keçmiş Amerikan prezidenti Roosəvəlt ona görə, "Biz Birinci Dünya Müharibəsini türkləri Avropadan qovmaq üçün çıxardıq" demişdi. Avropalılar bizi ordan söküb çıxarmaq üçün yüzillər boyu dəridən-qabıqdan çıxdılar, bəs Amerika niyə bu işdə avropalılara dayaq olmuşduə!
   
   Osmanlı-Rus müharibələrindən sadəcə olaraq 1877-78-ci illər arasında 1 253000 Türk və müsəlman ruslar tərəfindən Qafqazya, Kırım və digər yerlərdəki dədə-baba torpaqlarından zor gücüylə çıxarılmış və onlar da yeganə ümid qapısı bildikləri Anadoluya üz tutmuşdular. Bütün bunlara baxdıqda bu söz insanın yadına düşür: "Yanan da bizik, yaman da biz!" Həm qırğınlara, sürgünlərə məruz qalmışıq, həm də günahkar olmuşuq...
   
   Xalqı üsyana təşviq etməyə çalışan erməni terrorçular, dünənə kimi eyni ölkənin və dövlətin vətəndaşı olanlar bir-birini qırmasın və digər tərəfdən öz dövlətçiliyini qorumaq fikrindən hərəkət edən Osmanlı dövləti tərəfindən tutulub zindana atıldılar. Üsyan etmiş, müdafiəsiz kəndlərə və qəsəbələrə basqınlar verərək qırğınlar törədən ermənilər isə ölkənin müharibə getməyən dinc yerinə hər cürə ehtiyacları ödənərək köçürüldülər. Sadəcə olaraq üsyankar terrorçuları ölkənin özgə bir yerinə köçürdü deyə bizi soyqırım törətməklə ittiham edən qərbli və şərqli imperialistlər bizim məsələmiz olanda niyə lal-kar dayanırlar bəs?! Onlar səslərini çıxarmazlar, çünki bu saxta soyqırım nağılı onların əllərində Demoklun qılıncıdır. Öz fikirlərincə bundan istifadə edib bizdən istədiklərini qopardacaqlar. Qopardarsınız əlbəttə ...
   
   Əziz və möhtərəm insan hüquqları müdafiəçiləri, çörəyini yeyib, suyunu içdiyi və sadiq təbəə adı qoyulan, öz dövlətinə qarşı üsyan edən terrorçu erməniləri müdafiə edənlər, terrorizmə arxa çıxanlar, indi də guya Kürdçülük dalınca qaçan cahil və yazıq PKK-lıları dəstəkləyənlər bunu beyinlərinə yaxşı soxsunlar ki, 1821-ci ildən 1922-ci ilə kimi beş milyon yarım müsəlman və türk qərblilərin və şərqlilərin çıxardıqları müharibələrdə qırğın, aclıq və xəstəlik səbəbiylə qətlə yetirilib. O insanların hüququnu niyə özlərinə təhvil vermir və insan olmağın gərəyini yerinə yetirmirsiniz?!
   
   Ustad Nəcib Fazil Qısakürək sizin kimilər üçün nə gözəl deyib:
   
   
   
   "Bən sana alçak deməm
   
   Alçağın da bir irtifa var
   
   Bə çukur hərif!".
   
   


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK