Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "QIRXINCI OTAQ"IN AURASI Adalet.az | "QIRXINCI OTAQ"IN AURASI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"QIRXINCI OTAQ"IN AURASI

Nağılla gerçəklik üz-üzə qalandag

69709    |   2010-12-18 06:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Birnəfəsə oxuyub qurtardığım kitabı masanın bir kənarına qoydum. Bir anlıq yerimdən durmaq, hərəkət etmək istəyimi gerçəkləşdirə bilmədim. Sanki kimsə çiyinlərimdən sallaşıb məni yazı masasının arxasındakı oturacağa yapışdırmışdı. Nəhayət ki, yerimdən qalxdım və nəşriyyatın 6-cı mərtəbəsindən Yasamal qəbiristanlığı tərəfə boylanan pəncərənin qarşısında dayandım. Qəbiristanlığın yanından magistral yol da keçir. Maşınlar şütüyür, adamlar gedib-gəlir və həmişə bu qəbiristanlığa gəlib-gedənlərdən çörək pulu qazanan adamlar da səkinin kənarındakı daşların üstündə oturublar.g
   
   gBaxıram və fikirləşirəm. Fikirləşdikcə də təsirindən ayrıla bilmədiyim romanın səhnələri bir-bir gözümün önündə canlanır. Mənə elə gəlir ki, "Qırxıncı otaq"ın qəhrəmanı, qocaman hakim, hüquqşünas elə, Yasamal qəbiristanlığında dəfn olunub. Elə Adil müəllim o qəbristanlıqda təkcə mənə tərəf yox, həm də yaxınlıqda yerləşən möhtəşəm məhkəmə binasına tərəf də boylanır. Axı "Azərbaycan" nəşriyyatından bir tin aşağıda məhkəmə binası var. Adını indi dəqiq xatırlamadığım və həmişə qarşısından bir az tələsik ötüb keçdiyim məhkəmə binası. Bilmirəm nədənsə o binanın qarşısından həmişə tələsik keçmişəm.g İndi isə Yasamal qəbirsitanlığından mənə tərəf boylanan məhkəmə sədri, mərhum Adil Hüseynli özünəməxsus təmkinlə bu romanda oxuduqlarımı və bütövlükdə öz həyatını mənə baxışları ilə pıçıldayır. Və mən də onları yaddaşımdan kağıza köçürmək qərarına gəldim. Axı eşitdiklərimi, bildiklərimi yazmaq gələcək üçün müəyyən bir əhəmiyyət kəsb edir. Deməli, yazmaq lazımdır.
   
   Hüseynbala Mirələmovun "Qırxıncı otaq" romanını oxumağa başlayanda ilk anda tanış mənzərə ilə üz-üzə gəldim. Bu tanış mənzərə mənə Azərbaycan ədəbiyyatını, Azərbaycan yazı manerasını dərhal göstərdi. Və mən oxuduqca sovet dönəminin ən möhtəşəm roman və povestlərinin, hekayələrinin, bir az da publisistikasının nəfəsini əməlli-başlı duydum. Əgər kitabın üzərində müəllifin adı olmasaydı, mən istənilən şəxslə bu əsərin Azərbaycan ədəbiyyatına aid olduğunu sona qədər mübahisə edərdim. Görünür bu, biz nəslin oxucu yaddaşı ilə yanaşı, həm də müəllifin üzərində dayandığı ədəbi məktəbin bünövrəsindən irəli gələn bir cəhətdir.
   
   Başqalarını deyə bilmərəm, şəxsən mən özünəməxsus ədəbi mühiti, ədəbi məktəbi, milli mənsubluğu qəbul edirəm və yüksək dəyərləndirirəm. Düşünürəm ki, bu mənsubluq Azərbaycanı öz ədəbiyyatında da göstərir, tanıdır və Azərbaycan yazıçısının, bütövlükdə yazarının əsəri, imzası görünməyəndə də nəfəsi ilə, üslubu ilə milli kimliyi ortaya qoya bilər. Bu öz yerində. Qayıdaq "Qırxıncı otaq"a.
   
   Romanda baş verən hadisələr, əsərin süjet xətti ilk baxışda konkret üç insanın ətrafında cərəyan edir. Bu insanlar məhkəmə hakimləri - Adil Hüseynli, onun gənc həmkarı Şahin və bir də əsərin əsas siması olan Cahan xanımdı. Amma bu ilk baxışdan yaranan görüntünün arxasında bütün bəlaların hüceyrəsi olan Qaraxanlı dayanır ki, o da eyni zamanda Şahinin atasıdı. Bax, bu bütün əsər boyu adları çəkilən qəhrəmanların dili, davranışı, hətta dünyaya baxışları da adamda belə bir təəssürat yaradır ki, bu qəhrəmanlarla haradasa görüşüb, haradasa qarşılaşıbdı. Çünki hadisələr də həyatdandır, onun qəhrəmanları da həyatidir və ən vacibi isə bütün proses bu gün Azərbaycanın müxtəlif mətbu səhifələrində detalları əks olunan kriminal hadisələrin az qala oxşarıdı. Bir az da konkret desəm, respublikanın istənilən bölgəsində baş verən kriminal hadisələrin müəyyən detalları "Qırxıncı otaq"ın içərisində var. Sadəcə müəllif peşəkarcasına, ustalıqla həmin o xırda detalları bir kriminal insanın fəaliyyəti üzərində naxış-naxış hörüb, toxuyubdu. Nəticədə həmin o Qaraxanlının və onun oğlu Şahinin və eləcə də onların ətrafının cinayətləri bütövləşib. Oxucu da o bütöv cinayətin bir ucundan tutub çözə-çözə getdikcə həm hadisələrin içərisinə daxil olub, həm də hadisələrin həqiqət olduğuna onda şübhə yeri qalmır.
   
   Orta nəslin nümayəndələri represiya illəri ilə bağlı kifayət qədər məlumatlıdır. Bu barədə çoxlu bədii və sənədli əsərlər də oxumuşuq, televiziya yayımlarına tamaşa etmişik. İnsanlara hansı zülmlərin verildiyinin oxucu, tamaşaçı kimi şahidləri olmuşuq. Bax, Adil Hüseynli də represiya qurbanı olan bir ailənin qurbanıdı. Həyatın bütün ağrı-acısını uşaqlıq illərinin danılmaz gerçəkliyi kimi canında-qanında çəkib, yaşayıb. Və hətta atasını represiyadan xilas etmək üçün öz uşaq düşüncəsi ilə anasına üz tutub deyir:
   
   - Ana, gərək mənim adımı Sovet qoyaydınız. Onda atamı aparmazdılar.
   
   Bu yanaşmanın özü heç də yazıçı təxəyyülünün məhsulu kimi qəbul oluna bilməz. Bu həm də yazıçının həyatdan götürdüyü gerçəkliyin bədii inikasıdı. Ona görə də Adil Hüseynli əzab-əziyyətlərlə böyüyə-böyüyə kamilləşir, kamilləşdikcə də onun ayrı-ayrı fikirləri kəlamlara çevrilir. Məsələn, "insanın özünü müdafiəsiz hiss etməsi dəhşətdir". Və yaxud "indi çox şey dəyişib. Zaman öz ağuşunu onun nəbzini tutanlara daha geniş açır".
   
   Nümunə kimi xatırlatdığım bu iki cümlənin hər birində müxtəlif məqamlar özünü təsdiq etməklə yanaşı, həm də özünün zamana qarşı durumunu da ortaya qoyur. Baxıb görürsən ki, müdafiəsiz insanın faciəsi ilə yanaşı, zamanın yaltaqlara açdığı qucaq bir-biri ilə necə yol-yoldaşlığı edir. Bax, elə insanlığın da böyük mənada həm günahı, həm də faciəsi bu paralellikdədi.
   
   "Qırxıncı otaq"ın baş qəhrəmanı olan Cahan xanım bulaq suyu qədər dupduru əqidəsi, amalı, günəş işığı qədər gözəl çöhrəsi və dəniz dalğaları kimi göz oxşayan hörüklərin sahibi olan bir azərbaycanlı qızıdır. Arzularla, xəyallarla yaşayır, böyüyür və o, həyatda yeganə güvənci olan nənəsinin nağıllarının qoynunda elə dünyanı nağıl kimi də təsvir edir. Ona elə gəlir ki, bu dünyada hər şey nağıllardakı kimidi. Və ən maraqlısı da odur ki, o atdığı bütün addımlarda nənəsinin hikmətli sözləri ilə dolu səsini eşidir. Qulaqlarında səslənən o hikmətlər onu müəyyən döngələrdə qorusa da, amma zamanla münasibətdə bəzən havadan asılı qalır. Çünki nənənin hikmət dolu sözləri, nağılları bu günün insanlarına bəzən gülməli gəlir. Hətta bir çoxlarını ironiya ilə bu hikmətlərə qarşı kökləyir. Amma bütün bunlara baxmayaraq, xalqın soy-kökündən, mənəvi zənginliklərindən bəhrələnən həmin o nağıllar, o hikmətlər sonda yenə haqqın qələbəsinə, işığın zülmətə qalib gəlməsinə gətirib çıxarır.
   
   "Qırxıncı otaq"ı oxuduqca bütün vücudu ancaq pisliklərlə, kriminallarla dolu olan Qaraxanlının elm aləminə necə daxil olmasını və necə karyera qurmasını sətir-sətir, səhifə-səhifə izləyirik. Və hər hadisədən sonra bir oxucu kimi Qaraxanlıya, onun əməllərinə, onun düşüncələrinə içimizdə nifrət baş qaldırır. Görürük ki, bu yalançı elm fədaisi məqsədinə çatmaq üçün heç nədən çəkinmir, yaltaqlıqdan tutmuş şərəfsizliyin digər bütün hallarına qədər hər bir işə imza atır. Qazandığı pulların hesabına gənc elm adamlarını sıxışdırıb sıradan çıxarır. Aspirant qızları yatağına çəkməyə müvəffəq olur. Çünki onun bir amalı var: hər şeyin yaxşısı onun olmalıdır. Bax, bu əqidənin sahibi olan Qaraxanlı həyat yoldaşını Qarabağ müharibəsində itirmiş Cahanın gözəlliyinin qarşısında donub qalsa da, amma nəfsindən, istəyindən də geri çəkilmir. Necə olursa-olsun, onu da özünə tabe etmək barəsində yollar axtarır, müxtəlif təzyiq vasitələri fikirləşir. Və hətta onun oğlu Şahin də sanki atasının düşündüklərini açıq etiraf edir. Və bəyan edir ki, "puldan imtina edən adam arxivlikdi, ələlxüsus da indiki zamanda".
   
   Məntiq aydındı. Deməli, bu adamlar üçün hər şey puldu, hətta sevgi də. Doğrudu, müəllif Qaraxanlının dili ilə onun Cahana vurğunluğunu, onu necə dəlicəsinə sevməsini oxucuya çatdırır. Amma mən bir oxucu kimi burda sevgidən daha çox özünəvurğunluğu qəbul edirəm. Mənə görə Hüseynbala Mirələmovun qəhrəmanı bir kişi vurğunluğu ilə əlindəki imkanlardan istifadə edib bütün gözəl və cavan qadınları yatağına çəkmək istəyir. Onun sevgisi yataqdı və bir də məqsədə çatmaq!!!
   
   Romanın bütün detallarını xırdalamaq, təsvir etmək fikrim yoxdu. Bununla oxucunu da yora bilərəm. Ancaq mənim üçün maraqlı olan cəhətlərdən biri bütün baş verən hadisələrə müəllifin öz münasibətini ortaya qoymamasıdı. Yəni yazıçı baş verənləri personajların özləri tərəfindən çözümünə şərait yaradır, onları meydanda qarşı-qarşıya gətirir. İmkan verir ki, onlar özləri öz problemlərini açıq müstəvidə həll etsinlər. Oxucu da bu hadisələrin çözümündə həm müşahidəçi olur, həm də iştirakçı. Çünki hər şey göz önündədi. Elə bilirsən ki, qarşılaşmış insanların söhbətini kənarda dayanıb eşidirsən. Hətta Cahan son qərarını verib Qaraxanlıya özünü tabe etdirmək üçün onun villasına gələndə də yolboyu yaşadıqlarını, 20 il səbrlə Cahana sarılacağı günü gözləyən Qaraxanlının keçirdiyi hissləri də özünün dediyi kimi, o boyda var-dövlətin, ad-sanın sahibi olan bir alimin elmlər namizədi Cahanın lüt bədəni qarşısında necə ayağa düşdüyünü oxumaqg ən yaxşı halda hansısa bir bədii filmi seyr edərkən yaşanan duyğular qədər inandırıcıdı. Elə Cahan da öz gözəlliyindən, şəhid ərindən sonra ilk dəfə kişi qarşısında, özü də yad kişi qarşısında göstərdiyi bədəninin imkanlarından istifadə edib özünün və özü kimi günahsızların qisasını ala bilir.
   
   Romanın qəhrəmanı bütün baş verənləri öz kitabında təsvir etdiyi üçün təqaüdə çıxdıqdan sonra Qaraxanlının oğlu tərəfindən qətlə yetirilir. Adil Hüseynli ağzından güllə ilə vurulur. Amma onun ədaləti, onun əsl ziyalılığı və müdrikliyi çoxlarının şərdən, böhtandan qorunmaqda yardımçısı olduğundan bu qətl hadisəsi unudulmur, əksinə o, digər qətllərin qarşısının alınmasına sipər çəkir. Məhz Adil Hüseynlinin köməkliyi ilə qadın həbsxanasında çəkdiyi zülmlərdən vaxtından əvvəl azad edilən Cahan bəraət almaqla yanaşı, həm də Adil Hüseynlinin romanına redaktorluq edir. Onun kitabı işıq üzü görür. Ən vacibi isə Cahan Adil Hüseynlinin qatilinin, bu qətlin sifarişçisinin kimliyinin müəyyənləşməsinə köməklik edir, ədalət zəfər çalır. Bu, təkcə Cahanın axtardığı ədalət deyil, bu hamımızın ehtiyac duyduğumuz ƏDALƏTDİR.
   
   Bəli, mən "Qırxıncı otaq"ı, eləcə də bu kitabdakı digər əsərləri də maraqla oxuyub başa çıxdım. Və mənə bu kitabın bir neçə məqamı xüsusilə maraqlı gəldi. Onlardan birincisi, hadisələrin reallığa çox yaxınlığı, ikincisi, yazı üslubu, üçüncüsü isə folklorla, böyük ədəbi məktəblə bağlılıq. Bütün bunlar mənim düşüncəmə görə kitabın, o cümlədən də "Qırxıncı otaq"ın oxunaqlı alınmasının əsas səbəbləridir. Hər halda, mən belə düşünürəm.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
SON XƏBƏRLƏR
2019-10-17
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK