ANA SƏHİFƏ / YAZARLAR

Cənnət sevdalısı

18254    |   2011-02-07 16:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O, dünyaya gələndə anası Allahı çağırdı. İlk dəfə Allah kəlməsi eşitdi. Gözünü açanda göyə baxdı, ayaq açanda üzü yuxarı qalxdı, dil açanda AngAr...AzgAlg söylədi.
   
   O, dağlar qoynunda böyüdü. Həmişə yuxarıya, ucalığa baxdı. Uşaqkən ən uca dağların, ən uca zirvəsinə qalxdı. Ucalığa qalxanda göz gəzdirdi ayağının altına, ayağının altında qalan olmasın. Ucalıqda olanda çoxları onun kölgəsi altında qaldı. Çoxları onun kölgəsini üstünə çəkdi. O, ən uca zirvədən üzü aşağı baxmadı, daha uzağa baxdı, daha ucaya.
   
   O, kəndini tərk edəndə dağlara, daşlara, qayalara, dumana, çənə söz verdi. KƏNDİNİ heç vaxt heç zaman unutmayacaq. "Salamat qal"- dedi. Bir daha dönməyəcəyinə inandı.
   
   O, hər qalxdığı dağı bir boy ucaltdı. Uca çıxdı kənddən, uca gəldi şəhərə. Duruşu ilə, yerişi ilə, baxışı ilə yaraşıq gətirdi şəhərə. Çox qadın onu görəndə ürəyində yaraşıqlı kişi dedi. Çox qadın onu görəndə peşman oldu, çox qadını peşman etdi. Çox qadın onu görəndə gözlərini yumdu, gözlərini açanda görmədilər onu, çox qadının ürəyində yeri var idi. Onunsa ürəyində bir yer var idi...
   
   O, heç vaxt arxaya dönmədi. Arxasınca danışdılar. Səhər-səhər arxasınca daş atdılar. O dönməz idi. O təbiətdən doğulmuşdu, təbii idi. Kürəyini dağa dayamışdı, kürəyi enli idi. Sinəsini önə vermişdi, sinəsi böyük idi. Külək saçını arxaya daramışdı, O əyməzdi başını. Kürəyinin acığını sinəsindən çıxdılar, amma çıxa bilmədilər o çıxan ucalığa, qalxa bilmədilər o qalxan ucalığa.
   
   Böyük şəhər balacalarla dolu idi. O, böyük şəhəri bir boy da böyütdü. Bir boya yenidən can verdi. Bir boyu poeziyada yenidən yaratdı, yenidən qurdu.
   
   Çox kimliyi olan şəhərə milli kimlik gətirdi. Çox dili olan şəhərə milli dil gətirdi. Çoxlarının qorxudan çəkmədiyi adı, Vətənini ikiyə bölən adı adında bütövləşdirdi. ARAZ onun adında dayandı...ARAZ onun adı gələndə söyləndi, onun adı gələndə anıldı.
   
   Göy guruldayanda qorxurdular bu şəhərdə. O isə içində bu şəhərə göy səsi gətirdi. Onun səsi gur idi. Onun sinəsi dolu idi.
   
   Bu şəhərdə insanların ayağı üzülmüşdü yerdən, torpaq qaçmışdı bu şəhərə yad olanların ayaqları altından. Torpaq üstündə böyüyənləri, torpaq üstündə ayaqyalın gəzənləri bu şəhərdə başa düşmürdülər, sevmirdilər. O, ayaqları torpaqda, əlləri göydə böyümüşdü. Onun ayaqları yerdə, əlləri göydə idi.
   
   O, yerlə göyün dostu idi. O, yerlə göyü dost görmək istəyirdi. O, göyün səsini, sözünü yerə gətirdi. Yerdən sözü qaldırdı. Göydəki sevərdi onu. O, da göydəkinə inandı, yerdən əlini üzdü. Yerlə göyün arasına girənlər onu sevməzdilər.
   
   Göy səsini dinləmək, göy sözünü danışmaq, göy sözünü yazmaq çətin idi. Bilirdi, bədəlini ödəyəcək. Hazır idi ödəməyə... Gözləyirdi... Bilirdi, yerdəkilər bağışlamayacaq...
   
   O, yıxıla-yıxıla böyüdü. Yıxıldığı yerdən qaxdı. Çoxları onunla üz-üzə gəlməkdən qorxdu. Çoxları onu görəndə qaçdı. Çoxlarının üzü qalmadı söz deməyə. Çoxlarıyla o sözə görə üz-üzə gəldi, sözə görə üz-göz oldu. O, söz götürmədi, söz altında qalmadı. O, sözü necə deməyi öyrətdi. O, söz demədi, söz çatdırmadı. Öz sözünü danışdı. Çoxları onun ağzından söz oğurladı. Sözünü kəsənlər sonra söz aldılar, söz saldılar ondan.
   
   Əli-ayağı yüngül idi. Sözü, daşı ağır idi. Sözü, daşı ağır gəldi. Çoxlarının başı onun sözünə görə deyildi. Onun sözü çox böyük idi. Çəkə bilmirdilər onun sözünün yükünü. Ayağının altını çəkdilər, qazdılar. Torpaq daşa çıxdı. Torpağı qazıq-qazıq etdilər. Sonda namərdlər, namərdlər yatan tərəfdən qazdılar quyunu...
   
   Çoxları hər gün evdə ət yesinlər deyə onun ətini yedilər. Çoxları adlarını əyilib götürdü, sınıb götürdü. O, adını qalxıb, ucalıb götürdü.
   
   O, heç vaxt qabaqda dayanmadı. Özünü gözə soxmadı, gözə girmədi. Həmişə arxada dayandı, arxadan qaçmadı. Şah duran cərgədə dayandı, durdu.
   
   O, heç kimin yanında durmadı. Kimisə uca, kimisə alçaq göstərmədi. O kiməsə üstdən-aşağı, altdan-yuxarı baxmadı. O, gözünün boyundan baxdı insanlara. Kimisi gözündə uca idi, kimisi gözündə alçaq.
   
   Əli uzunlar tutmuşdular bu dünyanı. Onun dünya malında gözü yox idi. Kim nə aparmışdı bu dünyadan? Ona çatan tanrının ətəyi idi. Onun da əli qısa. Tanrının ətəyinə əl ata-ata yüyürürdü arxasınca. Tanrının ətəyi keçəndə əlinə, tanrıdan bu dünyanı yox, o dünyasını istədi.
   
   Tanrı çox sevirdi onu. Tanrı, mənzilində yer ayırdı ona. Tanrı mənzilində yer aldı. Tanrı çoxlarının çəkə bilmədiyi dərdi verdi ona. Sona qədər çəkdi... Dərdi də böyütdü, dərdi də qaldırdı ucalığa.
   
   İnsanlar gileylənirlər tanrıdan. Tanrı da pisləri qoyub yaxşıları tez aparır, pisləri qoyub yaxşılara dərd verir, əzab verir. Niyə gileylənir insan? Axı hansı insan bu günə qədər yaxşını qoyub, pisi götürüb, pisi seçib?
   
   Tanrı verdiyi ömrü vaxtında, zamanında alır. O da tanrı verən ömrü, tanrı istədiyi kimi yaşadı, ödədi.
   
   O, öz dövrünün, poeziyasının aynası oldu. Çoxları o aynada sındı. Çoxları o aynanı sındırmaq istədi. Bir nəsli qətl etdi. Ondan başqa kimsə oxunmadı, kimsə sevilmədi. Sözün də ən yaraşıqlı kişisi oldu. O söz sevənlərin sevimlisi oldu.
   
   O, doğulduğu məkanın xarakterini, təbiətini poeziyaya gətirdi. Əyilməzliyi qüruru, dönməzliyi, doğru sözü. Sözün düzünü dedi. Sözü üzə dedi. Poeziyanın xarakterini qaytardı özünə. Özü olmayanlar başa düşmədilər, sevmədilər onu.
   
   O, qələmi əlinə alıb nə yazacağını düşünmədi. Ürəyi istəyəndə qələmi əlinə aldı, ürəyi yazdı. O, qələmi barmaqlarıyla tutmadı, ürəyiylə tutdu. Onun qələmi heç vaxt ürəyinə xəyanət etmədi.
   
   Onun üçün dünyanın ən uca yeri Azərbaycan idi. Onun ürəyinin ən uca yerində Azərbaycan idi. Ürəyində kiməsə, nəyəsə yer saxlamamışdı. Ürəyində boş yer yox idi. Bütün ürəyi Vətənə, Azərbaycana sevgiylə dolu idi. O, dünyaya Azərbaycan dünyasından baxırdı.
   
   Tikəsini böldüyü insanlar, tikəsi ürəyində qalanda vurmadılar kürəyindən.
   
   Yaşamağı üçün heç nə etməyənlər, kəfən almaq üçün növbəyə dayanmışdılar.
   
   Böyük insanlar, uca insanlar bu dünyaya dərd, əzab çəkməyə gəlirlər, doğulurlar. Çəkdikləri dərdlərlə, əzablarla ödənilir böyüklükləri. Çəkdikləri dərd, əzab böyük edir onları. Artıq tarixin yeri daralıb, sıxılıb. Hər kəsi tarix yanına almır, yaddaşında saxlamır. Artıq Allah mənzilində yer alanlar azalıb. Allahın seçimi çox azdır. Artıq cənnət yolu gedənlər çox azdır. Çoxları cəhənnəmin yolunu seçib. CƏNNƏT SEVDALILARI BU DÜNYADA CƏHƏNNƏM ƏZABI YAŞAYACAQLAR, ƏBƏDİ CƏNNƏTİ QAZANMAQ ÜÇÜN. O CƏNNƏT SEVDALISI İDİ...QAZANDI CƏNNƏTİNİ...TUTDU YERİNİ...


YAZARIN ARXİVİ

2018-05-16 : BAŞQA SƏS
2013-11-02 : ÜRƏK AĞRISI
2013-02-19 : Eşşək Həsən
2012-11-09 : İRADƏ
2011-11-12 : MAZQİ
2011-02-24 : İKİNCİ OLMAQ
2011-02-03 : Dəli
2011-01-20 : "Qızışma"
2010-10-29 : MƏN BİR YOLAM
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK