Adalet.az | DALĞALARIN ÖPÜŞ DADI Adalet.az | DALĞALARIN ÖPÜŞ DADI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DALĞALARIN ÖPÜŞ DADI

Əbülfət MƏDƏTOĞLU

44227    |   2015-04-17 16:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu şəhər ona qərq olub

Dünəndən bəri xəyalımın xatirələrinin qanadında Bakını tərk edib qayıtmışam o yerlərə. Doğrudur, burada, yəni məmləkətimdə cismən olsam da, ruhum əslində ordadı - dostların və bir də gözəlliyinə heyran qaldığım bir ünvanda. Mən kənddə, dağlar qoynunda doğulduğumdan daha çox təbiəti, onun dağını, dərəsini, meşəsini sevmişəm. Görünür, insan yaşlaşdıqca doğulduğu torpaq, doğulduğu mühit onu daha çox çəkir. Mən burda qəribə heç nə görmürəm. Əksinə, tam səmimiyyətimlə etiraf edirəm ki, indinin özündə də mənim üçün tozu-torpağı dizə çıxan kənd-kəsək rahat asfaltdan, onun kosmetik gözəlliklərindən min dəfə qiymətlidi, dəyərlidi. Çünki ilk təmas, ilk real mənzərə, yəni Allahın öz qüdrəti ilə yaratdıqları dağlarda, dərələrdə, kənd-kəsəklərdədi... Biz şəhərdə hər şeyi özümüz yaradırıq və bu mənada təbii olanla insanın yaratdığının fərqini biz yaşlılar daha çox hiss edirik. Amma şəhərdə doğulub insan yaratdıqları ilə təmasda olanlar bunu müəyyən zamandan sonra duymağa, anlamağa başlayırlar. Və mən də İsmayıllının, Xızının dağlarını qoyub gəlib Bakıda kiminsə qucağında kirayənişin yaşayıb heç nəyə də nail ola bilməyənlərin həm təfəkkürünə, həm də məqsədinə sadəcə gülürəm. Mən anlaya bilmirəm bu adamları. Konkret məqsədin olmadan və o konkret məqsədə də çatmaq gücün, qabiliyyətin yoxluğu içərisində şəhərə sığınmağın nə anlamı var? Bəlkə siz bilirsiniz? Hər halda bilməmiş olmazsınız...

Bəli, indi xəyalımın qanadlarında gəzirəm. Və yol boyu gördüklərimin hər birini təkcə adını, mənasını yox həm də öz kəndimdə, öz dağ-dərəmdə oxşarını da, bənzərini də tapmaq istəyirəm, bütün diqqətim, bütün fikrim ancaq bu təbii gözəlliklərin, bu qeyri-adi mənzərələrin içərisindədi. Necə deyərlər, elə bil ki, Allah bu güşədə özünün möcüzə yaratmaq qüdrətini nümayiş etdiribdi. İnsanlara göstərib ki, bu qayaları, bu ormanları, bu irili-xırdalı şəlalələri, bu güzgü kimi parıldayan su qovşaqlarını sənin üçün yaratdım ki, baxasan, dərk edəsən, anlayıb qiymət verəsən. Mənə elə gəlir ki, mən o gördüklərimin önündə susub duranda həm yol-yoldaşlarım, həm də o dairədə qarşılaşdığım adamlar mənə bir az fərqli baxırdılar, fərqli yanaşırdılar. Hətta deyəsən ağlıma şübhə edirdilər. Axı insan təbii gözəlliyin qarşısında ancaq dəli ola bilər. Mən də həqiqətən dəliyə çevrilmişdim. Özü də özümdən xəbərsiz. Necə deyərlər, mən bütün bunları sevirdim, onların xəbəri olmadan...

Hə, şəhərin özü dağa söykəndiyindən, evlər yamaclarda tikildiyindən hər küçəni, hər tini dönüb-dolandıqca üzü aşağı baxıram. Şəhərin ayaqları Qara dənizin içərisindədi. Elə bil ki, şəhər dağın başında oturub ayağını sallayıb dənizə. İnanın ki, şəhərin və dənizin üzərində duman olmayanda adama elə gəlir ki, rahat bir lojada əyləşib möhtəşəm bir əsərin tamaşaçısına çevrilirsən. Bax, bunu yaradıb Tanrı həmin o güşədə həmin o adamlar üçün, bir də onu görmək, ondan zövq almaq istəyənlər üçün...

Saat fərqinə baxmayaraq, mən bu mənzərəni gecə də, sübh çağı da, günəş öz taxtında əyləşəndə də təkrar-təkrar seyr etdim. Və gördüm ki, bu mənzərədən elə bizdə olduğu kimi zövq alan adamlar o qədər də çox deyil. Özlüyümdə bunun səbəbini çözməyə çalışdım. Adamların baxışından, hərəkətlərindən və bir sorğuma cavab verənlərin fikirlərindən bu nəticəyə gəldim ki, sən demə dünyanın hər yerində adamların özəl qayğıları, həyat problemləri, yaşamdan doğan zərurətlər onları hər gün gördükləri bu gözəllikdən doydurur... Onlar üçün bütün bunlar adiləşir. Adiləşmək isə bəzən unutmağa, unutqanlığa da aparıb çıxarır. Deməli, bu şəhərin gözəlliyinin də bir baş bəlası var. O da həmin o adiləşməkdi. Mən gördüklərimi həm müqayisə edirdim, həm də düşünə-düşünə o adamlara müəyyən qədər haqq da qazandırırdım. Axı zamanında doğulduğum kəndi, sakini olduğum Qarabağı mən də hardasa indiki qədər sevməmişdim... indiki qədər onun təşnəsi olmamışdım... indiki qədər onun üçün ürəyim göynəməmişdi, ürəyim atlanmamışdı... Hə, burda bir gerçək də var. O da biz itirəndən, öldürəndən, öləndən sonra sevmişik və elə bu gün də belə sevirik. Şair demişkən, sağlığında gözümüzə görünmür bütün bunlar. Nə isə...

Ovcumun

içində -

Qara dəniz

ləpələr oxşayır barmaqlarımı...

dəniz

məni oynadır

balıqlar

balıqçı qarmaqlarını...

ləpələrin pıçıltısı

və bir də

təkrar-təkrar

sahilə can atması -

məni məndən alıb

amma

balıqların

gözüyumulu

qarmaqlardan

y

ellənmək sevgisi -

əslində nəfsi

onları

xoş olmayan

bir hala salıb...

özü də evlərinin içində -

yəni dənizdə!..

***

Şəhərdən çıxan bir yolla dağlara tərəf gedirik. Dostum Ahməd bəy məni arzusunda olduğum və necə deyərlər, kiriyib kəsmədən görmək istədiyim, dilə gətirdiyim yerlərə, orada ilk dəfə gördüyüm Zehir Hüseynin yanına aparır... Yolun hər iki tərəfi dağlar və meşələrdi. Adama elə gəlir ki, maşın hərəkət etdikcə dağlar bir-birindən aralanıb sənə yol verir. Özü də tamam rahat bir yol. İnanın ki, mən bu dağ yolunun bu qədər rahat olduğunu başqa bir yerdə görməmişəm. Ola bilsin ki, ölkədən kənarda az olduğundan qarşılaşmamışam. Amma bizdə, istər Kəlbəcər, Laçın bölgəsində, istər Lahıca gedəndə, istərsə də digər ərazilərimizdə yolların, xüsusilə dağ yollarının bir narahatçılığını həmişə yaşamışam. Doğurdur, son illər bu məsələdə bir xeyli irəliləyiş var. Amma hələki Türkiyədə, Trabzonda gördüyüm həmin o şəhər dışı yolların rahatlığını burda təmin edə bilməmişik. Təbii ki, bunun bəlli səbəbləri var və onun bu yazıya heç bir dəxli olmadığına görə sakitcə mövzunun yanından keçirəm. Çünki getdiyim bu yol rahatlığıyla mənə bir layla çalır. O laylanın ovqatı isə tamam başqadı...

Zirvədən üzü aşağı axıb gələn şəlalələr o qədər durudu ki, onun bir çeşmə olduğu təəssüratı yaranır adamda. Üstəlik də həmin sular bir-birinin musiqisini sanki tamamlayır. Adama elə gəlir ki, bu irili-xırdalı şəlalələrin hərəsi bir not üzərində köklənib, ona görə də onların səsi rəngarəng harmoniyanın gözəl bir xalı təəssüratını açır insanın gözləri qarşısında. Bu təəssürat adamda o xalının naxışları kimi bir möcüzənin qarşısında sadəcə susmağa, dinləməyə vadar edir səni. Şəxsən mən həmin anda nə qədər diqqət yetirsəm də, bütün gözəllikləri, bütün naxışları tuta bilmirdim. Buna həm yol boyu bizi ötüb keçən maşınlar təsir edirdi, həm də mənzərə çox cildlik kitablar kimi vərəqlənirdi. Onların hamısını qavramaq, onların hamısını görmək isə heç də asan deyildi. Və beləcə tunelləri keçə-keçə həmin yolla irəliləyirdik. O uzun tunellərdə bəzən yandırılan işıqlar adama bir xof da gətirirdi. Düşünürdüm ki, dağların altından keçən bu tunelləri insan zəkası, insan gücü dəlib keçəndə, görünür yeraltı dünyaların sirlərini, möcüzələrini də nəzərə alıb. Çünki bu qədər ağır yükün, yəni dağın altında hərəkət edən maşınların, xüsusilə ağır tonnajlı maşınların uğultusu o tunellərdə sanki boğulurdu, açıq havadakı kimi əks-səda doğurmurdu. Hətta havalandırma sistemi də elə işləyirdi ki, bu tunellərdə maşınların yaratdığı dəm qazı və digər zəhərləyici maddələrin təsiri hiss edilmirdi. Bax, bunun özü də həmin o təbii gözəlliyi azacıq da olsa tamamlayır, ona bir növü keçidi rahat edirdi. Yəni tuneldən öncə gördüyün gözəllik bir anda tunelin içərisində itsə də, orda sıxılmırdın. Növbəti tunelə qədər yenə həmin mənzərə səni gözləyirdi. Düşünürəm ki, bu harmoniyanı qoruyub saxlayan yol işçiləri, mühəndislər, bütövlükdə isə bu torpağın adamları gözəlliyin nə demək olduğunu çox dəqiq bilirlər. Ona görə də burda yol adamı yormur və mən də yorulmaq barədə düşüncələrdən kilometrlərlə uzaqda idim. Çünki məni qoynuna gözəllik almadı. Həmin o gözəllik məni Ziqana dağının başında da gözləyirdi.

Dan üzü

Ziqana dağında

qarın

qurşağa çıxdığı yerdə

dayanıb

boyun əymişdim

içimdəki dərdə...

əlimdən

tutan dostum

ümid dolu

ürəyi,

gözü

Ziqana dağında

dan üzü -

məni də ovudur,

içimdəki dərdi də...

ayın,

günün bu çağında

qar üstdə

tüstülənən samovar

mənə

pıçıldayır ki,

hələ

alışası

çox qor var

adı da

Ümid qoru!..

***

Yol uzanır və biz biz keçib gedirik bu yolu. Gedərkən diqqətimi uca bir yerdəki xatirə kompleksi çəkir. Əhməd bəydən soruşuram. Bildirir ki, burda alpinistlər qar uçqununa düşərək şəhid olub. Onların şərəfinə ucaldılıb. Pillələrlə qalxmaq lazımdı həmin o şəhid olduğu yerə. Qar isə qurşaqdandı. Birtəhər qalxmağa çalışırıq, amma mümkünsüz olur. Sadəcə, elə qarın içindəcə həmin abidəyə baxıram. Onun üzərində dalğalanan ay-ulduzlu bayrağı seyr edirəm. Və bir də burdan gəlib keçən maşınların həmin ərazidə necə sürətlərini aşağı saldığını. Bu abidəyə ehtiram əlaməti olaraq oradan astaca ötüb getdiklərini gözdən qaçırmıram. Tam səmimiyyətimlə deyim ki, bu məqamdan həm də duyğulanıram, kədərlənirəm. Yox, biz də qalxmalıyıq!

Bu da Ziqana dağının ən yüksək nöqtəsi. Yol burda burulur. Çox da sərt olmayan bir döngə. Əhməd bəy maşının Zehir Hüseynin yeməkxanasının önündə saxlayır. Əslində bu böyük bir kompleksdi. Burda müsafirlər ailəlikcə istirahət də edib, namaz da qıla bilərlər. Hər şey o qədər səliqə-sahmanlıdı ki, özünü evindəki kimi hiss edirsən. Xüsusilə adına gəldiyimiz Zehir Hüseynin bu ünvanda yaratdığı canlı bir muzey adamı haldan-hala salır. Müxtəlif əl işləri, sənət əsərləri, qədim və antik əşyalar, bu yerlərin nemətlərindən nümunələr, ən vacibi isə bu ünvanın qonağa olan tanınmış insanların Zehir Hüseynlə birlikdə çəkdirdikləri fotolar. Onların arasında Abdulla Gül, Rəcəb Tayyib, Davudoğlu, millət vəkilləri, bakanlar, sənət adamları, bir sözlə, həm ölkənin, həm də onun hüdudlarından kənarda tanınan ünlü simaları. Bu adamların hamısı Hüseyn bəyin qonağı olub. O qonaqların sırasında bu gün biz də varıq. Və ikinci dəfə gəldiyimiz həmin ünvanda ev sahibi bizi artıq köhnə dostları kimi qarşılayır...

Hə, mən elə həmin o doğmalığın içərisində ötən səfərdən ürəyimə yazıdığım bir sevgi şeirini qeyri-ixtiyari xatırlayıram. Bilmirəm, zamana və mövzuya uyğundumu, amma ürəyimdən onu sizə demək keçir.

Fikir dəyirmanımı

Dənsiz qoya bilmirəm

Ürəyimi, gözümü -

Sənsiz qoya bilmirəm.

Ruhumu ağ limansız

Ümidsiz və gümansız...

Hətta gülüm, dumansız-

Çənsiz qoya bilmirəm!..

Həyat acımaz olub

Saçıma qırov dolub

Sənin - xatirən olub -

Mənsiz qoya bilmirəm!..

... Elə burda, bu dağın zirvəsində sizdən ayrılıram, özü də gələn şənbəyə qədər... Allaha əmanət olaq!

P.S. Dünən Əhməd bəyin 49 yaşı tamam oldu. Ürəkdən təbrik edirəm. İnşallah, 50 mükəmməl qeyd edərik!




İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK