hacklink Adalet.az | AĞ İLAN-QARA İLAN Adalet.az | AĞ İLAN-QARA İLAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AĞ İLAN-QARA İLAN

28859    |   2010-10-09 06:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Türkcəsində işlədilən bir ifadə var: İlanın ağına da lənət, qarasına da. Bu ifadənin məqsədi aydındır. Onların ağı da qarası da birdir, eyni təhlükə hər ikisindən də gözlənə bilər.
   
   Amerika ilə tarix boyu heç döyüşmədik. Ancaq yüzillər boyu Çar Rusiyası və Rus imperializminin maskı olan Qırmızı İnqilabı reallaşdıran Bolşevik Rusiya ordularıyla üz-üzə dayandıq. Ölkələrimiz işğal edildi, ziyalılarımız qondarma məhkəmələrə çıxarılıb "Pantürkizm, Panturanizm ideologiyasına qulluq edirsən deyə ittiham edildilər, kimisi Sibirin buzlu cəhənnəminə yollandı, kimisi küçənin ortasında günün günorta çağındaca güllələndi. Öz vətənini və millətini sevir deyə gecənin oğlan çağında həyat yoldaşının, oğul-uşağının nalələrinə fikir vermədən zor gücüylə evdən götürüldülər və qondarma məhkəmələrə çıxarıldılar qondarma ittihamlarla güllələnmə cəzasına uğradılar. Azərbaycan Türkcəsində "qapın çırpılsın" qarğışı tuthatut illərinin məhz bu əməllərinə görə yaradıldı. Bakının burnunun dibindəki Nargin adasına xalq "Ölüm Adası" adını qoydu, çünkü bura gedən gəlmirdi, eynilə Yəmən kimi.
   
   "Yəmən bənim nəyimə
   
   Şivan düştü əvimə"
   
   Tarixdə güclü oluduğumuz zamanlarda qərblilər də, ruslar da bizimlə daim yaxşı yola getdilər. Zəif, gücsüz və ya daxili problemlərimizlə cəbəlləşdiyimiz vaxtlarda isə yaradılan süni səbəblərə ya da müxtəlif bəhanələrə görə üstümüzə hücum çəkdilər, qırğınlar törətdilər. Vəg Anadolunu güclə xilas etdik, ancaq Azərbaycan, Orta Asiya və Sibir türklüyünün işğalına mane ola bilmədik.
   
   Heyhat..! Tarixdəki bəzi məqamlar yada düşəndə insan hiddətdən özünü itirir. Ehey ulu babalarımız, əmir Teymur, İldırım Bayəzid, Yavuz Sultan Səlim, Şah İsmail Xətayig!
   
   Bir vaxtlar bugünkü Avropanın həddən artıq hikkəli və güclü xalqlarının dərəbəyləri Osmanlının adı çəkiləndə az qala özünü batırırdı. Dünənə kimi bir-birinin qanını içən Avropalılar, bir araya gəldilər və Avropa Ortaq Bazarını yaratdılar. Sonra da onu Avropa Birliyi elədilər, inkişaf edib bugünkü qüdrətlərini əldə etdilər. Hələ dünənə kimi kommunist sistemdə olan Rumınya, Bolqarıstan və Macarıstan kimi ölkələri Avropa Birliyinə qəbul etdilər. Biz də əlli ildir dinimiz və soyumuz fərqli olduğumuza görə qapıda gözləyirik.
   
   Gələk özümüzə. Bir-birimizlə vuruşmaqdan baxıb ancaq görməyən korlara döndük. Bunlar kifayət etmirmiş kimi elmdən, ürfandan da uzaqlaşıb əzbərçi bir təlim sisteminə yönəldik. Nəsrəddin Tusilərin, İbni Sinaların, Farabilərin, Şəyx Səfiyəddin Urməvilərin elmi mirasına yiyə dura bilmədik. Avropalılar, İbni Sinanın yazdığı tibb kitablarını 19-cu yüzilliyin axırına kimi universitetlərində dərslik kimi tədris etdilər, həkimlər, davaçılar, kimyagerlər, astronomlar yetişdirdilər, axırda atom bombunu ixtira etdilər, texnolojidə əsri də o yana adadılar və dünyada meydan sulamağa başladılar. Bizim isə elmdən və texnolojidən payımıza kotan düşdü, cüt düşdü. 630 il hökmran olan imperiyamız elmdən və texnolojidən uzaqlaşmamıza, rüşvətə və yerlibazlığa yönəlməmizə, özgələrini zahiri görünüşdə yamsılamağımıza görə tənəzzülə uğradı. Atatürk və silahdaşları olmasaydı bugünkü Türkiyə də olmayacaqdı. Bunlar özünü bilən insanlara izdirab verən və yol göstərən tarixi həqiqətlərdir.
   
   Yerin nurla dolsun, Allah sənə nəhayətsiz rəhmət eləsin, ey böyük şairimiz Məmməd Araz:
   
   
   
   "Ey daşlaşan torpaqlaşan
   
   ulu babam!
   
   Bu günümdən dünənimə
   
   uzaqlaşan ulu babam!
   
   Küləkləşən, dumanlaşan
   
   ruhunla sən
   
   Ayağa dur, səninləyəm..!
   
   Səs getməyən, əl yetməyən
   
   qədim tarix dərəsindən
   
   Səs ver mənim səsimə sən:
   
   Səndən gələn, səndən ötən
   
   nəydi beləə
   
   Səndən ötüb qardaşına
   
   dəydi beləə"
   
   
   
   Bəli..! Yüzillər boyu ya bir-birimizlə vuruşduq və ya özgələri birimizə hücum çəkəndə əlbir olmadıq, ona köməyə getmədik.
   
   Nəticədə, tarixi səhvlərdən dərs götürən Atatürk, Türkiyə Cümhuriyyətini yaratdı və "Yurtda sülh, cahanda sülh" prinsipini əsas götürüb illərlə döyüşdüyü ruslarla və qərblilər də olmaqla hamıyla sülh bağladı. Azərbaycan da müstəqilliyini elan edər etməz Türkiyəni nümunə götürüb həm ruslarla həm də qərblilərlə dostanə siyasət yeritməyə başladı.
   
   Dünyanın süper gücü ABŞ, özünü terrorizmin düşməni və demokratiyanın qoruqçusu elan edib. Halal olsun..! Səddamın əlindəki kütləvi qırğın silahlarını işlətməyə icazə vermədən İraqa əlini qolunu tovlaya-tovlaya girdi, illərdi orda demokratiya yaradacağam dedi və hər gün orta hesabla yüz iraqlı partladılan bomblarla həlak edildi. Deməli ölən iraqlılar demokratiyaya düşməndi və Amerika da demokratiya düşmənlərinin aradan götürülməsi üçün orda idi?!
   
   Ruslar da demokratiyadan tərəfdir və sülhsevərdir! Qərbi Azərbaycandaki Türklərə ulu babalarından yadigar qalan torpaqlarını onlardan alıb buraya gətirib məskunlaşdırdıqları gətirilmə haylara hədiyyə etdilər..! Sonra da Xocalı Soyqırımının törədilməsinə bələdçi oldular, yol açdılar. Diyəsən Xocalı Soyqırımında vəhşicəsinə həlak edilən çağalar, körpələr, nənələr, babalar demokratiyaya düşməndi həəə..! Demokratiya aşiqi ruslar bununla da kifayətlənmədilər və Dağlıq Qarabağla birlikdə Azərbaycan torqaqlarının iyirmi faizini işğal edib haylara ərməğan etdilər. Dedik də..! Ruslar çooox alicənab və əliaçıq, səxavətli bir xalqdır..!
   
   Amerika və Avropa Türkiyəyə deyir ki, "Ermənistan qapısını aç, yazıqlar acından az qala öləcəkdi".
   
   Amerikadakı dərsliklərdə 1915-ci il hadisələrinin "soyqırım!!!" olduğu yazılıb. Amerikan vətəndaşı türklər bunun yalan və böhtandan ibarət olduğunu sübuta yetirəcək bir neçə ünsürün də dərsliklərə salınmasını istəyib. Demokratiya aşiqi və ədalət tərəzisi həddən artıq düz çəkən Amerika onların bu tələbini əlinin tərsiylə o tərəfə itələyib. Ağ Evə 50-60 metr məsafədə ermənilərə bir bina bağışlanıb və bu binadan soyqırım muzeyi kimi istifadə edilməsinə icazə verilib. Pah atonnan..! Amerika nə qədər də haqqa, haqqaniyyətə qulluq edir..!
   
   Həftə ərzində yayılan xəbərlərə görə dünyanın super demokratiya mühafizi, insan hüquqlarını canı bahasına qoruyan ABŞ, Dağlıq Qarabağda Xocalı Soyqırımını törədən hayların "yaratdıq" dedikləri dırnaqarası parlamentin sədri Aşot Qulyanın ABŞ Konqresində görüşlər keçirməsini təmin edib.
   
   Ruslar, yüzillər boyu bizə dəhşətli zərbələr vurdu, hələ də vurur. Amerikalıları isə özümüzə müttəfiq elədik və sərvətlərimizdən onların da istifadə etməsini təmin etdik. Ruslar, Xocalı Soyqırımının törədilməsində baş rolu oynadılar. Amerikalılar da Xocalı Soyqırımını törədənlərin Azərbaycan torpaqlarını işğal etdiyi yerdə yaratdıqları dırnaqarası parlamentin sədrinin Amerikan Konqresində görüşlər keçirməsini təmin edir. ABŞ xülasə olaraq bunu demək istəyir: "Dağlıq Qarabağda, Türklərin adını dırnaqarası qoyduğu o siyasi reallığı qəbul edirəm, ayrı sözün var..?!"
   
   Atalar düz deyib. İlanın ağına da lənət, qarasına da. İlan ilandır, hərçənd ki, rəngi nə olarsa olsun.
   
   Amerikanın keçmiş prezidentlərindən biri olan Bill Clinton bir vaxtlar belə demişdi: "İyirminci əsrin ilk əlli ilini Türkiyə müəyyənləşdirdi, iyirmi birinci yüzilliyin ilk əlli ili də Türkiyənin götürəcəyi addımlardan asılıdır".
   
   Gəl, gələk bizə. Papağımızı haçan qabağımıza qoyub fikirləşəcəyik.
   
   Məkanın cənnət olsun Sabir baba:
   
   "Səs salma, yatanlar ayılar,
   
   qoy hələ yatsın
   
   Yatmışları razı deyiləm kimsə
   
   oyatsın".


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK