hacklink Adalet.az | AXTA-MAR Adalet.az | AXTA-MAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AXTA-MAR

25012    |   2010-10-02 04:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1913-1914-cü illər arasında Osmanlı torpaqlarında ermənilərin 2538 kilsəsi, 451 monastırı və 2000 məktəbi vardı.
   
   İstanbul Patriarxı Mağakya Ormanyanın hazırlatdığı arayışdan.
   
   Van vilayəti, Türkiyə Cümhuriyyətinin Şərqi Anadolu bölgəsində yerləşən bir şəhərdir, ancaq bu şəhər tarixin ən başından bəri Türk yurdudur. Ancaq Rus işğalı ilə birgə azğınlaşan haylar 1915-ci illərdə burada dəhşətli qırğınlar törətdilər.
   
   Türkün hüsn niyəti və insansevərliyindəndir ki, əsl vətənləri Balkanların o yanında, Yunanıstanın Teselya bölgəsinin şimalındakı İlluriyada yaşayan, Friq-Trak tayfalarına mənsub olan, ancaq mazarrat bir xalq olduqlarına görə İlluriyalılar tərəfindən qovulan Hay irqini, Anadoluda yaşayan yerli Türk tayfaları qonaq kimi qəbul etmiş və onlara insan olduqlarından arxa olmuş, qol-qanad açmışdır.
   
   1828-ci ildə Qərbi Azərbaycana gedən hayları, Azərbaycan Türkləri də eynilə Anadoludakı qardaşları kimi qonaq qəbul etmiş və onları qanadları altına almışdır. Hay irqinin eradan qabaq altıncı əsrə kimi nə Anadolu, nə də Azərbaycan torpaqlarında izinə-tozuna rast gəlinməyibdir. Nə dəhşətli təcəllidir ki, Türkün himayəsində yüzillər boyu asudə və firavan ömür sürən bu xalqın, öz dinindən olan Avropalılar tərəfindən məhv edilməsinə yenə Türklər mane olmuş, ancaq haylar, ən böyük pisliyi də yenə özünə sahib çıxan biz türklərə eləmişdir.
   
   Levon Dabağyan adlı Hay yazıçısı; "Bizanslılara və Romalılara qalsaydı Erməni adı sadəcə olaraq tarix kitablarında yad ediləcəkdi. Bizi məhv olmaqdan Səlcuqlular və Osmanlı Türkləri xilas etdi" şəklindəki sözləriylə bir tarixi həqiqəti təsdiq etmişdir.
   
   Osmanlı dövlətinin Hay irqinə olan münasibəti tarix kitablarında geninə-boluna yazılıbdır, ancaq onlar bu həqiqətləri unudublar, ya da onlara unutdurulub. İmperialist ölkələrin qışqırtması ilə üsyan edən və Anadoluda yaşayan Hay xalqını üsyana təşviq edən terrorçuları tutub zindana saldı deyə, aktivistlərinin həbsə salındıqları 24 Nisan gününü dırnaqarası soyqırım(ə!) günü kimi yenə imperialistlərin təşviqi və qışqırtması ilə elan edənlər də, onları dəstəkləyənlər də xəyal aləmindən heç cürə xilas ola bilmirlər.
   
   Van gölündəki adada tikilən Axta-mar kilsəsi, Rusların, Şərqi Anadolunu işğalları əsnasında Erməni üsyankarların yığıncaqlar təşkil etdikləri, Türk qırğınını nə cür həyata keçirəcəklərini mübahisə və müzakirə etdikləri, rusları arxalarında görüb məsum və müdafiəsiz qadınlara təcavüz etdikləri, qısaca desək, hayların Allaha ibadət etdikləri yer deyil, Tanrının yaratdığı ən şərəfli varlıq olan insana ən hayasızcasına çəkiləcək hücumların və ediləcək işgəncələrin planlarının mübahisə edilərək hazırlandığı bir məkan kimi tarixə düşüb və yadda qalıbdır. Hay irqinin üsyankar terroristləri, Çarıqsır kəndində bir Türk cocuğunu diri diri kabab edib süngüylə dirəyə sancdıqları, Qavlıq kəndində yeddi yaşlı Fatma və beş yaşlı Gülnar adlı qız uşaqlarını zorlayıb şikəst ettikləri, 70 yaşlı Əli adlı qocanın çənə sümüyünü döyə döyə sındırıb, sonra da ah-fəğanını göyə ucalda-ucalda süngüylə sınmış sümüyü çıxardıb ağzına soxduqları və Axtoci kəndində təndirdə çörək yapan Zəlixa adlı qadını təndirə atıb kabab etdikləri altı aylıq uşağının ətini yedirtmək istədikləri əməllərini Axta-mar kilsəsində planlanmışdır.
   
   Di gəl ki, Axta-mar kilsəsi, Türk xalqının verdiyi vergilərlə bərpa edilmiş və 19 sentiyabr günü dünyanın dörd bir küncündən gələn Hay irqinin nümayəndələrinin dini mərasim təşkil etmələri üçün bir ibadətxana kimi onlara təqdim olunmuşdur.
   
   Türkiyə Cümhuriyyəti və hər bir Türk, o tarixlərdə yaranmış hadisələri çox yaxşı bilir və onları unutmaq qeyri mümkündür. Ancaq Türkiyə və Türklər bir insanlıq nümunəsini dünya xalqlarına nümayiş etdirərək, o vaxt məsum xalqımıza edilən xəyanəti və zülmləri unutmadan, bu cür hadisələrin bir daha təkrar olunmaması adına insani bir addım atmışdır. Onun bu addımı yaxşı dərk edilməli və düzgün qiymətləndirilməlidir.
   
   Washington Post qəzeti, "Ayində xaçın olmaması Türk-Erməni əlaqələri üçün bir əskiklikdi" cümləsiylə nələri fikirləşdiklərini eyhamla başa salmaq istəyir. Görərsiniz...! Xaçın, kilsənin qübbəsinə qoyulmamasından etiraz edən Üçkilsə (Eçmiadzin) və Beyrut Katalikosluqları, Qüds Patriarxlığı, diasporadakı Hay icması, Ermənistanlı tarixçilər, alimlər və qeyrihökümət təşkilatları mərasimdə iştirak etmədilər. Özləri bilər. İspaniyanın çoxtirajlı qəzeti əl Pais də; "Türk hökümətinin kilsənin tavanına xaçın qoyulmasını qadağan etməsi birçox möminin reaksiyasına amil oldu və onlar bu tədbiri boykot etmək qərarına gəldilər" deyir. Yüz kiloluq çuqun dəmirdən olan xaçın qübbəyə qoyulması texniki cəhətdən qeyrimümkündür; bu səbəblə xaç, zəng qülləsinin yanındakı bir yerə qoyulub və ayin əsnasında nümayiş etdirilib. Ancaq Washington Postlar, əl Paislər nə bunu dilinə gətirir, nə də Anadoluda, Azərbaycanda, Xocalıda tarixdə tayına çox az tapılan işgəncələrdən söhbət açır. ən önəmlisi isə, Türk xalqının olub-ötənlərə baxmayaraq nümayiş ettirdiyi bu insani rəftarından da bir cümlə ilə olsa belə söhbət açmır.
   
   Digər tərəfdən rusların işğal edərək ermənilərə hədiyyə etdiyi Şuşa şəhərindəki məscidə, Hay irqinin işğalçıları mal qatır, oradan pəyə kimi istifadə edir. Washington Post və əl Paisdən yalnızca Allaha ibadət edilən Şuşadakı məscidə ermənilər tərəfindən çox nahaq yerə niyə mal qatıldığını da dilə gətirmələrini və insana yaraşan bir hərəkət kimi heç olmasa reaksiya göstərməsini gözləyirik.
   
   Biz türklər, binaların şəklinə və ya kimin olduğuna yox, nə məqsədlə istifadə edildiyinə fikir veririk. Axta-mar kilsəsi kimi, Şuşa şəhərindəki məscidin də ibadətxana olduğunu dilə gətiririk vəssalam.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK