ANA SƏHİFƏ / YAZARLAR

Təzə Ağdamlı

Sərvər Əliyev kollektivdə belə qarşılanacağını gözləmirmiş

39618    |   2015-04-11 01:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sərvər Əliyev 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndində doğulub. Mədəniyyət və İncəsənət Universitetində tanınmış pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb.
İstedadlı rejissor Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrına dəvət alan Sərvər Əliyev bu teatrın səhnəsində Pristav, Şeyx Əhməd (C. Məmmədquluzadə "Qurbanəli bəy" və "Ölülər"), Klavdi (V. Şekspir "Hamlet"), Şah İsmayıl (K. Abdulla "Şah İsmayıl") obrazlarını oynayıb.
Ustadı Hüseynağa Atakişiyevin xeyir-duası ilə rejissorluğa başlayan Sərvər Əliyev Dövlət Gənclər Teatrı da daxil olmaqla ölkənin müxtəlif teatrlarında tamaşalara quruluş verib. Quruluşçu rejissor kimi hazırladığı Üzeyir Hacıbəylinin "Ər və arvad", Stefan Sveyqin "Yad qadının məktubları", Elçin Hüseynbəylinin "İmperator" tamaşaları maraqla qarşılanıb.
Ötən ilin noyabrından Ağdan Dövlət Dram Teatrının baş rejissoru təyin olunub.

- Sərvər bəy, söhbətə Ağdama getdiyiniz ilk gündən başlamaq istəyirəm. Maraqlıdır, yol boyu nələri fikirləşirdiz?
- İlk dəfə Ağdama qatarla getdim, bütün yolu görəcəyim işlər, üzərimə götürdüyüm məsuliyyət barədə düşünürdüm. Çünki Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi qarşıma ciddi vəzifələr qoymuşdu. İlk ciddi tapşırıqlardan biri də bu idi ki, Ağdama çatan kimi teatrın repertuar planını hazırlayıb nazirliyə təqdim etməli idim. İlk baxışdan bu bəlkə də asan görünə bilər, lakin məsələ onda idi ki, mən birgə çalışacağım kollektivi tanımırdım. Ölkənin müxtəlif teatrları ilə yaradıcılıq əlaqələrim olsa da, iş elə gətirmişdi ki, Ağdam Dövlət Dram Teatrı ilə yollarım kəsişməmişdi. Burada çalışan aktyor və aktrisaların yaradıcılıq potensialını, teatrın texniki imkanlarını görüb-bilmədən repertuar planını hazırlamalı idim. Yol boyu nələr çəkdiyimi bir mən bildim, bir də Allahım.
- Atalarımız deyib ki, yüz fikir bir borcu ödəmir...
- Düz də deyiblər, hər hansı bir problemi çözmək istəyərkən gərək əməli addım da atmağı bacarasan. Mən də qatarda düşündüklərimi konkretləşdirdim və 4 əsərdən ibarət repertuar planını hazırladım. Üzeyir Hacıbəylinin "Ər və arvad", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", Miroslav Mitroviçin "Gecə yarısı soyğunçuluq" və Şarl Pero "Sehrbaz qadın" əsərlərini repertuar planına daxil etdim. Onu da deyim ki, "Sehrbaz qadın"ı kiçik yaşlı tamaşaçılarımız üçün nəzərdə tutdum.
- Kollektivlə ilk görüşünüz necə keçdi, yeni baş rejissoru necə qarşıladılar?
- Çox isti və mehriban. Sözün açığı, mən belə gözləmirdim. Səmimi və işgüzar şəraitdə keçən həmin görüşdən sonra bir daha əmin oldum ki, nəzərdə tutduğum işləri kollektivlə birgə həyata keçirə biləcəyik. Ağdam Dövlət Dram Teatrında çalışan aktyorlar da, texniki işçilər də buna kökləniblər. İşə belə münasibət baş rejissor kimi məni hədsiz sevindirir. Artıq müəyyən işlər görməyə də nail olmuşuq. M. Mitroviçin "Gecə yarısı soyğunçuluq" əsəri əsasında hazırladığım tamaşanı təhvil verdik və bu kollektivlə ilk birgə işim maraqla qarşılandı. Bu tamaşanı təkcə Ağdamda deyil, qonşu rayonlarda da oynamışıq, daha bir neçə rayona da qastrolumuz nərədə tutulub. İlk gündən yaxaladığımız tempi davam etdirmək istəyirik, aprelin 15-dən növbəti əsərin - Ə.Haqverdiyevin qələmindən çıxan "Kimdir müqəssir?"in məşqləri başlayacaq. Plandankənar bir tamaşanı da hazırlamaq fikrimiz var. Arif Mədətovun "Xasayın toyu" əsərinə quruluş vermək istəyirəm, yəqin ki, yaxın günlərdə məşqlərə start verə biləcəyik. Teatrda studiya yaratmaqla da bağlı planlarımız var, artıq bununla bağlı müəyyən işləri görməyə başlamışıq. Gənc istedadları kollektivə cəlb etmək istəyirik. Yaradıcı heyətdə gənclərin azlıq təşkil etməsi gələcək işlərimizdə bizə müəyyən problemlər yarada bilər. Bir məsələni də qeyd edim ki, Ağdam teatrının bəzi aktyorları qonşu rayonlarda- Yevlaxda, Bərdədə məskunlaşıblar. Onların hər gün bu qədər məsafə qət edib işə gəlib-getmələri təbii ki, çətinlik yaradır. Bu problem barədə Mədəniyyət və Turizm Nazirliyinə də məlumat vermişəm.
- Müxtəlif teatrlarda tamaşalar hazırlasanız da ilk dəfədir ki, konkret bir kollektivə baş rejissor təyin olunmusuz. Ustadınız Hüseynağa Atakişiyevdən öyrəndiklərinizi həyata keçirməyə yaxşı imkan əldə etmisiz...
- Həqiqətən də rejissorluq sənətində Hüseynağa müəllimi özümə ustad sayıram. O, həmişə repertuar planı quranda, teatr üçün əsər seçəndə kollektivin imkanlarını nəzərə alırdı. Hüseynağa müəllim istedadlı gənclərə güvənirdi, onlarda özünəinam hissi aşılamağı bacarırdı. Mən də bu məsələdə və ümumiyyətlə kollektivlə gündəlik işdə ustadımdan öyrəndiklərimi həyata keçirməyə çalışıram.
- Ağdam teatrı bu gün düşmənlə üz-üzə qalan, bir hissəsi işğal olunan bir rayonu təmsil edir. Özəlliyinə görə bu teatra təbii ki, fərqli bir yanaşma olmalıdır...
- Doğulduğum Sədərək rayonuna, Naxçıvanın ayrı-ayrı yaşayış məntəqələrinə ermənilərin hücumları başlayanda əlimə silah alıb döyüşmüşəm, ailəmin, qohumlarımın hansı çətinliklər yaşadığını görmüşəm. Ağdam camaatının, bu teatrın kollektivinin yaşantıları mənə tanışdır. Ona görə də bu vəzifə mənə təklif olunanda düşünmədən razılıq verdim. Kollektivlə birgə əl-ələ verib Ağdam Dövlət Dram Teatrının əvvəlki şöhrətini özünə qaytaracaq, bu rayonun qəhrəman insanlarına, teatra böyük maraq göstərən camaatına xidmət edəcəyik. Təxminən bir ildən sonra tamaşaçılarımız, ölkənin teatr ictimaiyyəti gördüyümüz işlərin bəhrəsi ilə tanış olacaq. Bəxtim gətirib ki, Məhəmməd Hüseynov kimi teatrı sevən, ürəklə çalışan bir insan bu kollektivə direktor təyin olunub. Demək istəyirəm ki, bayaqdan əminliklə danışmağım səbəbsiz deyil.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi də həmişə kollektivin yanındadır, daim bizə diqqət və qayğı ilə yanaşırlar. Təsadüfi deyil ki, artıq bizə dövlət sifarişi verilib, dahi Üzeyir bəyin "Ər və arvad" komediyasını nazirliyin maliyyə dəstəyi ilə hazırlayacağıq.
Fürsətdən istifadə edib bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Bu da Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun teatra, kollektivimizə olan maddi və mənəvi dəstəyidir. Səmimi deyim ki, bu baxımdan təkcə özümü yox, kollektivimizi, bütün Ağdamı şanslı sayıram. Noyabrdan bu günə kimi icra başçısı 6 dəfə teatrımıza gəlib, premyerada, tamaşalarda iştirak edib. İstər direktorumuz, istərsə də mən nə zaman müraciət etmişiksə Raqub müəllim dərhal bizimlə görüşüb, problemlərlə maraqlanıb və qayğısını əsirgəməyib. Həmişə də deyib ki, nə vaxt istəsəniz tanınmış rejissorları, aktyorları dəvət edin.
- Siz də yəqin götür-qoy edirsiz...
- Artıq müəyyən addımlar atılıb. "Gecə yarısı soyğunçuluq" tamaşasında tanınmış aktyor Natiq Fərzəliyevə rol verdik və tamaşaçılar onun ifasını maraqla qarşıladı. Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov bizim teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" əsərinə quruluş verəcək. Bayaq dediyim kimi, bir neçə gündən sonra artıq bu tamaşanın məşqlərinə başlanacaq. Tamaşaçılarımız yaxın zamanlarda digər tanınmış rejissor və aktyorları da Ağdam teatrında görə biləcəklər.
- "Qarabağ" futbol klubu Avropa miqyaslı turnirlərdə çıxış etməklə Ağdamla bağlı həqiqətlərin dünyaya çatdırılmasına kömək etdi. Teatrınızın xarici ölkələrə qastrolları da məncə bu işə öz töhfəsini verə bilər...
- Sözsüz ki, bu belədir. Hər bir baş rejissor istər ki, onun çalışdığı teatr xarici ölkələrə qastrola çıxsın, festivallarda iştirak etsin, tanınsın. Ortada Ağdam adı varsa bu istək ikiqat artır. Amma burada bir vacib məsələ var, əgər ölkədən xaricə çıxırıqsa gərək sanballı bir iş ortaya qoyaq. Öncədən qeyd etdiyim kimi, bunun üçün bizə bir az zaman lazımdır. Növbəti mövsümdən başlayaraq beynəlxalq festivallar üçün məxsusi tamaşa hazırlamaq fikrindəyik. Bu gün hansısa xarici ölkəyə qastrol səfəri barədə danışmaq hələ tezdir. Tələsməyə dəyməz, hər şeyin öz vaxtı, zamanı var.


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK