hacklink Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞ 1988-2010

22959    |   2010-07-17 05:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əzizim qara bağı
   
   Gəncəni, Qarabağı
   
   İtirdim tərlanımı
   
   Boynunda qarabağı.
   
   
   
   Dünyaya göz açdığım İgdir vilayətinin Dizə kəndi düz Arazın tinindədir. Uşaqlığımı və gənclik illərimi burada yola saldım.
   
   Yaz və yay aylarında, hətta havalar soyuyana kimi kəndlilərimiz tarlalarda əkin-biçinlə məşğul olur, hərə öz zəmisində işləyirdi. Yayın isti günlərində Araz çayına qaçıb özümüzü çayın ilıq sularına salardıq. Bu hal 1960-cı illərə kimi davam etdi. 1960-cı ildə həyata keçirilən çevriliş hərəkatından sonra Araz boyundakı səddi aşmaq qadağan edildi. Ancaq biz, kəndimizdəki qarnizonda hərbi xidmətdə olan əsgərlərin növbə ilə qaraula çıxıb gözdən itməsindən sonra yenə özümüzü Araza salıb onun məlahətli sularıyla qolboyun olardıq. Qadağan qərarını pozduğumuza görə də öz içimizdə macəra yaşadığımızı zənn edərdik. Bəzən əsgərlərin gözdən itməsindən sonra Rus (bəlkə də erməni) əsgərlərinin balıq tutmaq üçün Araza atdığı toru balıqlı-malıqlı söküb gətirər və axşama kimi civirlərin, yulğunların içində Sovet əsgərlərinin gəlib balıq torlarını yoxlamasını gözləyərdik. Yazıqların gəlib torlarına əl atdıqlarında, necə deyərlər əlləri quru yerə dəyib çaş-baş qaldığını və bundan nə boyda sevinc duyub, həzz aldığımızı xatırlayıram. Rusları bu hərəkətlərimizlə cəzalandırdığımızı, onlardan qisas aldığımızı fikirləşirdik.
   
   Böyüklərimizin dediyinə görə, Ruslar bizim torpaqlarımızı işğal etmiş, buraları ermənilərə verərək onları məskunlaşdırmış, yurdlarımızı əlimizdən almışdı və bizim can düşmənimizdi. Biz də gücümüz çatdıqca onlardan qisas almaq üçün daimi olaraq fikirləşib beynimizi yorardıq. Rusların balıq torunu oğurlamaqla onlara kim olduğumuzu göstərdiyimizi düşünürdük. Gün gəlib də kifayətli gücə qovuşduğumuzda isə erməniləri də, rusları da dədələrimizdən miras qalan bu torpaqlardan kürüyüb atacağımızı xəyal edirdik. Bu xəyal bizim yeganə həyat mənbəyimizdi. O elə bir xəyaldı ki, onun uğrunda hər şeyi fəda edə bilərdik.
   
   Bir gün Arazın yuyub apardığı yerdəki telefon dirəklərinin çıxarılıb yenidən tikilməsi üçün rus əsgərləri çay qırağına enir. Əsgərlərin başında zabitləri vardır və o bir çətir qurub altına da bir stol qoyub başlayır qəzetini oxumağa, əsgərlər də işləməyə. Bizim hodaq uşaqları da heyvanlarını sərinləmək və suvarmaq üçün Araza üz tutubmuş. Hodaqlar rus əsgərlərinə üz tutub başlayırlar qışqırıb-bağırmağa, söyməyə. Zabit isə onları heç vecinə almır. Uşaqlar əl atır sapanda, içinə qoyduqları çınqılları onlara tullamağa, ancaq atdıqları daşlar qarşı tərəfdəki qumsalın yarısına ancaq çatır. Hodaqların içində yaşca biraz böyük və fiziki yöndən daha güclü olan Həsənəli Qaraca adlı uşaq hirslənir və yaxşı bir çınqılı qoyur sapandına, tovlayır-tovlayır və bütün gücüylə tullayıb rus zabitini düz gözündən vurur. Zabit yerə yıxılıb başı kəsilən cücə kimi başlayır partlamağa. Hodaqlar arzularına çatdıqları üçün sevinc nərələri ataraq mallarını Arazdan çıxarıb gedirlər. Ruslar əhvalatı bizim tərəfə bildirir və iş məhkəməyə düşür. Jandarmlar bir neçə dəfə gəlib Həsənəlini aparıb çıxarırlar məhkəmədə hakimin hüzuruna. Həsənəli axırıncı dindirişdə hakimin üzünə durub deyir: "Hakim bəy, onlar bizim düşmənimizdir, rusları görəndə gözüm sancır. Zabitin stolda əyləşib bizi saymazyana qəzet oxumağına hirsləndim, vurub gözünü tökdüm, nə iş kəsirsiniz kəsin heç vecimə də deyil!". Məhkəmə işi axıra çatır və Həsənəliyə hərhansı iş kəsilmir, çünkü uşaqdır. Böyüklərimiz bu hadisəni daim nağıllayırdı. Bizim yaşımızdakı uşaqlar üçün Həsənəli əmi böyük bir qəhrəmandı.
   
   Kəndimizin düz üzbə-üzündə, Arazın o tayında bizə təqribən iki kilometr məsafədə Qarxun kəndi vardı. Kəndin tamamı Azərbaycan Türkü idi. Xüsusilə yay aylarında zəmilərdə işləyən qadınlar Araz sahilinə enir, yulğun və civirlərin kölgəsində oturub yeməklərini yeyər, əl-üzlərini yuyub sərinləyərdi. Bir neçə dəfə onların içindən birinin insanın sümüyünü lərzəyə gətirən məlahətli bir səslə Qarabağ şikəstəsini oxuduğunu eşitmişdim. Xüsusilə səhər vaxtı Qarxunluların haraylaması kəndimizə kimi gəlib çatırdı. Hətta bir gün Qarxunlu birinin səsini aydın aşkar eşitmişdim: "Qız Fatma... İnəkləri gətir naxır getdi!. 1970-li illərə çatdığımızda daha Qarxundakı soydaşlarımızın səsini eşitməz olduq. Kəndimizin böyükləri bəzən öz aralarında söhbət edərkən deyinib dururdu: "Soydaşlarımızın başına mütləq bir iş gəlibdir, yoxsa niyə səs-bəsləri kəsilib?!"
   
   İrəvan, Dizə kəndinə 29 km məsafədə, eradan qabaq 782-ci ildə ulu babalarımız tərəfindən salınmış bir şəhərdir. Şəhər, İrəvan Xanlığına 1747-ci ilə kimi paytaxtlıq edib, 1827-ci ildə isə ruslar tərəfindən işğal edilmişdi. 1828-ci il Türkmənçay sazişi ilə İngiltərənin planı və rusların xüsusi səyi ilə Osmanlı torpaqları, İran və digər yerlərdən gətirilən ermənilər qədim Türk yurdu Qərbi Azərbaycana doldurulmuşdu. 1918-ci ildə xüsusilə Amerika, İngiltərə, Fransa və digər qərbli dövlətlərlə rusların təzyiqi ilə ermənilərə peşkeş çəkilmişdi. Qərblilər və ruslar, 28 May 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tanınması üçün Azərbaycanın İrəvan şəhərini ermənilərə güzəştə getməsini şərt kimi irəli sürmüşdü. İrəvan, məcburi olaraq ermənilərə buraxılmışdı.
   
   Rus dəstəkli ermənilər buralara gəlib yerləşdikdən bir müddət sonra izlədikləri daimi təzyiq siyasətilə Azərbaycan Türklərini mərhələli şəkildə bu torpaqlardan söküb atmağa başlamışdı. 1921-ci ildən sonra Dilican, Göyçə və Zəngəzur bölgələri rus təzyiqi ilə Azərbaycanın əlindən alınmış və ermənistana hədiyyə edilmişdi. O vaxtlar Türkiyə, öz torpaqlarını imperialist işğalçılardan xilas etmək üçün dörd cəbhədə çarpışırdı. Türkiyənin o vaxt 13 milyon əhalisi vardı və bunun 80 faizi qoca, qadın, uşaq və yüzillərdir davam edən müharibələrdə yaralanıb əlil olmuş kəslərdi. Baba ilə nəvəsi eyni səngərdə, ayağında çarıq, yüz yerdən yamaqlı paltarıyla vəhşi işğalçı düşmənlərdən müqəddəs vətənini təmizləmək üçün döyüşürdü. Bir tərəfdən işğalçılar, digər tərəfdən yoxsulluq və kimsəsizlik Anadolu Türklüyünün belini bükürdü. Türkiyə bu halıyla Azərbaycan torpaqlarının ermənilərə peşkeş çəkilməsinə müxalifət edəcək, ona mane olacaq gücdə deyildi. Türk tarixinin əvəzsiz əsgəri, dövlət və siysaət adamı Atatürk, Naxçıvan üstündə zəmanət əldə etməyi bacarmış və indiki Dilucu bölgəsini dostluq yaratdığı İran Şahı Rza Pəhləvidən qızıl verərək satın almış və Naxçıvanla, münasibətilə də Azərbaycanla sərhəd qonşusu olmağı bacarmışdı. Qəbrin nurla dolsun ey böyük insan, nə qədər qabaqgörən imişsən..!
   
   Rus dəstəyini arxalarına alan ermənilərin Qərbi Azərbaycanda (indiki Ermənistan) başlatdığı etnik təmizlik nəticəsi Qarxun kəndinin sakinləri də doğma yurdlarından çıxarılmış, yerlərinə gəlmə ermənilər yerləşdirilmişdi. Biz də kəndimizdə bu səbəblə oradakı soydaşlarımızın səsini eşitməz olmuşduq. O vaxtlar nə mən, nə də kəndlilərimiz bunu biləcək, Qarxunlulardan xəbər tutacaq imkana malik deyildik. Sovetlər Birliyi, dünyanın ikinci super gücü idi və Dəmir Pərdə ilə dövrələnmişdi.
   
   İrəvan, gecələri çılçıraq kimi yanır, sərhəd boyundakı işıqlar Araza yaxın zəmilərimizi belə nura boğurdu. Gecələri yerlərimizi suvararkən bu işıqlar bizə böyük asanlıq törədirdi. Bəzi gecələr evimizin üstünə çıxır və bir İrəvana, bir də dönüb kəndimizə baxırdım. İrəvan işım-işım işıldayır, kəndimiz isə zülmət pərdəsi altında qapqara görünürdü. Öz özümə, "Ya Rəbb, haçan kəndimiz İrəvan kimi işığa bürünəcəkdi?!" deyə sual edirdim. Çox şükür ki, duamın qəbul olduğunu gördüm. Daha kəndimiz gecələri işıq içindədir, İrəvan isə canı boğazına yığılmış bir neçə lampa ilə ancaq seçilə bilir, çarx tərsinə dönüb.
   
   O günlərdən bu günlərə çox şey dəyişdi. Bugün nə SSCB qaldı nə də ruslara nifrətlə daş tullayan hodaqlar. Daha bu diyarın uşaqları keçmişin izdirablarından, məşəqqətlərindən, namərdliklərindən, xəyanətlərindən dərs götürüb, gələcəyə əminliklə addımlayır, sülhü və sükunəti axtarır. Ancaq təəssüflər olsun ki, bu torpaqlarda rusların əliylə ermənilərin xeyrinə həyata keçirilən demoqrafik dəyişikliklərin bədəli ağır olub. Hələ də milyondan artıq Azəbaycanlı soydaşımız doğma od-ocağından uzaqda, qaçqın vəziyyətində yaşayır və özlərinə ata-babalarından minlərlə il əvvəldən miras qalan torpaqları üçün bazarlıq etməsi, güzəştə getməsi üçün təzyiq edilir.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK