viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | APARDI SELLƏR ARANI... Adalet.az | APARDI SELLƏR ARANI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

APARDI SELLƏR ARANI...

Sel gəldiyi yeri "yandırar"

21252    |   2010-06-12 03:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

II yazı

08.05.2010. Bu gün günortayacan işdəydim. Operativ məlumatlar alınır, hazırlanır, ötürülürdü. Xəbərlər gah həyəcanlandırıcı, gah da ümidverici olurdu. Artıq Qaragüney, Dadaşbəyli kəndləri su altında qalıb, əhalisi köçürülüb. Müşfiq bütün gecəni orada olub, əhalinin köçürülməsində iştirak edib. Çox yorğun görünür, sifəti qaralıb, gözləri qızarıb... Deyir, əvvəlcə su yavaş gəlirdi. Təsəvvür elə ki, bostan suvarankimi. Suyun içində piyada, maşınla gəzə bilir, adamlara kömək edirdik. Tükürpədici səhnələr idi. Qadınlar saçlarını yolur, ev-eşiklərindən, həyət-bacalarından ayrılmaq istəmirdilər. Bir qadın ağlaya-ağlaya deyirmiş: "Bu evi balalarım on- on beş ilə güc-bəlaynan tikmişdilər. Gəlinlərimin bəzəkli evi qaldı..." Camaata əməlli-başlı zülm oldu...
   
   Səhəri gün uzaqdan kəndə baxanda evlərin ancaq damı görünürdü. Suyun sürəti də xeyli artmışdı. Sel dəmiryolunun qırağındakı yanacaqdoldurma məntəqəsinin çənini top kimi atıb-tuturdu...
   
   ... ANS-də "Pianoçu" filmi gedir. Ekranın aşağısında cümlələr bir-birini "itələyərək" sürüşürlər: "Sabirabad rayonunda daha 9 kəndin əhalisinin evakuasiyasına başlandı. Deməli, daha 9 kənd də suyun altında qalacaq.
   
   Deyirlər, ola bilsin ki, rayon mərkəzinə ziyan dəyməyəcək...
   
   İki gündü hava günəşlidi. Külək, yağış indiki vəziyyətdə ziyandı. Suyu artırır, ləpələndirir... Qızım zəng vurur, səsi bir qədər sakitdi. Yenə xeyli ürək-dirək verirəm...
   
   "Space" də "Qətl günü"nü göstərirlər. Bu gün Şuşanın işğalı günüdür. Başqalarını bilmirəm, mən özümdə müharibə əhval-ruhiyyəsi hiss edirəm. Elə bilirəm ki, rayonumuz da işğal olunur. Amma ayırd edə bilmirəm günahkar kimdi. Təbiət, yoxsa başısoyuq, laqeyd adamlar...
   
   Son illər qəribə bir şeyi sınaqdan keçirmişəm: sol ayağımın altı qaşınanda pis şeylər olur. Son günlərsə bu hal, demək olar ki, ara vermir... Müxtəlif duyğuların təsirindən o qədər yorğunam ki, elə bil, bütün günü daş daşımışam. Elə istəyirəm ki, bir az yatıb dincəlim. Amma qorxuram yuxu görəm. Deyirlər, gündüz görülən yuxular şeytani yuxulardı. Hə, ötən axşamkı yuxum indi yadıma düşür. Görmüşdüm ki, həyətdə yük maşını dayanıb, biz də yorğan-döşəyi ona yığırıq. Allah xeyir eləsin! Deyəsən, bu yuxum çin olacaq, axı...
   
   Küçədən gələn səsləri dinləyə-dinləyə necə yuxulamağımdan xəbərim olmayıb. Telefon səsinə ayılıram. İradə Tuncaydı. Hal-əhval tutur, onu da əlavə eləyir ki, Əlövsət Bəşirli sənə təşəkkür eləməyimi xahiş edib. Yazılarını oxuyur. Sağ olsun Əlövsət müəllim! Bizim kimi blokadada yaşayanlara ba da bir təsəllidi. Vəziyyətimizdən gileylənirəm. Deyir ki, xəbərim var.
   
   - Siz nə görürsünüz ki?
   
   - Əlbəttə, od düşdüyü yeri yandırar...
   
   Telefonun saatına baxıram. 17:35-di. Hələ qarşıda nə qədər üzüntülü dəqiqələr var... Qazı da kəsiblər yenə. Çay içmək istəyirəm.. Televiziya kanallarımızda Şuşanı göstərirlər. Maestro Niyazi ilə Həcər xanımı görürəm lentlərin yaddaşında. Niyazi öz simfonik orkestriynən Cıdır düzündə konsert verir. "Koroğlu" operasının üverturasını çalırlar. İşə bax, indi o yerlər bizdə deyil, "sevimlilərimiz"in əlindədi...
   
   Binamızda yaman sakitlikdi. Telli demişkən, bir də xəbər tutacam ki, hamını aparıblar, bircə mən qalmışam... Sol ayağımın altı da elə hey qaşınır...
   
   Nəhayət, məndən ötrü də narahat olan tapıldı. Qardaşımdı. Eşidiblər ki, rayon mərkəzini də su basıb...
   
   Dünən gecə də həyəcanlı gecə olub. Kür hardansa yarıbmış. Yenə azan verilib, hay-küy qopub. Adamlar birtəhər qarşısını alıblar. Yaxşı ki, yuxuda olmuşam...
   
   Gecə-gündüz çay qırağında olan tanışım adamların fəallığından danışır. Deyir ki, camaat özü briqadalar yaradıb dayanmadan işləyirlər. Arada gileylənirlər də. Hirsnənlər əllərindəki işi atıb deyinirlər: "Kimlərsə ciblərini dolduracaq, bizim kələyimiz kəsildi". Ancaq bu vəziyyət iki-üç dəqiqə çəkir, təzədən torpaq dolu kisələri çiyinlərinə alırlar. Çünki suyun altında qalası olanlar başqalarının deyil, onların öz evləri , təsərrüfatlarıdı... Elə bu günümüzdə də cavanların çoxu gecə saat 3-ə, 4-ə kimi küçələrdə veyillənib laqqırtı vururlar. Bütün günü çayxanalardan, bilyardxanadan şaqqıltı, çaqqıltı səsləri kəsilmir...
   
   09.05.2010. Gecə yaxşı yatdım. Saat 9-a işləmiş qızımın zənginə ayıldım. Deyir vəziyyət pisdi, Qaragüney tərəfdən su üzübəri gəlir. Bakıya getməyi qərara alıblar. Tapşırıram ki, qorxmasın, özünə, uşaqlara lazım olan paltarları götürsün...
   
   Hava nisbətən günəşlidi. Quşlar cəh-cəh vurur. Adama elə gəlir ki, onların da səsində qüssə var... Bu yerdən də adamlar getsə, öz nəğmələrini kimlərçin oxuyacaqlar?!.
   
   Sabahdan yağış gözlənilir...
   
   Evdə yeməyə bir şey də yoxdu. Elə "bu gün-sabah biz də çıxarıq" deyə ətdən-zaddan da almıram. Bitki çayı dəmləmişəm. Durum, içim...
   
   Balkonda qadınlar söhbət edir. Deyirlər, Xəzərin də suyu qalxır...
   
   Ev işinə əlim yatmır. Arada kənddəkilərin də dərdini çəkirəm... Üç-dörd evdə kənd məktəbində müəllim işləyən qardaşımdan başqa kişi xeylağı yoxdu. O birilər Rusiyada, oğlanları da Bakıdadı. Öz-özümə deyinməkdən başqa çarəm qalmır: "Bax, belə-belə işlərə görə kişi gərək evində, ailəsinin yanında olsun".
   
   İdarəmizin polisiynən danışıram. Deyir, bu tərəfdə (rayon mərkəzini nəzərdə tutur) vəziyyət yaxşıdı, o tərəfdən su ley kimi gəlir... Heç kim qəti söz deyə bilmir. Elə hamı bunu deyir: hələ ki, salamatçılıqdı...
   
   Tez-tez gah bu, gah da o biri balkondan baxıram. şəhəri dinləyirəm. Adam xeyli azalıb. Lap müharibəli kinolardakı boş qalmış küçələri xatrıladır. Maşınlar yenə sürətlə o tərəf-bu tərəfə şütüyürlər. Və yenə də bağdan bilyard, nərd şaqqıltısı eşidilir. Görəsən, yer üzündə elə millət varmı ki, çətin günlərdə bir nəfər kimi birləşsin?!
   
   Bəndin üstündəki "xəbərçi"mdən səs çıxmır. Müşfiqin də telefonu cavab vermir...
   
   Binamızdan təkcə beşinci mərtəbədəki gəlin uşaqlarıynan Bakıya gedib. Onu da etibarsızlıqda qınayıb gülürük. Deyirlər, özü də tez-tez zəng vurub soruşur ki, qonşular mənim haqqımda nə danışırlar? Mənə gülmürlər ki?!
   
   O biri tərəfdən də korluq çəkirik. Transformator su altında qalıb. Qəribə təzaddı - suda boğulmaqdan qorxa-qorxa susuzluqdan əziyyət çəkirik. Hər şənbə-bazar günləri xeyli ev işi görərdim. Həyətdə hovuzu olanlar maşınla su gətizdirirlər. Mənim heç hovuzum da yoxdu. Su axanda nasosla birbaşa vururam. Belə getsə, hamımız bacatəmizləyənə bənzəyəcəyik. Təsəvvürümdə komik səhnələr canlandırıram. Budur, qadınlar və kişilər sir-sifətlərin hisin-pasın içində işə, dükan-bazara tələsirlər... Əvəzində yazmağa vaxtım çox olur. Görünür, pintiliyin özü də yaradıcılığa xeyirmiş...
   
   Həyətdən maşın gürültüsü eşidilir. Deyəsən, qonşular su gətizdiriblər...
   
   Görünür, arada belə çətin günlər yaşamaq gərəklidi. Çox şeyləri anlamaq, dərk eləmək, sınamaq olur. Həm özünü, həm doğmalarını, həm də dost-tanışı. Doğmaların da tək-tükü səninlə maraqlanır. Tanışlardan hələ heç birindən (təbii ki, uzaqda yaşayanlardan) zəng vuranı, narahat olanı yoxdu. Belə şeylər adamın gözünü açır. Anlayırsan ki, əslində, bu həyatda hər kəs özüyçün yaşayır. (İki daşın arasında sağ ovcum qaşınır. Mən gileylənirəm, amma deyəsən, kimsə mənimçün hədiyyə hazırlayıb). Sən də təksən və yeganə sən də öz ağlında, iradəndə, bir də... cibindədi. Bir daha əmin olursan ki, nahaq yerə deməyiblər: Allah adamı öz gücündən qoymasın!
   
   İndiyə qədər hər xırda işdən ötrü darıxdığının, mənasız şeyləri özünə dərd eləməyinin peşimançılığını çəkirsən...
   
   Bəndin üstündən mesaj: "Bu dəqiqə çayın qırağında, bəndin üstündəyəm. Suyun səviyyəsi xeyli düşüb". Təsəlliverici olsa da, inam, arxayınlıq yaratmır. Qızımın təkidiynən qardaşıma zəng vururam. Vəziyyət gərginləşsə, gəlib məni aparmağa imkanı olub-olmayacağını soruşuram. Cavab müsbət olur. Bir də zəngləşəcəyik...
   
   İdarəmizdən heç kim cavab vermir. Nə başçının köməkçisi, nə polis, nə də növbətçi... Həyəcanım artır. Deyəsən, şaiyələr düzdü, axı...
   
   Heç gündüzlər televizora baxan deyildim. İndi evdə olduğum sürəcə pult əlimdən düşmür. Moskvadan paradı göstərirlər. Ruslar hərbi şöhrəti yaşatmağı bacarırlar. Öndə Azərbaycan hərbçiləri gedir. Xeyri ola?!..
   
   Bu çətin günlərdə adam işini-gücünü atıb filosofluq eləmək istəyir.
   
   Kanallarımız yenə də xarici ölkələrdə baş verən təbii fəlakətləri birinci verirlər... Adamın mərkəzdəkilərə acığını tutur. Yenə öz işlərindədilər. Soydaşlarının yurdunu su basıb, malı-mülkü əlindən gedib, bunlarsa öz keflərindədi. Belə getsə, bu millətin yarısı "ulduz", yarısı da aşbaz olacaq. Elə ailə vardı, bir inəyin ümidiynəndi. Göz dikdiyi ərzaq, beş-on toyuq-cücəsiydi, hindəki iki yumurta da onun ruzisiydi. Hələ bağ-bostanın, xalça-palazını, yorğan-döşəyini, mebelini, qab-qacağını, əyin-başını demirəm...
   
   Bağanı ya öldür, ya arxası üstə çevir...
   
   Digər tərəfdən taksi, su maşını sürücülərinin qurdu ulayır. Başqasının məhrumiyyətindən, əlacsızlığından yararlanmağın ustasıyıq. Düz deyiblər, biri ölməsə, biri dirilməz... Bu ölkənin vətəndaşları bir-birlərinə necə laqeyddilər, İlahi! Bəlkə elə dünyanın hər yerində belədi? Doğrudanmı, insanın əzəli xislətidi bu? Biz də oturub-durub özümüzü, özümüzünküləri qınayırıq.
   
   Bir saatın içində bir-birinə zidd o qədər xəbərlər yayılır ki, adam çaşıb qalır. Bilmirsən kimə, nəyə inanasan...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK