ANA SƏHİFƏ / YAZARLAR

BU DA BELƏ BİR DÜNYADI

Rüstəm onun altmışını aşırdı

33763    |   2015-03-31 12:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onun haqqında yazmaq qərarını verənə qədər çox götür-qoy etdim. Düşündüm ki, yazacağım yazıya, onun mövzusuna kimlərsə yanakı baxa bilər və yaxud da kimlərsə bunun niyə önəmli olduğunu soruşmaq fikrinə düşə bilər. Çünki mənim qəhrəmanım nə tanınmış dövlət xadimi deyil, nə bərk gedən məmurların sırasında yeri yoxdu. Üstəlik nə tanınmış yazardı, nə də biznesmen. Amma...…

Bu məqamda yadıma böyük Rəsul Rzanın zamanında dillər əzbəri olan və bu gün də maraqla oxunan poeması düşdü. Ordakı misraları birnəfəsə də deyə bilərəm. Yəqin o dövrü yaşayanlar da bilir söhbət nədən gedir. Həqiqətən də mənim qəhrəmanım bənzərsiz bir insandı. Buna görə də mən onu özündən başqa bir kimsəyə bənzədə bilmirəm. Elə özünə bənzəyən Rüstəm barəsində həm yaddaşımı, həm şahidi olduqlarımı, həm də düşündüklərimi bilgisayara diktə edirəm...

İlk dəfə Ağdamda qarşılaşdıq. Onda

Qarabağ hadisələri yenicə alovlanırdı, qığılcım alova çevrilirdi. İnsanların bir qismi bunu maraqla seyr edir. Başqa bir qismi "sovet hökuməti dövşanı arabayla tutur, belə işlərə yol verməz" deyir, bir başqa qismi də əlindən gələni, gücü çatanı deyirdi ki, qığılcımı söndürsün. Ancaq nə qığılcım sönürdü, nə sovet hökuməti hərəkət edirdi, nə də seyr edənlərin marağı azalmırdı. Bax, belə bir şəraitdə qarşılaşdıq Rüstəmlə. O, elin-obanın hayına gəlmişdi. Böyük bir işini, xoş bir güzəranını Orta Asiyada tutduğu vəzifəsini buraxıb Ağdama, doğulduğu şəhərə, qohum-əqrəbasının yanına, bir sözlə, bütün varlığının ifadəsi olan bir müqəddəs torpağa qayıtmışdı. Amalı da, istəyi də bu torpaq üçün çalışmaq, vuruşmaq, onun əsgəri olmaq idi. Ona görə də laxlayan, büdrəyən rejimin oyunlarını bir hüquqşünas kimi dəyərləndirib yerini döyüşən oğulların yanında gördü. İndinin özündə də hərdən düşünürəm. O dövrün çox sayılan vəzifələrindən olan mövqeləri qazanmış valideynlərinin bəlkə də ağlına da gəlməzdi ki, evin tək oğlu partiyadan, sovet quruluşundan üz çevirəcək, əlinə silah götürüb səngərə tələsəcək. Sıravi döyüşçülərin, azadlıq aşiqlərinin, müstəqillik fədailərinin dilinə çevriləcəkdi. Amma görünür Rüstəmin genində, dünya görüşündə zamanında hiss olunmayan, müşahidə edilməyən, amma gizli öz mövcudluğunu saxlayan, gizli öz vaxtını, zamanını gözləyən elə hüceyrələr varmış ki, o həqiqətən də məhz gərəkli olduğu yerdə özünü büruzə veribdi. Bir az da xırdalasam, yəni dəqiqliyinə varsam, onda oxucuya daha da aydın olar ki, valideynlərindən biri rayon Partiya Komitəsinin 2-ci katibi, digəri rayon Rabitə şöbəsinin müdiri olan, özü ailənin tək oğul payı kimi əzizlənən Rüstəm günlərin birində Ağdamda fəaliyyət göstərən özünümüdafiə dəstələrinin üzvləri ilə bir cərgədə dayandı, Ağdamdakı azadlıq fədailərinin məsləhətçisi, sayılıb-seçilən nümayəndəsi oldu. Hər kəs də bunu qəribə bir maraqla, həm də bir az təəccüblə izlədi. Sonra gördülər ki, Rüstəm bu adamların içərisinə ürəyinin hökmüylə, ağlının diqtəsiylə daxil olub. Məhz bundan sonra həmin çevrədə ziyalıların, sayılıb-seçilən oğulların sayı artdı. Adamlar artıq torpağın, vətənin vəzifədən, şöhrətdən nə qədər üstün olduğunu Rüstəmin timsalında gördülər. Özü də təsəvvür edin ki, Ağdam kimi bir şəhərdə bu cür nümunə olmaq heç də asan deyildi. Axı, Ağdam həm də Dağlıq Qarabağın qapısı idi... Dağlıq Qarabağda yaşayan azərbaycanlıların güvənc yeri idi... Üstəlik həm də Ağdam ermənilərin çəkindiyi, loru dildə desəm, tük saldığı bir şəhər idi. Burda ön cərgədə olmaq həm şərəf idi, həm məsuliyyət, həm də bir könül rahatlığı. Bax, Rüstəm bu məsuliyyəti də, bu şərəfi də, bu könül rahatlığını da torpaqla bağladı, Ağdamın adı ilə bağladı və dünənki imtiyazlara nöqtə qoydu...

Rüstəmlə ilk dəfə Ağdamda çay evində qarşılaşdıq. Əyləşib çay içdiyim stoldan bir neçə addım kənarda, bir neçə stol da birləşdirilmiş şəkildə və ətrafında da 15-20 nəfər uca səslə günün hadisələrini müzakirə edə-edə çay içirdilər. Onlardan bir neçəsini əvvəlcədən tanıyırdım. Lakin bu dəstənin içərisində arıq cüssəli, orta boylu, lakin hamının sayğı ilə yanaşdığı bir nəfər də var idi. Ona gah "müəllim" deyirdilər, gah Rüstəm, gah da bəy. O isə bu müraciətlərin fərqinə varmadan bütün suallara cavab verir, bütün məsələlərə münasibət bildirirdi. Araq güc gəldi. Mənimlə üzbəüz əyləşib çay içən mərhum jurnalist, "Qarabağ" qəzetinin əməkdaşı Sarvan Ağayevdən bu cavan oğlanın kim olduğunu soruşdum. O da bütün təfsilatı ilə Rüstəm haqqında bilgi verdi. Açığını deyim ki, bu adama qanım qaynadı. Yaxından tanış olmaq istədim. Ancaq həmin günlərdə bu istəyim baş tutmadı. Sonra hadisələr bir az da qəlizləşdi. Artıq Rüstəm təkcə Ağdam şəhərində yox, bütün Qarabağ bölgəsində tanınırdı. Hər kəs onun üstünə məsləhətə gəlirdi. Mən Qarabağda bir mətbuat işçisi olaraq çalışdığım həmin o illərdə Rüstəmin demək olar ki, bütün fəaliyyəti gözümün önündə cərəyan edir, onun təkcə davranışı yox, həm də təmkini, həm də son dərəcə sınanılmış, yoxlanılmış arqumentləri məni həmişə heyrətləndirmişdi. Və məni bir də o heyrətləndirirdi ki, Rüstəm heç bir söhbətində, heç bir çıxışında pafosdan, təmtəraqdan yararlanmırdı. Onun asta bir sələ, çox rahat bir şəkildə söylədikləri adama az qala layla təsiri bağışlayırdı. Tam səmimiyyətlə etiraf edim ki, hərdən öz-özümə düşünürdüm ki, yəqin Rüstəmdə əsəb deyilən bir şey yoxdu və anadan gəlmə də olmayıb. Amma...

Günlərin birində çalışdığım və bu gün artıq Rüstəmə də doğma olan "Ədalət" qəzetində onunla qarşılaşdım. Qəzetin o vaxtkı baş redaktoru, millət vəkili Aqil Abbas məni otağına çağırıb dedi:

- Rüstəmlə tanış ol və ondan ətraflı bir yazı hazırla.

Biz gülümsəyərək bir-birimizə əl uzatdıq. Az qala ikimiz də eyni vaxtda dilləndik:

- Aqil müəllim, biz bir-birimizi tanıyırıq, ancaq qiyabi.

Rüstəmi otağıma dəvət etdim. Biz Ağdamın işğalı ilə, Qarabağ hadisələri ilə bağlı Surət Hüseynovun verdiyi bir açıqlamaya münasibəti oxuculara çatdırmalıydıq. Çünki həmin açıqlamada xeyli yanlışlıqlara yol verilmişdi. Hadisənin birbaşa iştirakçısı olan Rüstəm Hacıyev də məhz bununla bağlı "Ədalət"ə gəlmişdi. Bəli, "Ədalət" qəzetinin üç sayında Rüstəm Hacıyevin həmin məsələlərə gerçək münasibəti öz əksini tapdı. Sonra biz Rüstəmlə çay da içdik, çörək də yedik. Sonra həyat elə gətirdi ki, Rüstəm "Ədalət" qəzetinin hüquq şöbəsinin müdiri oldu. Və...

Altı il bundan öncə, lap dəqiq desəm, 2008-ci ilin dekabr ayının ortalarında rəhmətlik dəyərli qələm dostumuz Oqtay Salamov, Babək Yusifoğlu, Faiq Qismətoğlu, Rüstəm və mən nəşriyyatın 4-cü mərtəbəsindəki bufetə endik. Təbii ki, "Ədalət" də bir ənənə var. Bu qəzet yarandığı gündən kollektivin kişiləri naharı birlikdə edirlər. Hər dəfə də nahar üçün bir bəhanə tapılır. Həmin günün də bəhanəsi mənim qarşıdan gələn 50 yaşım idi. Bəli, məclis qızışmışdı. Mən də səbəbkar kimi heç kimə imkan vermirdim danışmağa. Rəhmətlik Oqtay növbəti badəni qaldıranda dedi ki, bunu da içək yubilyarın sağlığına və hələ 20 gün də bundan sonra içəcəyik...

Rüstəm müəllim mənə tərəf əyilib soruşdu:

- Əbülfət müəllim, neçə yaşın olur?

Mən yaşımı deyəndə Rüstəm gözləmədiyim halda ərklə:

- Əşi, burda hamı məndən yaşda uşaqdı ki. Mən də elə bilirəm Əbülfətin 60-70 yaşı var, "müəllim" deyib sakitcə oturmuşam böyründə. İcazə verin mən də danışım...

Bəli, beləcə doğmalaşdıq Rüstəmlə. Təkcə mən yox, bütün "Ədalət"çilər. Kollektivin ağrılı-acılı günlərində, xeyir-şər məclislərində hamı ilə bir cərgədə, bir yerdə oldu Rüstəm. O qədər mehribanlaşdıq ki, hətta oğlu Əşrəf də bu kollektivin əzizinə çevrildi. Hamı onu özünün bir parçası saydı. Çünki tərbiyəsi, əxlaqı, şirinliyi və bir də anlayışlı olması onu bizim dilimizin əzbərinə, özümüzün sevimlisinə çevirmişdi. Elə indinin özündə də elədi. Hətta Əşrəfin ad günündə məclisi idarə etmək mənə tapşırıldı. İndi özünüz təsəvvür edin də, evin tək övladının yubileyini bütün qohum-əqrabanın, dost-tanışın içərisində məhz Əşrəfin arzusuyla mənə tapşırmaq nə deməkdi və hansı səmimiyyətdən xəbər verir. Deyəsən özümü təriflədim. Amma doğurdan da mən Rüstəmdə. Onun ailəsində, onun qohum-ərqəbasında gördüyüm diqqəti, səmimiyyəti həmişə xüsusi bir sayğı kimi hiss etmişəm. Sonra anlamışam ki, bütün istəklərin, bütün diqqətlərin bünövrəsi təqdimatdan keçir. Qarşındakı bir insanı başqa birisinə ilk anda necə təqdim etsən, bütün zamanlarda həmin o təqdimat öz səviyyəsində qalacaq. Bunu da Rüstəm bacarmışdı. Və mən də Rüstəmi sizə yenidən təqdim edirəm...

Bəli, bu gün 60 yaşı tamam olan Rüstəm mənim əxlaqıma, dünya görüşümə görə həyatda maddi olan heç nəyə sahib olmayıb. Doğrudu, ona Ağdamdan qaçqın düşmüş bir vətəndaş kimi sığınacaq veriblər. Ailəsini o evdə yerləşdirib. Onun nə bağı-bağçası, nə mal-mülkü yoxdu. Aldığı əməkhaqqı ilə ailə təminatını sıravi bir vətəndaş olaraq yoluna qoymağa çalışır. Amma Rüstəmin qazandığı mənəvi zənginlik milyonlara sahib olanlarda yoxdu. Bunu mən tam əminliklə deyirəm. Ən azından ona görə ki, Rüstəm Ağdam üçün vuruşub... Rüstəm Ağdamın ağrı-acısını bu gün də yaşayır... Rüstəm bu gün hamının gözünün içərisinə dik baxır... Rüstəm ailəsindən, oğlundan nəyə görəsə utanıb çəkinmir. Əksinə, Rüstəm dostların da, ailəsinin də gözündə son dərəcə ucadı. Və bu ucalığı onun kürəyini yerə vurduğu 60 yaş da hiss edir. Və Rüstəm bilir ki, heç kimin olmayan dünyada onun özünün təmiz adı, ailəsi və bir də Kişiliyi, İnsanlığı var. Pul ilə alınmayan Kişilik və İnsanlıq!

Yazımın sonunda üzərimə bir missiya götürərək bütün "Ədalət"çilər adından və nəhayət Rüstəmi sevən bütün dostlar adından onu təbrik edirəm. Yaşda məndən böyük olsa da, Rüstəmə xatırlatmaq istəyirəm ki, hələ heç yerdə söyləmədiyim qəttəzə sağlıqları onun şərəfinə deməyə hazıram!

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK