hacklink Adalet.az | BORCUNU QAYTAR, DÜNYA Adalet.az | BORCUNU QAYTAR, DÜNYA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BORCUNU QAYTAR, DÜNYA

24697    |   2010-05-01 04:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Kim SSRİ-nin dağılmasına heyfsilənmirsə, onun ürəyi yoxdur. Kim onun bərpa edilməsinə inanırsa, onun ağlı yoxdur". Bilmirəm, kimin sözləridi, amma bu sözlərdən hər kəs öz payını götürə bilər. Ürəksizlər də, ağılsızlar dag
   
   Sənədə ayın tarixini yazırıq. Diqqətlə üzümə baxıb soruşur:
   
    - Bilirsən, dünən hansı gün idi?
   
   Çox fikirləşmirəm.
   
   - Leninin anadan olduğu güng
   
   Böyrümdəki oğlanı göstərib:
   
    -Bu cavan oğlandan soruşdum, bilmədi. Amma vaxtında bunu bilməsəydik, bizi güllələrdilər.Təbii ki, "güllələrdilər"i zarafatla deyir, amma o illərdə adamları elə boş, əhəmiyyətsiz şeylərin üstündə az qala xalq düşməni eləyirdilər ki, Leninin doğum günü onun yanında ciddi bir tarix di. Daha doğrusu, siyasi biliyin əsas atributlarından idi. Bu sözləri deyən özü də cavandı, 12-13 il olar orta məktəbi bitirdiyi. Bu hesabnan sovet dövründə cəmi iki-üç sinif oxuyub, amma tarixdə ən riyakar, ən nanəcib imperiyanın "hədə-qorxusu"nu uşaq yaşlarından sanında hiss eləyibg
   
   
   
   ***
   
   22 aprelin həyəcanları canımızdan çıxmamış 28 aprel alırdı başımızın üstünü. Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ildönümü. Nəyin dağıdılıb, nəyin qurulduğunu bilənlər də, bilməyənlər də bu bayramı şadyanalıqla qeyd edirdilər. İki gündən sonra 1 May- zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü özünü yetirirdig
   
   Bu dəfə gurultulu iclas zallarından çıxıb küçələrə tökülüşürdük. Ağ geyinib, qırmızı taxırdıq. Əslində, bunun nəyi pis idi ki? Gözəl günlər idi. Gücümüzü, birliyimizi, həmrəyliyimizi, ən nəhayət, xoş, firavan həyatımızı nümayiş etdirirdik. Bu neftimiz, pambığımız, bu taxılımız, üzümümüz, bu da elmimiz, təhsilimiz, səhiyyəmiz, mədəniyyətimiz, ardınca da ordumuz, silahımızg Kiminlə işimiz vardı ki?... Yaxşı yaşayırıq, başqalarına da yaxşı yaşamaqda kömək eləməyə həmişə hazırıq. Əlbəttə ki, heç kəsin daxılı işlərinə qarışmamaq şərtilə. Yer üzünün bütün aclarına, əzilənlərinə, hüquqları tapdalananlarına əlimizdən gələn yardımı eləmək niyyətimiz də öz yerində. Gecə də, gündüz də fikrimiz kommunizm qurmaqdı. Ordumuz da elə belə düşmən sipəridi, özümüzü qorumaqçındı, dünyanın ən xeyirxah, xilaskar ordusudug
   
   
   
   ***
   
    Görəsən, bayramlar necə yaranır?! İlk dəfə kimin ağlına gəlib ki, yığışıb ilin hansı günlərinisə bayram eləsinlər? Yeyib-içsinlər, gülüb-danışsınlar, çalıb-oynasınlar. Bəlkə ona görə bunu düşünüb tapıblar ki, ömür qayğıları insanın qəddini əyməsin. Heç olmasa, ildə üç-dörd dəfə hər şeyi unudub özləri üçün xoş saatlar, əyləncəli dəqiqələr yaşasınlar. Ürəyi istədiyi ilə tikəsini bölüşsün, səhvi, günahı olanı bağışlasın, bu yolla da öz qəlbini, ruhunu qaramatdan, çirkabdan təmizləsin. Elə bayramın sabahı günündəncə təzə ömür başlasın, təmizlənməsinə, durulmasına özü də inansıng
   
   Düzənlənən, baş tutan hər bir tədbirin arxasında kimsə, kimlərsə dayanır. Adamların öz xoşuna bir yerə yığılmaları, bir-birlərinə rəğbət, şəfqət izhar eləmələri inandırıcı deyil. Bir az da dərinə ensək, qədimlərə baş vursaq bu şadlıqların, çal-çağırların kökündə qan-qadanın, insan qurbanlarının dayandığının şahidi olarıq. İnsan həmişə təbiət qarşısında acizdi. Tarix dərslərində öyrədilirdi ki, ən adi təbiət hadisələrinin-küləyin, yağışın, ildırımın, zəlzələ və uçqunların səbəbini bilməyib vahiməyə düşən ibtidai insan gözəgörünməz qüvvələrə qurbanlar verərdi. Həm də bu qurban başqa bir şey yox, məhz öz həmcinsi olardı. Dünyamızın indiki durumu göstərir ki, yuxarıda saydıqlarım heç də adi hadisələr deyilmiş. Öz kəşfləri ilə öyünən bəşər övladı ən nəhayət, bu gün anlayır ki, o, heç nəyin üzərində qələbə çala bilməyib. Əksinə, dünyanın təbii axarını pozmaqla öz başına yeni bəlalar açıb. Və dünya əzəlki düzəninə qayıtmaq istəyirg
   
   Hə, gözəl-göyçək qızları, nər cüssəli oğlanları sellərin, suların ağzına atıb qurban verirdilər ki, təbiət sakitləşsin, məhsul bol olsun, sağ qalanlar tox, rahat yaşasınlar. Nə qədər məntiqsiz olsa da, ibtidai düşüncənin bundan irəli gedə bilməməsinə, özgə üsul bulmamasına görə bu zalımları qınamağın yersizliyini anlayıb susmalı olursan. Antik yunan mifologiyasından üzü bəri ədəbiyyatın, sənətin bütün növlərində bütün situasiyalarda insan qurbanları baş alıb gedir. İnsanlar naminə insan, ömürlər naminə ömür qurban verilir. Özgə yol ya axtarılmır, ya da istənilmir! Lap elə bir həftədən sonra bayram edəcəyimiz Qələbə bayramı qeyri-dəqiq məlumata görə, 50 milyon insan qurbanı ( hələ özgə faciələri nəzərə almasaq) bahasına başa gəlib.
   
    28 aprel işğal günüdü. 8 Mart da, 1 May da ən uzaq dövrlərin qanlı-qurbanlı bayramlarına oxşayır. Adamlar müəyyən istəklərlə- 8 saatlıq iş günü, əmək haqlarının artırılması, qadınlara kişilərlə bərabər hüquqlar verilməsi tələbləriylə meydana çıxmışdılar. Zaman-zaman bu tələblər təmin olundu. Təmin olundu və qurbanlar da unuduldu. Bəs, zəhmətkeşəlr necə, bu gün həmrəy ola bilirlərmi? Nə ediblər? İndiyədək hansı qlobal təhlükənin, fəlakətin qarşısını ala biliblər? Axı, təkcə normal iş saatı, əmək haqqı ilə məsələ bitmir. Dünyamızın birgə həll olunası o qədər dərdləri var ki,..
   
   Yox, dünya getdikcə laqeydləşir, özünə qapanır. Dünən ləyaqət, alicənablıq sayılan davranışlar artıq avamlıq, geridəqalmışlıq sayılır. Texniki vasitələr, soyuq görüntülər bütün sıcaq münasibətləri əvəz edirg Günəşin istisi getdikcə artsa da, çox buzları əridə bilmirg
   
   ***
   
    Keçmiş vətənimiz bütün dünyada sülhün möhkəm dayağı, yer üzündəki bütün millətlərin və xalqların xoşbəxt həyatının təminatçısı rolunu oynayanda buna sidq-ürəkdən inanıb dünyanın bütün dərdlərini öz ürəyimə yığırdımg. Hirosima və Naqasakinin yaralarının qanı dayanmamış Amerika Vyetnama bombalar yağdırırdı. Şəhərlər, kəndlər viran edilir, dinc əhali qırılır, şikəst olurdu. Başına bomba tökülən uşaqların ağlar sifəti yuxularımdan çıxmırdıg. Anqolada vətəndaş müharibəsi gedəndə televizorda bir epizodu tez-tez göstərirdilər. Anasının kürəyinə şələlədiyi iki-üç yaşlı uşaq arıq, qarayanız əlləri ilə ağzına yemək aparırg Hər dəfə bu kadrları görəndə anam haldan-hala düşürdü: " Bu uşağı mənə versələr, onu elə saxlaram ki,g" deyirdi. Halbuki özümüz səkkiz uşaq idik. Uşaqlığı İkinci Dünya müharibəsinə tuş olmuş anam aclığın nə demək olduğunu yaxşı bilirdig
   
   Yunanıstanın Mikis Teodorakis adında bir bəstəkarı, dirijoru vardı. Gözəl, lirik mahnıların müəllifiydi. Gitaranın müşayiəti ilə oxunan həzin, sızıltılı mahnılar indi də yadıma düşəndə özümü romantik xəyalların, arzuların qoynunda süzən yeniyetmə qız kimi hiss edirəm. Onu ev dustağı eləmişdilər. Mənim də gecəm-gündüzüm yoxuydu. Haqqında bütün məlumatları izləyirdim. Qəzetlərdən şəkillərini kəsib götürürdüm. Gündəliyimin neçə səhifəsini ona həsr eləmişdimg Əsgərlikdən qayıdan qardaşım Kreml meydanında Luis Korvalanla görüşdüklərini, onunla şəkil çəkdirdiklərini danışanda necə heyranlıqla qulaq asdığımızı, o şəkli gətirə bilmədiyinə necə təəssüfləndiyimizi bir görəydinizg Anjela Devis, Din Rid gözümüzdə əsrin qəhrəmanları idilər. Hələ Pablo Nerudanın taleyinə Nazim Hikmət qədər yandığımızdan danışmıramg
   
   Sonra nə oldu? Sonrası bu günümüzdü. Bu sevgilərin, həyəcanların qarşılığında vicdansızcasına susan dünyanın riyakar bir dönəmə qovuşmasıdı. Bu gün nə Vyetnamda, nə Anqolada, nə də Yunanıstan və Çilidə bir nəfərin də Xocalıdan xəbəri yoxdu. Xəbəri olan da Türk adlanan dünyanın dərdlərinə xəyanətdən başqa cavab vermir. İndi dünya qulaqlarını erməni sayıqlamalarına şəkləyib. Bu torpağa yerikləyənləri gündən-günə buzlaşan sinəsinə basmaqla məşğuldu. İfrata varan hər şey quduzluq əlamətidi. Bundan da ancaq sahibi ziyan çəkirg
   
    Mənsə, borcumu istəyirəm. Çünki insanlığa aid olan hər şeyin bir insan kimi mənə də dəxli olduğunu lap uşaqlığımdan anlamışamg
   
   
   
   ***
   
    22 apreli tanımayan gənc dostuma qəlbimin dərinliyində qibtə eləsəm də, hələ güvənmirəm. Çünki o, 28 mayın da nə demək olduğunu dərindən anlamır. Və bunun da günahı onun özündə deyilg


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK