hacklink Adalet.az | BAYQUŞLAR Adalet.az | BAYQUŞLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAYQUŞLAR

23502    |   2010-04-24 01:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Düşmənim düşmənçiliyindən əlçəkənə kimi mən də onun amansız düşməniyəm".
   
   Atatürk
   
   
   
   Bizdə hardasa atalar sözü halına gəlmiş bir ifadə vardır; "Bayquş viranəni xoşlar!".
   
   Son vaxtlarda, xüsusilə də Erməni protokolunun gündəmə gəlməsiylə birlikdə bəzi adı bədnam jurnalistlərin kimliyi, nəçiliyi, şəxsiyyəti, tanınmış qəzet və jurnallarda zeytun yağı kimi üzə çıxmağa başladı.
   
   "Bizim həpimiz erməniyiz, həpimiz Qrant Dinkik" deyənlərdən tutmuş, "Sovetlər Birliyi bizim doğma vətənimizdir, Ruslar bizim böyük qardaşımızdır!" deyənlərə kimi, rus puluyla bir qəpiyə də dəyməyən şəxslər Azərbaycanda və Türkiyədə meydanlarda at oynatmağa başladılar. Türkiyədə, Sorosa ruhunu satanlarla Azərbaycanda Rusa hər şeyini peşkeş çəkənlər arasında heç bir fərq yoxdur. Mən buna təəccüb etmirəm, çünkü hər iki tərəfdə yeyib içib bizim kimi danışan bu şəxslərin ya genləri bizdən deyil, ya da nifrətləri haramdan yaranıb. Yoxsa, hansı şəxsiyyət sahibi Türk, özünü nəyə görəsə düşmənə satar!
   
   Rusiya Federasiyası prezidenti Medvedevin Qırğızıstan hadisələri səbəbiylə söylədiyi şəxsən məni və mənim kimi fikirləşənlərin düşüncələrini bir daha doğrultdu. Medvedev nə dedi; "Keçmiş Sovetlər Birliyi tərkibində olmuş cümhuriyyətlərin idarəçiləri Qırğızıstan rəhbərliyi kimi bizim xoşumuza gəlməyən siyasət yeritsə onlarda da bu cür hadisələr ola bilər!" Yəni, onları da taxtdan sala bilərik..! Vay dədəm vay..! Bunlar özlərini yer üzünün haaaşaaa, Allahı sayır ki..!
   
   Cənab Medvedevə bir tövsiyə edəcəyəm, açıb tarixlərini oxusun, diyəsən öz tarixlərini yaxşı bilmir..! Yuri Daniloviçi kimin Moskva Knyazlığına təyin etdiyinə bir baxsın və yaxşı öyrənsin. Ruslara dövlət qurmağı, ordu yaratmağı, maliyyəni və vergi sistemini kim öyrədib oxuyub dərsini yaxşı əzbərləsin. Tarixin təkərinin bir də geriyə fırlanması vardır cənablar..! 1920-ci illərin Aprel ayları çox uzaqlarda qalıb, artıq o körpülərin altından çox sular axıb və sizin gördüyünüz o ağaclardan artıq kürək düzəldilib və onlarla zibil atılır.
   
   ABŞ da, toyuq necə ki, bir qurtum su içib sonra dönüb Allaha baxır, eynilə toyuq kimi bir addımı atandan sonra qayıdıb yuxarı baxmasa da güzgüdə özünə tamaşa etməlidir.
   
   Türkiyədə, Azərbaycanda Rusçular və Amerikançılar ola bilər, onlar bizdən deyil, onlardandır və onlar çox yaxşı bilinirlər. Soroslar və İvanlar, özlərinə satılanlara inanıb hərhansı səhv addımları atsalar əməlləri başlarını yeyər. Bin Laden adlı balaları özlərinə qənim olmayıb!ə Atalar deyib, siçanın balası qılkəsən olar.
   
   Dünya elə bir hala gəlib ki, artıq kütləvi informasiya vasitələri və onlarda ad qazanmış yazıçılar gündəmi süni olaraq dəyişdirə bilirlər. Son vaxtlarda adı məlum topal bayquşlar çıxıb Azərbaycana xitabən "Azərbaycanlılar bir bəyanat yayanda sözlərini təmkinlə seçsinlər və bəzi şeyləri dərk etsinlərg! deyəcək qədər başından yekə qələt eləyir. Bu cür bəyanatların eynisini Azərbaycanda da tapmaq olar.
   
   Tanrı Qurani kərimdə; "inamsızlar elə çığır bağır salırlar ki, onların çox olduğu zənn edilir, əslində onların sayı çox azdırg!" deyə məalən buyurur. Bayquşlar Arazın o tayında da bu tayında da tara çıxıb axşamları banlamağa başlayırlar. Onların səsini eşidənlər, doğrudan da bu bayquşların çox olduğunu zənn edirlər. əsla bu cür zənn edilməsin, onların sayı bir neçə dənədir, sadəcə olaraq yad ayranını içib qarınları şişib və səsləri gur çıxır ayrı heç nə yoxdur. Onlar o tayda İvana satılıblar, bu tayda Sorosa. Satqınların səsi-küyü gur çıxsa da biraz çətinliklə üzləşsələr o saat dabanlarına tüpürüb qaçacaqlar. Bu faktı onları doyuran ağaları da bilir.
   
   Bu taydakı bayquşlar Çanaqqalada, Balkanlarda, Qars və Ərzurum cəbhələrində Məmmədçiklərlə çiyin çiyinə vuruşan Azərbaycanın müqəddəs igidlərindən diyəsən bir xəbər tutmayıblar..! Vaxtı gələndə bunların qulaqlarını burmaq gərəkdir. O taydakılar da, Gəncədə, Şamaxıda, Bakıda, Lənkəranda Erməni-Rus birləşmələrinin törətdiyi soyqırıma mane olmaq üçün ayağına geyməyə çarıq, üstünə keçirtməyə paltar tapa bilməyən, ancaq müqəddəs canını qardaş Azərbaycan yolunda fəda etmək üçün atını dayandırmadan dörtnal çapan və düşmənə ağzının payını Azərbaycanlı qardaşıyla birgə verən Məmmədçiklərdən xəbərləri yoxdur deyəsən.
   
   Hər iki taydakı bayquşlar bunu beyinlərinə yaxşı həkk etsinlər..! Siyasətçilər müəyyən gedişlər edəbilərlər. Səhv etsələr səhvləri başlarını yeyər, xalqın dilində ömürlük lənət yiyəsi olarlar. Düz, yəni iki qardaş xalqın xeyrinə addım götürsələr hər iki xalq da, şanlı tariximiz də onları əbədiyyətə kimi hörmətlə yad edər, necə ki, edib və edir. Nə əhməd Cavadlar, nə Kazım Qarabəkirlər, nə yüzbaşı Qani bəylər, nə Çanaqqalada hələ on doqquz yaşında yar qoynuna girən kimi, Anadolu torpağına müqəddəs canını tapşırıb oranı qanıyla suvararaq girən əziz adlı oğullar unudulmayıb, əbədiyyətə kimi də unudulmayacaqdırg
   
   Bayquşlar..! Sizi, sizdən daha yaxşı tanıyırıq, bundan əmin və arxayın olun. Sizlər ancaq bayquşluq edə bilərsiniz..! Xalqlarımızın taleini dəyişdirməyə sizin gücünüz çatmaz, bunu beyinlərinizə yaxşıca həkk edin..! Azərbaycan və Anadolu xalqı əzəldən bir idi, əbədiyyətə kimi də bir olacaqdı, bu faktı ancaq və ancaq Allah poza bilər.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK