hacklink Adalet.az | ÇİÇİ Adalet.az | ÇİÇİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÇİÇİ

24982    |   2010-02-13 01:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu titri oxuyanların yadına o dəqiqə dağların qoynunda məskən salmış "Çiçi" kəndi, ya da Azərbaycanın məşhur xalçası "qolu çiçi" düşəcəkdi.
   
   İmkan daxilində tarixin qədim səhifələrinə üz tutub bu günümüzlə səsləşən bəzi tarixi məqamları yada salmaq fikrindəyəm.
   
   Çiçi (Cici) Xan, Qərbi Hun xaqanının adıdır. Valideynləri ona, yaşadığı bölgədə olan bir çayın adını qoyublar. Bu ənənə Türk dünyasının hər bir küncündə bugün də yaşayır. Oğlumun da, nəvəmin də ikinci adları Arazdır.
   
   Oğuz Xaqandan sonra hunlar, Bilgə Xaqanın dediyi kimi, "kiçik qardaş, böyük qardaş kimi fərasətli olmadığından, qardaş qardaşa düşmən kəsildiyindən, Çinin ipəyinə, şirin dilinə aldandığından..." daimi olaraq zəiflədilər.
   
   Eradan qabaq 60 ilində hun xaqanı öldükdə ölkədə iğtişaş başladı. Vəliəhd olan Çiçinin və ulu Xatun olan anasının unvanları intriqalarla əllərindən alındı. Xaqanın kiçik oğlu Huhanyəh (Çin salnamələrində onun adı bu şəkildə yazılıb) xaqan oldu, ancaq xalq ondan çox, böyük qardaşı Çiçini sevirdi, çünkü Çiçi hərbi taktikası güclü, strategist, cəsur bir komandirdi. Çin kimi dünyanın ən bic xalqının intriqalarına, mənfur planlarına o mane ola bilərdi. Kiçik qardaşı Huhanyəh isə onun səviyyəsində deyildi. Keçmiş xaqanların yetirmələrinin hərəsi bir yerdən çıxıb öz xaqanlığını elan etmişdi. Çiçi, öz xaqanlığını elan edən bu şəxslərin üstünə yeriyib, qardaşı Huhanyəh də daxil olmaqla hamısını məğlub edərək öz xaqanlığını elan etdi. Yavuz-Şah İsmayıl davaları sadəcə olaraq 16-cı əsrdə yaranmayıb. Huhanyəh isə ətrafında olan dövlət adamlarını yığıncağa dəvət edib, onlara Çinə tabe olmağın ən ağıllı fikir olduğunu və onların bu barədəki fikirlərini öyrənmək istədi. Dövlətin irəli gələnləri Huhanyəhin bu fikrinə qarşı çıxaraq:
   
   "Hunlar, gələnəkləri, cəsarətləri və güclülüyü bir üstünlük vasitəsi və onları əsas kimi qəbul edir. Özgəsinə tabe olub ona xidmət etmək isə alçaqlıqdır. Türklər at üstündə hərb edib öz dövlətlərini qurublar, ad qazanıblar. Bizdə ölənə kimi at üstündə döyüşəcək igidlər daim vardır. İndi böyük qardaşla kiçik qardaş arasında hakimiyyət mübarizəsi gedir. Böyük qardaş uğurlu ola bilməsə kiçik qardaş bunu bacarar. O öləndən sonra da bizə onun şərəfi və namı qalar.
   
   Çin bugün güclü olsa da ona tabe ola bilmərik. əvvəlki bəzi Hun xaqanlarının acığına elə gülünc olaq..!?"
   
   Ancaq bu fikirlər Huhanyəhə təsir etmir və yanında qalan bir neçə dövlət adamı və özünün tərəfini saxlayanlarla Çinə sığınır.
   
   Çiçi xaqan isə qərb tərəfdə az qüvvəsi ilə türk, qeyri-türk tayfalarını öz hakimiyyəti altına alır. Eradan qabaq 54 ilində xaqan olur və xaqanlığı müddətində eynilə Oğuz Xaqanın Hərbi taktikasını və yolunu davam etdirir. Eradan qabaq 36 ilinə kimi Bilgə xaqanın dediyi kimi "gecə yatmır, gündüz dincəlmir" və böyük bir coğrafiyada hakimiyyət qurur. Ölkəsinin sərhədlərini Tanrı dağlarından tutmuş Xəzər dənizinə, Hindistanın qüzeyində yaşayan Yüəçi türk tayfalarının yurduna, İranın güney sərhədlərinə kimi böyüdür. Qərbi Türküstanda Yuxarı Talas vadisində özünə iki ildə hər gün fasiləsiz 500 adamı işlədərək bir qala tikdirir. Huhanyəh isə Çin Səddi yaxınlığında Çinlilərin əlaltı uşağı kimi ömür sürür.
   
   Səmərqənd xaqanı Çiçiyə xəbər yolluyaraq, ona tabe olduğunu bildirir və ölkəsinə dəvət edir, Çiçi də onun dəvətinə uyub gedir ancaq yolda dəhşətli soyuğa düşür, ətrafındakıların əksəriyyəti soyuqdan həlak olur, ancaq üç min adamıyla xilas ola bilib Səmərqəndə çatır. Burada bir qala tikdirir və yeddi il yaşayır.
   
    Çiçi, hökmran olduğu yerlərdəki xalqları təbliğatıyla Çinin düşməninə çevirir. Çinlilər artıq onunla hesablaşma vaxtının gəldiyinə qane olurlar, çünkü onların fikrincə biraz da qalsa Çiçi, Çinin başına bəla kəsilə biləcək qədər qüdrətlənibdir.
   
   Çin generalları qırx minlik orduyla əlaltıları Huhanyəhi də götürüb Çiçinin üstünə yürüşə keçirlər. Çiçi isə tikdirdiyi qalada düşməni gözləməyə başlayır və böyük bir tarixi səhvə yol verir. Eradan qabaq 36 ilində qeyri taraz qüvvələrin döyüşü başlanır və çinlilər qalib gəlir, Çiçi qısa bir müddətdə məğlub olur. Özü, oğulları, qızları və həyat yoldaşları da qəhrəmancasına şəhid olurlar. Bu döyüşdə həlak olan hunların sayı 1518, əsir düşənlərin sayı isə 145-dir, Çin ordusunu sayı isə qırx min.
   
   Çiçi, son gecə ətrafında sağ qalan komandirlərini və əsgərlərini yığıb, hamının bu gecə qaladan ayrılmasını tələb edir və çinlilərin onun cansız bədəninə ehtiyac duyduqlarını, ondan qorxduqlarına görə də nəyə başa gələr gəlsin bunu edəcəklərini söyləyir. Yanındakı ordusundan müəyyən cüzi hissənin onun təkidiylə gecənin qaranlığından istifadə edib ayrıldığı bildirilir. Onun yanında qalanlar aydın göstərir ki, Çiçi kiçik bir qüvvə ilə nələrə qadir olub. Bu da onun dövlət adamlığı barədə müyyən fikirlər yaradır.
   
   Çiçi xaqan, Türk tarixində bir tarixi dövrün başlanğıcına imza atan şəxsdir. İlk dəfə Asiya türklüyünün üzünü qərbə döndərir. Tariximizdə ilk dəfə qala tikmək və qala müdafiəsinə başlamaq, şəhərliləşmək fikrini həyata keçirən xaqandır. Tamamilə türk gələnəyinə yad olan qala tikmək və orda özünümüdafiə etmək məsələsində təbii ki səhvə yol veriləcəkdi, çünkü belə bir ənənəmiz yoxdu. Bu səhvlər də Çiçi xanın axırına çıxır.
   
   Azərbaycanın, Qafqaz dağlarının döşündə yerləşmiş füsunkar Qubanın Çiçi kəndi vardır. Mənim fikrimcə bu kəndin sakinləri, ya Çiçi xanın yaxınları, ya komandirləri və ya əsgərlərinin bir hissəsinin gəlib əl çatmaz, ün yetməz bu dağ döşündə məskunlaşan şəxslərin nəvə nəticələridir. Çiçi xanın təkidiylə o gecə yanından ayrılanların müəyyən hissəsi gəlib Azərbaycanın bu bölgəsində məskunlaşıblar və Çiçinin adını kəndə verərək əbədiləşdiriblər.
   
   1996-cı ildə TRT adına "Qafqaz Ulduzu" adlı çox seriyalı sənədli filmi çəkərkən Qubaya getmişdik, payız fəsli idi. Filmin həm rəhbəri həm də məsləhətçisi idim. Qubanın mədəniyyət şöbəsinin müdirinə, "Bizi Çiçiyə aparın oranı filmə çəkib göstərmək istəyirik, çünkü mənə görə ora tariximiz yönündən önəmli bir məkandır". Müdir təkidlə, "ora sizin üçün niyə bu qədər önəmlidir, onu de fikirləşərik". Mən də bu tarixi hadisəni ona danışdım, başını buladı və "indi orda yağışdır, seldir başımıza iş açarıq" dedi və razılıq vermədi. Məncə Azərbaycan ziyalıları, folklorşünasları və televiziya işçiləri Çiçi kəndinə də onun adını daşıyan xalçaya da, burdakı süfrə və ocaq mədəniyyətimizdən tutmuş toy və yas adətlərinə kimi bütün gələnəklərimizə, milli tariximiz və mədəniyyətimiz yönündən yanaşmalıdılar və nümayiş etdirməlidilər.
   
   Ulu babamızın zəhmət çəkib saldığı Xankəndinin adını, xalqımızın qanlı düşməni Stepan Şaumyanın adını əbədiləşdirmək məqsədilə, yenə tarix boyu bizə qənim kəsilənlər dəyişdirib Stepanakert qoydular. Bizlərdən bəziləri hələ də ona Xankəndi yox xüsusilə Stepanakert deyir. Bunun niyəsini mən bilmirəm, öyrənə də bilmədim. Öyrənə bilənlər xahiş edirəm mənə də desinlər ki, bunlar niyə ona məhz Stepanakert deyirlər.
   
   Tarix boyu öz milli dəyərlərimizə laqeyd yanaşa-yanaşa, onları itirə-itirə gəlmişik, heç olmasa əlimizdə olanları itirməyək.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK