hacklink Adalet.az | XOCALINI ANLAMAQ Adalet.az | XOCALINI ANLAMAQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XOCALINI ANLAMAQ

45816    |   2015-03-07 10:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xocalı Soyqırımının yarandığı ildən düz iyirmi üç il ötüb. O gün dünyaya gələnlər bu gün 23 yaşındadı.
Türkiyədə hər il fevralın sonuncu həftəsi Xocalı Soyqırımını Anım Həftəsi kimi keçirilir. Bu il də həmin həftə münasibətilə yenə Türkiyənin hər bir küncündə bu soyqırım hadisəsi anıldı. Həm Xocalıda, həm də Qarabağ döyüşlərində şəhid olanların ruhuna dualar oxundu, ermənilərin vəhşiliyi və onlara arxa duranların üfunətli siması bir daha aşkar edildi.
Mənə görə bu tədbirlərə iki yönlü baxmaq vacibdir. Birincisi, Azərbaycan və Türkiyə adlı bu iki əzəli və əbədi qardaşın məsələyə yanaşması, ikincisi isə Xocalı Soyqırımını hansı yöndən anlamağımızdır.
Bu il soyqırımını anım mərasimlərində şahidi olduqlarımı burda bir-iki cümlə ilə yazmağım vacibdir. Azərbaycanımızın iki dəyərli, ziyalı millət vəkili Aqil Abbas və Fəzail İbrahimli ilə Turqutlu, Bursa, İstanbul və Təkirdağ şəhərlərində təşkil olunan tədbirlərdə iştirak etdim. Hər iki millət vəkilimizin şəxsində Azərbaycan dövlətinin və hakimiyyətinin bu məsələyə nə cür diqqətlə və həssasiyyətlə yanaşdığını, hər iki şəxsiyyətimizin müqəddəs dövlətimizin mövqeyini nə cür yüksək səviyyədə təmsil etdiklərinin şahidi oldum. Azərbaycan dövləti bu cür kadrlara malik olduqca günü-gündən çiçəklənəcək, güclənəcək, Türk dünyasının mədəni və siyasi yöndən birləşməsində əsl körpü rolunu ifa edəcəkdi, əlbəttə bunun haqlı qüruruna da malik olacaqdı.
Xocalı Soyqırımı yaranandan bəri fikirləşirəm ki, bu hadisə niyə yarandı və bu soyqırım nəyin nəticəsidir?
Mənə görə hadisənin yaranma səbəbini və yaratdığı nəticəni həm küllü halda Türk milləti, həm də dost və müttəfiq dediyimiz xalqlarla, dövlətlərlə olan əlaqələrimiz yönündən düzgün qiymətləndirməliyik.
Səlib Yürüşləri 11-ci əsrdə başlasa da indiyə kimi hər yöndə davam edib və edəcəkdi. O yürüşlərin əsl məqsədi bizləri Anadoludan, Qafqazdan və Yaxın Şərqdən qovub çıxarmaq, buralara və müqəddəs torpaqlara (ərəb yarımadası) yiyələnməkdi. Bunu Qərbin və Şərqin imperiya siyasəti güdən dövlətlərini idarə edən şəxsiyyətlərin müəyyən vaxtlardakı bəyanatları, götürdükləri addımlar və həmin dövlətlərin yəritdiyi siyasət xətti aşkar şəkildə sübut edir. Tarixi vərəqləsək həmin bəyanatlardan və addımlardan yüzlərləsini, minlərləsini tapa bilərik. Səlib yürüşlərinin o mənfur məqsədi və həmin yolda yaradılan planlar çağdaş şəraitə uyğunlaşdırılmış şəkildə bu gün də qüvvədədi. Türk milləti olaraq bu məsələyə soyuqqanlı tərzdə baxmalı və gərəyini də planlı şəkildə həyata keçirməliyik. Əlbəttə gələcək nəsillərimizin öz vətənlərində asudə və firavan yaşamağını istəyiriksə.
Mən şəxsən Səlib Yürüşlərinin təşkilatçılarına da, davamçılarına da bir şey deməyə ehtiyac duymuram, çünki hər bir dövlət öz xalqına firavan həyat şəraiti yaratmaq, öz dövlətçiliyini möhkəmləndirmək hesabına hər cürə işə əl atacaqdı, bu təbiidi. Ancaq bunu da deməliyəm ki, bəzi millətlərin öz xarakterindən qidalanan özünə məxsus siyasət xətti var. Biz Türklər tarix boyu digər xalqlara Ulu Tanrının müqəddəs bir əmanəti kimi yanaşmışıq, ancaq qərblilər də, onların təlimindən, siyasətindən qidalanan ruslar da məsələyə təkcə öz şəxsi mənafelərinin prizmasından yanaşıblar, yanaşırlar. Qərbin dövlətçilik prinsipi Makiavelizm üstündə qərar tutub və o özül üstündə yüksəlib. Həmin prinsipi ruslar da mənimsəyib.
Min il qabaq Səlib Yürüşlərini başladan və davam etdirən xalqlara, onların dövlətlərinə baxıram elmdə və texnolojidə işıq sürətilə irəliləyiblər. Bəs bizə Biz neynəmişikə
Min ildir əsl elm dini olan, insanlara ancaq elmə üstünlük verməyi, ziyalanmağı məsləhət bilən İslamı ancaq dua əzbərləmək, Türkcəsini oxuyub anlamaq əvəzinə heç cürə başa düşmədiyi ərəbcəsini oxuyub ağlamaq, cadu-pitik, təriqət, məzhəblər və təkyələrlə əhatələyib onun əsl xarakterini xalqlarımızı, yeni nəsillərimizi başa düşməyə qoymamışıq. Ulu Tanrı "Bəqərə" surəsinin 194-cü ayətində, "O halda sizə kim hücum çəksə o vaxt siz də ona hücum çəkin", Ulu Peyğəmbərimiz də, "düşmənə silahıyla qarşılıq vərin" deyib.
Düşmənə hücum çəkmək, ona silahıyla qarşılıq vermək dəmək, düşmən silahını hansı texnoloji ilə buraxıbdırsa sənin ixtira etdiyin texnoloji də həmin səviyyədə, sənin silahın da düşmənin əlində olan silahın səviyyəsində olmalıdı mənasını daşıyır. Gəlin görək biz texnoloji yaratmışıq, silahlarımız onların silahlarının səviyyəsindədi, ya yox?
Texnoloji yaratmağın özülü elmdən asılıdı. Bizim elmimiz Fərabidən, Nəsrəddin Tusidən, İbni Sinadan üzü bəri inkişaf etdirilibdirmi? Bu alimlərimizin açdığı elmi cığır inkişaf etdirilib?
İşğalçılar ölkələrimizi tutanda, xalqlarımızı qıranda, tifaqlarımızı dağıdanda əlimizi göyə açıb düşmənlərə ancaq qarğış etmişik, lənətlər yağdırmışıq, bununla da onların tifağının dağılacağını xəyal etmişik, xəyal dünyasında yaşamışıq. Aradan bir müddət keçəndən sonra yenə hər bir şəyi unutmuşuq, uzanıb qarağac kölgəsində yatmışıq, maarifçiliyə, elmə üstünlük verməmişik.
"Su yatar, düşmən yatmaz" atalar sözünü yaratsaq da ona əməl etməmişik.
Yatdıq və dala qaldıq Sabir baba...g
Türkiyə, Türk dünyasının qibləsi, ümid qalasıdı. Türkiyə, Böyük Səlcuqlar, Osmanlı kimi imperiyaların, Azərbaycan da yaxın tarixinə görə Səfəvi imperiyasının davamçısıdı. Dövlətlərimizi idarə edənlər də, ziyalılarımız da, gənclərimiz də qayıdıb özümüzə baxsınlar...g
Xocalı hadisəsi yaranan vaxt Türkiyənin İngiltərə, Fransa, İtaliya, ABŞ kimi nüvə yanacaqla işləyən hərbi gəmiləri, F-35, F-16, Tornado kimi qırıcı təyyarələri, Fərrari, Mərcədəs kimi markaları, Almaniya kimi illik 1 trilyon dollar yarım ixracatı olsaydı, nə ruslar ermənilərə dayaq ola bilər, nə də ermənilər cıqqırını çıxara bilər, Azərbaycan Türklüyünə nəinki hücum çəkmək, ona bir söz də deyə bilməzdi.
Mən bilmirəm, xəbərdar da deyiləm, Türkiyədə və Azərbaycanda milli təhsil doğrudan da əsrin tələblərinə uyğun olaraq milli səviyyədə aparılır, elmə və marifçiliyə çağdaş anlamda üstünlük verilir, ya yox? Bilən varsa xahiş edirəm məni başa salsın... g
Mənə görə Xocalı Soyqırımını bu yöndən anlamalı və dəyərləndirməliyik.
Bəlkə səhv edirəm???



YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK