ANA SƏHİFƏ / YAZARLAR

"BARI NAXÇIVAN"

Bu məşhur mahnının bəstəkarı kimdir?

5707    |   2015-03-05 01:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər dəfə bu mahnı səslənəndə düşünürəm ki, görəsən bu gözəl və məlahətli musiqinin müəllifi hansı bəstəkardır? Bəlkə də çoxları bilmir ki, dillər əzbəri olan "Barı Naxçıvan" mahnısını hansı bəstəkar bəstələyib? Elə bu fikirlərə bir aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, mahnının müəllifi tanınmış bəstəkar Məmməd Cavadovdur. O Məmməd Cavadov ki, böyük Üzeyir bəy Hacıbəylidən dərs alıb və gözəl mahnıları ilə Azərbaycan musiqi tarixində öz izini qoyub.
Məmməd Kərim oğlu Cavadov 1912-ci ildə Qarabağın Qarabulaq (indiki Füzuli) şəhərində anadan olub. O, musiqi ilhamını ilk dəfə Azərbaycanın qədim və gözəl şəhəri olan Şuşada alıb. Təbii ki, bundan sonra onun musiqi aləmində üzünə pəncərələr açılır. 1930-cu ildə Bakı Musiqi Texnikumunun nəfəsli alətlər şöbəsinə daxil olur. Məhz burda da ona xeyir-duanı böyük Üzeyir Hacıbəyli verir. Üzeyir bəydən musiqi nəzəriyyəsinin sirlərinə yiyələn gənc tələbə solfecio, hormoniya fənlərini dərindən mənimsəyir. O, musiqi texnikumunu əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Konservatoriyasına imtahansız qəbul olur. Bu təhsil ocağında Məmməd Cavadov, Hacı Xanməmmədov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Hökumə Nəcəfova və başqaları ilə oxuyur. O, eyni zamanda Üzeyir Hacıbəylinin təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində Səid Rüstəmov, Hacı Xanməmmədov və başqaları ilə işləməyə başlayır. Bülbül, Yavər Kələntərli, Həqiqət Rzayeva və digər sənətkarlarla möhtəşəm konsertlər verirlər. Hətta 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti Ongünlüyündə Məmməd müəllim yaxından iştirak edir. Ümumiyyətlə, onun musiqi aləmində və bəstəkarlıq dünyasında əvəzedilməz xidmətləri olub. Biz onları sadalasaq, gərək böyük bir siyahı alınsın. Onun fortepiano üçün "Pyesləri", "Sonatina", "Etüd" marşları çox böyük əks-səda doğurub. Əlbəttə, onun ən gözəl mahnılarından biri isə 1945-ci ildə Naxçıvanda çalışdığı zaman Hüseyn Əzimlinin sözlərinə "Naxçıvan" (sonradan bu mahnı "Barı Naxçıvan" adı ilə məşhurlaşıb) mahnısıdır.
Məmməd Cavadov onlarla tanınmış şairin şeirlərinə ölməz mahnılar yazıb. Və həmişə də bu mahnılar zamanından və məkanından asılı olmayaraq efirlərdə və televiziya ekranlarında səslənib. Çox maraqlıdır ki, Məmməd Cavadov həm Naxçıvanda, həm Bakıda, həm də digər yerlərdə müxtəlif vəzifələrdə çalışdığı zaman özünə əbədi bir iz qoyub. Çünki həmin məkanlarda o bir-birindən gözəl və yaddaqalan mahnılara yeni həyat verib. Məmməd müəllim bir neçə musiqi məktəbinin yaradıcısı da olub. O, həm Füzulidə, həm də Ağdamda musiqi məktəblərinin yaradılmasında və fəaliyyətində əvəzsiz əziyyətlər çəkib. Təbii ki, onun bu əziyyətləri və zəhməti həmişə qiymətləndirilib və dəyərləndirilib.
Məcburi köçkünlük həyatı ona ağır anlar yaşadıb. Bir müddət Lənkəranda, sonra isə Bakı şəhərində məskunlaşıb. 2002-ci ilin dekabrın 10-da isə qarlı-çovğunlu bir qış günündə Məmməd Cavadov Allahın dərgahına qovuşur. Zarafat deyil, böyük bir ömür yaşadı və bu ömürdə Məmməd Cavadov özünü əsl ziyalı, əsl bəstəkar və əsl vətənpərvər bir insan kimi təsdiq etdi.
Bir neçə il bundan əvvəl Azərbaycan Bəstəkarlar İttifaqında məşhur bəstəkar Məmməd Cavadovun 100 illiyi qeyd edildi. Həmin tədbirdə ölkənin tanınmışları və ziyalı insanlar hamısı Məmməd Cavadov haqqında xoş sözlər səsləndirdilər. Dedilər ki, Məmməd Cavadov o bəstəkarlardandır ki, ona Üzeyir bəy Hacıbəyli kimi, Niyazi kimi dahi sənətkarlar yüksək qiymət veriblər. Çünki Məmməd Cavadov özü böyük Üzeyir Hacıbəylinin əlindən su içmişdi və onun tələbəsi olmuşdu. Təbii ki, onun tələbəsi də belə möhtəşəm mahnılar və sənət əsərləri yaratmalı idi.
Məmməd Cavadov çox gözəl ailə başçısı olub. Və onun ömrü bu gün balalarının, nəvələrinin ömründə yaşayır. Oğlu Azər Cavadov özü də musiqiçidi və Məmməd Cavadovun ocağında onun çırağını yandırır. O çıraq ki, həmişə əbədi olacaq və həmişə ətrafa nur, işıq saçacaq.





YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK