viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İMTAHAN Adalet.az | İMTAHAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İMTAHAN

21097    |   2009-12-12 16:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dedilər ki, qocaman müəllimlərimizdən biri telefonuma zəng vurur, ancaq düşə bilmir. Xahiş edir ki, mən onun nömrəsini yığım. Qeyri-ixtiyari " görəsən, məni neynir?" deyə soruşdum. Dəqiq bilmirik, dedilər, amma deyəsən, Sabirabadın tarixiynən maraqlanır. Bilmək istəyir ki, rayonun adı neçə dəfə dəyişilib?!...
   
   Sabirabadın tarixi... Artıq ömrünün səkkizinci on ilini geridə qoyan, bəlkə də bu rayonun mərkəzinə son dəfə nə zaman gəldiyini də unudan tarix müəllimimizin nəyinə lazımdı? Doğrudanmı, o bunu bilmir? Bəs, mən özüm necə, yaşadığım, işlədiyim rayonun tarixini bilirəmmi? Ucundan-qulağindan bildiyimi niyə bir dəfə də olsun məqalə şəklində qələmə alıb oxucularla paylaşmamışam?!
   
   Mən tarixin dəqiqliyinə həmişə şübhə eləmişəm. Tairxçilərdən çox siyasətçilərin diqtəsiynən hazırlanan kitablardan nəsillər heç vaxt öz torpağı, milləti haqqında əsl həqiqətləri öyrənə bilməz. Tarix orta məktəbin beşinci sinfindən öyrədilməyə başlanır. Keçilən mövzunu əvvəl müəllim özü danışır, sonra tapşırığını verir. Növbəti dərsdə də beş-altı sinif yoldaşın həmin mövzunu danışır, beləliklə, eşitdiklərinlə özün öyrəndiklərin birləşib yaddaşında tarixə dönür. Yoxsa, ayrı-ayrı məqalə və oçerklərdən, jurnalist araşdırmalarından tarix öyrənməkmi olar?! Müstəqillik qazandığımız gündən əlimə keçənləri acgözlüklə oxuyuram, qeydlər götürürəm, amma bu günədək azərbaycanın və türkün tarixini yaddaşımda sistemləşdirə bilməmişəm.
   
   Suallar və düşüncələr bir yana dursun, bu sözləri eşidəndən bəri içimdə qəribə bir titrəyiş duyurdum. Sanki mən 7-8-ci siniflərdə oxuyuram. Qarşıda tarix imtahanımız var. İsti yay günlərinin birində məktəbimizin ən sərin sinif otağına yığıb bizdən imtahan götürəcəklər... Budur, növbə mənə çatır. Həyəcanla stola yaxınlaşıb üzüüstə yığılmış biletlərdən birini götürüb oxuyuram. Suallardan biri belədi: " Sabirabadın tarixi"...
   
   
   
   ***
   
   Nədənsə, həmişə mənə elə gəlib ki, Sabirabadın tarixi yoxdu.Əgər ərazisində gözlə görünəsi qalaları, qala divarları, qəsr və sarayları yoxdusa, Allahın yaratdığı meşələri, kolları qırıb yerində zəmilər, tarlalar salınıbsa, o torpağın tarixini öyrənmək mümkündürmü, görəsən?! Bu yerlərin qədim tarixindən cəmi bir epizod bilirdim. Onu da tarix müəllimi işləyən bir tanışımdan eşitmişdim. Nadir şah Əfşarın Cavad kəndi ərazisində atının döşünü Kürün sularına vurub Şirvan tayına keçməsini, burada Muğan qurultayını keçirməsini... Rayonun mənim gördüyüm tarixi isə beşillik plan və öhdəliklərdən, ağlasığmaz sentnerlərdən, sayı-hesabı bilinməyən cansıxıcı iclaslardan, qulaq batıran alqışlardan ibarətdi...
   
   Sabirabadın qədim dövr tarixini əks etdirən ilk kitabın müəllifi, Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi ( " Sabirabadın tarixi" kitabının məndə olan 10.02,1998-ci il tarixli nəşrində belə yazılıb) Əziz Novruzlunun özünün bağışladığı kitab həmişə iş stolumun siyirməsində olur. Ara-sıra vərəqləsəm də, müəllimimə cavab verəsi səviyyədə hazırlıqlı deyildim. Yox, mən bu sualın cavabını öyrənməyincə ona zəng vura bilməzdim...
   
   Əziz müəllim 5 fəsildən ibarət kitabında rayonun təbii coğrafi şəraitindən, tarixi keçmişindən, mədəniyyətindən, sənətkarlığından, siyasi vəziyyətindən, toponomiyasından söhbət açır. Sadə, oxunaqlı bir dildə yazıb...
   
   
   
   ***
   
    "Ön söz"də müəllif qeyd edir ki, Sabirabad tarixən Muğan vilayətinin tərkibində olduğundan tarixi mənbələrdə ayrıca xatırlanmır. "Yalnız XV1 əsrin yazılı mənbələri Cavad şəhərinin adını çəkir. Sonralar XV111 əsrin ortalarında mərkəzi Cavad şəhəri olan Cavad xanlığı tarixi məxəzlərdə Cavad adının möhkəmlənməsinə gətirib çıxardır. Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra 1868-ci ildə Bakı quberniyası tərkibində Cavad qəzası yaradıldı. 1888-ci ildən Cavad adını ruslaşdırıb Petropavlovsk adlandırdılar. Yalnız 1930-cu ildən Azərbaycan SSR-in yeni inzibati ərazi bölgüsü yaradıldı və M.Ə.Sabirin şərəfinə rayon Sabirabad adlandırıldı".
   
   Əziz Novruzlunun kitabından Sabirabad haqqında maraqlı bilgilər almaq mümkündü. Müəllif yazır ki, təbii şəraitinə görə rayon Kür-Araz çökəkliyində, düzənlik sahədə yerləşir. Arxeoloji tədqiqatlar aparılan zaman Muğanda Saatlı və Sabirabad ərazisində Araz çayının qədim yataq yerlərinin şahidi olduqlarını, çay yataqlarının qalın duz təbəqəsi ilə örtüldüyünü qeyd edir. Kitabın ilk sətirlərindən bəlli olur ki, müəllif bu əsəri yazmaqdan ötrü xeyli qədim tarixi mənbələrlə tanış olmuş, yeri gəldikcə öz fikirlərini isbatlamaq üçün onlardan nümunələr göstərmişdir: Muğanın təbiəti barədə orta əsr yazılı mənbələrində xeyli məlumatlar olduğunu, Həmdullah Qəzvininin "Nüzhət əl-Qülub" adlı əsərinin dördüncü bölməsinin Muğan və Arran əyalətlərinin təsvirinə həsr edildiyini xüsusi diqqətə çatdırır: "Bu əyalətlərin havası isti və nəmişlidir. Əyalət Şirvan və Xəzər dənizi ilə sərhədlənir. Payızda Savalan dağları görünməz olanda bütün ərazidə ot quruyur (dirmanə) və zəhərli olur. Onu yeyən heyvanlar məhv olur. Yazda onun zəhərliliyi aradan qalxır. Savalan göründüyü vaxt otlaq tamamilə təhlükəsiz olur". Kitabda X1X əsrin əvvəllərində yaşamış H.Z.Şirvaninin Muğan barədə daha maraqlı yazısından da bir parça verilmişdir: "Muğan məşhur bir vilayətdir. Qədim şəhərləri və nahiyələri vardır. Beşinci iqlimdən hesab olunur. Ab-havası xoş və gözəldir. Şimalda onun sərhəddi Şirvandır. Cənubdan Cənubi Azərbaycanla, qərbdən Gürcüstanla sərhədlənir. Zəhərli otları çoxdur. Mal-qaranı onun zəhəri öldürür. Baharda otların zəhəri azalır. Deyirlər oranı Muğan adlı bir adam bina etmişdir. Bəziləri isə deyirlər ki, oranı müğlər və möbüdlər abad eləmişlər. Əhali şiə məzhəblidir. Türk dilində danışırlar.Uzaqdan gələn adamlarla mehribandırlar. Qızılbaş tayfasından şahsevənlər o ölkədə çoxdur"...
   
   İndi adi oxucu kimi deyil, imtahana hazırlaşan şagird kimi oxuyub öyrənmək istədiyim bu kitabda adamı xəyallara salan çox faktlarla rastlaşdım. Həm də xəcalət duydum. Üstündə gəzdiyi, nemətləriynən dolandığı torpağın dünəni haqqında olduqca səthi məlumatı olan bir adamın xəcalətiydi bu. Həm də bu bilməzliyin, məlumatsızlığın günahkarını axtaran və xəyalları çaşbaş olan bir adamın... Təbii ki, bütün mənbələr Muğanın tarixindən xəbər verir.Ancaq XV1 əsrin tarixi mənbələrində adı xatırlanan Cavad şəhərinin indiki Sabirabad rayonunun ərazisində yerləşdiyi göstərilir. Müəllif mənbələrdə adı çəkilən və sonralar xanlıq mərkəzinə çevrilmiş Cavad şəhərinin müasir Cavad kəndindən bir qədər aralıda yerləşdiyini qeyd edir. Onun fikrincə, Cavad şəhərinin əsası adı tarixi mənbələrdə çəkilməzdən 500 il əvvəl XI əsrdə qoyulmuşdur. " 1606-07-ci illərdə Səfəvi dövləti ilə Osmanlılar arasında baş vermiş hərbi toqquşma böyük dağıntılar törətdi. Cavad bərəsinin osmanlılar tərəfindən dağıdılması, suvarma sistemlərinin sıradan çıxarılması Cavad əhalisinə ağır maddi və mənəvi zərbə idi".
   
   Kitabın 111 fəsli "Sabirabad bölgəsinin toponomiyası" adlanır. Bu fəsildə rayonun coğrafi adlarının tarixi məxəzləri araşdırılmışdır. Qalaqayın, Çiçəkli, Muğangəncəli, Axtaçı, Kovlar, Qaralar, Əsədli, Surra, Sərxanbəyli, Yolçubəyli, Qasımbəyli, Əsgərbəyli, Muradbəyli, Poladtoğay, Güdəcühür, Şıxsalahlı, Quruzma, Qəzli, Balvar, Xəlfəli, Azadkənd, Zəngənə, Qaraqaşlı, Ulacalı, Cəngən, Minbaşı, Çölbeşdəli, Qaragüney, Yaxadəllək, Türkədi, Moranlı, Qaratəpə, Əliləmbəyli, Ətcələr, Salmanlı, Osmanlı, Mürsəlli, Rüstəmli, Qarağac, Bulduq və s. kəndlərin adlarının izahları maraqlı və diqqətçəkəndir.
   
   "Rayonun toponomiyasında iz buraxmış Azərbaycan ellərindən biri də Kolanıdır. Kolanı Qarabağda qədimdən yaşamış ellərdən biridir. Kolanı tayfasının adı ilə bağlı toponimlər Dəvəçi, Səlyan, Şahbuz, Şamaxı və başqa rayonlarda da vardır. X1X əsrin ortalarında Cavad qəzasında 282 ailədən ibarət Kolanı adlı bir maldar el yaşayırdı. Onların bir hissəsi Dağlıq Şirvanda bir sıra kəndlərin əsasını qoymuşdur".
   
   Kitabda Abdulyan və Meyniman kəndləri haqqında da maraqlı məlumatlar yer almışdır. Müəllif yazır ki, bu kəndin adındakı "an" şəkilçisi Z.Yampolskinin fikrincə, türk mənşəli olub, yer, məkan mənasındadır. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan balıq vətəgəsində işləməyə gələnlər olmuşlar. Kəndin adı Abdul şəxs adından, farsca "i" mənsubiyyət şəkilçisindən və "an" cəm şəkilçisindən ibarət olub "Abdullar" mənasını verir. Keçən əsrə aid məlumatda qeyd olunur ki, kəndin əhalisi farsca danışır. Əslində isə onlar türk-azərbaycanlılar idilər, lakin fars dilini bilirdilər. Sonralar onlar bu dili tamamilə unutmuşlar.
   
   Müəllif İ.Berezinin yol qeydlərindən yararlanaraq yazır ki, Kür qırağında Meneyman adlı vətəgə də olmuşdur. Hazırda Sabirabad rayonundakı Birinci Meyniman və İkinci Meyniman adlı kəndlər məhz İ.Berezinin "Meneyman" kimi qeyd etdiyi vətəgə əsasında yaranmış kəndlərdir. İndi "Meyniman" kimi tələffüz olunan və yazılan toponim əslində "Meneyman"dır. Lakin mənası bilinmir.
   
   Yeri gəlmişkən qeyd edək ki, haqqında danışılan və Sabirabadın təsərrüfat həyatında mühüm yer tutan Kolanı, Abdulan və Meyniman kəndləri hazırda Hacıqabul rayonunun inzibati ərazisinə daxıldir.
   
   Kitabın sonrakı fəsillərində rayonun təsərrüfat həyatından, mədəniyyətindən, quruculuq işlərindən, Qarabağ müharibəsində verdiyi şəhidlərdən, Milli qəhrəmanlarından söhbət açılır...
   
   
   
   ***
   
   ... Yuxarıda yazdıqlarımı xülasə şəklində yaddaşımda möhkəmləndirib müəllimimə zəng vururam... Səsi yorğun və kədərlidi. Neçə dəfə telefonuma zəng çaldığını, ancaq düşə bilmədiyini deyir. Məni nədən ötrü axtardığını soruşmuram. Özü də bü barədə heç nə demir. Ümümi hal-əhvalın arasında dediyi iki-üç kəlmə isə məni tamam şaşırdır. " Xanım ( niyə məhz "xanım", adımı, yaxud "qızım", "balam" da deyə bilərdi), mən müəlliməm. Ancaq... mən yaxşı müəllim olmamışam... Niyə belə dedi? Bəlkə mən səhv eşitdim? Ömrün ahıl çağında bu etiraf nə deməkdi? Bəlkə, bu sadəcə təvazökarlıqdan başqa bir şey deyil? Nədən bu qənaətə gəlsin ki?... Sonra da sakitcə sağollaşdı. Nə özünün bir də zəng edəcəyini söylədi, nə də mənim onu aramağımı istədi... Qəfildən ağlıma bir fikir gəldi: bəlkə elə şagirdlərinin çoxuna beləcə zəng vurub və mənə dediklərini onlara da deyib... Bəlkə nə vaxtsa müəllim də öz şagirdləri qarşısında imtahan verməlidi? Ancaq bu imtahan hamının bildiyi imtahanlardan deyil...Yoxsa, ömrün hansı çağındasa əvvəllər duymadığın, anlamadığın nəyisə dərk edirsən? Və bu dərketmə səni heç olmasa, öz içində nəyinsə etirafına vadar edir. Heç nə anlamıram. Hələ də o zəngin təsiri altındayam. Nə qədər düşünürəmsə, bir nəticə çıxara bilmirəm. Bircə onu bilirəm ki, O SƏS çox uzaqdan gəlirdi...
   
   Çox uzaqdan...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK