Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | PAPAQ ALTINDAKILAR Adalet.az | PAPAQ ALTINDAKILAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

PAPAQ ALTINDAKILAR

14853    |   2015-02-28 01:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



Xocalı soyqırımının 23 illiyini qeyd etdik. Sözə baxın, qeyd etdik! 23 ildir "Xocalı harayı" adlı kompozisiyalar nümayiş etdirilir. Amma bu harayı dünya eşitmir. Əslində səsimizi, çığırtımızı, daha dəqiqi, "vızıltımızı" eşidirlər, sadəcə əhəmiyyət vermirlər. Çünki xristian deyilik, çünki erməni deyilik, çünki qulaqlarındakı barmaqların sahibləri eşitmələrini istəmir. Ən vacibi isə, çünki bu səs hələ özümüzə doğru-düzgün çatmayıb...
Xocalı harayı dediyimiz əslində əvvəlcə özümüz eşitməli olacağımız bir səsdir. O səsin, o çığırtının, o vəhşətin mahiyyətini isə yalnız xocalılar - o səsin sahibləri dərk edirlər...
Hər ilin 25-26 fevralında Xocalı soyqırımının ildönümü xatırlanır.
Xocalının yasını tutub, ağlayıb-sızlayıb günü birtəhər başa vururuq. Xocalıları çağrıb başlarına gələn o utancı, xəcaləti, dəhşətləri bir daha onlara yaşadaraq xatırladıb, kimlərəsə göstərirlər (kimə?), maddi yardımlar verilir, şablon sözlər təkrarlanır və bununla da hər kəs borcundan çıxmış olur. 27 fevralda qəmli maskalar çıxarılır, artistlik bitir, yenə şadyanalıq, vur-çatlasın başlayır.
O dəhşətləri yaşamış hər hansı bir Xocalı sakininin ömrünün sonuna qədər o hadisələri unudacağını ağlınıza da gətirməyin. Heç bir söz, heç bir maddi yardım, heç bir ad Xocalıda tapdanmış heysiyyatımızı, qeyrətimizi, utancımızı, xəcalətimizi unutdura bilməz. Mən inanıram ki, o vəhşəti yaşayan hər bir insan ömrünün sonuna qədər onu hər gün xatırlayaraq yenidən yaşayacaq, yuxuda görəcək, bəziləri unutmaq üçün hətta yaddaşını itirməyə belə razı olacaq. Doğrudanmı onların çəkdiklərini anlamırıq, yoxsa "çox gülənin dərdi çox olar" məsələsidir bizimki. Artıq əlacsızlıqdan oxuyub, oynayırıq? O boyda Xocalı dərdimiz, utancımız varkən böyük-böyük danışmaq, ən gözəl cənnət məkanlarımız düşmən tapdağı altındaykən "düşmənə bir qarış da torpağımızı vermərik" deyə bilmək, Qarabağı soysuz ermənilərə bağışlayıb burda "Qarabağ şikəstəsi"ni dərdli-dərdli oxumaq mənə çox gülünc görsənir. Xocalı kimi dərdi olan bir ölkənin oğullarının qəhrəman adı, mükafatı uğrunda mübahisələri, münaqişələri utancvericidir. Qəhrəman olmaq üçün əvvəlcə torpağını azad etməlisən, ən önəmlisi üstümüzdə qara ləkə olan Xocalı soyqırımının cəzasını düşmənə çəkdirməlisən. Tək bircə fakt - Xocalı soyqımı zamanı on üç yaşı olarkən əsir düşmüş bir qızımızın geri qaytarıldıqdan sonra başına gətirilənləri dinləmək ələ silah alıb ermənini torpaqlarımızdan, hətta əvvəldən bizdən rusun köməyiylə alınıb onlara bağışlanmış torpaqlara qədər qovmağa əsas verir. O qız utanır başına gətirilənlərdən. O qız o faciələri xatırlayarkən ölüb-dirilir. Unutmaq üçün ölmək istəyir. O, bu qara tale üçün günahkardımı? Onun kimi yüzlərlə qızlarımız, qadınlarımız oxşar taleləri yaşamalı oldular. Alçaldıldılar, təhqir olundular, heysiyyatları tapdandı. O qızı dinləyib, özünüzə qəhrəman deyə bilirsinizmi? O zaman başınızı dik tutub bu sözü qəbul edə bilərsiniz ki, torpaqlar geri alınsın və ən əsası Xocalının öcü alınsın! Çünki müharibə elə ölüm sözü ilə sinonimdi. Oğullar şəhid ola bilər müharibədə, amma Xocalının qisası bir başqa olmalıdır. Orda qeyrət, namus, heysiyyat məsələsi var...
26 fevralda konsertləri qadağan etdilər, şadlıq evlərinin rəhbərlərinin erməniləri lənətləməsi ilə toylar həmin gün dayandırıldı, qazanclarından qaldılar, həmin gün xarici ölkələrdə konsert vermək istəyənlər də qınandı. Amma bununla iş bitirmi? Bu iş qadağalarla olursa, demək ki, hələ faciəmizi dərindən dərk etməmişik. O qisas hissi hər kəsin öz içindən qaynaqlanmasa qadağalar müvəqqəti olacaq. Laqeydliyimiz, unutqanlığımız get-gedə artır, buna cürbəcür bəzəkli adlar qoyuruq - sülhsevərlik, 30 min erməninin Bakıda azad yaşaya bilməsinə tolerantlıq, xarici ölkələrdə üzdə dost olub, gizli-aşkar diasporaları üçün maliyyə buraxanlarla dostluğu azadlıq və sair adlandırırıq...
Qubada erməni qırğınının izi olan kütləvi öldürülmüş insanların sümüklərinin aşkar edilməsinə də elə güclü bir reaksiya olmadı. Hər gün atəşkəs rejimində əsgərlərimiz şəhid olur, bunu adi hal kimi qəbul edirik. Artıq millətimdən şübhələnməyə başlamışam.
Bir vaxtlar Amerika Kəşfiyyat İdarəsinin Afrika ölkələri insanlarının və həbsdə olanların üzərində apardığı insanlığa sığmayan təcrübələri haqda oxumuşdum. Onlar bəzi virusları insanların yeməklərinə qatıb reaksiyalarını yoxlayır, sonra da ona qarşı vaksinlər hazırlayırdılar. Bu təcrübə zamanı minlərlə insan tələf olurdu. Afrikanın bir kəndində çörəyə vurulan bir maddənin təsirindən insanların müxtəlif reaksiyalarını təcrübədən keçirmişdilər. Onlardan ölən, xəstəxanaya düşən, dəlixanaya yerləşdirilən olmuşdu. Bunları xatırlatmam səbəbsiz deyil. Şübhələndiyim də budur. Xaricdən ərzaq, meyvə-tərəvəz, paltar gətirməklə yarışa girən, başqalarının "bazarını bağlatdıran" monopoliya yaradanlar maddi gəlirlərini düşündüklərinin heç olmasa bir azını da bu xalqı düşünsünlər. Gətirdikləri məhsulun keyfiyyətini də yoxlasınlar. Əhalini zəhərləyən, müxtəlif xəstəliklərə yol açan, gələcəkdə fəsadların mənbəyi olacaq bu məhsullar bir neçə adamın gəlir mənbəyi, başqalarının isə bədbəxtliyidir. Və kim bilir, bəlkə sapı özümüzdən olan baltaların əliylə ölkəmizə gətirilən geni dəyişdirilmiş bu məhsulların fəsadıdır ki, bu qədər laqeydləşmişik, unutqan olmuşuq, qeyrətsizləşmişik. Bu məhsullarla bərabər qarnımızı doyurmaq üçün qeyrətimizi, heysiyyatımızı da yeyirik.
Bu yaxınlarda bir söhbət eşitdim, tanınmış bir alimimiz Novruz Bayramında "papaqatma"nın qadağan olunmasını təklif edib. Səbəb kimi də papağın, namus, qeyrət rəmzi olduğunu və onun yerə atılmasının doğru olmadığını göstərir. Amma hörmətli alim bilmir ki, mentalitetimizdə sevincdən papağı göyə atmaq da var. Göydən də o papaq təbii ki, yerə düşməlidir. Bu yerdə böyük mütəffəkkirimiz Cəlil Məmmədquluzadənin sözlərini xatırladım: Azərbaycan qadını çadranı atanda müasirləşirik deyə sevincimdən papağımı göyə tulladım, o gün bu gündür ki, papağımı tapa bilmirəm...
Bu bir bayram rəmzidir, xalqımızın qədimdən gələn adət-ənənəsinin kiçik bir nüansıdır. Əsl papaq məsələsini məncə, Xocalıda həll etməliyik. Papaq orada qalıb, hörmətli alim! Mən nədənsə papaq sözünü eşidəndə hər dəfə Xocalını xatırlayıram. Gerçəkdən, bu pafos deyil. Xocalıda yerə çırpılmış papağımızı qaldıra bilsək, Novruz Bayramındakı papaqlar özü pay-püşüylə dolub-boşalıb, sonra başlara qoyulacaq. Oradakı papaqların altındaysa, qeyrətimiz yatır.



YAZARIN ARXİVİ

2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK