Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SƏFİRLİKDƏ QƏTL Adalet.az | SƏFİRLİKDƏ QƏTL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏFİRLİKDƏ QƏTL

13795    |   2009-09-19 01:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

( əvvəli ötən şənbə sayımızda)
   
   
   
   Dzerjinski Alman səfirliyindən birbaş Lubyankaya (ÇK-nın yerləşdiyi ünvan - E.B.) qayıdan kimi, yaxın köməkçilərini yanına çağırıb vəziyyəti ətraflı surətdə təhlil etməyə çalışdı. Hadisəni törədənlərin birinci şöbənin müdiri 20 yaşlı Yakov Blyumkin və onunla işləyən odessalı həmyerlisi 22 yaşlı Nikolay Andreyev olduğu artıq kimsədə şübhə doğurmurdu. Siyasi mənsubiyyətinə görə hər ikisi sol eser idi. İndi əsas məsələ cinayəti törədənləri yaxalamaq idi. Komissar Abram Belenki toplantıda məruzə etdi ki, Blyumkin yaralı vəziyyətdə Popovun qərargahında gizlənir. Dzerjinski komissara bir neçə silahlı adam götürüb onları həbs etməyi tapşırdı. Belenki vaxt itirmədən məlum ünvana yollansa da, bir azdan suyu süzülə-süzülə əliboş geri döndü. Əsəblərini güclə cilovlayan Dzerjinski orada nələr baş verdiyini təxmin etdiyindən komissardan əlavə izahat istəmədi. Yəni doğrudan da ÇK-nın xüsusi təyinatlı alay komandiri Dmitri Popov qiyamçılara qoşulmuşdu? Onun tapşırığını yerinə yetirən komissar Belenkini kor-peşman yola salmışdı? Vəziyyəti belə görüncə qərargaha baş çəkmək qərarına gəldi. Popov onu qapıda qarşılayıb əsgəri qaydada salamlasa da, içəridə tamam başqa abı-havanın hökm sürdüyü sədrin gözündən yayınmadı. Sol eserlərin Mərkəzi Komitə üzvləri burada yığıncaq keçirirdi. Belə gərgin vəziyyətdə Dzerjinskini yalnız bir sual maraqlandırırdı. Əli Mirbahın qanına bulaşan çekistlərin harada gizlənməsi. Popov izahat verdi ki, onlar həqiqətən qərargahda olublar. Fəqət ciddi tibbi yardıma ehtiyacı olduğundan başqa yaralılarla birlikdə Blyumkin xəstəxanaya göndərilib. Sözlərinin yalanı gözlərindən oxunurdu. Otaqları bir-bir dolaşıb qatil axtaran Feliksin sərt baxışlarına davam gətirmək də hər kişinin işi deyildi. Sədri çekistlərdən Trepalov, Belenki, Xrustalyov və başabəla komandir müşayiət edirdi. Növbəti otağa keçəndə sol eserlərin Mərkəzi Komitə üzvü P.Proşyanla V.Karelin təpədən dırnağa kimi silahlanmış bir dəstə matrosla onları dövrəyə aldı. Vladimir Karelin təmkinlə baş çekistə başa saldı ki, Blyumkinlə Andreyev Mirbahı bizim qərarımıza əsasən qətlə yetiriblər. Bu işin məsuliyyətini sol eserlərin MKsı öz üzərinə götürüb. Soyuqqanlıqla səslənən bu bəyanatı eşidəndə Dzerjinski dərhal münasibət bildirdi: siz həbs olunursuz - dedi. Sədrin əmri göstərişi yerinə yetirəcək Popovu çaşqın vəziyyətə saldı. Bir yandan dəmir Feliksə itaətsizliyin nəylə nəticələnəcəyini başa düşürdü, digər tərəfdən də saqqalı çoxdan qiyamçıların əlindəydi. Yaxşı ki, gözlənilmədən yan otağın qapıları taybatay açıldı və sol eserlərin rəhbərliyində təmsil olunan bir neçə nəfər içəri daxil oldu. Onların arasında Y.Sablin hamıdan çox cəsarətlənib Dzerjinskidən silahı təhvil verməyi tələb etdi. 21 yaşlı gəncin bu hərəkətindən hiddətlənən Dzerjinski üzünü matroslara tutub: " yəni siz imkan verəcəksiz ki, gözünüzün qabağında ÇK-nın sədrini tərksilah etsinlər? deyə soruşdu və bununla onların inqilabı şüurunu oyatmağa çalışdı. Bir qədər də ciddi və xəbərdaredici tərzdə bəyan etdi ki, mənim silahımın alınması sovet hakimiyyətinə meydan oxumaq kimi qiymətləndiriləcək. Matroslar bunu eşidəndə duruxdular. Lakin P.Proşyanla D.Popovun köməkçisi D.Protopopov elə bil şir ürəyi yemişdi. Əvvəlcə Dzerjinskinin, sonra Trepalov və Belenkinin silahlarını təhvil aldılar. Bəzi matroslar təkidlə tələb edirdi ki, onların hamısı sorğusualsız yerindəcə güllələnsin. Amma, əksəriyyət bu fikrin əleyhinə çıxdı. Tərəflər bir-birlərinə müxtəlif siyasi ittihamlar yağdırmağa başladı. Hətta bayaqdan ağzı söz tutmayan Dmitri Popov da dil açıb bülbül kimi ötürdü. Çünki, qraf Mirbahın qətlindən sonra qiyamçılar Moskvada müəyyən üstünlük qazanmışdı. Mərkəzi teleqraf onların nəzarətinə keçdiyindən eserlərin təbliğat maşını güclənmişdi. Rabitəyə rəhbərlik edənlərdən Lixobadin familiyalı birisi bütün məlumatlarda sol eserləri artıq hakim partiya olaraq təqdim etməyi tapşırmışdı. Əyalətlərə paytaxtda bəzi hökumət üzvlərinin həbsi barədə yalan xəbərlər ötürülürdü Şərq cəbhəsinin komandanı sol eser Mixail Muravyovun öz ordusuyla Moskva istiqamətində irəlilədiyi söylənilirdi. Digər qoşun hissələrində əsgərlərin əksəriyyətinin eserləri dəstəklədiyi və kütləvi şəkildə onlara qoşulduğu bildirilirdi. Leninin, Sverdlovun imzaladığı teleqramlar təyinatı üzrə göndərilmirdi. Kremllə telefon rabitəsi kəsilmişdi. Rəhbər vəzifə tutan otuza yaxın bolşevik qəflətən həbs edildi. Təhlükə getdikcə böyüyürdü. Daxildə mövcud olan narazı qüvvələr, o cümlədən əksinqilabçı silahlı dəstələr fürsəti dəyərləndirib hərəkətə keçə bilərdi.
   
   
   
   Ümid yenə latışlara qaldı
   
   
   
   Dzerjinskinin girov götürülməsi xəbəri Lenini lap hövsələdən çıxardı. Vəziyyətin tamamən nəzarətdən çıxmaq təhlükəsini duyunca, vaxt itirmədən əks hücuma hazırlaşmağa başladı. İlk növbədə Sovetlərin V qurultayında iştirak edən sol eserlərin rəhbərlərini təcrid etmək əmrini verdi. Böyük teatra giriş-çıxış ciddi nəzarətə götürüldü. Bankların, dəmir yolu vağzallarının, xüsusən də Kremlin mühafizəsi gücləndirildi. Qarşıda uzun, zülmətli və yağmurlu gecə vardı. Səhərin necə açılacağı nigarançılıq içində damla-damla süzülən gərgin dəqiqələrdə aydınlaşmalı idi. Amma bu dəfə proqnozu sinoptiklər deyil, siyasətçilər müəyyənləşdirəcəkdi. Komandir Vatsetis xatirələrində yazır ki, iyulun 6-sı gecə yarıdan keçmiş Lenindən tapşırıq almaq üçün avtomobillə Kremlə yollandım. İliçlə təkbətək görüşəndə ilk soruşduğu bu oldu: səhərə qədər qiyamçılara müqavimət göstərə biləcəyikmi? Vatsetis rəhbəri inandırıb ki, nəinki müqavimət, düşməni darmadağın etməyə də gücümüz yetər. Bu cavabdan bir qədər arxayınlaşan Ulyanov onun qarşısına konkret vəzifələr qoyub. Bir müddət sonra komandir Kremlə zəng edərək Mərkəzi teleqrafın hökumət qüvvələri tərəfindən alındığı bildirilib. Gərgin mübarizə gecə boyunca sürdü. Güllə səsləri dinc sakinlərin də yuxusuna haram qatmışdı. Əli silah tutan kommunistlərin hamısı təcili surətdə səfərbər edilmişdi. Fəhlələrdən ibarət könüllü dəstələr küçə döyüşlərinə hazırlaşırdı. İyulun 6-sı hava yaman tutqun idi. Gecə göy guruldayır, ildırım çaxır, aramsız yağış yağırdı. Hava işıqlananda şəhəri bürüyən dumandan göz-gözü görmürdü. Beş-on addımlıqdan dostu düşməndən ayırmaq mümkün olmurdu. Belə namünasib təbii şəraitə baxmayaraq, səhər saat 5-də hökumətə sadiq hərbi birləşmələrə hücum əmri verildi. Saat 10 radələrində artıq qiyamçıların əsas mövqelərdən uzaqlaşdırılması barədə birinci briqadanın komandiri məruzə etdi. Yerdə qalan silahlı qruplaşmaların cəmləşdiyi ərazini isə 3-cü Latış alayı tam nəzarətə götürmüşdü. Kremlə mərmi yağdıran toplar isə birdəfəlik susduruldu. Leninin tapşırığı ilə qiyamçılara silahı yerə qoyub qeyd-şərtsiz təslim olmaq təklif edildi. Vədə Moskva vaxtı ilə saat 11.30-da bitəcəkdi. Ultimatumun şərtlərini müzakirə edən partiya liderləri və zabitlər təslim olmaq fikrində deyildilər. Müqavimət göstərməklə mühasirəni yarıb aradan çıxacaqlarına inanırdılar. Fəqət belə alınmadı. Qırmızıların batareya komandiri E.Berzin iki yüz metrlik məsafədən hədəfə toplardan atəş açmaq əmrini verdi. Popovun alayı yerləşən iki binaya 60-a yaxın mərmi atıldı. Müqavimətin mənasız olduğunu gec də olsa hər kəs, daha doğrusu, sağ qalanlar anladı.
   
   
   
   Bu oyun da belə bitdi
   
   
   
   Beləliklə, 1918-ci il iyul ayının 6-da Sovet hakimiyyətinə qarşı paytaxtda mübarizəyə qalxmış qüvvələr bircə günün içində darmadağın edildi. Sağ qalanlar ətraf kəndlərdə gizlənməklə təqibdən yaxa qurtardı. Bütün rəsmi qurumlara nə yolla olursa-olsun onların tam zərərsizləşdirilməsi tapşırılmışdı. İyulun 7-sinə keçən gecə saat 1-də Leninin imzasıyla yerlərə göndərilən teleqramda açıq-aydın deyilirdi ki, miskin avantüristləri hər addımda amansızcasına əzmək lazımdır. Sol eserlərə qarşı rəhmsiz olun və hadisələrin gedişi barədə mütəmadi surətdə Mərkəzi məlumatlandırın.
   
   Ələ keçməmək üçün zahiri görkəmini tanınmaz hala salan əsas liderlərdən biri, ÇK-nın sədr müavini V. Aleksandroviç 13 nəfər silahlı əsgərlə həmin gecə Kursk dəmir yolu vağzalında qatara minərkən yaxalandı. Onların üzünə bir daha səhər açılmadı. Aleksandroviçin güllələnməsi barədə rəsmi məlumat bir həftə sonra iyulun 14-də qəzetlərdə dərc olundu.
   
   Qiyama bilavasitə dəxli olubolmayan eserlərin həbsinə qeyrirəsmi tapşırıq verildi. Bu işlərə şərti olaraq "Fövqəladə beşlik" adlanan qrup rəhbərlik edirdi. Ehtimal olunur ki, onun tərkibinə Lenin,Trotski, Sverdlov, Ali Hərbi Şuranın üzvü Nikolay Podvoyski və Moskva Hərbi Dairəsinin komandanı Nikolay Muralov daxil idi.
   
   İyunun 7-də Moskva vaxtı ilə saat 16.00-da Xalq Komissarları Soveti paytaxtda sol eserlərin üsyanının yatırılması barədə məlumat yaydı. Trotski xalq komissarı kimi əməliyyatda xüsusi fərqlənən İ.Vatsetisə rəsmi təşəkkür elanı ilə yanaşı, pul mükafatı da təqdim etdi.
   
   Güman edilən dəstəyi almadıqlarını görəndə Mariya Spiridonova yarımçıq tərk etdiyi qurultaya yenidən qatılaraq xitabət kürsüsündən səslənən alovlu çıxışı ilə vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışdı. O, sol eserlərin əsla hakimiyyəti ələ keçirmək fikrində olmadıqlarını, Mirbahın ölümü ilə bolşevikləri Brest müqaviləsinin pozulma məcburiyyəti qarşısında qoyub, onlara tarixi səhvlərini düzəltmək imkanı vermək istədiklərini bildirdi. Bolşeviklərsə baş verənlərin bu cür bəsit şəkildə izahını qəbul etməyib, səfirin qətlini və sonrakı hadisələri qiyam, xəyanət adlandırdı.
   
   18 yaşından siyasi mübarizəyə qatılan, ölümdən qorxmadığı kimi, düşmənin canını almaqdan da çəkinməyən, danışanda məntiqinin gücü, natiqlik qabiliyyəti ilə hər kəsi öz sehrinə salmağı bacaran cəsarətli, qətiyyətli Mariya Spiridonova bayırda baş verənlər barədə iclas salonuna sızan xəbərlərin təsirindən təşvişə düşən bir çox siyasi həmfikirlərinin tərəddüd içində olduğunu, onun sözlərinə əvvəlki tək əhəmiyyət verilmədiyini görəndə çıxışını yarımçıq yekunlaşdırdı. Bir gün öncə ona ümidlə baxanlara, yorulmadan alqış ünvanlayanlara gözucu nəzər salanda bu siyasət meydanında hakimin fit səsi eşidilməsə də, tamamlanmayan oyunun aqibəti ona da bəlli oldu. Beləliklə, Böyük Teatrın səhnəsində göstərilən tarixi tamaşa pərdə qapanmadan bitmişdi ...


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK