Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | ÖLMƏYƏN ÜMİD... Adalet.az | ÖLMƏYƏN ÜMİD... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖLMƏYƏN ÜMİD...

19655    |   2009-09-05 05:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada elə insanlar var ki, həyatının ən çətin anlarında Allahın ətəyindən və köməyindən yapışıb bu ağır anı keçməyə can atırlar. Adətən iradəli insanlar, həyat onlar üçün nə qədər ağır və nə qədər məşəqqətli olsa da, bu burulğandan daxili gücləri hesabına çətinliklə də olsa çıxa bilirlər. Zəiflər və iradəsizlər isə dənizin təlatümlü dalğalarına tab gətirməyən gəmilər kimi elə bu çətinliyin də qurbanına çevrilirlər.
   
   Bir neçə gün bundan əvvəl ikinci qrup Qarabağ Müharibəsi əlili və bu gün isə Abşeron rayonunun Qobu qəsəbəsi, Məmmədyarov 30 ünvanında qeydiyyatda olan Abbas Mirzəağayevin həyəcanla bizə yazdığı məktubu oxuduq. O, bildirir ki, Qarabağ müharibəsinin ən ağır günlərində könüllü olaraq cəbhəyə yola düşüb. Odun-alovun və ağır döyüşlərin içində çox çətin anlar yaşayıb. 3 ay 18 gün döyüş bölgəsində olub. Abbas Kəlbəcər, Laçın bölgələrində gedən döyüşlərdə silaha sarılaraq yağılarla ölüm-dirim mübarizəsinə atılıb. Ən ağır döyüşü isə 1994-cü ilin yanvar ayında Füzulinin Horadiz şəhərinin azad edilməsi zamanı olub. Elə həmin vaxtı o, minaya düşərək mərmi zədəsi, travması alıb. Sonradan Bakıya qayıdan bu insan öz hüquqlarının bərpasına uzun müddət vaxt sərf edib. Bir tərəfdən fiziki sağlamlığının itirilməsi, digər tərəfdən isə mənəvi zərbələr onu daha pis günə salıb.
   
   Mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar hara müraciət edibsə, ona konkret cavab verən olmayıb. İcra hakimiyyətindən hər il ona deyirlər ki, sənə 2 otaqlı mənzil verəcəyik. Mənzil də ki, verilmir ki, verilmir. Abbas aldığı cüzi təqaüdlə bilmir özünü müalicə etdirsin, yoxsa bu çətin zəmanədə ailəsini dolandırsın. Abbas onu da deyir ki, əvvəllər bələdiyyə bir-iki dəfə kömək edib. Sonra onlardan da bir xəbər çıxmayıb. İndi neçə ildir ki, Abbas Mirzəağayev öz haqq işini müdafiə etmək uğrunda mübarizə aparır. Təəssüf ki, ona konkret kömək edənlər tapılmasa da, Abbas hələ də ümidlərini üzməyib. İnanır ki, hansısa xeyirxah insanlar onu yada salacaq, dərdi-ağrısı ilə maraqlanacaq və tezliklə bu ailəyə mənzil verəcəklər.
   
   Çox qəribədir ki, bu gün bir çox dövlət təşkilatlarında və qurumlarda insanların taleyinə soyuq münasibət bəsləyirlər. Bu soyuqluq o qədər davam edir ki, axırda həmin adamlar hər şeydən bezirlər. Adamı da o yandırır ki, dövlət hansısa vəzifəli məmurasa inanıb onu vəzifəyə gətirir, həmin məmur da sonradan vicdanla xidmət etmək əvəzinə, insanların başına olmazın oyunlarını gətirirlər. Məsələn, 2005-ci ilin martın 10-da 30 ildən çox DİN sistemində fəaliyyət göstərən I dərəcəli Qarabağ müharibəsi əlili Mülkədar Zeynalovun başına Topçubaşov adına xəstəxanada olmazın oyununu açıblar. Ona düzgün diaqnoz və müalicə qoyulmayıb. Xəstəxananın damar cərrahı İlqar həkimin səhv müalicəsi üzündən onun ayağı kəsilib. İndi Mülkədar Zeynalov Mərkəzi Neftçilər Xəstəxanasında müalicə kursu keçir. O deyir ki, əgər Topçubaşov adına xəstəxanada mənə duzgün müalicə edilsəydi, bu gün ayağımı itirməzdim. Birincisi ona görə ki, Mərkəzi Neftçilər Xəstəxanasında çox güclü və savadlı həkim persionalları fəaliyyət göstərir. Bəlkə də bu xəstəxananın həkimləri olmasaydı, mən çoxdan dünyamı dəyişmişdim. Amma onların səyi nəticəsində mən yenidən həyata qayıtmışam və özümü yaxşı hiss edirəm. Sadəcə olaraq həkimlərin səhvi üzündən ayağımı itirdiyimə görə əziyyət çəkirəm. Ancaq görünür, heç də hər yerdə insanlara soyuq münasibət bəslənilmir. Mərkəzi Neftçilər Xəstəxanasında mənə göstərilən yüksək tibbi xidmətə və insanlıq münasibətlərinə görə, xəstəxananın ürək-damar cərrahiyyə şöbəsinin baş həkimi Rəşad Mahmudova, kordioloq-cərrah Seymur Musayevə, bütün tibb bacılarına, bütövlükdə xəstəxananın baş həkiminə öz minnətdarlığımı bildirirəm. Çünki bu xəstəxanaya gələnə qədər mənim yaşamaq ümidim az qala sönmüşdü. Burdakı yüksək müalicə və həkimlərin qayğısı məni yenidən həyata qaytardı və yaşamaq ümidimi artırdı. Allah bu cür insanların həmişə köməyi olsun ki, onlar da bizim kimi ümidsiz xəstələri həyata qaytarsınlar. Mən özüm Qarabağ döyüşlərində ən ağır anlar yaşamışam. Ancaq bu ağır anlarda yaşamaq ümidimi heç vaxt itirməmişəm. Elə məni Daxili Qoşunlarda xidmət edərkən döyüşdən döyüşə aparan bu ümid və bu inam olub. Şükür Allahın dərgahına ki, heç vaxt ümidimiz sönmür.
   
   Mənim hər gün görüşdüyüm və şirin söhbətlərinə qulaq asdığım bir dostum var. Adı da Xaqanidir. Nə onun elə bir vəzifəsi var, nə də arxalı qohum-əqrəbası. Sadəcə olaraq o çox istedadlı və zəhmətkeş oğlandı. Təəssüf ki, istedadına uyğun iş tapmayıb, başqa yolla çörək pulu qazanır. İstədim o dediklərini qələmə almayıb, amma bir daha onun danışdığı olmuş əhvalatı yazmağa məcbur oldum. Çünki o əhvalat maraqlı olduğu qədər də təəccüblü və sensasion hadisədir. Bir gün rayonların birində cavan bir qız dünyasını dəyişir. Hansı ki, onu bir neçə gündən sonra başqa bir oğlana ərə verəcəklərmiş. Həmin qızı aparıb kənd qəbiristanlığında dəfn eləyirlər. Onu istəyən digər bir oğlansa, gecə vaxtı qəbri ziyarət eləməyə gəlir. Elə qəbri ziyarət eləyəndə ordan səs gəlir. həmin vaxtı qəbir qazılandan sonra onun üzərinə taxta qoyub torpaq tökürdülər. Yoxsa indiki kimi olsaydı, heç cürə betonu dağıdıb səs gələn qəbirdən adamı çıxarmaq olmazdı. Həmin oğlan da əlləri ilə torpağı qazıyıb taxtaları kənara qoyur. Görür ki, qız dirilib və al qanın içindədir. O heç kimə bir söz demədən həmin qızı maşınına qoyub evlərinə aparır. Qəbrin də üstünü elə düzəldir ki, heç kim hiss eləmir ki, həmin qəbir açılıb. Onlar respublikadan çıxırlar və 10 ildən sonra yenidən rayona gəlirlər. Heç kim də inanmır ki, bu həmin rəhmətə gedən qızmış. Onların iki övladı olur. Və beləcə Xaqani dostumuzun danışdığı əhvalat sona çatır. Adam bilmir bu əhvalatın həqiqiliyinə inansın, ya inanmasın. Amma təki elə bütün ölümlərin xoş sonluqla bitsin. Çünki həyat o qədər qəribədir ki, ondan baş açmaq hər adamın işi deyil. Bir də görürsən ki, yaxşı şey haqqında fikirləşirsən, ürəyindəki arzuları həyata keçirmək istəyirsən, ancaq başqa bir tərəfdən sənə elə bir zərbə dəyir ki, bir saniyənin içərisində hər şeyi itirirsən. Bax, bundan qorxulu heç nə yoxdur.
   
   Rayonların birində icra başçısı vəzifəsindən çıxandan sonra camaat toy-bayram eləyib. Qonaqlıq verən kim, yeyib-içmək verən kim. Bir icra başçısı var idi ki, camaata qan uddururdu. Qabağına kim çıxırdı yeddi arxa dönəninə söyürdü. Axırda birinə də söyəndə o da çox dəliqanlı adam imiş, icra başçısının qulağının dibindən bir yumuruq ilişdirir ki, başçı yerə yıxılır. Bir təhər onu ayıldıb evinə aparırlar. İndi həmin icra başçısı uzun illərdi heç harda işləmir və kəndə gələndə də xəlvət gəlib gedir. Ona görə ki, vəzifədə olanda hörmət qazanmayıb və hamıya yuxarıdan aşağıya baxıb. Bax, bu da onun ən böyük cəzasıdır. Atası rəhmətə getdi, heç kim qapısın açmadı. Beş-altı qohumundan savayı, məclisdə görünən olmadı. Hansı ki, icra başçısı işləyəndə, qayınanası vəfat edəndə həmin yas məclisində əksər rayonların icra başçıları, prokurorları, rəisləri və müxtəlif vəzifəli adamları dolu idi. Amma atası öləndə isə həmin vəzifəli şəxslərdən biri də gözə dəymədi. Bürüşmüş və yazıq vəziyyətdə küncdə oturan keçmiş icra başçısı sanki öz günahlarının qurbanına çevrilmişdi. Heç qohum-əqrəbası da əvvəlki mehribanlıqla onunla davranmırdı. Bax, həmin icra başçısının taleyi başqa vəzifəli şəxslərə görk olmalıdır. Vəzifədə olanda camaata qan uddurmağın, onun başında qoz sındırmağın axırı belə olur. Bürüşmüş, misgin və son dərəcə ümidsiz bir halda olan adam. Bundan da böyük bədbəxtlik və ağır an bəlkə həimn adamlar üçün heç vaxt baş verməyib. Ona görə də vəzifədə olanda gərək kiməsə əl tutasan, kömək edəsən. Kömək eləməsən də kiminsə evini yıxmayasan, balalarını və ailəsini ağlar qoymayasan. Bunu eləyirsənsə, sabah da sənin evin yıxılacaq, balaların və ailən ağlar qalacaq.


YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-12-12
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK