hacklink Adalet.az | QIRMIZI Adalet.az | QIRMIZI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QIRMIZI

20225    |   2009-08-08 04:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Satıcı qan qırmızı parçadan kəsib mənə uzadanda böyrümdəki qadın " mübarəkdi" deyir.
   
   - Yox, bu mübarək deyil. Qəbir üstünə alıram.
   
   - Mən də ondan ötrü alıram. Bircə oğlumu itirmişəm.
   
   - Mənimki də bir dənəydi...
   
   Dönüb düz gözlərimin içinə baxır. İlahi, belə baxış olurmu?! Nə ağlayır, nə təsəlli verir. Mavi bəbəklərindən şimşək çaxıb ox kimi mənim də bəbəklərimi dəlir, düz ürəyimə sancılır.Sağ tərəfdəki mağazada qadınlar toya lazım olanları seçirlər. "Elə mən də gül səbətini burdan alım. Axı, onun da buna haqqı vardı." Satıcı qadın qəlbimə dəyir, dönüb tez çıxıram; " Görünür, torpağına da qismət deyilmiş."
   
   
   
   ***
   
   
   
   Uşaqlıqda qırmızı duvaqlı gəlinlərin üzünü görməkdən ötrü basabas salardıq. Elə bil, dünən yolda, arx başında, qonşuda gördüyümüz qız deyildi. Doğrudan da, belə olurdu. Duvağı götürəndə sanki ayrı adamı görürdün. Böyüklər deyirdilər ki, toy günü gəlinə Haqdan gözəllik gəlir...
   
   Al qırımızı bir kəlağayını mən də uzun illər əzizləyib saxladım. Gəlinim olacaq qızın başına salmaqdan ötrü. Ancaq günlərin birində aparıb oğlumun başdaşına bağladım. Günəş soldurdu, külək didik-didik elədi, yağış çürüdüb torpağa qarışdırdı. Mənim puç olmuş xəyallarım kimi.
   
   Mən öz Allahımdan hər şeyi gözləyirdim, ancaq bunu yox!..
   
   lüm bu qoca dünyanın özüynən yaşıddı. Ancaq ağlımızın və qəlbimizin barışa bilmədiyi, hər baş verəndə birinci kimi görünən dərddi, gözlənilən olsa da, gözlənilmədən gələn ağrı-acıdı ölüm. mür-gün talanıdı...
   
    On bir ildi canımı dişimə tutub dayanmışam. O müdhiş gündən nə danışa, nə yaza bilirəm. Arabir yazılarımda könül acılarımı əritsəm də, özəl bir şey qələmə almamışam bu günə kimi. Bunu məndən tez-tez soruşanlar da var. Deyirəm ki, yaza bilmirəm; əlim əsir, nəfəsim tıxcanır, boğuluram, qaralıram. Əlimdə qələm ölə bilərəm. Mənsə, hələ bunu istəmirəm. Onun dərdini doyunca, sür-sümüyüm də yanınca çəkmək istəyirəm. Mən ölsəm, onu kim yaşadacaq?! Elə indidən hamı unudub; doğmalar da, yadlar da. Dörd yaşından atasız böyütmüşdüm onu. Hər dərdini tək çəkmişdim. Elə öləndə də belə oldu. Baş daşını düzəltdirməkçin sexə də özüm getməli oldum. Dərdini , həsrətini də gec-tez bir gün özüm qələmə almalıyam. Bir yazıda Zakir Fəxri deyir ki, oğlumun dərdini həmişə Aqil Abbas qələmə alıb. Mənim Aqil bəy kimi dostum, dərd ortağım yoxdu, deməli, hər şey də öz üstümdə qalır.
   
   Bütün övladlar gözəldi. Onunsa gözəlliyinə doğum evinin həkimləri də məəttəl qalmışdılar. Ağappaq bələkdən seçilmirdi. Uşaqların çoxu saçsız doğulur, onunsa uzun qara saçları çiyinlərinə düşürdü. On günlüyündə altı aylıq uşaq boyda idi. lümünə də heç kəs təəccüblənmədi: " O, yaşaya bilməzdi. Tanrı onu sənə verməmişdi, torpaqçın yaratmışdı." dedilər. Mənə verməmişdisə, bəs, niyə göstərdi mənə? mürlük yandırmaqçınmı?!
   
   Oğlan uşaqları böyük-böyük şəhərlərə can atır həmişə. Bilmirəm, nə görmüşdü bizim o şoran torpaqlı kəndimizdə? Ürəyi, canı ordaydı. Gedəndə qayıtmaq bilmirdi. Bəlkə ona görə ki, onu altı yaşınacan anam saxlamışdı. Yaraşıqlı, toppuş ayaqlarını ilk dəfə o torpağa basmışdı. Dil açan gündən eynən bizim kəndin adamları kimi danışırdı, bu da mənə çox ləzzət eləyirdi. Hər dəfə evimizə gedəndə təzə öyrəndiyi sözləri ürək çırpıntılarıynan dinləyirdim. " Sən bizim dilimizdə nə yaxşı danışırsan, ay Gözəl Oğlan! Sənin ağzınla mən ikinci dəfə dil açıram." deyirdim...
   
   Evimin kişisi olacağı günü səbirsizliklə gözləyirdim. Altı yaşı olanda aldığım ayaqqabı daha çox kişi ayaqqabısına oxşayırdı. Zarafatla bacıma deyirdim ki, istəyirəm İlhamın ayaqqabılarını bayırdan qapının ağzına qoyum, görsünlər ki, mənim də evimdə kişi var. Onu özümə dost, sirdaş kimi böyütmək arzusundaydım. İndiyədək heç kəsə- atama, qardaşlarıma, ərimə deyə bilmədiklərimi ona demək istəyirdim. Əsl kişi kimi böyütməyə çalışırdım. " Sən bunu etməməlisən, çünki sən mənim oğlumsan. zündən kiçikləri, zəifləri incitmə. Bax, pələng heç vaxt özündən alçaq olan heyvana hücum eləmir. Sən də pələng kimi ol!"
   
   Doğrudan da, pələng kimi oğlan olmuşdu...
   
   Balacalığında hər səhər məktəb paltarını geyindirə-geyindirə soruşardım: " Bu dünyada ən gözəl oğlan kimdi?" Barmağını sinəsinə qoyurdu. " Ən gözəl mama kimdi?" Bu dəfə mənə tuşlayırdı. " Bəs, ən gözəl qız kimdi?"- " Nərgiz" Hə, biz cəmi üç nəfər idik...
   
   
   
   ***
   
   
   
   Başqalarının kədərini kifayət qədər qəlbinə yaxın buraxan adamam. Əfqanıstan və Qarabağ şəhidləri haqqında saysız-hesabsız yazılar yazmışam. Həm də necə? Şəhidin ailəsinə gedəndə də ağlayırdım, əlyazma eləyəndə də, qəzet səhifəsinə qoyulanda da. Başımı makinanın üstünə qoyub o qədər hönkürmüşəm ki, bunun üstündə məni danlayanlar da olurdu. "Başqasına yazığın gəlməsin, özün də yazıq olarsan" deyirdilər. Əsəbiləşirdim, necə yəni başqası, başqası kimdi?! Mənim torpağımı, namusumu qoruyanlardımı başqası?! Onda gərək insanlığımdan imtina edəm mən. Kədər insana yazıqlıq gətirmir. Hər şey sənin onu necə qarşılamağından asılıdı. O zaman bacım dedi ki, hər şeyin gözəlini sevirdin, Tanrı da sənə dərdlərin ən gözəlini verdi.
   
   vladını itirən adamın psixologiyasında dərin dəyişikliklər baş verir. Elə anlar olur ki, bacarıb özünü ələ almasan, dəlixanalıqsan. Başdaşı qoyulan gün çəkdiklərim insan gücündən, iradəsindən çox-çox yüksəkdədi. Qoymadım qəbrin üstünü betonlasınlar. Eşitmişdim ki, ildə bir yağış yağır, o mütləq qəbirə tökülməlidi. Bir də Qiyamət günü hamı diriləndə mənim balam betonun altından necə çıxardı?! Başdaşına hər iki tərəfdən şəkil vurdurmuşdum. Hava qaralan kimi havalanmağa başladım. Şəkildəki balam qəbristanın qaranlığında qorxacaq. Ay Allah, özümü torpağa bulamaq, ölmək istəyirdim. Sonra da özümə təsəlli verirdim: Nədən qorxur, yekə kişidi. Bir də ki, atam-anam da ordadı, əmim də, əmim oğlu da. Bu çəkdikdlərimi mənim yaxınlarımdan indiyədək heç kim bilmir...
   
   Kəndimizin qarıları deyirdilər ki, oğlu ölən analar Tanrı dərgahında hamıdan ucadılar. Qiyamət günü yalnız onlar kiminsə günahlarının bağışlanmasını xahiş edə bilərlər. Heç bir anaya bu hörməti, ucalığı arzulamıram. Bir də deyirlər ki, qəbir üstünə tez-tez getmə. Sən gedəndə o dünyada oğlunu incidirlər. "Qalx, anan gəlib" deyə saçlarından tutub düz sənin ayaqlarının altına kimi sürüyürlər. Allahım, bu mərtəbəyə layiqiksə, niyə dirigözlü yandırırsan bizi? Deyirəm, bəlkə bizi soyutmaqçın belə deyirlər. Gedirəm. Nə saçlarımı yoluram, nə də oxşayıb ağlaya bilirəm. Qəbrinin ayaq ucunda diz çöküb baş əyirəm. Ondan sonra bu işıqlı dünyada yaşaya bildiyimçin xəcalətlə üzr istəyirəm. Bir dəfə bir qadın acıqla qolumdan dartıb məni qaldırdı. "Sən nə qayırırsan? Belə eləmə, günahdı. Onu incidirlər o dünyada." İlahi , doğrudan da sənin işlərin " idraka sığan" deyilmiş.
   
   Qızımdan daha mehribandı mənə. Həmişə gəlib böyrümdə uzanardı. Saçlarını sığallamağımdan xoşallanardı. Məni dilə tuturdu ki, köçək kənddə yaşayaq, sən də kənd məktəbində dərs deyərsən. Deyirdim ki, yox, kənddə yaşasaq, mən işləməyəcəyəm. Sən işləyib hər şeyi idarə edərsən. Mənimçin də kiçik bir Yasnaya Polyana düzəldərsən, orada oturub Tolstoy kimi romanlar yazaram..
   
   Qəbrə qoyulduğunu gözümlə gördüm. Bir isti avqust gecəsində Hacıqabul doğum evində ağ bələyə büküb qucağıma verdikləri kimiydi. Fərq ondaydı ki, indi qara saçlı başı görünmürdü. Bələkdən kəfənəcən cəmi 18 il.Var gücümlə qışqırıb özümü atamın qəbrinə çırpdım. Vəsiyyət edəcəyəm, qəbrimə yazsınlar ki, mən də cəmi 18 il yaşamışam.
   
   
   
   ****
   
   
   
   Dəfn olunduğu günün ertəsi rayondan gələnlər xəbər gətirdilər ki, oğlumun xəbəri yayılan kimi qonşumuzun qızı beşinci mərtəbədən özünü ataraq intihar edib. Əvvəlcə çaşıb qaldıq. Axı, o qız həmişə xalasıgildə qalırdı, cəmi beş-on günüydü evlərinə gəldiyi. Oğlumun öz siniflərindən bir qızı istədiyini də eşitmişdik. Amma əsl həqiqəti kim bilirdi ki, bu duyğular üç-dörd günün, lap elə saatın içində də yarana bilərdi. Hər nəysə, yenə can evimə od düşdü, qonşumun göyçək qızı, mənimsə gəlinim ola bilməyən Dilarə balam! Sənin mələk ruhun səcdəyə layiqdi. Onsuzluğa dözmədin. Deməli, məndən də çox istəyirsənmiş İlhamı. O qırmızı kəlağayını bəlkə də sənin başına örtəcəkdim. Qollarım havada qaldı. Fələyin evi yıxılsın. Yəqin indi oğlumun yanındasan, əl-ələ verib cənnət quşları kimi yaşıl çəmənləri, bağları dolaşırsınız. Bir-birinizdən muğayat olun...
   
   Oğlumun yanında mənə yer qalmayıb. Deyirlər, şəriətə görə belə olanda oğulun qəbrini açıb ananı da onun yanında dəfn eləmək olar. Heç sənin yerini dar eləmək istərəmmi, canım oğlum?! Harada basdırılsam, dırnaqlarımla torpağı qaza-qaza yerin altıynan sənin yanına gələcəyəm. Bağrıma basıb sənə laylay deyəcəyəm, saçlarını, gözəl üzünü oxşayacağam. Elə bilirəm, necə basdırmışıq, elə də qalmısan.
   
   Müxtəlif yaşda, boyda yuxuma girirsən. Gah bələkdə olursan; sinəmə sıxıb ətrini ciyərimə, canıma çəkirəm. Gah məktəb paltarında qollarını açıb üstümə yüyürürsən. Sonrakı çağlarını pis görürəm. Xəstəhal, kədərli olursan, bilirəm ki, sağsan, ancaq evə gəlmirsən. Bir dəfə gördüm ki, çoxdan kənddəsən, gəlib çıxmaq bilmirsən. İşdən qayıdanda binanın tinində gülə-gülə qabağıma çıxdın. Sevincdən dizlərim taqətdən düşdü, qıçlarını qucaqlayıb əyildikcə əyildim, dodaqlarım ayaqqabılarına toxunanda qolumdan tutub qaldırdın. Torpağa qoyulmamışdan iki-üç saat əvvəl də buza dönmüş ayaqlarından öpmüşdüm. Hiss eləmişdinmi?!
   
   Gecələr yuxuda onu oxşayıb ağlayıram. Gündüzlərsə, baş götürüb kimsəsiz səhralara üz tutmaq istəyirəm. İstəyirəm, orada qıy çəkib Oğlumu haraylayım. Bəlkə o tənhalıqda kiçik bir nöqtə kimi də olsa, Tanrı məni gördü. Mən də əllərimi Ona açıb soruşum: " İlahi, sən mənim balamı məndən alıb haralara apardın?! Mən onsuz yaşaya bilmirəm, axı. Nə vaxtsa qaytaracaqsanmı mənə balamı?!..."
   
   
   
   ***
   
   
   
   On bir ildə canımda gəzdirdiklərimin zərrəsini də qələmə ala bilmədim bu gün. Deyirlər, Qu quşu cəmi bir dəfə nəğmə oxuyur. Oxuyur və ölür. Mən də nə vaxtsa, Oğlum haqqında son nəğməmi yazacağam. Yazacağam və nöqtəni qoyub öləcəyəm.
   
   
   
   P.S. Dünən dəfn olunduğu gündü. Sabah ad günüdü. Hesablamaya bax, hesablayana bax.
   
    P.P.S. Xahiş edirəm, bu yazıya görə mənə qonorar yazılmasın
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK