hacklink Adalet.az | KEÇMİŞ DÖVLƏTÇİLİYİMİZDƏ YÖNLƏR Adalet.az | KEÇMİŞ DÖVLƏTÇİLİYİMİZDƏ YÖNLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KEÇMİŞ DÖVLƏTÇİLİYİMİZDƏ YÖNLƏR

46606    |   2015-02-14 10:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugünkü yazımda yenə keçmişdəki dövlətçiliyimizə yönəlmək və onda əksini tapan yön anlayışını oxucularla bölüşmək istədim.
Əlbəttə keçmiş Türk dövlət gələnəyində "dövlət, istiqlal, ölkə və xalq" onun bünövrə daşlarıydı, elə bugün də bu prinsiplərdə hər hansı dəyişiklik olmayıb. Türkün dövlətçilik anlayışında "dövlət" bütöv halda cahanı əhatə edir, yəni, Türkün dövlət anlayışının bünövrəsində "cahan hakimiyyəti ideyası" yer tutub. Yadlar bizim bu anlayışımızdan və inamımızdan xəbərdar olduqlarına görə xalqlarımızın parçalanmasına xüsusi fikir veriblər və bir araya gəlib birlik ola bilməməmiz üçün əllərindən gələn hər səyi ediblər.
Göytürk xaqanı Bilgə, Orxun-Yenisey abidələrində, "Yuxarıda göy, aşağıda yer yarğıladığı (buyurduğu) üçün xalqımı, gözünün görmədiyi, qulağının eşitmədiyi yerlərə kimi apardım. İrəlidə gün doğana, sağda günorta yerinə, arxada gün batana, solda gecə ortasına kimi səfər etdim" - deyir.
Şübhəsiz ki, bu sözlər, cahan hakimiyyəti ideyasının şüurdan həyata keçirilməsi prosesidi. Böyük Hun Xaqanı Oğuz, yaradacağı dövlət haqda üzünü xalqına tutub, "Göy çadırımız, günəş bayrağımız olsun" deyirdi. Göytürk xaqanı İşbara, Çin imperatoruna yazdığı məktubuna; "Göydə doğulmuş, böyük Göytürk İmperiyasının və bütün dünyanın bilikli, müqəddəs imperatoru İşbara" sözlərilə başlayırdı.
Aydın müşahidə olunur ki, Türkün dövlət anlayışı sərhədsizdi. Onda bu anlayışı yaradan da o dövrün tankı qəbul edilən at idi, çünki ona minən hər bir Türk övladı nəhayətsiz bozqırlarda ulu səmanın altında uzaqları yaxın edir, bozqır həyatının çətinliyi ilə püxtələşib bişir və basılmaz, məğlubedilməz olurdu. Şüurunda isə özünə, öz gücünə inam artır, bunlar da onda azadlıq şüurunu yaradıb möhkəmləndirirdi. Türklər, bozqır həyatının çətinliyini bir misqal belə özünə məxsus prinsip dairəsindən kənara çıxmayan törələrlə həll edirdi. Ulu babalarımızın yaratdığı bozqır mədəniyyətində şəxsi mənafe heç vaxt toplum mənfəətinə üstünlük təşkil edə bilməzdi. O mədəniyyətdə əməkdaşlıq ruhunu mənimsəmiş şəxslərin yaratdığı birlik atmosferi hökmrandı. Hər bir Türk oğlu və qızı bu ruhla silahlanıb dövlətini yaradır, ona sahib çıxır, qoruyurdu. Bu anlayışın eynilə davamını Türkiyə Cümhuriyyətinin Azadlıq Hərbində və Azərbaycan Dövlətçiliyinin yaradılmasında, Sovet İmperiyasını diz çökdürən Xalq Hərəkatında, Qarabağ döyüşlərində də izlədik, onun şahidi olduq.
Dədə Qorqudda Boğac Xan boyunda; "Bir gün Kamqan oğlu Xan Bayındır yerindən durmuşdu. Şami günlüyünü yer üzünə tikdirmişdi" deyilir. Şami Günlük, Bayındır xanın otağıdı. Xaqanların otaqları eynilə digər vətəndaşların otağı kimiydi və onları fərqləndirən sadəcə olaraq çadırın qabağında sancılmış xaqanlıq bayrağıydı. Xaqanların sərvəti adi vətəndaşların sərvətindən çox ola bilməzdi, olmazdı, xalqı nə yesə, onu yeyir, nə geyinsə, onu geyinirdi. Ulu Peyğəmbərimizin, "Qonşusu ackən tox yatan bizdən deyil" anlayışını İslam dini gəlməzdən minlərlə il əvvəl ulu babalarımız həyata keçirirdi. İndi də elədirmi?
Xaqanın da, xalqın yaşadığı otaqların da üstü səma kimi qübbəliydi və ortasında deşik olurdu, yəni bugünkü Qazax, Qırğız otaqlarında olduğu kimi.
Ulu babalarımızın inamına görə dünya, xaqanın otağının böyüdülmüş şəklindən ibarətdi. Göy qübbə yaşıl, mavi firuzə daşı rəngindədi. O da mərtəbəlidi və ulduzlar da yəşəm daşından ibarətdi. Göy qübbə dəmir paz adlanan Şimal Ulduzunun ətrafında fırlanır. Ulduzları daşıyan göyün çarxı da səma ilə birgə hərlənir. Onların hərlənməsi də müəyyən nizama görədi. Günəş və bəzi səmavi varlıqlar dünyanın mərkəzi ətrafında illik və günlük nizama görə; ay isə günlük və aylıq nizama görə hərlənir. Gün və ay bir birinin ziddidi. Gün şərqdən çıxanda ay da qərbdə yerin altına sarı enir. Gün qalxıb düz təpə nöqtəsinə çatdıqda ay da yerin altındakı suların dərinliyində ən uzaq nöqtəyə çatmış olur. Babalarımızın və nənələrimizin nağıllarında da bu anlayışın ifadə edildiyi hamımıza aydındı. Bu anlayış indinin özündə də Sibir Türkləri arasında yaşayır, yaşayacaq.
Qədim Türklərdə hökmdarın çadırı da həmin anlayışın yaratdığı plan əsasında tikilirdi. Bu memari tərzi kosmik anlayışın reallaşmış şəkliydi. Türklərdə kainatın timsalı olan otağın ortasında və qübbənin mərkəzində "tünlük" deyilən bir deşik vardı. Qazaxlar, Qırğızlar və Uyğurlar da bugün çadırın təpəsindəki deşiyə tünlük deyir. Bu deşiyin altında üç ayaqlı "oçok" adlanan ocaq vardı. O ocaqdan həm yemək bişirmədə, həm də mərasimlərdə istifadə olunurdu. Bu səbəblə ona, yəni ocağa müqəddəs gözlə baxılırdı. İndinin özündə də belə deyil və ocaq bütün Türk xalqlarında müqəddəs sayılmır? Azərbaycan mədəniyyət dairəsində ocağın yansın, ocağın abad olsun, ocağın bərəkətli olsun kimi alqışlar, ocağın kor qalsın, ocağın sönsün kimi qarqışlar da həmin anlayışdan törədilmiş deyimlərdilər.
Qədim Türk anlayışında çadırların qapısı daim gündoğana açılırdı. Həmin gələnək bugün də bütün Türk xalqlarında davam etdirilir. Yay vaxtı yaylaqlara gedən hər bir kəs Türk çadırlarının qapısının gündoğan tərəfdə olduğunun şahidi olar, bir sözlə ən qədimlərdəki anlayışımız şükür Allaha itib-batmayıb.
Hunlar və Göytürklər üzlərini gündoğana tutub istiqamətlərini təyin edirdi. O vaxtlarda yönlərin ən hörmətlisi və əhəmiyyətlisi gündoğandı ki, buna irəli deyilirdi. Onun simvolik rəngi isə yaşıldı, həmçinin qır və göydəmir atlar da bu yönün simvoluydu. İkinci mərtəbədəki yön güneydi və buna da sağ deyilirdi. Bunun da simvolik rəngi qırmızıydı, qonur atlar da bu yönü təmsil edirdi. Günbatan tərəf üçüncü dərəcəli yöndü və Türklər arxa tərəfə düşən bu yönə "kurı" deyirdi, simvolik rəngi isə ağdı. Ağ atlar bu yönü təmsil edirdi. Şimal isə Türklərin ən axırda önəm verdiyi yöndü. Qədim Türk inamına görə bu cəhət qaranlıqların və gecələrin ölkəsiydi, bu səbəblə bura "sol" deyirdilər. Solu təmsil edən söz isə "yırı" idi ki, uzaq mənasındakı "iraq" sözü də yırıdan törəyib. Qüzeyin simvolik rəngi qara idi və qara atlar bu yönü təmsil edirdi.
Orxun-Yenisey abidələrində Bilgə Xaqan abidəsinin güney üzündə, "Göyə bənzər göydə olmuş Türk Bilgə xaqan, bu zamanda hakimiyyət taxtında əyləşdim. Sözümü axıra kimi eşidin. Məndən sonra gələn kiçik qardaş və qardaş oğullarım, bütün nəslim, millətim, sağdakı şadapıt bəylər, soldakı tarxanlar, buyruq bəyləri, otuz tatar, doqquz oğuz bəyləri, millətim! Bu sözümü yaxşıca eşidin: irəli gündoğana, bəri günortasına, geri günbatana, yuxarı gecə ortasına kimi olan yerlərin içindəki millətlər mənə itaət edirlər" deyib.
Əfsanəvi Hun Xaqanı Oğuz da, Eradan Qabaq 200-cü ildə Pətəng qalası döyüşündə Çim imperatoru Kao:::nu mühasirəyə salarkən 400 min nəfərlik ordusunu dörd at rənginə görə tənzim etmişdi. Həmin rənglər isə dörd yönün rəmzi olan at rəngləriydi.
"Kitab-i Dədə Qorqud"da da Salur Qazanın Evinin Yağmalandığı Boyda, "Üç yüz igidlə Uruz mənim evimin üstündə dursun dedi. Qonur atını çəkdirdi mindi. Təpəl qaşqa ayqırına Dundar mindi. Göy bədöyünü tutdurdu Qazan bəyin qardaşı Qaragünə mindi. Ağ bədöy atını çəkdirdi Bayındır Xanın yağısını basan Şir Şəmsəddin mindi. Parasarın Babyurd hasarından parlayıb uçan Bəyrək boz ayqırına mindi" deyilib.
Aydın görünür ki, Hun Xaqanı Oğuz:::un ordu nizamında istifadə etdiyi və hər biri əsas yönlərin simvolu olan at rəngləri eynilə Dədə Qorqud:::da davam edib. Dədə Qorqud boylarının keçdiyi yərlər də bugünkü Azərbaycan, şərqi və cənub şərqi Anadolu torpaqlarıdı.
Ulu babalarımızda bir də mərkəzə görə, yəni mərkəzi dövlətə görə istiqamətləndirmə vardı. Hətta bu fakt, yer adlarında da özünü büruzə verir. Tarixi və arxeoloji qeydlər sübut edib ki, Türklərin doğma vətəni mərkəzi Urmiyə gölü hövzəsi, şərqi və cənubi-şərqi Anadolu olmaqla, Azərbaycan və Kür-Araz arasıdı ki, gedib Dağlıq Qarabağa kimi çıxır. Həmin yön anlayışını yer adlarına görə axtarsaq bunun şahidi olarıq. ən qədim Türk dövləti Aratta Urmiyə gölünün ətrafında yaranıb. Onun şərqində qalan yer adlarından biri Xəzər dənizidi ki, onun qədim adı Göy göldü, bu gün Qərbi Azərbaycan, yəni indiki Ermənistan işğalındakı Göyçə gölün adı da həmin vaxtdan qalmadı. Urmiyə gölünün qərbindəki dənizin adı Ağdənizdi. Cənubda qalan dəniz isə qırmızı dənizdi, yəni indiki Bəsrə körfəzidi ki, Heredotun tarixində onun adı qırmızı dəniz kimi qeyd olunub. Urmiyə gölünün şimalında qalan dəniz isə bugünkü Qaradənizdi. Bu yer adları da Türklərin Azərbaycan və Anadolu:::nun ən qədim sakinləri olduğunu sübut edir.
Təəssüflər olsun ki, bəzi araşdırmaçılar qərbli alimlərin dediyini və yazdığını doğma kimi qəbul edir və qərblilərin bicliklə bizim əleyhimizə olan fikirlərini eynilə tutuquşu kimi təkrar edir. Qərblilərə görə Anadolu torpaqları da, Yaxın Şərq də, Qafqaz da Türklərə məxsus olmayıb (????). Uzağa getməyə ehtiyac yoxdu Hakkari vilayətində tapılan daşbabalar, Kür-Araz və Dağlıq Qarabağ bölgəsində tapılan mədəniyyət qalıqları və Çatalhöyükdə tapılan avadanlıqlar bizim hələ eradan azı 8 min il qabaq buraların yerli sakini olduğumuzu sübut edir. Qobustan qayaüstü şəkilləri də həmin qəbildən deyil?
Bizim tarixçi alimlərimiz haçan milli tariximizi əcnəbilərin əsərlərinin təsirində qalmadan yazacaqlar? Bu sual vaxt-bivaxt fikrimdən yayınıb getmir ki, getmir...


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK