ANA SƏHİFƏ / YAZARLAR

DÜNYA QARANLIQ İÇİNDƏ...

17407    |   2009-06-20 00:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əyninə qapqara paltar geyinmiş 25-30 yaş arasında olan bir qız yavaş-yavaş bizə sarı yaxınlaşdı. Sanki elə bil o, insanlardan nəsə bir kömək, yardım istəyirdi. Hətta bəzisi elə bildi ki, bu adamlara yaxınlaşan qara paltarlı qız kimdənsə pul istəyəcək. Mənim özüm də bu cür adamları görəndə istər-istəməz ürəyim yumuşalır, onlara pul verirəm. Qız bizə yaxınlaşanda nə vaxtdan bəri tanıdığım istedadlı və şair təbiətli Xəqani diqqətlə həmin qızın gözlərinə baxdı. Deyəsən qız da Xaqanini tanımışdı. Bir neçə kəlmə söhbət eləyəndən sonra həmin qara geyimli qız bərkdən öskürdü və sonra da Xaqaniyə dedi ki, mən ölsəm qəbrimi ziyarət eləyərsən. Sözün düzü, bu sözdən həm Xaqani, həm də mən çox kədərləndik. Bir anlıq qızın gözündəki kədər Xaqaninin və mənim gözəlrimə çökdü. ?midsiz və kimsəsiz olduğunu deyən bu qız neçə illərdir çöllərdə, parklarda və küçələrdə gecələyir. Elə kimsəsiz olduğuna görə, ağır xəstəliyə düçar olub. Sanki qız özü də bilir ki, hər şeyə laqeyid olan insanlar onsuz da ona heç bir yardım eləyə bilməyəcək. Və öləcəyi günü gözləyir. ?zü də bilmədən bu dünyanın qaranlığı içərisində boğulur. Nə qədər işığa və həyata can atsa da, sanki kimsə bu qızın əlindən, ayağından tutub o qaranlıq dünyaya aparır. Təkərli çantasını sürüyərək bir addım Xaqanidən ayrılır və sonra da yenidən geriyə dönüb kədərli baxışlarla bizi seyr eləyir. Çünki bu kədərli baxışları nə mən, nə Xaqani, nə də ətrafdakı insanlar sevinclə əvəz edə bilmirlər. Elə bil sonuncu dəfə çoxdan tanıdığı Xaqaniyə və bu gəzdiyi parka "əlvida" deyir. Xaqaninin və mənim gözlərim dolur. Sonra da şair təbiətli və zəhmətkeş bir insan olan Xaqaninin gözlərindən bir damla yaş üzü aşağı axır. İstəyir ki, bu yaşı mən görməyim, amma nə qədər gizlətməyə çaışsa da, o yaşı tək mən yox, bizim yanımızda əyləşən insanlar da görürlər. Sonra Xaqani cibindən siqaret qutusunu çıxarıb ordan bir papiros götürür və onu yandırıb dərindən sümürüb deyir ki, bu qızı üç-dörd ilidir tanıyıram. Əvvəllər şəhərə gələndə son dərəcə gözəl və dolu bir qız idi. İndi əriyib çöpə dönüb. Heç haranı tanımırdı. Ona mən dedim ki, get məscidə kömək istə, bəlkə sənə əl tutdular. O da məscidə gedib kömək istədi və bir müddət onu saxladılar. Həmin qız da oruc tutub, namaz qılmağa başladı və bu cür qara libas geyindi ki, Allaha yaxın olsun. Amma görünür Allahdan savayı, bəndələr də bu insana əl tutmalıdır. Ancaq indi kimsə ona əl tutmadığına görə, ev-eşiyi olmadığı üçün küçələrdə, parklarda gecələyir və ona görə də ağır xəstəliyə düçar olub. Xaqani onu da dedi ki, onunsuz da tək bu qız deyil, bunun kimi yüzlərlə kimsəsiz adamlar evsiz-eşiksiz və işsiz olduğuna görə, çöllərdə gecələyir. Bu dünya onlar üçün qaranlıq bir məzara bənzəyir. Bir müddət sonra Xaqani yenidən susur və yenidən gözü bir nöqtəyə zillənir. Çünki belə baxanda heç Xaqanin də taleyi o qədər yaxşı deyil. Çox savadlı və istedadlı, ingilis dilini bilməsinə baxmayaraq, əməlli-başlı bir iş tapmayıb. Qəzet satmaqla ailəsini və balalarını dolandırır. O, Sumqayıtdakı yataqxanaların birində yaşayır. Bir tikə çörək üçün hər səhər Bakıya gəlir və Atatürk parkında qəzet, kitab satır. Hərdən də deyir ki, ay Faiq müəllim, pulu olanlar qəzet, kitab almır. Almaq istəyənlərin də pulu yoxdur. Elə ki, axşama yaxın balalarının çörək pulu düzəldir, özü günorta çörək yeməyə pul tapır və onda Xaqaninin qanı durulur. Deyir ki, şükür Allaha, bu gün balalarımın çörək pulunu çıxarmışam. Xaqani həmişə Allahına və açılan sabaha, qazanılan ruziyə şükür eləyir.
   
   Amma dünyamızda elə adamlar da var ki, nə Allahını tanıyır, nə də bəndəsini. Əlinə bir balaca fürsət düşən kimi camaatın dərisini soymaq istəyir. Heç uzağa getməyək. Orta məktəblərdə 11-cilərin və 9-cuların buraxılış imtahanları başa çatıb. Amma ayrı-ayrı məktəb direktorları və təhsil şöbələrinin müdirləri test üsulu ilə verilən bu imtahanlardan ətək-ətək pul qazanıblar. Heç halal xoşları olmasın. Gör dünya nə günə qalıb ki, vaxtilə cinayət törətmiş və buna görə məhkum olunmuş Mahal Əliyev Gəncə şəhər Təhsil İdarəsinin müdiridir. O boyda Gəncədə guya bir layiqli, savadlı, təmiz adam tapıb vəzifəyə qoya bilməyiblər. Vaxtı ilə Bakının Nizami rayonunun Təhsil Şöbəsini yaman günə qoyan bir adamı aparıb Gəncə boyda şəhərin Təhsil İdarəsinə müdir qoyublar. O da təbii ki, hər şeyi öz arşını ilə ölçəcək. Bu gün Azərbaycanda istənilən rayonda fəaliyyət göstərən təhsil şöbəsində çox böyük maliyyə fırıldaqları və korrupsiya halları mövcuddur. Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl bu korrupsiya faktlarına görə, Goranboy rayon təhsil şöbəsinin müdiri həbs edilib. Guya bu cür hallar Saatlı, Sabirabad, Masallı rayon təhsil şöbələrində yoxdur? Onlarda da kifayət qədər cinayət faktı doğura bilən elementlər var. Sadəcə olaraq bu gün hansı vəzifə sahibini silkələsələr onu tutmaq və həbs etmək çox asandır. Ən azından ona görə ki, həmin vəzifə sahibləri saxtakarlıq etməkdən belə çəkinmirlər. Əgər bir vaxtlar buraxılış imtahanlarında Bakı şəhərində pul alırdılarsa, test üsulu tətbiq ediləndən sonra bu cür eyəbəcər hallar bir-iki ildir ucqar rayonlara qədər gedib çıxıb. Bir neçə gün bundan əvvəl Yardımlıdan gələn bir adam deyirdi ki, 9-cuların və 11-cilərin buraxılış imtahanında adambaşına 50 manatdan pul yığılıb. İndi siz fikirləşin, hər il, hər hansı rayonda yüzlərlə məzun orta məktəbi bitirir. Bunu ümumi rayonların sayına vuranda heç həmin pulu yığıb-yığışdırmaq olmaz. Hətta qaçqın rayonlarında belə 11-cilərdən test imtahanı zamanı pullar yığılıb. Məgər bundan Təhsil Nazirliyinin və həmin rayonun icra başçılarının xəbəri yoxdur? Təbii ki, pullar elə-belə yığılmır. Həmin pullar məktəb direktoralrı vasitəsilə yığılaraq təhsil şöbələrinin müdirlərinə ötürülür. Sonra da test imtahanı zamanı nazirliyin nümayəndələri şagirdlərə şərait yaradır ki, köçürsünlər. Əgər kimsə bu pulu vermirsə, demək onun işi daha da çətinləşir.
   
   Bakının Suraxanı rayonunda 282 saylı bir orta məktəb var. Həmin orta məktəblə bağlı dəfələrlə valideynlər müxtəlif instansiyalara və Təhsil Nazirliyinə şikayətlər ediblər. Hətta nazirliyin "qaynar xəttinə" bu məktəbdə baş verən özbaşınalıqlarla bağlı şikayətlər daxil olub. Ancaq məktəbin direktoru Tahirə Vəliyevaya isə heç kim "gözün üstə qaşın" var deyə bilmir. Ona görə ki, onun çox möhkəm arxası var. Dərs vaxtı 11-cilərin əksəriyyəti sinifdə olmur, məktəbdə qeyri-qanuni sınaq imtahanları keçirilir, müəllimlərin dərs bölgüsü zamanı qanunsuzluqlara yol verilir. Məşğələlərin və əlavə dərslərin keçirilməsi zamanı şişirdilməyə yol verilir. Hətta birincilər orta məktəbə qəbul olunanda onlardan da "şirinlik" alırlar. Çox vaxt xəstəliyi ilə əlaqədar işə çıxmayan Tahirə xanım evində oturub məktəbi idarə edir. Suraxanı rayonunun digər məktəblərində də nöqsanlar var idi. Ancaq iki məktəb direktoru dəyişəndən sonra həmin təhsil ocaqlarında vəziyyət yaxşılaşdı. Amma 282 saylı orta məktəbdə hərc-mərclik və özbaşınalığın qarşısı bü günə kimi alınmır. Elə ona görə də attsestatların verilməsi zamanı şagirdlər süründürülür, onlardan nəsə umulur. Bu da təbii ki, valideynlərin narazılığına səbəb olur. ?mumiyyətlə, bu məktəbdə baş verən özbaşınalıqlarla bağlı gələcək yazılarımızda daha ətraflı söhbət açacağıq.
   
   Bir ay bundan əvvəl eşitdim ki, gözəl insan, böyük alim, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlını ürəyində problem yarandığına görə, Türkiyəyə aparıblar. Burdakı bizim ürək-cərrahi həkimləri Məhərrəm Qasımlıya deyib ki, sənin bir-iki ay ömrün qalıb, ona görə də ürəyində əməliyyat apara bilmərik. Məhərrəm müəllim də Türkiyənin Gülhanə xəstəxanasına aparılıb. Orda onun ürəyində uğurlu əməliyyat həyata keçirilib. Əməliyyatın uğurlu keçdiyini eşidəndə mən də bir dost kimi çox sevindim. Türkiyəyə gedə bilməsəm də evə qayıtdığını eşidib ona baş çəkmək istədim. Ancaq ailəsindən və yaxın dostlarından bizə dedilər ki, türkiyəli həkimlər məsləhət biliblər ki, bir müddət yaxınları Məhərrəm müəllimlə ünsiyyətdə olmasınlar. Çünki o, müxtəlif infeksiyadan və qripdən yoluxa bilər və bu zaman vəziyyəti ağırlaşar. Bir neçə gün bundan əvvəlsə Gənclikdəki Atatürk parkında Məhərrəm müəllimi görəndə gözlərimə inanmadım. İki qardaş bir-birimizlə möhkəm qucaqlaşdıq. Sonra da Məhərrəm müəllim dedi ki, ay Faiq, məni az sıx, qabırğalarım əvvəlki qabırğa deyil. Sonra "Pürrəngi" çayxanasına keçib əyləşdik. Bir stəkan çayı içə-içə Məhərrəm müəllim Türkiyədən söhbət eləməyə başladı. Heç özünün səhhəti haqqında danışmaq istəmirdi. Bircə onu dedi ki, türkiyəli həkimlər mənə dedi ki, hansı həkim sənə bildirib ki, bir-iki aya öləcəksən, get onun yanına görüsün sən necə sap-sağlamsan. Bəlkə bundan sonra o həkimlər utandı. Məhərrəm müəllim onu dedi ki, bax, bizim çayxanada oturanda hamı öz dərdindən, pul qazanmaqdan, hansı vəzifəyə getməkdan danışır. Bir adam Qarabağla bağlı söhbət eləmir. Amma Türkiyənin hansı çayxanasına, hansı yeməkxanasına, hansı restoranına getsən orda türklər Qarabağdan danışırlar və onlar Qarabağı bizdən çox düşünürlər. Ola bilər türk hökuməti bizə qarşı soyuq münasibət bəsləsin, ancaq türk xalqı həmişə bizim yanımızda və içimizdə olub. Bir daha Türkiyədə olanda və ölümlə-qalım arasında yaşıyanda hiss etdim ki, türklər bizi nə qədər çox istəyir.
   
   Məhərrəm müəllim çay süfrəsi arxasından ehmalca qalxır, deyir ki, sizinlə çox oturardım, ancaq həyat yoldaşım parkda məni gözləyir. O, məni heç vaxt tək buraxmır. Elə bilməyin ki, piyada gəlmişəm parka. Elə özüm maşını idarə edib tez-tez şəhərə çıxıram. Bir "bronjiletim" də var. Onu geyinəndən sonra maşında daha rahat əyləşirəm. Məhəmmədəli Mustafa və mən Məhərrəm müəllimi maşina qədər ötürürük. ?rəyimiz dözməyib maşina əyləşməyini gözləyirik. Ailəsi və özü maşina əyləşib bizdən uzaqlaşıb gedəndən sonra ürəyimiz sakitləşir. Şükür edirik ki, bir dostumuzu da Allah-Təala yenidən bizə qaytarıb. Çünki Məhərrəm Qasımlı sözün həqiqi mənasında böyük alim, böyük pedaqoq, böyük ziyalı və böyük də insandır. O, Azərbaycan elminin nəinki türk dünyasında, həm də şərqdə böyük və istedadlı davamçılarından sayılır. Allah onu qorusun.
   
   Onsuz da bu dünya kimlər üçünsə həmişə qaranlıq, ya da işıqlı olur. İstəməzdik ki, bu dünya çoxları üçün qaranlığa, əzablı və əziyyətli bir şeyə çevrilsin. Qoy o adamların qaranlıq dünyası da nə vaxtsa işıqlansın, əzablı və iztirablı, çətin ömür yolları arxada qalsın.
   
   


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK