ANA SƏHİFƏ / YAZARLAR

"SON ZƏNG" VƏ GÖZ YAŞLARI...

24134    |   2009-05-30 01:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məktəb illəri yada düşəndə təbii ki, çoxlarının yadına kövrək xatirələr və unudulmaz anlar düşür. O anlar ki, bir daha həmin illərə qayıtmaq mümkün deyil. Bir mahnının sözündə deyildiyi kimi:
   
   Məktəb illəri
   Ömrümün ən duyğulu,
   Qayğısız illəri...
   
   Bu anları çoxlarımız yaşamışıq və həmişə də geriyə dönüb baxanda xatirələrə dönmüş o illəri və günləri hiss eləmişik. Özümüzdən sonra bu anları övladlarımız və nəvələrimiz yaşayır. Bu gün də orta məktəblərdə "son zəng" çalınır. O zəngin təsiri altında minlərlə məzun məktəbdə onlara dərs deyən müəllimlərlə axırıncı günlərini, sevincli və kədərli anlarını yaşayırlar. Bakının Sabunçu rayonundakı 271 saylı orta məktəbdə də həmişə "son zəng" çox orijinal və yeni bir formada qeyd edilir. Bu gün həmin məktəbdə də müəllimlər və şagirdlər bu hissləri yaşayırlar. Məktəbin direktoru, şair-publisist Səməndər Məmmədov bildirir ki, təhsil ocağında 2100-dən çox şagird oxuyur və bu il məktəbi 196 məzun bitirir. Bunlardan 7-si Azərbaycan bölməsinin, 2-si isə rus bölməsində oxuyan 11-cilərdi. Səməndər müəllim çox kövrək halda dillənir ki, məzunlardan ayrılmaq bizim üçün çox çətindir. Ən azından ona görə ki, onlarla 11 il bir yerdə sevinib kədərlənmişik. Sevincin və kədərin insan ömründə isə öz izi olur. Ancaq bizi ən çox sevindirən odur ki, hər il 70-75 məzunumuz müxtəlif ali məktəblərə qəbul olaraq tələbə adını qazanırlar. Son 8 ildə 6 şagirdimiz hər il 600-dən çox bal toplayır. Həmin məzunları yüksək balla ali məktəblərə qəbul olduğu üçün rayon icra hakimiyyətininbaşçısı qəbul edir və onları pulla mükafatlandırır. Məktəbin göstəriciləri ilbəil yüksəlir. Bir neçə şagirdimiz respublika olimpiadasının qalibi olub. Məsələn, bu il 9-cu sinif şagirdi Elnur İsmayılov biologiya üzrə keçirilən olimpiadada qalib adını qazanıb. Eyni zamanda C.Məmmədquluzadənin 140 illiyi münasibəti ilə Bakı şəhəri məktəbləri arasında keçirilən 11-ci siniflərin inşa müsabiqəsində məktəbimizin şagirdi Beyrək Əzizxan oğlu Tanrıverdili II yeri tutub və diploma layiq görülüb. Onu da qeyd edim ki, həmin müsabiqədə I yeri tutan olmayıb.
   Sabunçu rayonundakı 271 saylı orta məktəb "son zəng"ə də əliboş gəlməyib. Buraxılış günü münasibəti ilə təşkil olunmuş ədəbi-bədii kompazisiya və bir-birindən gözəl çıxışlar həm məzunları, həm də tədbirdə iştirak edən qonaqları çox sevindirdi. Müəllimlərin və şagirdlərin gözlərində kədərlə yanaşı, bir sevinc də hiss olunur. Hiss olunur ki, onlar 11 il bağlandıqları məktəbdən ayrılmaq istəmirlər. Amma həyatın öz qanunları var. Bu gün orta məktəbi bitirməlisən, sabahsa qaynar həyata doğru addım atmalısan. Elə addım atmalısan ki, gərək bu addımları atanda yıxılmayasan. Səməndər Məmmədov "son zəng"də çıxışında bir fikri xüsusilə vurğuladı ki, biz şagirdlərimizə öz balalarımız kimi baxırıq. Onların hər birinin həyatı və ömür yolu bizim üçün çox doğmadır. Çünki bu ömür yolunun 11 ili bizim yanımızda yaşanıb. Sevinirik ki, bu şagirdlərin sabahkı həyata qədəm qoymasında bizim az-çox payımız var.
   Tədbirdə məktəbin müəllimləri İntizar Səbziyeva, Zemfira İmanova, Tahir Rzayev, Tahir Mehrabov çox qayğılı görünürdülər. Hiss olunurdu ki, şagirdlərin boya-başa çatmasında və müstəqil həyata qədəm qoymasında bu müəllimlərin əməyi çoxdur. Direktor müavinləri Niyazalı Mahmudov, Rüxsarə Əlizadə, Ofeliya Arazova, Azər Yusifov, Rübabə İsmayılova sevinclərini heç cürə gizlədə bilmirlər. Axı onlar 11 il əziyyət çəkdikləri şagirdlərini müstəqil həyata yola salırlar.
   "Son zəng"in sevincli və kədərli anları Xətai rayonundakı 48 saylı orta məktəbdə də yaşanırdı. Əvvəlcə qeyd edək ki, bu ümumtəhsil məktəbi rayonun ən nümunəvi təhsil ocaqlarından sayılır. Ona görə ki, məktəbin şagirdləri dəfələrlə həm respublika olimpiadasında, həm də Bakı şəhəri üzrə keçirilən olimpiadada yüksək yer tutublar. Yəni məktəbin uğurları ilbəil yüksələn xətlə inkişaf edir. Şahismayıl Rüstəmov isə 7 ildir bu məktəbdə direktor işləyir. 35 il pedoqoji təcrübəyə malik olan Ş.Rüstəmov deyir ki, məktəbimizdə 870 şagird və 115 müəllim var. Bu il isə məktəbimizi 105 məzun bitirir. Bunlardan 4-ü Azərbaycan bölməsi, 2-si isə rus bölməsi üzrədir. Azərbaycan bölməsini 67 məzun, rus bölməsini isə 38 məzun qurtarır. Keçən il 6 şagirdimiz 600-dən çox bal toplayaraq yüksək balla istədikləri ali məktəbə qəbul olub. 2 şagirdimiz isə 650 baldan çox bal toplayıb və Xətai rayon icra hakimiyyəti tərəfindən pulla mükafatlandırılıb. Eyni zamanda 2 müəllimimiz isə Bakı şəhər Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib. Onu da qeyd edim ki, sınaq imtahanlarının nəticəsi onu deməyə əsas verir ki, buraxılış imtahanlarında məzunlarımız öz bilikəlrini çox yüksək səviyyədə nümayiş etdirəcək və layiqli qiymət alacaqlar. Təsadüfi deyil ki, ötən il buraxılış imtahanını yüksək qiymətlərlə başa vuran məzunlarımızın 44-ü müxtəlif ali məktəblərə qəbul olub. Uğurlarımız göz qabağındadır. Məktəbimizin riyaziyyat, tarix, coğrafiya müəllimləri şagirdlərin savadlı və müstəqil böyüməsində çox əziyyət çəkiblər. Bu il bir yenilik isə ondan ibarət olacaq ki, 9-cular imtahanları test üsulu ilə verəcəklər. Artıq 108 şagirdimiz həmin imtahanlara tam hazırdı və bir də biz buraxılış imtahanlarının orta məktəblərdə test üsulu ilə keçirilməsini alqışlayrııq.
   "Son zəng"in sevinclərini yaşayan 11-cilərdən 10 nəfər şagirdə təhsildəki uğurlarına görə, fəxri fərman təltif edilir. Müəllimlərin və şagirdlərin sevincli anlarını o dəqiqə hiss etmək olar. "Son zəng"də məktəbin direktoru, təcrübəli pedaqoq və gözəl insan Şahismayıl Rüstəmov gözləri doluxsunmuş halda məzunlara xeyir-dua və halallıq verir. Deyir ki, bu 11 ildə müəllimlərimiz sizin yolunuzda saçlarını ağardıblar, amma sizin uğurlarınıza və qazandığınız bilikləri görəndə istər-istəməz sevinirik ki, biz müəllimlər saçımızı nahaq yerə ağarmamışıq. Bu 11 ildə sizə nə əziyyət çəkmişiksə, hamısı halal xoşunuz olsun.
   Bu anları yaşayan 11-cilər "son zəng" çalınanda çox kövrəlir və gözləri yaşarır. Sanki onlar 11 il oxuduqları orta məktəbdən, müəllimlərdən ayrılmaq istəmirlər. Çünki bu 11 ildə acılı-şirinli çox xatirələr olub. O xatirələr ki, 11-cilərin ürəyinin, qəlbinin sahilinə yazılıb. Bu xatirələrin içində göz yaşları da var, sevinc də. Elə "son zəng" çalınanda da məzunların, valideynlərin və müəllimlərin gözlərində bu göz yaşlarını görürük. Qoy bu gözlərə heç vaxt kədər çökməsin və həmişə də yaş axanda sevincdən axsın. 11-ciləri isə bir azdan buraxılış imtahanları və ali məktəbə qəbul imtahanları gözləyir. Həyatın enişli-yoxuşlu yollarında bir daha onlara sevincli və xoşbəxt anlar arzulayırıq. Arzulayırıq ki, bütün 11-cilərin istəkləri, arzuları tezliklə çin olsun və onlar tələbə adını qazansınlar.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK