Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "MİN BİR GECƏ" KİMİ... Adalet.az | "MİN BİR GECƏ" KİMİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"MİN BİR GECƏ" KİMİ...

26476    |   2009-05-16 01:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər şey bir yana qalsın, hadisə bolluğuna düşmüşük sanki. Düzdü, türk müğənnisi Hadisə bizim tərəflərə gəlmədi, amma elə hadisələr baş verdi ki, cəsədi ortada qalan Fərda demişkən, hamı bizdən danışdı. Arxivə getməyə hazırlaşan bu həftədə nələr olmadı? Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi. Ermənistanla sərhəd qapılarının açılmayacağına dair söz verdi və bizi inandırmaq üçün Dövlət Himnimizdən sitat gətirdi. Moskvada keçirilən "Eurovision" mahnı yarışmasında Azərbaycanı təmsil edən Aysel Teymurzadə ilə Araş finala çıxdılar. Təmsilçilərimiz bu gün baş tutacaq finalda gözəgəlimli yerlərdən birini tutmağa çox yaxındılar. Gözə gəlməsələr...
   Beynəlxalq aləmdə də xeyli olay baş verdi. İran prezidenti Amerika və İsrail prezidentlərinə tərəf yenə tərs-tərs baxdı. Cəmi 34 gün əvvəl Malayziyanın dövlət başçısı seçilən şəxs haqqında 134-cü kitab işıq üzü gördü. Uqandanın prezidenti 6 metr 20 sm. uzunluğu, 2 metr 21 sm. hündürlüyü olan yeni çəpərin qırmızı lentini kəsdi və s. Beynəlxalq mövzuda yazan və danışan politoloqlardan halallıq almadığımdan dünyada baş verənlər barədə yazmaq fikrim yoxdu.
   Ona görə də qayıdaq məmləkətimizə. Kanal "D"-də yayımlanan "Min bir gecə" serialının böyük finalı əməlli-başlı hadisə oldu. 90 bölümlük dizi Türkiyədə və Azərbaycanda böyük maraqla izlənilirdi. Camaat bu müddət ərzində Şəhrizadın başına and içirdi. "Min bir gecə" bitdiyindən and içməli yerlərdən biri azaldı. Bizim camaatın duaları müstəcəb oldu. Şəhrizad Onurun bazlığını, digər pis hərəkətlərini bağışladı. Böyük finalda əl-ələ verib getdilər mikrorayon tikməyə. Amma bilmirəm, gənc ailələr üçün nəzərdə tutulan ipoteka kreditindən onlara pay düşəcək, yoxsa yox.
   Şəhrizad güclü qadın idi. Onurun öhdəsindən necə gəldi... Zalım oğlu lap ağ eləmişdi. Bir dənə qız, qadın görən kimi ağzı sulanırdı. Günlərlə evə gəlmirdi, orda-burda gecələyirdi. Etdiyi hərəkətlər nə işinə yaraşırdı, nə yaşına, nə başına. Bir ara teleaparıcı qadına ilişmişdi, Şəhrizad heç yadına düşmürdü. Ekranın bu tərəfindən ona nə qədər qışqırdım ki, a kişi, teleaparıcı qadına çox da bel bağlama. Onların çörəyi diz üstədi. Hər yerdə belədi, Türkiyədə də, Tailandda da.
   Engin də mənim sözümə qulaq asmadı. Sonda nə oldu? Şəhrizadla evlənmək istəyirdi, amma arzusuna çata bilmədi. Birinci arvadından da boşandı. Əli aşından da oldu, Vəli bozbaşından da. üstəlik toy günü şadlıq evinə, musiqiçilərə, tamadaya, gəlin maşını üçün kirayələnən limuzinin sürücüsünə, fişəng partladanlara, oynaya-oynaya bir boşqab aş gətirənlərə, kəpənək paltarı geyinib şadlıq evində ora-bura qaçan balaca uşaqlara verdiyi paralar batdı. İt də getdi, ip də.
   Kərəmin müsibəti lap dəhşətli oldu. Əslinin yandırdığı Kərəmin müsibəti heç belə olmamışdı. Holdinqdəki vəzifəsini, pulunu atıb düşdü Bennunun dalınca. Bennu da nə Bennu, arağı vedrə ilə içirdi. Kərəmi də dartıb apardı Amerikaya. Kərəm elə bilir ki, Bennu Amerikada yaşayanda araq içməyəcək. Rəhmətliyin oğlu, öyrənənə nə tövbə? Özü də Amerikada spirtli içki ucuzdu, bizim pulla təxminən havayı. Bennu avamdı ki, havayı araqdan imtina eləsin?
   Kərəmi Bennu, Əlikamalı qumar yıxdı. Pulları uduzduğuna görə atası Burhan bəyin qəzəbinə gələn Əlikamal bədbəxt oldu. Bundan sonra yalnız quruca maaşla dolanacaq. Yalnız maaşla dolananlar dünyanın hər yerində bədbəxtdi. İstər Türkiyədə, istərsə də Tailandda.
   Burhan bəyi təkcə oğlu Əlikamal yox, elə həkimlər də aldatdı. Xeyli parasını aldılar, amma həyat yoldaşı Nadidə xanımı mən bilən heç yaxşı müalicə eləmədilər.
   İllərlə davam edən "Min bir gecə" serialının böyük finalı əməllicə hadisə oldu. Onun barəsində daha geniş yazmaq istəyirdim. Amma bir də gördüm ki, "Kurtlar Vadisi"nin növbəti bölümü başlayır...
   
   


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK