Adalet.az | BUZ BALTASI Adalet.az | BUZ BALTASI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BUZ BALTASI

19627    |   2009-05-14 20:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Görəsən, dünyada xoşbəxt adam varmı? Ümumiyyətlə, xoşbəxtliyin rəngi və dadı olurmu və hər hansı bir adam bu xoşbəxtliyin içində özünü sakit, rahat və nikbin hiss eləyirmi? Hələ indiyə qədər görməmişik kimsə desin ki, bəli, mən xoşbəxtəm. Bəlkə kimsə ömrün müəyyən anında özünü xoşbəxt hiss eləyə bilər, dərdi, kədəri az olar. Daha doğrusu, bu adamlar üçün hər şey çox asan başa gələr.
   Amma bütün bunlar bir ayın, bir həftənin , bəlkə də bir saatın xoşbəxtliyidir. Ona görə yox ki, həmin adamlar ömrünün müəyyən anlarında hansısa istəklərinə nail ola bilmirlər. Sadəcə olaraq Allah-Təala hər hansı bir yaxşı şeyi həmin insana həmişəlik bəxş eləmir. Bir gün sənin çiyninə qonan Şahlıq quşu sabah başqa birisinin gedib çiynində oturur. Bax, onda çiynindən Şahlıq quşu uçan adam görür ki, heç də hər şey əvvəlki kimi deyil.
   Ömrünün çox hissəsini yeyib-içməkdə, kefdə-damaqda və xarici səfərlərdə keçirən bir imkanlı adam var. Belə baxanda qonum-qonşuları, dost-tanışları fikirləşirlər ki, bala, ondan xoşbəxt, ondan varlı insan yoxdur. Həqiqətən də həmin adam çox varlı və imkanlı insandır. Yəni Bakının mərkəzində 4-5 yerdə villası, 5-10 bahalı maşını və nə qədər də biznes şəbəkəsi var. Təbii ki, bu qədər imkanı olan adamda başqalarının gözü çox olur. Yəni qohum-əqrabası və dostu-tanışı ona bəxtəvərlik oxuyur. Deyirlər ki, filankəsdən xoşbəxt və bəxtəvər insan yoxdur. Amma bu bəxtəvər insanın elə ağır dərdi və elə bir kədəri var ki, ona bəxtəvərlik oxuyanlardan yüz dəfə bədbəxt adamdır. Bunu həmin adamın özü də çox vaxt deyir. Deyir ki, içim özümü yandırır, çölüm də özgəni. Düzdür, dünyanın çox keflərini görmüşəm. Kefim istəyəndə səhər Moskvada "zavtrık" eləmişəm, axşam da Parisdə şam yeməyi yemişəm. Dünyanın elə bir ölkəsi olmayıb ki, onun ən bahalı otellərində olmayım və ən bahalı restoranlarında çörək yeməyim. Yəni hər cür keflər görmüşəm. Ancaq bu kefin içində elə bir dərd olub ki, onu heç kimə açıb-ağarda bilməmişəm. Əlbəttə, hərənin özünə görə bir dərdi, bir kədəri və bir ağrısı var. Mənim ağrımsa, nə səyahətlə, nə bahalı restoranlarda yeyib-içməklə, nə də milyonlar xərcləməklə yüngülləşən deyil.
   Bizim millətdə həmişə bir-birinə qibtə hissi ilə baxmaq duyğuları güclü olub. Yəni biri görəndə ki, başqasının böyük bir malikanəsi və bahalı maşını var, həmişə ona həsrətlə baxıb. Amma bilməyiblər ki, o böyük malikanənin içində və bahalı maşınlarda nə boyda dərd var. Bir dəfə bir kasıb adam yolla gedəndə qabağına bir yolçu çıxır. Kasıb adam ondan soruşur ki, sən çox yerləri gəzib-dolaşmısan və çox şeyləri də yaxşı bilirsən. Deyə bilərsənmi, dünyada ən xoşbəxt adam kimdir? Həmin yolçu da bu kasıb adamın üst-başına və əlindəki heybəyə baxaraq deyir:
   - Dünyada səndən varlı və səndən xoşbəxt adam yoxdur.
   Kasıb adam bu sözləri eşidəndə gözü kəlləsinə çıxır, deyir ki, ay qardaş, deyəsən sən də mənimlə məzələnirsən. Mən necə xoşbəxtəm ki, bir həsirəm, bir də Məmmədnəsir. Cındırımdan cin hürkür.
   Yolçu yenə sözünün üstündə möhkəm durub deyir ki, sən ona görə ən varlı və xoşbəxt adamsan ki, heç nəyin dərdin-qəmin çəkmirsən. Allah-Təala sənə heç kimə bəxş eləmədiyi sərvəti verib. Gördüyün o şah malikanəsində heç vaxt şah özünü rahat hiss eləməyib. İpək yorğan-döşəkdə yatsa da və hər gün kef-damaq içində olsa da, həmişə canı ağrıyıb. Amma sən harda gəldi uzanıb yatırsan. Maşallah, buz baltası kimi sağlam adamsan və heç haranda ağrımır.
   Həmin adam yolçunun bu sözlərindən sonra bir qədər də özünü rahat və gümrah hiss edib deyir ki, doğrudan da qəmim yox, kədərim yox, canım da ki, şükür Allaha sap-sağlamdır. İstəsəm daşın üstündə yataram, istəsəm ağacın altında, torpağın üstündə yataram mənə heç nə olmaz. Elə mənim də qazancım Allah-Təalanın verdiyi bu can sağlığıdır. Şükür ilahinin məsləhətinə. Çünki Allaha dua eləyəndə heç vaxt deməmişəm ki, mənə var-dövlət, şan-şöhrət ver. Həmişə arzulamışam ki, Allah-Təala mənə sağlam can, bir də bir tikə çörək qismət eləsin. Şükürlər olsun ki, Ulu Yaradan onu da məndən heç vaxt əsirgəməyib.
   Heç özüm də bilmirəm niyə bu mövzu ilə bağlı fikirlərimi qələmə aldım. Bir onu bilirəm ki, o gün dayımın yas yerində yaşı 80-ə çatan bir qohumumuzu görəndən sonra bu fikirlər mənim başımda dolaşdı. O dedi ki, 80 yaşa çatmışam hələ də özümü cavan oğlan kimi hiss eləyirəm. Kənddən kim gəlsə gedib onunla dəryazı götürüb ot çalmaqla yarışa bilərəm. Görüm o cavan oğlan bir saat ot çalandan sonra özünü necə hiss eləyir, mən necə hiss eləyirəm. Çünki bir neçə gün bundan qabaq Bakıdan gələn nəvəm əlinə dəryazı götürüb on dəqiqə ot çalandan sonra ləhləməyə başladı və qan-tər onu götürdü. Dedim ki, oğlum, günah səndə deyil, günah atandadır ki, səni tənbəl böyüdüb. Axı sən kənddən Bakıya gedən uşaqsan. Gərək heç vaxt əziyyət çəkməkdən və işləməkdən qorxmayasan. Məni bu yaşda gümrah və sağlam saxlayan hər səhər saat 5-də yataqdan qalxmağım, süd içməyim və bir də yaz-yay günlərində saatlarla işləyib ot çalmağım olub. Bax, dədənin özünə də dəfələrlə demişəm ki, kənddəki həyətini əkib-becərsin. Amma o da tənbəllikdə deyəsən dayısına çəkib. Həyətini kol-kos basıb, onu təmizləmək istəmir. Ancaq dözə bilməyib dəryazı əlimə götürdüm. Gedib onun həyətindəki ot-ələfi, qanqal-qunqalın hamısını çaldım. Sonra gəlib hər şeyi səliqə-səhmanlı görəndə gözlərinə inanmadı. Dedi ki, ay dədə, bunların hamısını sən eləmisən? Mən də dedim ki, mən görməyəndə kim görəcəkdi?
   80 yaşlı kişinin buz baltası kimi möhkəm, sağlam və zəhmətsevər olması kənddə hamını düşündürür. Deyirlər ki, əgər sağlam olmaq istəyirsənsə, Qəmbər kişi kimi gərək işdən qorxmayasan. Qəm bər kişi də deyir ki, bu kənddə məndən varlı və xoşbəxt adam yoxdur. Ona görə ki, mən 80 yaşının içindəyəm hələ bir dərman atmamışam və bir iynə belə vurdurmamışam. Bir balaca da oram-buram ağrıyanda qarıma deyirəm ki, ya otlardan çay dəmlə, ya da kürəyimi keçi piyi ilə ov. Bununla da hər şey çıxıb gedir.
   İndi bilmək olmür, dünyada xoşbəxt insan kimdir? Dünyanın şahları, varlı adamları, biznesmenləri, yoxsa bizim kənddəki Qəmbər kişi.
   
   


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK