ANA SƏHİFƏ / RUBRİKA

"Facebook gündəliyi"

14381    |   2015-01-31 14:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 131-ci ildönümüdür.

Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri,"Bir kərə yüksələn bayraq, bir daha enməz!"ifadəsi ilə hər bir azərbaycanlının yaddaşlarında qalan Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

M. Ə. Rəsulzadə 1955-ci il mart ayının 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanlığında dəfn edilib.

"Facebook gündəliyi"nin bu günkü rubrikasını Məhəmməd Əmin Rəsulzadəyə həsr edirik...

                                                                    ***


Natiq Məmmədli : "... Azərbaycan gənci! İftixar et, qardaş. Oğuz xan nəsli arasında birinci olaraq ən mədəni üsuli-idarəyə, cümhuriyyət üsuluna nail olan sənsən» - sabah bu fikirləri deyən kişinin günüdür. Rəsulzadənin birgə anaq”


                                                                      ***


Azər Ayxan : "Rəsulzadə günü – Dövlət günü, Bayraq günü, Cümhuriyyət günü. Ruhun şad olsun, Ulu Öndər...”


                                                                     ***



Almaz Qasımova : "Bir kərə yüksələn bayraq bir daha enməz"! Məhəmməd Əmin Rəsulzadə qəlblərdə həmişə yaşayacaq! Doğum günün mübarək dahi şəxsiyyət!


                                                                   ***



Araz M. Zeynalov : "M.Ə.Rəsulzadəni Hitler Almaniyası ilə əlaqə yaratmaqda suçlamaq kimi axmaq iddialara da rast gəlirik... Rəsulzadə Azərbaycanın müstəqilliyinin bərpası üçün kiminlə əlaqə yaratmalı idi ? Azərbaycanı işğal etmiş saxta dövlətin rəhbəri Stalinlə..??? Yoxsa, Azərbaycanı "vahid rusiya"dan ayrı görmək istəməyən Britaniya ilə..??? Bəlkə "Vilson planı"ndan kənara çıxmayan Amerika ilə ???
Rəsulzadənin Hitler Almaniyası ilə əlaqə yaramaq cəhdi də, 1943-cü ildən sonra bu təmaslardan imtina etməsi də strateji baxımdan ən optimal siyasət olub!”



                                                                      ***


Nicat Qafuroğlu : " Doğum günün mübarək ATA!”


                                                                       ***


Könül Əliyeva: "Rəsulzadə heç bir tebliğata ehtiyacə olmayan dühadı. O ürəklərdə damar kimi, qan kimi Yaşayır...”


                                                                        ***


Qubad İbadoğlu: "Bu gün Azərbaycanda müstəqilliyin, demokratiyanın və azadlığın doğum günüdür”


                                                                          ***


Mənsur Rəğbətoğlu : "Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tek əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!"
Məhəmməd Əmin Rəsulzadə


                                                                          ***


Aqil Aslan: "Qəlbi Azərbaycanla çırpınan böyük öndər”


                                                                            ***


Nigar M. Məhərrəm: "Gözəl bir şəxsiyyətin doğum günüdür
Respublikamızın qurucusu... Ruhu şad olsun..



Sübhan Mahmudlu


İmza:
SON XƏBƏRLƏR
2020-08-14
2020-08-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK