deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "Karikatura bıçaq kimidir..." Adalet.az | "Karikatura bıçaq kimidir..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Karikatura bıçaq kimidir..."

Qamət Vəlicanovun fransalı həmkarlarına iradı var

10985    |   2015-01-24 09:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fransanın "Charlie Hebdo" jurnalında İslam Peyğəmbərinin təhqir olunması və bundan sonra baş verən terror hadisəsi dünyanın siyasi gündəminə öz damğasını vurdu. Həmsöhbət seçdiyimiz tanınmış karikaturaçı-rəssam, Azərbaycan Karikaturaçılar Birliyinin və Dünya Karikatura Təşkilatları Federasiyasının (FECO) üzvü Qamət Vəlicanovla fransalı həmkarlarının hərəkətini müzakirə etmək istədik. Müsahibədə Azərbaycanda karikaturanın tarixinə və bu sənətin indiki durumuna da nəzər salmağa çalışdıq.

Qamət Vəlicanov 1954-cü ildə Şəkinin Baş Köynük kəndində doğulub, Dövlət Pedaqoji Universitetində ali təhsil alıb. İlk karikaturası 1983-cü ildə "Kirpi" jurnalında çap olunub, ANS-in "Hesabat" jurnalında çalışıb, müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq edib.
1992-ci ildə Türkiyədə işıq üzü görən "Azərbaycandan Sevgi Elçiləri" karikatura albomunda bir neçə içi çap edilib. Türkiyədə və Belçikada keçirilən beynəlxalq müsabiqələrin iştirakçısıdır.

- "Charlie Hebdo" dərgisi ətrafında baş verənlərin siyasi tərəfi çox müzakirə olunub, diskussiyalar bu gün də davam edir. Qamət bəy, məsələnin politoloji tərəflərini siyasətçilərin öhdəsinə buraxaq. Karikaturaçı-rəssam kimi fransalı həmkarlarınızın hərəkətini necə qiymətləndirirsiz?
- Məhəmməd Peyğəmbərin (s) karikaturasının çəkilməsi, dini hisslərin aşağılanması ilk dəfə deyil ki, baş verir. Oxşar hadisə bir neçə il əvvəl Danimarkada da yaşanmışdı və kütləvi etirazlara səbəb olmuşdu. Təəssüf ki, o zaman baş verənlərdən nəticə çıxarılmadı və Fransanın "Charlie Hebdo" jurnalında çalışan karikaturaçılar belə bir səhv addımı təkrar etməklə daha böyük faciələrə yol açdılar. Nəticədə müsəlman dininin müqəddəs dəyərləri təhqir olundu, bu işdə birbaşa və dolayısı ilə iştirak edən, yetərincə tanınmış karikaturaçıların bir neçəsi həyatını itirdi.
Fikrimi bilmək istəyirsinizsə, baş verənlərə münasibətim birmənalıdı - dediyim kimi, fransalı həmkarlarım böyük səhv və günah ediblər. Dəyərli oxucularımıza xatırladım ki, bütün dünyada təqdir edilən karikatura qrafik rəssamlığın bir qoludur və italiyancadan tərcümə edəndə "şişirtmə" mənasını verir. Ətrafımızda baş verən bütün hadisələrə, adi məişət mövzularından tutmuş, böyük siyasi proseslərə karikatura vasitəsilə münasibət bildirmək olar. Amma bütün məsələlərdə olduğu kimi, burada da müəyyən sərhədləri gözləmək vacibdir. Din elə bir həssas mövzudur ki, orada həddindən artıq şişirtməyə yol vermək olmaz. Dindar olmasam da bilirəm ki, İslamda insanları təhqir etmək, aşağılamaq yoxdur, hətta digər səmavi dinlərin müqəddəslərinə hörmətlə yanaşılır. Belə bir humanist dinin yaradıcısını karikaturanın dili ilə necə təhqir etmək olar?
Sadə bir misal çəkməklə fikrimi tamamlayım, bıçaq adi əşyasıdır, məişətdə hər gün onu işlədirik. Amma bıçaqla cinayət də törətmək də olur. Çox təəssüf ki, "Charlie Hebdo"dakı həmkarlarım əllərindəki bıçaqdan düzgün istifadə etmədilər.
- Fransadakı məlum karikatura olayından sonra yaşananları müzakirə elədik. Bəlkə indi də bu sənətin Azərbaycandakı vəziyyəti barədə danışaq...
- Bunun üçün öncə gərək bir əsr əvvələ qayıdaq.
- Qiyabi ekskurs etməyi nəzərdə tutursunuzsa buna imkanımız çatır...
- Azərbaycanda karikatura sənətinin bir əsrdən artıq yaşı var və bu dünya miqyası üçün götürəndə elə də az müddət deyil. Böyük yazıçı və publisistimiz Cəlil Məmmədquluzadə 1906-cı ildə əsl fədakarlıq edərək xalqımız üçün "Molla Nəsrəddin" jurnalı yaratdı. "Molla Nəsrəddin" bizim üçün təkcə böyük bir mədəni abidə deyil, həm də öz-özlüyündə təsviri sənət hadisəsidir. Mirzə Cəlilin yaratdığı dərginin səhifələrində oxucular baş rəssam Əzim Əzimzadənin ustalıqla yaratdığı karikaturalarla da tanış olmaq imkanı qazandılar. Ustad Əzim Əzimzadə sonralar Qəzənfər Xalıqov, İsmayıl Axundov kimi karikaturaçılarımızı bu jurnalın ətrafına toplaya bildi. O dövrdə "Molla Nəsrəddin"dən nümunə götürən "Arı", "Tuti", "Babayi-Əmir" və digər jurnallar da öz səhifələrində karikaturalara geniş yer verdilər. Etibar bəy, "Molla Nəsrəddin" təkcə siz jurnalistlərin deyil, biz karikaturaçılar üçün də böyük məktəbdir.
- Qamət bəy, öz aramızdı, sovet hökuməti siz karikaturaçıların kisəsindən getdi. O dövrdə bu sənətlə məşğul olanlar üçün geniş meydan yaranmışdı...
- Meydan deyəndə ki, sovet dövrünün ideoloji şablonları var idi və bütün sahələrdə, o cümlədən də mətbuatda həmin şablonlardan kənara çıxmaq asan məsələ deyildi. Amma sizin sözünüzdə müəyyən həqiqət də var. Məsələn, 1952-ci ildə "Kirpi" satirik jurnalı fəaliyyətə başladı. Azərbaycanda karikatura sənətinin inkişaf etdirilməsində bu jurnalın müstəsna rolu olub. "Kirpi" böyük bir karikaturaçılar nəslini oxucularla tanış etdi. Nəcəfqulu İsmayılov, Hüseyn Əliyev, Ziya Kərimbəyli, Pyotr Şandin, Vsevold Ternavski, Sadıq Şərifzadə, Arif Ələsgərov, Ələkbər Zeynalov, Adil Quliyev, Yavər Əsədov, Bulud Qasımov, Seyran Cəfərli, Hafiz Nəsiroğlu, Bayram Hüseynzadə, Vəfa İbrahimqızı, Nailə Salmanova və başqa çox istedadlı karikaturaçı rəssamlarımızın adını bu gün fəxrlə çəkə bilərik. Bir məsələni də oxucuların diqqətinə çatdırım ki, milli incəsənətimizə özünəməxsus töhfələr bəxş edən Mikayıl Abdullayev, Kazım Kazımzadə, Oqtay Sadıqzadə, Tahir Salahov kimi peşəkar boyakar rəssamlarımız öz yaradıcılıqlarında karikaturaya da yer veriblər.
"Kirpi"nin fəaliyyəti ilə bağlı danışarkən vurğulayım ki, mən özüm də ilk dəfə bu jurnalda çap olunmuşam. "Kirpi" 1983-cü ildə kənd məktəbində dərs deyən müəllimin karikaturasını dərc elədi və mənim mətbuata yolumu açdı. Özü də mən o dövrdə bu jurnaldan babat qonorar alırdım, "Kirpi"dən aldığım pul müəllim maaşımdan az olmurdu. Bu gün də həmin jurnalla sevə-sevə əməkdaşlıq edirəm. Jurnalın baş redaktoru Polad Qasımov "Kirpi"nin fəaliyyətini davam etdirmək üçün çox böyük zəhmət çəkir və buna görə Polad müəllimə minnətdarlığımı bildirirəm.
- Bu gün ölkədə xeyli sayda qəzet və jurnal çap olunur, hələ mən elektron medianı demirəm. Amma mətbuat səhifələrində karikaturalara çox nadir hallarda rast gəlinir...
- Ağrılı bir nöqtəyə toxundunuz. Təəssüf ki, indi qəzet və jurnal redaktorları, sayt rəhbərləri karikaturaçılarla əməkdaşlığa həvəsli görünmürlər. Duz, istiot, digər ədviyyatlar yeməyi necə dada gətirirsə, yaxşı çəkilmiş karikatura da materialın daha yaxşı oxunmasına yardımçı olur. Görünən odur ki, redaktorlar yazılara "duz-istiot" qatmaq istəmirlər... Başqa səbəblər də var, hər ikimiz onları yaxşı bildiyimizdən geniş açıqlamağa ehtiyac görmürəm.
- Söhbətimizin əvvəlində məlum karikatura olayına toxunduq. İndi dünyanın müxtəlif ölkələrində "Charlie Hebdo"ya qarşı etiraz aksiyaları keçirilir. Azərbaycanlı karikaturaçılar bir sərgi təşkil edib fransalı həmkarlarına narazılıq bildirə bilərlərmi?
- Çox gözəl təklifdir, özü də karikaturaçılarımızın buna yaradıcılıq potensialı imkan verir. Bizim Karikaturaçılar Birliyi 60-dan çox istedadlı rəssamı öz ətrafında birləşdirib, qısa müddət ərzində Dünya Karikatura Təşkilatları Federasiyasına (FECO) üzv olmuşuq. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq festivallarda və müsabiqələrdə uğurla iştirak etmişik. Sərgi təşkil edib necə deyərlər, fransalı həmkarlarımıza dərs verə bilərik. Amma bunun üçün xeyli təşkilati işlər görülməli, maliyyə məsələləri həll edilməlidir. Bütün bunlara isə biz karikaturaçıların gücü və imkanı yetmir.


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK