Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ONUN TIFAĞINI TİFMİ DAĞITDI, YOXSA, BAKI MEYVƏSİ? Adalet.az | ONUN TIFAĞINI TİFMİ DAĞITDI, YOXSA, BAKI MEYVƏSİ? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ONUN TIFAĞINI TİFMİ DAĞITDI, YOXSA, BAKI MEYVƏSİ?

("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)

14498    |   2008-12-31 00:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1920-ci ilin oktyabr ayının 17-də Moskvada vəfat etmiş amerikalı jurnalisti, görən nədən öz vətənində torpağa tapşırmadılar? 33 yaşlı gəncin cənazəsini ayın 23nə kimi qürbət ölkədə saxlamağın gerçək anlamı nəydi ? Məlumdur ki, belə hallarda ölüm faktının baş vermə səbəblərini dəqiq müəyyənləşdirmək üçün meyidi yarıb müayinə edirlər. Yoxsa tam əminliklə kim deyə bilərdi ki, Con Ridin dünyasını dəyişməsinə səbəb yuyulmamış Abşeron meyvələri oldu? Bəziləri də onun tifağını tif xəstəliyinin dağıtmasını söyləyirdilər. Bəlkə,1917ci il oktyabr hadisələrindən üç il sonra yeni hökumət, dövlət rəhbərləri, eləcə də Kominternin beynəlxalq təşkilat kimi fəaliyyəti barədə, əcnəbi jurnalistin fikirlərində, düşüncələrində, müəyyən dəyişiklik, ya da ziddiyyət yaranmışdı? Axı, siyasi baxışların dumanlananlara bu dünyada ayaq üstə qalmaq üçün fiziki sağlamlıq azlıq edir...
   
   
   
   * * *
   
   Con Rid Şərq xalqlarının I qurultayında iştirak etmək niyyətində deyildi. Moskvada oturub sevimli həyat yoldaşının yolunu gözləyirdi. Amerikalı kommunistə yaxşıca başa saldılar ki, Kominternin nümayəndəsi kimi, qurultayda iştirakı vacibdir. Rid soruşdu, bəlkə icazə verəsiz Luizanı qarşılayıb onunla bərabər Azərbaycana gedim. Əsla razı olmadılar. Çünki vətəndaş müharibəsi hələ bitməmişdi. Yollarda vəziyyət təhlükəli olduğundan normal sərnişin qatarıyla getmək çox da güvənli deyildi. Beləliklə, Con uzaq səfərə çıxan xanımının mənzil başına yetişməsini gözləməyib, məcburən zirehli qatara əyləşərək Bakıya yollandı. Luiza isə tələsmədən, təlaşlanmadan Sakit okeanı gəmi ilə sakitcə keçib, uzaq məsafəni artıq yarı eləmişdi. Stokholmdan ərinə xəbər göndərdi ki, bir neçə günə Murmanska, oradan da Peterburqa çatacaq. Qurultay məsələsi olmasa, Con sevgilisini yay fəslində gecələri bəyaz keçən şəhərdə qarşılayacaqdı. Qismətdən artıq kim yedi ki, amerikalı jurnalıstə də əlavə nəsə nəsib olaydı? Yeri məhvərindən oynadan bolşeviklərin bayrağı qırmızı olsa da, zəmanənin üzü qara idi. Düşmən ovuna çıxanlar qatqat çoxalmışdı. Sözün əsil mənasında ara qarışıb, məzhəb itmişdi. Xaricə gedişgəliş məhdudlaşdırılmışdı. Sərhəd keçid məntəqələrində yaranan növbələr hər ötən gün daha da artırdı. Bir balaca şübhəli görünən şəxsləri sorğusuala tutub incidirdilər. Odur ki, Con Xarici işlər komissarlığında çalışan yüksək vəzifəli tanışlarından xahiş etmişdi ki,Luiza Brayant adlı xanımla nəzakətlə davransınlar, əlavə problem yaratmasınlar. Moskvanın "Delovoy dvor" mehmanxanasında ona yer də ayırmışdı. Bütün bunlardan həyat yoldaşının xəbəri vardı. Özündən iki yaş böyük Luizaya ünvanlanan son məktublarından birində diqqətimi çəkən məqamı xüsusi vurğulamaq istəyirəm. Con yazır ki, mən tezliklə evə qayıtmalıyam. Bu ölkədən çıxmaq da çox çətindir, xüsusən qadın xeylağına. Ona görə çalışırdım səni xəbərdar edim ki, buralara gəlməyəsən, məni xaricdə (Avropa ölkələrini nəzərdə tuturduE.B.) gözləyəsən.
   
   Con Rid demək olar, bolşevik Rusiyasının "fəxri vətəndaşı" idi. Leninlə şəxsi tanışlığını, dəfələrlə təkbətək görüşdüklərini hamı bilirdi. Bolşevik inqilabını vəsf etmiş adamın üzünə rəsmi idarələrin laybalay qapıları hər zaman taybatay açılardı. Bəs, onda Luizanın Rusiyaya növbəti gəlişini niyə əngəlləmək istəyirdi? Yoxsa, Moskva daha onun ikinci vətəni deyildi? Bəlkə, amerikalı kommunistin həyat fəlsəfəsində, dünyaya baxışında, gəldiyi qənaətlərdə həqiqətən müəyyən dəyişikliklər baş vermişdi? Ola bilsin kimdənsə incik düşmüşdü, nigarançılıq hissi qəlbinə hakim kəsilmişdi. Axı, Kominternin İcraiyyə Komitəsində də son vaxtlar problemlər yaranmışdı. Karl Radek və Qriqori Zinovyevlə onun münasibətlərində mövcud gərginlik o çevrədə hamıya məlum idi. Bəziləri onu Rusiyanın brilyant və digər zinət əşyalarını qeyrileqal şəkildə Amerikaya daşımaqda, hətta öz məmləkətinin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlayırdılar. Dünyaya yayılan inqilab abıhavasından ruhlanan amerikalı kommunistlərin göz dikdiyi maddi yardımın vaxtında ünvanına yetişməməsi, Karl Radekin və Qriqori Zinovyevin fikrincə, Conun bağışlanmaz qəbahəti idi. Qəribədir, "Siz kimsiniz, mister Rid? " sualına hələ də tam aydınlıq gətirilməyib. Zaman ötdükcə üzə çıxan hər faktı, sirli mətləblərin ip ucunu ortaya qoyub yenidən müzakirə açsaq, xəmir çox su aparar. Yaxşısı budur, yenə xəyalən qayıdaq küləkli Bakının isti yay günlərinə.
   
   Bakıda keçirilən Şərq xalqlarının birinci qurultayı 1920ci il sentyabr ayının 1dən 8nə kimi davam etdi. Beynəlxalq tədbirə bir çox ölkədən nümayəndə toplaşmışdı. Conun əlində hazır yazılı mətn olsa da, söz alıb çıxış etmədi. Maraqlıdır, görən özü danışmaq istəmədi, yoxsa kürsüyə çıxmasına lüzum görmədilər? Bunu neçə tarixçidən soruşsam da, doğrudürüst cavab eşitmədim ki, sizə də çatdıram. Qurultay işini yekunlaşdırandan sonra Con Bakıda ləngimədi. Gəldiyi zirehli qatarla geri qayıdarkən, ən azından 34 gün yollarda itirdi. Amma, yenə macərasız ötüşmədi. Eşelon silahlı basqına məruz qalsa da qızıl ordunun döyüşçüləri düşmənə güc gəldi. Dəstə geri çəkilməyə başladı. Con bəlkə də içində yuva salmış inqilabi romantika qurdunu öldürmək üçün atlıların arxasınca xeyli güllə atdı.
   
   Luiza Brayant isə artıq bir həftədən çox idi, mehmanxanada oturub səbirsizliklə ərinin yolunu gözləyirdi. O, Con Ridin imzasını özündən öncə tanımışdı. Cəsarətli yazıları ilə şahanə gözəlliyə malik Luizanın qəlbinə girmək də ayrıca məharətdir, istedaddır, bəxtdir. Diş həkimi ilə evli olan gənc qadın əsl məhəbbətinə yalnız indi rast gəldiyini dərk edən gündən Conla yeni həyat qurmağa qərar verdi. Onlar birbirinə çox yaraşırdılar.
   
   Bakıdan böyük təəssüratla qayıdan Con Luiza üçün necə darıxdığından, onu daha tək qoymayacağından, yanından ayrılmayacağından danışırdı. Yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Heç gözlənilmədən Conun səhhətində ciddi problem yarandı. Sentyabrın 25də onu xəstəxanaya yerləşdirdilər. Həkimlər başının üstündən əskik olmasalar da vəziyyəti getdikcə pisləşirdi. Canını hansı azar aldığını özü də bilmədən amerikalı yazar dünyasını dəyişdi. Kominternə göndərilən rəsmi tibbi arayışda qeyd edilmişdi ki, Con Rid Bakıda yediyi yuyulmamış meyvələrdən zəhərlənib. Doğrudanmı ucuz Bakı meyvələri amerikalı qonağa həyatı bahasına başa gəldi? Heç soruşan oldu ki, meyidi nə zaman yardınız? Məhkəmətibbi ekspertizası aparıldımı? Kimlər bu əməliyyatda iştirak etdi? Kominternə göndərilən rəsmi arayış hansı faktlara əsaslanaraq hazırlandı? Göründüyü kimi, bu məsələdə qaranlıq məqamlar yetərincə var. Belə olan halda təbii ki, cəmiyyətdə əlavə suallar da doğacaqdı. Maraqlansaq görərik ki, o dövrdə görkəmli siyasi və ictimai xadimlər arasında baş verən qəfil ölüm hallarının əksəriyyəti indiyədək müəmmalı qalmaqdadır. Leninin, Stalinin, Kirovun, Nəriman Nərimanovun, Dzerjinskinin, Orconikidzenin, Krupskayanın, Frunzenin, Orconikidzenin axirət dünyasına göndəriş vəsiqəsinə kimlərin imza atdığı dəqiq məlum deyil. Mən bilmirəm, "Dünyanı sarsıdan on gün " əsəri, əslində nə dərəcədə dünya proletariatını sarsıtmışdı. Amma əminəm ki, bu kitab Stalinə heç də xoş təsir bağışlamadı. Con Rid və onun məşhur əsəri İliçin vəfatından sonra Sovetlərdə demək olar ki, tamamən unudulmuşdu. Stalin Mavzoleydə böyük müəlliminə qulaq yoldaşı olandan sonra kitabın və müəllifinin adı yenidən arasıra eşidilməyə başladı. Amerikalı jurnalistin Kobanın qəzəbinə tuş gəlməsinin səbəbi aydın idi: Con Rid yazılarında Stalini inqilabı hərəkatın rəhbərlərindən biri kimi təqdim etməmiş, Leninin ən yaxın silahdaşı kimi tarixə salmamışdı. Trotskidən isə mister Con öz əsərində geniş danışırdı. Bu səbəbdən iyirminci illərin ortalarında "Dünyanı sarsıdan on gün" kitabı ciddi tənqidə məruz qaldı. Bolşeviklərin təbliğattəşviqat mexanizmində istifadə edilən gündəlik siyasi ədəbiyyatın siyahısından çıxarıldı.
   
   Ərinin vaxtsız vəfatından sonra bir müddət Moskvada qalan Lui zanın çekist Yan Peterslə yaxın münasibətləri barədə də müəyyən dairələrdə sözsöhbət gəzirdi. Deyilənə görə, Yan ondan həm gözəl qadın, həm də qiymətli məlumat mənbəyi kimi faydalanırdı. Amma, xoş bir təsadüf onu Petersin caynağından qurtardı. Günlərin birində tale Luizanı milyoner Bullitlə görüşdürdü. Həm ağlı və biliyi, həm yetərincə sərvəti və bəxti olan Vilyam təbiətcə əhlikef adam idi. Eyşişrəti, gözəl qadınlarla əylənməyi xoşlardı. Onun həyat fəlsəfəsi belə idi ki, heç vaxt heç kimdən heç nə xahiş etmə, xüsusən də özündən güclülərdən. Sakitcə səbr et, zamanı yetişəndə nə lazımsa, özləri sənə təklif edəcək, hər şeyi könüllü verəcəklər. Bəlkə də haqlı idi. Bu məntiqin işığına yol gedən Vilyam günün birində Amerika Birləşmiş Ştatlarının Sovetlərdə ilk səfiri təyin ediləcəkdi. Gələyin böyük elçisi keçmiş xanımı ilə rəsmən boşanandan sonra Con Ridin dul qalmış qadını ilə bir yastığa baş qoydu. 1924cü ildə onlar rəsmən kəbin kəsdirdilər. Allah övlad payını da onlardan əsirgəmədi. Dünyanın qəribə işləri nə tükənər, nə bitər. Yeniyetmə çağlarında Vilyamın həyatda özünə ideal seçdiyi qəhrəman məhz Con Rid olub. O, nə vaxtsa Rid kimi, səsinin, sorağının dünyanın qaynar nöqtələrindən gəlməsini arzulayırdı. Heç təsəvvür etməzdi ki, günün birində Conun sevdalı xanımına havadarlıq edəcək, daha dəqiq desək, onunla ailə quracaq və bu izdivac 6 il sürəcək. Luizanın gözəlliyi ilə bərabər özəllikləri də çox idi. O da "azaz uydururdu, yeri gələndə". Bolşeviklərin arasında yaşanan günlərin xatirəsini "Rusiyada keçirdiyim altı qırmızı ay" kitabında qələmə almışdı.
   
   1917ci ildə ruslar 300 illik Romanovlar sülaləsini devirəndə, bu dövlətin gələcəyinə hər kəs şübhə ilə yanaşırdı. Həmin il Amerika prezidenti Vudro Vilson Bulliti Dövlət katibinin müavini təyin etmişdi. 1919cu ilin fevralında prezident onu xüsusi missiya ilə Moskvaya göndərdi. Vilyama vəziyyəti yerində öyrənib, bolşevik hökumətinə etimad göstərilməsinin nə dərəcədə məqsədəuyğun olması barədə arayış hazırlamaq tapşırılmışdı. Moskvada Bullit xarici işlər komissarlığında oldu, digər qurumlarda müxtəlif səviyyələrdə görüşlər keçirdi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr apardı. Vladimir İliçlə söhbətdə qeyrirəsmi də olsa, öz prezidentinin, eləcə də Böyük Britaniyanın Baş naziri Lloyd Corcun mövqeyini ifadə etdi. Sülh müqaviləsi bağlanması ilə bağlı Antanta hərbi ittifaqı rəhbərliyinin təkliflərini prinsip etibarı ilə məqbul sayan Lenin qeydlərini Bullitə söylədi və Kremlin mövqeyinin olduğu kimi qarşı tərəfə çatdırılacağına ümid bəslədiyini bildirdi. Səfərini başa vurub geri qayıdan Bullit Ağ evin sahibinə Leninlə danışıqlarının nəticəsini çatdırdı. Rusiyanın rəsmən tanınmasının ABŞ üçün məqsədəuyğun olduğunu xüsusi vurğuladı. Fəqət onun gəldiyi qənaəti diqqətlə dinləsələr də, diqqətə almadılar. Vəziyyəti belə görən diplomat az sonra dövlət qulluğundan istefa verdi. Franklin Ruzvelt hakimiyyətə gələndə onu yenidən Ağ evə dəvət etdilər. O, dövlət katibinin xüsusi köməkçisi təyin olundu. Həmin ilin noyabrında Amerika SSRİni rəsmən tanıdı və Bullit SSRİyə səfir göndərildi. Yazılanlara inansaq, ilk fövqəladə səfir ilk fürsətdə Qızıl meydanda Con Ridin qəbrini ziyarət etmiş, məzarı önünə tər çiçəklər qoymuşdu. İki il sonra Vilyamı Fransaya səfir göndərdilər. Maraqlıdır ki, faşistlər bu ölkəni zəbt edəndə Bullit könüllü olaraq general De Qolun komandanlığı altında gedən müqavimət hərəkatına qoşulur və qanlı döyüşlərdə iştirak edir. O, 1967ci ildə 78 yaşında ikən bu dünyaya "əlvida" deyib .
   
   Biz söhbətin məcrasını bir qədər dəyişib, Con Ridi sarsıdan hadisələrdən, onun ömrünün son günlərindən danışdıq. Amma, bu o demək deyil ki, Kler Şeridanın hekayəsini unutduq, yaxud yarımçıq kəsdik, əsla. Nəhayət, Lev Borisoviç Kamenev Şeredanla bağlı əsas məsələni ən üst səviyyədə həll edə bildi. Studiya çalışmalarını aparmaq üçün Kremldə xanıma otaq ayrıldı. Kler ilham pərisini köməyə çağırıb, bolşevik liderləri ilə saatlarla başbaşa qalmağa, yorulmadan yaradıcılıqla məşğul olmağa tam hazır idi. O, belə yüksək şərəfə nail olan ilk yabançı heykəltəraş olduğundan qürur duyurdu. Zarafat deyil, o dövrdə adı hər kəsin dilində əzbər olan kişilər onun qarşısında natura kimi saatlarla oturacaqdı. Qısqanc bacısı Olqadan fərqli olaraq, Lev Trotski ledi Şeridanla görüşəndə gözləri qızmış şir görkəmi almayacaqdı. Əksinə, bu vəziyyətdə Lev daha çox sahibinin tumar çəkməsini gözləyən məzlum pişiyə bənzəyəcəkdi. Şeridan Kremlin qırmızı ulduzları ilə görüşlərindən aldığı əvəzsiz təəssüratı gün gələcək, böyük səxavətlə oxucuları ilə bölüşəcəkdi...
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK