hacklink Adalet.az | DEYƏN DÜNYA QIZIŞIR... Adalet.az | DEYƏN DÜNYA QIZIŞIR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DEYƏN DÜNYA QIZIŞIR...

16587    |   2008-11-22 02:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir qəzetdə oxudum ki, dünyada qlobal istiləşmə ilə bağlı yenə beynəlxalq konfrans keçir. Axı, hərarət artsa, buzlaqlar əriməyə başlasa, su altında qalma təhlükəsi reallaşar. Bu bəla gəlməmişdən fəlakətin önünü almaq üçün alimlər elə hey yığışıb fikir mübadiləsi aparırlar, vəziyyətdən çıxış yolları axtarıb tapmağa çalışırlar. Məsələ getdikcə, deyəsən ciddiləşir. Alimlər tam baş aça bilmirlər ki, havalar nədən isinir. Bİr yandan ekoloji vəziyyət mürəkkəbləşir. Yeni nüvə silahları sınaqdan çıxarılır. Kosmik tullantılar fəzanın bakirəliyini pozur. Heç kim düşünmür ki, yer üzünü bürüyən yalan, böhtan, şər əməllər də atmosferi kimyəvi, bioloji, bakterioloji tullantılardan az zəhərləmir. Qəzəbindən qaynayan insanların əsəb gərginliyi də qlobal istiləşməyə təsir edir. Haq-sız-lıqdan, ehtiyacdan, işsizlikdən aclıqdan gərilən əsəblər bəlkə bir atom stansiyasından daha güclü partlayış törədə bilər. Mən çox istərdim ki, bir beynəlxalq forum da kürəsəl mənəviyyat buzlaşması təhlükəsi ilə bağlı keçirilsin. Gözümüzün önündə kütləvi biganəlik halları getdikcə artır, cəmiyyətdə sosial ədalət prinsipinə söykənən birgə yaşayış qaydaları anlayışı gündəmdən çıxarılır. Yalnız cənazə törənlərində, mağarlarda bir araya gəlirik. Orda da yeyib içib, ordan-burdan söhbətləşib dağılışırıq. Ölənə bunun isti-soyuğu yoxdur. Məsələ qalanlara bağlıdır Ölən öldü, vay qalanın halına. Şair demiş "dəstədən geridə qalmamaq üçün" nə qədər dəridən-qabıqdan çıxanlar olur bu mərasimlərdə. Mağarlar da siniflənib : birinci, ikinci, üçüncü növ olub. Onlar da üç rəqəmli qiymətlərlə kiralanır. Kənardan ba-xan-da rəhmətliyin yaxınlarının sosial durumunu müəyyən etmək çətin deyil. Matəm mərasimlərində verilən dəbdəbəli qonaqlıqların ehsanla nə əla-qəsi? Bəhsəbəs davam etsə, bu sahədə daha böyük "nailiyyətlər" qazanılacaq. Adətən, toylarda səs gücləndiricilərin gurultusundan beyinlər silkələnirdi. İndi mağarlarda mollalar da mikrafona danışır. Molla öz proqramı üzrə işləyir. Məclis əhli mənasını anlamadığı sözlərə uzun-uzadı qulaq asa bilmədiyindən yanında əyləşənlərlə şirin söhbətindədir. Mərhumların ruhunun hüzn-kədər ortamından məhrum şəraitdə yad edilməsi nə dərə-cə-də doğrudur? Yenə "dəstədən geridə qalmamaq üçün", qonum-qonşu yanında " üzü qara " olmamaq üçün imkanı çatmayan da ye-məkli, meyvəli, şirniyyatlı, lələ-güləli ehsan süfrəsi açıb özünə cəbr edəndə, əzizlərinin ruhunu yox, məclis əhlini əzizləyir. Şəhərin dar küçələrində hər gün neçə yerdə mağarların qurulduğunu görüb yolumuzu dəyişməli oluruq. Sürücü nə bilsin ki, yol kəsilib? Xüsusən, cümə axşamlarında yollarda mağarların sayı artır. Bu səbəbdən tıxaclar bir az da çoxalır. Tikinti aparan bə-zi şirkətlər yolkəsənliklə məşğuldur. Asfaltın bağrını yaran su, qaz, kana-li-zasiya xətlərinin vaxtsız-vədəsiz çəkilişi və ya təmiri də sürücülərə, piyadalara əlavə problem yaradır. Bütün bunlar mərkəzə doğru sıxlaşan şəhərin getdikcə darlaşan küçələrində hərəkəti çətinləşdirir. Vətəndaş haqlı olaraq gileylənir. La-kin, nəzərə alın ki, ən böyük tıxac küçələrdə deyil, beyinlərdədir. Maşın sürər-kən yol-hərəkət qaydalarını de-mi-rəm, heç olmasa ele-mentar nəzakət qaydalarını kim gözləyir? Elə bil yolda deyil, döyüş meydanındayıq. Qarşıdan gələn də eloğlumuz yox, rəqi-bi-mizdir. Yanından ötən, arxanca şütüyən qan düşmənindir. Nəbadə ona yol verəsən, ha. Bu, zəiflik əlaməti kimi mənalandırılar. Elə zənn edərlər ki, kimdənsə, nədənsə çəkindin arxasızsan, adamsızsan. Axı sükan arxasında "Həsən ağanın qohumları" çoxdur. Məgər bilmirsən ki, yolda üstünlük onlarındır? İstər on nəzarət kamerası quraşdırsınlar magistrallarda, nə olsun? Kamera arxasında oturan məgər adam deyil? Məgər o, Həsən ağadan çəkinmir? Birdən qulağına gedib çatar ki, kimsə həddini aşır, böyük-kiçiyə məhəl qoymur. Bu kimin xoşuna gələr? Kim bunu tabeliyində olanlara bağışlayır ki, bizim "Həsən ağa"larımız da kiminsə, nəyinsə xətrinə kiməsə, nəyisə bağışlasın? İndi gəl baş aç bu müəmmalardan. Rapotr verirlər ki, filan istiqamətdə yol çekilib. Sevincək olub sən də yola çıxırsan, görürsən ki, artıq bir hissəsi çöküb, ya da yenidən təmir aparılır. Nə yaxşı ki, yeni körpülər salınır, beton yollar çəkilir, dağılan asfalt örtüklər təzələnir. Bəs, lyukların qapağını normal şəkildə qoymağı nə vaxt öyrənəcəyik? Niyə onun üzərindən keçəndə sanki çalaya düşmüş oluruq? Şükr eləməliyik ki, çox yerdə onun üstünün qapağı var. Yoxsa, dərdimiz daha böyük olardı. Aylarla ağzı açıq kommunal qovşaqlar böyük qonaqpərvərlik göstərərək neçə maşın sahibini ağuşuna alıb "bəxtəvər" edəndən sonra onlar həftələrlə profi-lak-toriyalara mehman olublar. Qapaqları da oğurlayıb metal qırıntısı kimi satanlar var. Kaş cəza olaraq onların özünü bu çalaya salaydılar. Elektrik naqillərini kəsib doğrayıb satan-lar da məlumdur. Kaş onları qışın soyuğunda bir necə gün işıqsız, sobasız otaqda saxlayalar. Hələliksə bütün bu özbaşınalıqlardan zərər çəkən sıravi vətəndaşdır.
   
   Memari dəyəri və inşaat keyfiyyətinə görə Bakıda yeni tikilən binaların əksəriyyətinin aşağı səviyyəli olmasına baxmayaraq, mənzillərin qiymətləri olduqca bahadır. Şəhərin mərkəzi hissələrində bir kvadrat metr mənzil üçün azı 1800 manat istənilir. Yer var ki qiymət 3000 manata qədər yüksəlir. Görünür alan olmasa, satan da olmazdı. Amma bir çox yerlərdə məsələn, Dünyada alandan əvvəl satan var. Özü də satanın alıcının qarşısında öhdəliyi var. Yəni, tikintinin başlama və bitmə tarixləri əvvəlcədən müəyyən edilir. Ayrıca ödəniş cədvəli tutulur. Amma, bina təhvil verilməyincə tikinti şirkəti bank hesabına yatırılan pula toxuna bilmir. Yalnız bina mənzil sahiblərinə təhvil veriləndən sonra sahibkar o pullara toxuna bilər. Bakıda bu məsələ də yerli şəraitə uyğunlaşdırılıb. Binalar camaatın puluyla tikilsə də insanların marağını nəzərə alan tapılmır. Pulunu ödəyib tikintinin başa çatmasını illərlə gözləyənlərin səbri tükənəndə istifadəyə verilməyən binaya köçüb, isidilməyən mənzildə bir təhər yaşamalı olur. Niyə belə olmalıdır? Order yaşayış sahəsinə görə verilirsə, ödəniş haqqı niyə ümumi sahəni əks etdirməlidir? Yeni tikilən binalara icazə verən, nəzarət edən görün nə qədər təşkilat var. Bu məsələdə hərənin öz marağı var, hamısı da nəzərə alınır, yalnız mənzil sahiblərindən başqa. Bəlkə, Bakının baş planı təsdiq olunana kimi şəhərdə hündür binaların tikintisi dayandırılsın? Ax, şəhər daxilində xaotik şəkildə aparılan inşaat işləri bu minvalla davam edərsə, gələcəkdə yolları genişləndirmək, yenilərini çəkmək müm-kün olmayacaq. Olsa da çox müşkül olacaq.
   
   Əvvəllər kimə yaşayış binasının birinci mərtəbəsində mənzil payı düşsəydi qəm dəryasına batardı. İndi birinci mərtəbələr qiymətli obyektdir. Birinci mərtəbədə kimin mənzili varsa, indi böyük sərvət sahibidir. Yaşadığı mənzili dükan-bacaya çevirib həyatını dadlandıra bilər. Bakıda alt mərtəbələrdə qiymətlər ağlasığmaz dərəcədə yüksəkdir. Bir kvadrat metr üçün mərkəzdə orta qiymət 6000 (altı min) manatdır. Dünyanın inkişaf etmiş çox ölkəsini bu sahədə qabaqlamışıq. Daha bir paradoks: yeni tikilən binalarda baha qiymətə mənzil alan vətəndaş maşınını harada saxlamalıdır? Yəqin ki, bunu üçün müəyyən olunmuş həyətyanı sahədə, yaxud binanın alt qatında avtomobillər üçün nəzərdə tutulan dayanacaqda. Bakıda tikilən yeni binaların çoxunun ümumiyyətlə həyəti yoxdur və ya həyətyanı sahəsi çox kiçikdir. Heç bir normativə uyğun gəlməyən bu hal da mövcud reallıqdır. Alt qatlarda maşınların dayanacağı üçün ümumi yerlərin qaraj adıyla sakinlərə baha qiymətə satılması da acı həqiqətdir. Bir maşın sığanacağı üçün 25 min manat istə-yir-lər. Bazar iqtisadiyyatı olanda nə olar? Qapısı, arakəsmə divarı ol-mayan 18 kvadrat metrlik yerə görə bu qədər pul istəmək özü abırsızlıqdır. Bu cür ağlasığmaz məntiqə, yolverilməz soy-ğun-çu-luğa rəvac verən kimlərdir? Hər kvad-rat metrinə min manatdan yu-xarı pul ödəyən vətəndaş öz həyə-tin-də şəxsi ma-şı-nını saxlamaq üçün əlavə 25.000 manat niyə ödəməlidir? Hər mənzil sahibinin haqqıdır ki, yaşadığı binanın altındakı dayana-caq-da şəxsi nəqliyyat vasitəsini saxlasın. İnsaf deyilən şey qal-madımı bu aləmdə? Yadınızda varsa qara pərdələr və örtüklər bir şəhərdə həftəyə təmizləndi. Bir gün bu haqsızlığa da son qoyulacaq. Əgər sözümüz Prezidentə çatsa.
   
   Keçid dövrü keçdi artıq. Xalqın qaymağı deyib, simasından yalnız siyirməsinin pulla dolu olduğu bəlli olan adamları, qolu zorluları, nə vaxtsa bir faydalı iş görsə də artıq çoxdan fikri-zikri müflislə-şənləri, mitinq, mikrafon azarkeşlərini xalqın qaymağı kimi tanıtmaq olmaz. Bu xalq heç vaxt vaxtında qiymətini almayan ziyalıları tanınır. Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, Məhəmməd Hadini, Hüseyn Cavidi, Mikayıl Müşfiqi xatırlayın. Kütləvi informasiya vasitələrində onları əməlli-başlı tanıdaq ki, ziyalı işığına yığışanların sayı artsın. Giley-güzarla, daim kimdənsə nəsə ummaqla irəliləyiş ol-maz. Sağ olanların əbədi var olanlar siyahısına düşməmişdən də qədrini bilək. Milçəkdən fil düzəltməyin özü də böyük "məharətdir". Təəssüf ki, bu cür "məharət" sahiblərindən də boluq. Belə "mütəxəssislərin" üzünə qapı-lar nə qədər tez bağlansa yaxşı olar. Bəs, qapılar taybatay kimin üzünə açılmalıdır? Qapı açmaq səla-hiy-yətinin səndə olduğunu bilsəm, məmnuniyyətlə de-yərdim. Nə yazıq ki, təzə binaların altında qaraj adına satılan dayanacaq yerləri kimi sənin də qapın yoxdur... Olmayan qapını necə açmağı bilməyinin faydası varmı?


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK