ANA SƏHİFƏ / YAZARLAR

Yoldan çəkilənlərin şərqisi

Bu mahnının şou-biznes aləmindəki dartışmalarla heç bir bağlılığı yoxdu, lazım gəlsə, and da içə bilərəm

20123    |   2008-11-08 00:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Metroya minməlimi, yoxsa, minməməlimi" yanıltmacına yəqin indi heç kimin repertuarında yer yoxdu. Bakının bəzi kəllə-mayallaq işlərini görməmək üçün ən yaxşı yer elə metrodu ki, var. Metro naziri Tağı Əhmədov demişkən, burcutmağın nə mənası? Kiminsə paytaxtın küçələrindəki tıxaclarda tər tökmək, əsəb xəstəliyi qazanmaq, qızıldan qiymətli vaxtı payız küləyinə xərcləmək marağı varsa, bu başqa məsələ.
   
   Dünyanın belə qarışıq zamanında ən ucuz qiymətə səni Bakının bu başından o başınacan heç doğma qardaşın da aparmaz. Bəlkə də ildə bir dəfə aparar, amma o qədər deyinər ki, doğulmağa peşman olarsan. Bakı metrosunda çalışanlarsa heç səslərini çıxarmırlar. Bir göz qırpımında səni 6-cı mikrorayondan Əhmədliyə aparırlar. Hər stansiyaya çatanda vaqonda sənin üçün mahnı da səsləndirirlər.
   
   O gün öz qulaqlarımla eşitdim, hörmətli Tağı müəllim Əhmədov dedi ki, Bakıda hər il bir yeni metro stansiyası təhvil veriləcək. Badamdara, Xırdalana, Biləcəriyə, hətta Sumqayıta da metroyla gedib-gələcəyik. Bəsdi, Bakının altından ancaq neft çıxdığı yetər. Onsuz da son günlər neftin dünya bazarında xətir-hörməti qalmayıb. Qoy bundan sonra yerin altından metro qatarları çıxsın. Bakının üstündə itirdiklərimizi heç olmasa, başkəndimizin alt hissəsində tapaq.
   
   Bütün gözəllər kimi yaraşıqlı Bakı Metropoliteninin də bir eybi var. Hansı stansiyaya düşürsən, bələdçi xanım "Yoldan çəkilin!" - deyib haray çəkir, sərnişinlərə göz ağardır.
   
   Hər gün bu sözü eşidəndə elə bil başıma qaynar su tökürlər.
   
   Birincisi, bələdçi xanım, biz qatarın yolunda durmamışıq, onun hərəkətinə mane olmuruq. Qatar nə zaman gəlib keçmək istədi, biz qoymadıq? İkincisi isə tamam başqa söhbətdi. Bu məsələdə deyərdim ki, bir qədər siyasi çalar var. Əfəndilər, xanımlar, biz bütün yollardan çəkilmişik! Özü də lap çoxdan. Halımızı görmürsüz? Üst-başımıza baxanda cinin şəkəri qalxır. Bizə yaşamağa nədi, heç ölməyə də topraq vermirlər. Dədə-baba topraqlarımızı ermənilərdən geri ala bilmərik, yolları minalayıblar. Xarici dil bilmədiyimizdən danışıqlar masası arxasında ayaqüstə durmağa belə icazəmiz yoxdu. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bahalı ətirli sifətlərinə həftənin müəyyən günləri yalnız gülə bilərik. Seçilməyi başa düşdük, bizlik deyil. Seçmək hüququmuzu da sel aparıb. Yaxşı vəzifəni heç yuxuda görmək bizim bəxtimizə yazılmayıb, uşaq bağçasında anbardar postu çoxdan tutulub. Zibili atan, daşıyan, ondan qazanan da məlum. Nə haqqımız var ki, nəhəng biznesə tərəf göz ataq, kibrit satmağa isə rəsmi icazəmiz yoxdu.
   
   Yoldan daha tez çəkilək deyə əvəzimizdən fikirləşirlər, yazırlar, oxuyurlar, mahnı ifa edirlər, təbii görünmək üçün arada muğam boğazları edir, qol götürüb oynayırlar da. Bütün bu vur-çatlasına kənardan tamaşa etməyin hüququ da tam bizdə deyil, hərdən baxa bilərik.
   
   Əfəndilər, xanımlar, yerin altına düşüb ən ucuz nəqliyyat növündən yararlandığımız üçün bizi peşman etməyin. Hər gün bir neçə dəfə "Yoldan çəkilin!" - deyə üstümüzə qışqırmayın. Biz bütün yollardan çəkilmişik.
   
   Özü də lap çoxdan.
   
   Barı qatarın yolunda durmağa imkan verin...
   
   


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK