deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Məhləmizdə su və mahnı festivalı Adalet.az | Məhləmizdə su və mahnı festivalı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Məhləmizdə su və mahnı festivalı

Kuzəni gözəllərin əlindən alan kişilərin nəvələri indi qadınların çantasından mobil telefon oğurlayır

29223    |   2008-11-01 01:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məhləmizə söz ola bilməz. Keçmiş zamanların məşhur meyxanasında deyildiyi kimi
   
   
   
   Məhlə bizim məhlədi,
   
   Ermənilər xəstədi.
   
   
   
   Yazıq ermənilər qoy öz yerlərində qalsınlar, onlarla nə işimiz? Onsuz da ermənilər bizdən qorxur. Yaxşısı budu yığışıb başqa məsələlərdən danışaq. O gün bütün xoşbəxt azərbaycanlılar kimi işdən evə qayıdırdım. Nə görsəm yaxşıdı? Məhlədə bir qələbəlik var, gəl görəsən. Məmə deyəndən Xan kababı yeyənəcən hamı əlində vedrə üzü aşağı gəlir. Əvvəl elə bildim populyar Hollivud rejissorlarından kimsə növbəti dəfə "Oskar" almaq, keçmiş arvadına aliment borcunu qaytarmaq üçün bizim məhlədə təzə kino çəkir. Sonra gördüm ki, yox, vəziyyət başqadı. Mahnı mahnıya qarışıb. Bəziləri gənc müğənni Ayazın ifasında dillərə düşən, şou-biznesdə əməllicə müzakirə mövzusuna çevrilən "Almalarınla" mahnısının sözlərini dəyişib oxuyur:
   
   
   
   Vedrələrinlə, vedrələrinlə,
   
   Ürəyimi yandırdın, vedrələrinlə
   
   
   
   
   
   Məhləmizdəki qonşular arasında xalq mahnısı oxuyanlar da vardı, düzdü, onların səsi bir qədər zəif gəlirdi
   
   
   
   Sudan gələn sürməli qız,
   
   Çox incidir kuzə səni.
   
   Elə naz ilə gəlirsən,
   
   Aparırlar bizə səni.
   
   
   
   Bu mahnını eşidən kimi barmağımı dişlədim. Dedim yəqin məhləmizdə mahnı festivalı təşkil olunub. Mahnı mahnıya qarışandan sonra nəhayət ki, işin nə yerdə olduğunu öyrəndim. Nə Hollivud, nə film, nə mahnı, nə festival? Sadəcə, məhləmizdə su gəlmirmiş... Mən də elə bilirdim qonşularımız kefdən oxuyur.
   
   Suyun məhləmizdən qaçaq düşdüyünü öyrənincə qanım qaraldı. Çünki susuz məhlə nəğməkar-şair Vüqar Əhmədin şeirləri kimi bir şeydi. Bu məsələnin bədii tərəfi. Problemə siyasi cəhətdən yanaşanda isə belə yazmaq olar - Suzuz məhlə prezidentsiz "Ağ Ev" kimidi.
   
   Gecədən xeyli keçməsinə baxmayaraq, məhləmizdən boş vedrə səsi, mahnı sədası əskik olmadı. Ürəyim bir anlıq dağa döndü. Necə də sevinməyəsən? Beş-altı il əvvəl yarımca saat susuz qalan qonşularımız bütün Bakını bir-birinə vururdu. Söyüşün, qarğışın biri 30 qəpikdən olurdu. Mahnı kimin yadına düşürdü? Hamı əlinə yabadan, baltadan götürüb gedirdi düz Su Nazirliyinin qarşısına. Nazirliyin qabağında çadır quran kim, kabab çəkən kim... Artıq zaman dəyişib. İnkişaf göz qabağındadı. İndi piket eləmək istəyənə bizim qonşular tərs baxır. Suyun gəlmir, kef elə, mahnı oxu. Avropa standartları nəhayət bizim məhləyə də gəlməkdədi.
   
   Düzdü, Avropa standartlarını tam mənimsəyə bilməmişik. Bəzi sahələrdə problemlərimiz hələ də qalır. Bayaq yazdığım kimi babalarımız "Kuzəni əlindən allam"-deyib su gətirən gözəllərə kömək edir, onların qayğısına qalırdılar. Amma həmin igid kişilərin nəvələri indi bir göz qırpımında avtobusda, metroda xanımların mobil telefonlarını oxurlayır, üstündən də yuxu dərmanı qatılan araq içir.
   
   Xaraktercə nikbin adamam, yəqin ki, məhləmizdə xırda-para qüsurlar aradan qalxacaq. Fil balası da yavaş-yavaş böyüyüb fil olur. Sulu təpə birdən -birə tikilməyib ki...
   
   


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK