ANA SƏHİFƏ / YAZARLAR

Amerikanın əli aşağıdı

Pulsuzluqdan Buşun başı ağrıyır

19926    |   2008-10-04 01:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Buş indi bildi ki, kasıb nələr çəkir. Necə deyərlər, başına gələn saatsaz olar. Gərək heç vaxt əlin aşağı olmasın. Elə ki, əlin aşağı oldu, qonum-qonşu adamdan yan gəzir, Konqres üzvləri sənin quruca salamını almaq istəmir, bütün günü nə qədər telefon açırsan Bin Laden sənin zənginə cavab vermir, it onun qabağına qoyduğun toyuq paştetinə gözünün ucuyla da baxmır, oğlunu pullu vəzifəyə təyin etdiyin şair sənə həsr etdiyi poemanı başqasına sırıyır. Allahın Əzrayılı da kasıbı qıyğacı baxışlarla süzür.
   
   Həmişə bərk getməkdən tərləyən Amerika indi çətin duruma düşüb. Bu dəfə əli aşağı olduğundan tərləyir. İran prezidenti bu yerdə deyib ki, gülmə qonşuna, gələr Buşuva! ABŞ-da vəziyyət gürcücədi. Deyilənə görə, Amerikadakı həmkarlarımız əllərinə mikrofon alıb küçələrdə sorğu keçiriblər. On minə yaxın itdən soruşublar, görüblər ki, yiyəsini tanımır. Birjalarda aləm bir-birinə dəyib, İraqdakı ABŞ ordusunun əsgərləri komandirlərinin üzünə ağ olur. Deyəsən, Amerikanı Səddam Hüseynin ahı tutub, ya da Bin Laden Buşa qarğış edib.
   
   Son günlər Buşun qayğılı gözlərini televizorun ekranından seyr edəndə, şəkillərini qəzetlərdə görəndə 10 il öncə rastlaşdığım bir hadisə yadıma düşür. Söz vaxtına çəkər, oktyabrın 5-i və ya 6-sı olardı. Məmməd Əmin Rəsulzadənin heykəli qoyulacaq bağdakı oturacaqların yanında dayanıb dostumla söhbətləşirdim. O zamanlar dostum məşhur deyildi, tramvay parkında çilingər işləyirdi. Özü də növbətçi çilingər, bütün günü gözləyirdi ki, çilingərlərdən biri xəstələnsin, onu da tramvayın təkərlərinə yaxın buraxsınlar. Amma indi sutkanın 18 saatını telekanallardan düşmür, politoloq kimi dünyanın gərdişini camaata izah edir. Zalım uşağı, elə bil çörəyini də canlı yayımda yeyir. Nə isə, şair dostumuz Baba Vəziroğlu demişkən, gəl qayıdaq o günlərə...
   
   Qalmışdıq oturacağın qənşərində. Dostum dedi ki, oğul Buş ABŞ-ın prezidenti olsa, Amerikanı maliyyə böhranı gözləyir. İndiki kimi yadımdadı, dostum Buşun Konqresə əl açacağını, Konqres üzvlərinin onun xahişini yerə salacağını da deyirdi. Televizorda hər dəfə Buşun qayğılı gözlərini gördükcə dostumun 10 il əvvəlki sözlərini xatırlayıram. Deyirəm əsl zamanıdı, adamın pulu ola, xahişlə Ceyhun Musaoğlunu göndərə Amerikaya. Ceyhun da Ağ Evdə Corc Buşu tuta sual yağışına...
   
   Ötənlərin növbətçi çilingəri, zəmanəmizin görkəmli politoloqu sayılan dostumun sözlərini xatırladıqca xəyalım məni daha uzaq illərə aparır. Orta məktəbdə işimiz-gücümüz ac-yalavac Efiopiya, Kampuçiya, Laos xalqına yardım toplamaq idi. Nə gəldi yığırdıq, palıd qozası, boş şüşə qablar, paslı dəmir qalıqları, nə bilim daha nələr, təki kasıb efiyopiyalılar acından ölməsin.
   
   Köməkləşib həmin ac-yalavac ölkələri ayağa qaldırdıq. Amma indi də Amerika yekəlikdə dövlət maliyyə böhranı keçirir. Vəziyyətdən çıxış yolu axtarmaqdan Buşun başı ağrayır. Deyirəm bəlkə yenə məktəb uşaqları palıd qozasından, boş şüşə qabdan toplayıb okeanın o tayına göndərsinlər. Təki Amerikanın əli aşağı düşməsin...


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK