deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | TƏSƏLLİ Adalet.az | TƏSƏLLİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TƏSƏLLİ

23786    |   2008-09-20 02:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O gün iş yoldaşım qışda mağazada aldadılmağından danışırdı. Boğazlı çəkmə almışdım, bir həftə geyinə bilmədim- dağılıb getdi, deyirdi... Mən də sanki onu sakitləşdirməkçin: bizi harda aldatmırlar ki, dedim, hər addımbaşı hamı bizi aldadır - daha doğrusu, hamımız bir-birimizi aldadırıq...
   Ayağını evdən bayıra qoymağın kifayətdi ki, yalanlarla üzləşəsən. Məsələn, minbir əziyyətlə qazandığımız pulun nəyə, necə xərcləndiyini bilmirik. Satıcılar nə ərzağın, nə də pal-paltarın əsl qiymətini, keyfiyyətini doğru-dürüst demirlər. Bizsə almağa məcburuq. Nə ac qalmaq, nə də ayaqyalın, başıaçıq gəzmək mümkün deyil, axı. Üstəlik, bir az da özünə baxan, geyim-keciminə fikir verən olsan, işin lap müşkül olur. Müəyyən müddətdən sonra xəbər tutursan ki, inandığın, özünə yaxın bildiyin mal sahibi tərəfindən belə aldadılmısan. Hər şey bəxtəbəxtdi sanki. Etiraz edəndə də deyirlər ki, bəxtinə çıxan budu. O qədər nizamsız, plansız yaşayırıq ki, " tale", "qismət" sözləri dilimizdən düşmür.
   Dərzi də, bərbər də, saç ustası da, kosmetoloq da bizi aldadır. Qapıdan girən kimi ağlamağa başlayırlar: bahalıqdı, qiymətlər gündən-günə qalxır, hər şeyi güclə tapırıq. Odekolonu, dezodorantı, pudranı, pomadanı, saç, dırnaq boyalarını guya xüsusi firmalardan götürürlər və s. və i.a. Nə edəsən, dönüb geri qayıtmaq da arına gəlir. Adama cibinin boşalmasından çox aldadılması ağır gəlir. Bir kəsdən səmimiyyət görmürsən, ürək söhbəti eşitmirsən. Dərdini, ehtiyacını içində boğmalı olursan.
   
   ***
   
   Hələ kommunal təsərrüfatların işçiləri... Su, kanalizasiya, işıq, qaz pulu yığanlar bütün ailələrin ən arzuolunmaz, çağırılmamış qonaqlarıdı. Aldığın maaşı qətiyyən ürəyin istəyən şeylərə xərcləyə bilmirsən. Necə verirlərsə, elə də tutub əlindən alırlar, qalırsan baxa-baxa. Növbəti ayın ilk ongünlüyündə cibində qəpik-quruşdan başqa heç nə qalmır. Nəzarətçilərə deyirəm ki, siz gəlməsəniz də olar, pulu özüm idarənizin bankdakı hesabına köçürərəm. Razı olmurlar, deyirlər, biz heç qıyarıqmı sən əziyyət çəkib poçta gedəsən? Nə qədər canımızda can var, bu cəfanı məmnuniyyətlə çəkməyə hazırıq. Nə böyük alicənablıq! Adam əməlli-başlı təsirlənir. Bu kübarlığın qarşısında kobudluq edib soruşuram: bəs, sizin burda nə marağınız var, yoxsa puldan sizə də qalır, ona görə də mənim əziyyət çəkib poçta getməyimə razı olmursunuz? Yox, yox - deyirlər - biz sadəcə plan veririk, ona görə... Yenə də inadkarlıq eləyirəm: onsuz da kompüterə vurulacaq və özünüz də biləcəksiniz ki, sizin sahədə yaşayan filankəs aylıq məsrəfin xərcini ödəyib. Yenə də yox - deyirlər - siz çox şeyləri bilmirsiz, axı...
   Düz deyirlər, mən çox şeyi bilmirəm. Amma bildiklərim də var və mənim bu bildiklərimi elə bağça uşaqları da bilir. Onu bilirəm ki, hər ayın başında qapının ağzını kəsən, həm də üç-dörd aydan bir dəyişdirilən bu su, qaz, işıq, kanalizasiya (bir zamanlar telefon pulu yığanlar da qapı-qapı düşmüş-dülər ki, nə var, nə var, bizdən plan istəyirlər) nəzarətçilərini beş-altı aydan sonra küçədə görəndə tanıya bilmirsən - əyin-başlarını tamam düzəldirlər. Bir ildən sonra da maşın alırlar...
   Deməli, onların öz " plan"ları varmış...
   
   ***
   
   Doğru danışanda iş getmir. Düz söz deyənə inanmırlar. İnananlar da təəssüflə başlarını bulayıb onu key, maymaq adlandırırlar. Hayıf, deyirlər, pis adam deyil, amma zəmanəynən ayaqlaşmağı bacarmır, heç nə qazana bilməyəcək. Nə isə qazanmaqdan ötrü aldatmağı, lazım gələrsə, aldanmağı, yalan danışana "bəli, bəli, tamamilə doğrudu" deməyi də bacarmalısan.
   
   ***
   
   Evə çilingər, montyor çağırırsan, o da səni aldadır - beş dəqiqəlik işi əzilə-büzülə bir saata görüb həmin bir saatın da pulunu səndən alır. Təkrar edirəm: adamı pul yox, aldadılmaq incidir! Hərdən əsəbiləşib deyinirəm: bir kurs təşkil eləsəydilər, gedib montyorluğu, çilingərliyi öyrənərdim. Daha bu əbləhlərin moizəsinə qulaq asmazdım.
   Payız-qış aylarında elə olur ki, işıq da, qaz da eyni vaxtda kəsilir. Belə olanda bir stəkan suyu isitməyə imkan olmur. Deyirəm, bax, indi kənddə yaşasaydım, belə naharsız qalmazdım. Çayı samovarda qaynadar, xörəyi ocaqda, çörəyi təndirdə bişirərdim. Suyu da səhəngnən, vedrəynən arxdan daşıyardım. Daha nasosla su vurmağın dərdini çəkməzdim. Qəribə romantikadı, deyilmi? İyirmi birinci əsrdə feodal kəndinin həsrətini çəkirəm...
   Nə qədər ki, işlərimiz qaydasında deyil, həyatda və məişətdə problemlərimiz baş alıb gedir, yalanlar da at oynadacaq. Və yalandan yalan doğacaq. İş yoldaşımı da aldığı və qışın günündə bir həftə geyə bilmədiyi çəkmənin qiyməti deyil, keyfiyyətsizliyi dilxor edib. Bəlkə heç satıcı da malın keyfiyyətindən xəbərsizdi. Bəlkə onu da aldadıblar...
   Hər sözün məqamı var. Elə bil fikirlər də ancaq gərəkli anlarında beyninə dolurlar. Biz də bu söhbəti payız ərəfəsi edirik. Mənim zövqümcə, ilin ən gözəl fəsli qapımızı döyür, bu gün-sabah öz gözəlliyi, romantikasıyla bərabər qayğı və ehtiyaclarını da evlərimizə, könüllərimizə dolduracaq. Yenə paltar qayğıları, məişət qayğıları... Və bütün bunlarda nəinki kədərli, üzücü heç nə yoxdu, əksinə, bütün cazibəsiylə ömrümüzü dolduran yaşantılardı. Bircə yalanlar olmasaydı...
   Fikirdən ayrılıb həmsöhbətimə baxıram. Üzündə xoş, məmnun ifadə var. Sözlərim onu rahatlandırıb. Təkcə özünün deyil, hamımızın aldadılmağımız sinirlərinə su çiləyib. "Elnən gələn qara gün toy-bayramdı" deyimi çarəsizlikdən yaransa da, çox təsəllivericidi...
   İndi də onu mən aldatmışdım!
   Amma siz bu yazını oxuyub təsəlli tapmağa çalışmayın. Pis şeylərə öyrəşmək heç də yaxşı iş deyil...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK