warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | YAZIQLIQ Adalet.az | YAZIQLIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YAZIQLIQ

19952    |   2008-09-06 13:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yalan olmasın, azı bir saatdı qarşımda oturub danışır. Var gücüynən yazıq, çarəsiz görkəm almağa çalışır. İnsan qəlbini rəhmə gətirə biləcək bütün sözləri öz nitqinə calayaraq gün-güzəranlarının çətinliyindən, imkansızlıqdan gileylənir. Danışdıqca da sınayıcı nəzərlərlə düz gözlərinin içinə baxır, oradan qəlbini görmək, dediklərinin necə təsir elədiyini bilmək istəyir. Deyir, ağır külfətimiz var. Vaxtında ağlım olmadı, beş-altı uşaq doğdum. İndikilər elə yaxşı edirlər, birindən-ikisindən artığını qoymurlar olmağa. Çoxun çox da dərdi var. Ərimə iş qəhət olub. Böyük oğlum əsgərlikdədi. İmkansızlıqdan vaxtlı-vaxtında yanına gedib-gələ bilmirik, heç olmasa, arada paydan-zaddan göndərə bilsək. Elə telefonla danışmaq nə qədər pul aparır. Qiymətlər də gündən-günə qalxır. Unun bir kisəsi gör neçəyədi. Ayda iki kisə un bizə çatmır. Axırıncı dəfə nə vaxt ət xörəyi yediyimiz yadıma gəlmir. Məktəb yaşlı uşaqlarımız paltar, ayaqqabı dərdindən dərsi atıblar. İşıq pulu lap kələyimizi kəsib. İndi də kiçik qız xəstədi, resepti qalıb əlimizdə, pul tapmırıq ki, aptekə gedib dərmanlarını alaq. Gecə-gündüz fikir eləməkdən ürəyim şişib. Göydə Allahı, yerdə sizləri deyib gəlmişəm. Bəlkə bir kömək edən oldu...
   Tanış ssenari olsa da, dediklərinə inanıram. Uzun illərdi bu rayonda işləsəm də, çoxlarını yaxından tanımıram. Vəziyyətinə səmim-qəlbdən acıyıram...
   Təxminən on beş-iyirmi gün keçir, küçədə təsadüfən həmin qadınla rastlaşıram. Çox çətinliklə tanıya bilirəm. Qarşımdakı tamam ayrı adamdı. Normal geyim-kecimdə, saç düzümündə, bəzək-düzəkdə... Bəs, o günkü "şou" nə üçünmüş?! Bilmirəm, həmin gün onu qəbul edib dinlədilər, kömək etdilər, ya yox, ancaq mən iki-üç gün bu qadının fikriynən gəzib-dolanmışdım. Elə bilmişdim ki, bütün dünya aclığın, səfalətin içindədi. Heç kəs doyunca yemir, istədiyini alıb geyə bilmir. Başını soxmağa daxması belə yoxdu - qalıb yağışın, qarın qabağında. İmkanıynan seçilən beş-üç adamla rastlaşanda da onlar mənə qəddar, qaniçən cildində görünürdülər ki, insan doğulmağıma xəcalət çəkirdim...
   İndisə gözümün qabağında başqa mənzərə cilvələnirdi. Deyəsən, məni tanımadı, ya da özünü tanımazlığa vurdu. Bunun bir əhəmiyyəti yoxdu. İndi də bir neçə gün ikinci görüşümüzün təsirinə qapılacaqdım...
   
   ***
   
   İtirməyə bir şeyləri qalmayanda adamlar çox qorxunc olurlar. Bunun da ilk variantı özünü yazıqlığa vurmaqdan başlayır. İyirmi-iyirmi beş il bundan əvvəl kirayənişin qaldığım evin qonşuluğunda bir ailə vardı. Evin kişisi vəzifə başındaydı. Post tutduğu on beş-iyirmi ildə çox şey mənimsəyə bilmişdi. Yaxşı geyinirdi, görkəmi, rəftarı da pis təsir bağışlamırdı. Ciddi, sanballı, sözünün, hərəkətinin yerini bilən adama oxşayırdı. Şəxsən mən onun haqqında pis şeylər düşünə bilmirdim...
   Gün gəldi, ailəsi demişkən, " kişini ilişdirdilər". Qaldığım evin yiyələri danışırdılar ki, işi prokurorluqdadı, bu gün-sabah məhkəmə qarşısında oturacaq. Kişi daha evdən nadir hallarda çıxırdı. Bir gün nahardan qayıdanda küçənin tinində üz-üzə gəldik. Salam verdi. Əvvəllər də salamlaşar, kefimi soruşardı. (O vaxtlar qəzet işçilərinə başqa münasibət vardı). Gözlərimə inanmırdım. O ciddi, öfkəli kişidən əsər-əlamət qalmamışdı - məzlum, cılız bir məxluqa dönmüşdü. Az qala hər ay bahalı parçadan təzə kostyum geyib, təzə qalstuk taxan, tez-tez ayaqqabılarını da təzələyən qonşumuzun əyni-başı da tökülmüşdü. Qəsdən belə geyindiyi ilk baxışdan bilinirdi. Yoxsa, o qədər pal-paltar bir-iki ayın içində bunca köhnələ bilməzdi. Sonra eşitdim ki, istintaqa çağırılanda belə geyinirmiş...
   Qonşumuz bu "qılafdəyişmə"ynən nə demək istəyirdi? Yoxsa, yolda qabağına çıxanlara, onu istintaq edənlərə sübut eləmək istəyirdi ki, mən həmişə belə sadə və kasıbyana dolanmışam?! Heç olmasa, özünü buna inandıra bilirdimi? Axı, bu vəziyyət onu görənlərdə ikrahdan başqa heç bir təəssürat yarada bilməzdi...
   Özünə yazıqlığı, məzlumluğu rəva bilənlər mütləq yalan danışmalı olurlar. Yalanların üstü açılanda isə çox şeylər itirilmiş olur. Belələrinin məqsədi həm ayrı-ayrı adamlardan, həm də dövlətdən mümkün qədər çox şey "qoparmaq"dı. "Qopardıqları" bir gün burnundan töküləndə nə yazıqlıq, nə də göz yaşları kara gəlmir. Hafnan gələn tufnan gedər, demişlər. Başqalarından artıq nəsə qazanmaq xatirinə özlərinə hər cür aşağılanmağı rəva görənlər ətrafdakılardan rəğbət və mərhəmət gözləmədə çox yanılırlar...
   
   ***
   
   Çox təəssüf ki, bu bütöv bir millətin simasına yazıqlıq maskasını taxmaq cəhdləri var. Torpaqlarımız işğal olunub soydaşlarımız doğma yurdlarından didərgin salınan gündən özümüzü dünyaya ancaq əzilən və döyülən kimi göstərməyə səy edirik. Kimsə deyə bilməz ki, indiyədək ekranda ağlayan, sızlayan bir çeçen qadını və ya uşağı görmüşəm. Hər il 20 Yanvar faciəsinin ildönümü qeyd olunanda kamanın, qaboyun sızıltısından, saç yolub yaxa cıran arvadların naləsindən ekranlarımıza yaxın düşmək olmur. Həmin gün (elə yerdə qalan günlərdə də) "Cəngi", "Heyratı" çalınsa, at kişnərtisi, qılınc şaqqıltısı eşidilsə, millətin ruhunu dirçəltmək daha asan olmazmı?
   İyirmi ildən çoxdu bizi bu günə qoyanlara bilavasitə yardım edənlər xeyirxahlıq və humanizm maskası altında çadır şəhərciklərimizi gəzir, köhnə pal-paltar, vaxtı keçmiş ərzaq gətirib əvəzində qaçqınlarımızın riqqətli, bəlağətli təşəkkürünü qazanırlar. Bir dəfə təzə ildə qaçqın balalarına göndərilən bağlamaları açıb baxdım. Əcnəbi yaşıdları geyilmiş əlcək və papaqlarını, işlədib köhnəltdikləri qələm və plastilinləri, əllə çəkdikləri şəkilləri son dərəcə səliqə ilə qablaşdırıb göndərmişdilər. "Şahla şilə yeməyən" sovet xalqının övladları gör nə günə qalmışdı? Əgər biz də hər şeyimizi belə qorusaydıq, öz sərvətlərimizin qədrini bilsəydik, belə ələbaxım günlərə qalmazdıq... Halbuki bizim mağazalarımızda bu şeylər yığılıb qalırdı.
   
   ***
   
   İndiyədək az da olsa, dərdlərimizi dünyaya göstərə bilmişik. Ancaq nə əsirlikdə döyülməkdən göyərən sifətimizi, nə Xocalı yollarında qarda-şaxtada donub şişən ayaqlarımızı, nə də kəsilən başlarımızı, tökülən qanlarımızı dünya vecinə almadı. Elə həmişə belə olub. "Başlı başını saxlasın" -dünyanın əzəli və əbədi qanunudu. Biz də nə yoruluruq, nə də usanırıq. Gözümüzü dikmişik başqalarının ağzına, riyakarlıqla xeyrimizə dedikləri hər kəlməni toy-bayram edib arxayınlaşırıq...
   Düşmənimizin çox güclü arxası var. Bunu etiraf etməmək ağılsızlıqdı. Görünür, bu da bizim taleyimizdi. Ancaq dünyada sayca bizdən iki-üç dəfə az olan millətlər var və çoxdan öz sözlərini deməyi, dünyanı onlarla hesablaşmağa məcbur etməyi bacarıblar. Yazıqlıq göstərisi yapmağın vaxtı keçdi. Elə məkan və zaman var ki, orada yazıq olmaqdansa, zalım olmaq gərəkdi...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK