Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ATA EVİ Adalet.az | ATA EVİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ATA EVİ

(nisgil)

21896    |   2008-08-23 01:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu sətirləri kənddəki evimizin - Ata Evimizin böyür balkonunda, uzun illər öncəsi etdiyim kimi, ağzıüstə uzanaraq yazıram. O illərə qayıtmaq, o duyğuları dirçəldib təzədən yaşamaq istəyirəm. Amma özümü aldadıram. Nə ürəyim o ürəkdi, nə bədənim o bədən. Nə ruhum ondakı kimi saf, məsumdu, nə də ümidlərim elə sonsuz, ölməzdi. Oxşatmaq, yamsılamaq isə həmişə kədərlidi...
   Mən bu evdə doğulmamışam. Heç birinci sinfə də burdan getməmişəm. Babamgilin ikiotaqlı evində bir payız axşamı doğuldum. Yeddi yaşımacan atamın müharibədən dönməyən əmisinin bir göz, heç taxta döşəməsi də olmayan qamış evində yaşadıq. Birinci sinfə də o evdən getdim. Həmin il bu evi tikməyə başladılar. Atamla anamın yayın istisində necə həvəslə, ustaynan yarıbayarı işləmələri heç vaxt gözümün qabağından getmir. Evimiz kənddə üçüncü "ağ ev"di. O zaman üstü şiferli evləri kənddə belə adlandırırdılar. Elə beləcə də deyirdilər: "Filankəs ağ ev tikdirir..."
   Bu evdə bəxtəvər yaşadığımızı deyə bilmərəm. Ona görə ki, bəxtəvərliyin ölçüləri hamıya eyni hesablanmayıb. Əsas o idi ki, hamımız bir yerdəydik. Yaz-yay aylarında həmin bu balkonda anam gündə üç-dörd dəfə uzun süfrə açardı. Yerdə oturub yeyib-içməyi xoşlardıq. Yuxarı başda atam əyləşərdi. O, evdə olmayanda "taxt-tac" mənə keçərdi. Səkkiz uşaqdıq. Deyişə-deyişə, gülüşə-gülüşə, dizimizlə, dirsəyimizlə bir-birimizi cinləndirməkdən həzz ala-ala, çox danışıb az yediyimizə görə danlana-danlana nahar edərdik. Yayın isti günlərində axşam düşüb sərin yellər əsəndə qıpqırmızı təndir çörəyinə oxşayan Ay əmimgilin evinin damına qalxıb işığını düz bizim bu balkona - oturduğumuz yerə salardı. Gecə o qədər aydınlıq olardı ki, yerə iynə atsan, görünərdi. Abgərdənə oxşayan Yeddi ulduz da həmişə evimizin böyründəki təndirin üstündə dayanardı.
   
   ***
   
   Həyətdə talvarımız vardı. Altı daş ev, üstü balkondu. Yayda iki qardaşımla talvarda yatardıq. Aydınlıq gecələrdə Ay işığında kitab oxuyardım... Talvarımızın taxta pilləkənləriynən qalxa-qalxa tək-tək evlərində işıqları sayrışan yuxulu kəndimizi seyr eləməkçin indi nələrimdən keçmərəm?!.
   Üç-dörd il əvvəl qonşuluqda yaşayan ortancıl qardaşımgildə olanda ata evimizin həyətindən gələn balta-çəkic səslərinə diksindim. "Talvarı sökürlər" dedilər. Göz yaşlarımı saxlaya bilmədim, özümü ağacların arasına verib doyunca ağladım... Uçurulub-dağıdılan adi taxta, daş deyildi, ömrümün tutarlı bir parçasıydı. Uşaqlığımı, gəncliyimi hissə-hissə, qəlpə-qəlpə qoparıb atırdılar o evin daşı, divarıyla birgə. O balta, çəkic qəlbimə, yaddaşıma zərbə endirirdi, xəyal dünyamı alt-üst edir, məni məndən alırdı...
   
   ***
   
   Ata evi şirindi. Qız uşağının özünü rahat, güvəndə hiss elədiyi yeganə ocaqdı. Bilirsən ki, burada səni sevirlər, əzizləyirlər, nazınla oynayırlar. Səhvini bağışlayanlar, pis gününə dözməyənlər, xoşbəxtliyini arzulayanlar və bundan ötrü hər şeyini verməyə hazır olanlar ancaq bu evdədi. Bununla belə heç bir qıza ata evində yurdçu olmağı arzulamıram...
   Bura bizim Ata evimizdi... Və bu ev daha bizim deyil. Ev sahibləri düz iyirmi ildi ki, bu evdən, bu həyətdən, bir sözlə, öz dünyalarından və hamımızın işıqlı dünyasından köçüblər. Anamız da, atamız da bütün tay-tuşlarından tez rəhmətə getdilər. O boyda külfətdən indi bu evdə ancaq kiçik qardaşım, arvadı və yeganə oğlu yaşayırlar. İndi biz bacılar bu evə qonaq kimi, ancaq xeyirdə-şərdə gəlirik. Çünki bizi gözləyənlər, bizə qucaq açanlar qabağımıza çıxmır bu evdə. Əslində qonaqdan da ürəksiz gəlirik buralara...
   Hər şey yerindədi. Ay da hər axşam əvvəlki yerindən qalxıb səma boyu eyni yolla üzü yuxarı süzür. Ulduzlar da həmişə durduqları yerdən baxıb göz qırpırlar. Amma bu evin yiyələri yoxdu. Yunis İmrə nə gözəl deyib: "Mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi?!."
   
   ***
   
   Evin dörd bir yanını - bağ-bağçanı gəzib dolaşıram. Həmişə dərs hazırladığım köndələn otağın pəncərəsindən al-qırmızı çiçəkləri alov saçan nar, qışın şaxtasında belə budaqlarında pıtraq kimi meyvələri görünən, salxım söyüdlər kimi sallanan alma, heç yerdə bənzərini görmədiyim göyəm və ətrindən kədər saçılan tənha iydə ağaclarımız daha yoxdu. İndiki meyvələrin dadı-tamı da, ətri də özgədi. Bəlkə əslində heç belə də deyil. Dadı qaçan da, rəngini, ətrini itirən də mənim duyğularımdı ki, bir daha heç vaxt əskisi kimi olmayacaq. Nə etibarsız həyatdı bu...
   
   ***
   
   Qonşu qızla səsləşib kəndin o başındakı böyük arxdan səhənglə su gətirməyə gedərdik. O arxın böyür-başında uyuq kimi dolaşan cavanlar da indi ömür yükünün ağırlığında çox şeyi unudublar yəqin...
   
   ***
   
   Mən ata babamın anasını görmüşəm. Göyçək, yupyumru, qara geyimli arvadı yuxu kimi xatırlamağımı indi də qürurla danışıram. Bu həyətdə böyüyən uşaqların əksəriyyəti nənə-babalarını görməyiblər. Onlar tez unudulacaqlar. İndi keçmişi anmaq, xatirələr söyləmək, soyu-kökü yada salmaq dəbdə deyil. İndi gözlər ekranda, qulaqlar mobil telefonlardadı. Düşünməyə vaxt tapılmır. Elə bizi də tez unudacaqlar. Əmilərini, bibilərini... İnsan unudulanda ruhu da küskün düşür, öz ocağından ayağını kəsir. Otuz-qırx ildən sonra bu həyət-bacada başqa ovqat hökm sürəcək...
   
   ***
   
   Qızlar ata evini çox sevərlər, hara getsələr həsrətini çəkərlər. Ancaq o evdə daha sənin yolunu gözləyənlər yoxdusa, gəlişindən çox gedişin daha çox arzulanırsa, onda ata ocağı da şirinliyini itirir, məbədlikdən çıxıb məkana dönür.
   Kənddə olanda sinəmi didib göynədən bir xəbər eşitdim: Ata evimizi söküb başqasını tikəcəklər. Deməli, bu evi tikənlərin ruhları da bu yerlərdən ayaq çəkəcək...
   Bu xəbərdən də dəhşətli bir fikir varlığımı söküb dağıdır: Mənim evim heç vaxt heç kəsə ata evi olmayacaq...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK