ANA SƏHİFƏ / YAZARLAR

Hamısı istidəndir

257984    |   2008-08-03 16:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalqın bu qədər passiv olmasını gördükdən sonra adamın ağlına min şey gəlir. Bəlkə, bütün bunların səbəbi istilər imiş? İbn Xəldundan tutmuş Monteskyöyə qədər bir çox filosof isti ölkələrdə yaşayan insanların daha passiv və tənbəl olduğunu qeyd edirdi. Onlara görə soyuq ölkələrdə yaşamaq daha çətin olduğuna görə orda həyatla mübarizə aparmaq lazım gəlir. Ərəb ölkələrində isə həyatla mübarizə aparmaq nəyə lazımdır? Hava elədir ki, adamın bütün günü yuxusu gəlir. Ola bilsin ki, Azərbaycan müxalifətinin və xalqının yatmasına əsas səbəb də havaların isti keçməsidir.
   Yay girəndən hər kəs qəzetlərin satışının aşağı düşməsindən danışır. Arqument də budur ki, hamı istirahətə gedir. Amma biz Bakı küçələrində əvvəlkindən artıq zəhmətkeş görürük. Hamı işində-gücündədir. Heç kimin isti vecinə deyil. Gecələr fahişə daşıyan taksilər daha sürətlə şütüyürlər. Barlar dolur, boşalır.
   Çörəyin qiyməti artsa da, bu sahədə heç bir ciddi narazılıq gözə dəymir. Əlbəttə, Azərbaycan xalqı Fransa xalqı deyil ki, bir tikə çörəyə görə gedib Bastiliyanı dağıda. Qətiyyən elə deyil. Amma heç olmasa avtobus, "QAZel" və mətbəx səviyyəsində məsələyə münasibət bildirənlər olurdu. Başqalarının mətbəxindən xəbər tutmasaq da, avtobus və "QAZel"lərdə bu barədə ciddi diskussiya getmir. Hətta qəzetlər də heç bir səs-küy doğurmur. Bunun səbəbini də istidə axtarmaq lazımdır. Bu istidə heç kim çörək yemir. Hamı ancaq su içir. Ona görə də çörəyin bahalaşması özünü payızda göstərəcək. "Patriarxın payızı"na isə hələ çox qalıb. İndi yazdır. Özü də bir başqa yazdır. Yazın gəlişi bizim yazarları elə məst eləyib ki, insanları bir kənara qoyub tülkü, çaqqal, tovuzquşu və pişikdən yazmağa başlayıblar. İnsan bu ölkənin ən ali sərvətidir. Özünüz bilirsiniz ki, bu sözün müəllifi kimdir. Bilməyənlərə deyirəm: fransız filosofu Teyyar de Şarden. Şardenin yay haqqında başqa bir dəhşət sözü var: "Su həyat mənbəyi olaraq qalır". Bu söz Nitsa şəhərinin girəcəyinə yazılıb.
   Bilmirəm, hansı fransiz şairi deyib ki, mən şeirlərimi ürəyimin qanı ilə yazıram. Düzü, istəyirəm bu isti yay günündə bu sözə bir balaca düzəliş eləyim. Ümidvaram ki, adı mənim üçün qaranlıq qalan bu şairin ruhu məni bağışlayar. Düzəliş edəndən sonra belə bir şey alındı: "Mən yazılarımı tərimlə yazıram". Yeri gəlmişkən, tər sözü Azərbaycan dilində özünə yer edib. Bu da istilərlə bağlıdır. Məsələn, deyirlər ki, filankəs çörəyini alın təri ilə qazanıb. Başqa biri deyir ki, fəhlələrə maaşlarını tərləri qurumamış verin. Bu cür antiburjuy şüarın müəllifini tapa bilmədim. Yəqin, o da Karl Marks kimi proletariatın ilhamvericisi imiş.
   İstilərdən söz düşmüşkən, yazı da günün isti vaxtına düşdü. Yazını qurtarandan sonra bilmirəm, nə edəcəm? Bir şeyi də yazaq. "Eşqə sürgün" teleserialından maraqlı bir şey danışırdılar. Üç gündür, ailə quran kişi ilə qadın yatağa uzanıblar. Kişinin əynində "vodolazka" (boğazlı köynək) var, qadının əynində də qalın jaket. Belə şeyi görən adam necə tərləməsin? Özünüzü istidən qoruyun. Çoxlu su için, qarpız yeyin, Şəki halvası yeməyin.
   
   


YAZARIN ARXİVİ

2008-07-26 : Ot kimi yaşamaq
2008-04-05 : DUZLU QƏHVƏ
2008-03-20 : Mövcuduqmu?
2008-01-26 : O qayıdacaq!
2007-12-01 : Kantın resepti
2007-11-10 : İSTİSNA
2007-11-03 : Sabahkı şair
SON XƏBƏRLƏR
2020-05-29
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK