viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | ÇAY PULU Adalet.az | ÇAY PULU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÇAY PULU

23593    |   2008-08-03 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu ikinci növ təyini söz birləşməsini ilk dəfə dilimizə kim saldı, nə məqsədlə saldı, özü bilir, bir də Allahı. Hər halda kimmişsə çox siyasətcil, uzaqgörən adam olub. Qulaqlarda bomba kimi partlayan, acgözlükdən, insafsızlıqdan xəbər verən, çox zaman son ucu həbsxanalara aparıb çıxaran " rüşvət" sözü hara, sadə, həlim, əl tutmağa, mərhəmətli olmağa çağıran " çay pulu" ifadəsi hara?! Yerlə göy qədər fərq var aralarında. Kişinin oğlu baş işlədib, lap dərindən desək, məktəb yaradıb. Yəni, mən səndən at sitəmirəm, dəvə istəmirəm, bir-iki manat çay pulu verərsən, mən də nahar vaxtı gedib oturaram çayxanada, ürəyimə yaxın, söhbətim tutan dost-tanışı da yığaram başıma. Bir stəkan çay içə-içə ordan-burdan söhbət edərik, sənin də ölənlərinə rəhmət oxuyar, dirilərinə cansağlığı arzularıq, qurtarıb gedər. Qiymətlər gündən-günə artır, bir əməlli-başlı maaşımız da yoxdu, bazar od tutub yanır, hərəmizin bir çətən külfəti var. Biri paltar istəyir, biri yemək davası eliyir, biri tələbədi, o birinin evlənmək vaxtı çatıb. Yoxsa, kimdi çay pulundan ötrü...
    Hə... Xüsusi məktəbdi bu adamlardan çay pulu qopartmaq.Bundan ötrü müəyyən mimikaları, jestləri mütləq bilməlisən. Məsələn, qapıdan girənin üzünə gülümsəmək , xoş-beş edib hal-əhval tutmaq qətiyyən olmaz. Yoxsa elə bilər ki, sənin vəziyyətin yaxşıdı, qanının duru vaxtıdı, o də istədiyi kağızı səndən ala biləcək. Buna qətiyyən yol vermək olmaz. Qapını ehmalca aralayıb ürəksiz-ürəksiz " gəlmək olar?" deyənə mütləq qaşqabaq tökmək lazımdı. Özünü məşğul göstərməlisən: " Qısa elə, vaxtım yoxdu". O da qorxa-qorxa nədən ötrü gəldiyini nə qədər qısa izah eləməyə çalışsa da alınmır, Bu səni bir az da hövsələdən çıxarır. Axı, bu gün sənin işin başdan aşır, müdiriyyətdən vacib tapşırıq almısan, mütləq yerinə yetirilməlidi. Üstəlik bu vətəndaşın dalıycan gəldiyi sənəd hələ hazır deyil, kiminsə imzası olmalıdı, o adam da iş dalıycan gedib. " Yaxşısı budu, sabah gəl, bəlkə onacan bir təhər həll elədik". Qapını örtüb gedir, indi sabahçın başqa bir bəhanə düşünmək lazımdı. Əgər sənəd dalıycan gələn bir az bişmiş, yəni, üzü idarələr görmüş adamdırsa, problemi yoxdu, Heç qoymayacaq ağzını ağrıdasan. Əlini cibinə salıb qurdalayanda sənin də rəng-rufun çiçək kimi açılacaq. Sən demə, həmin kağız elə buradaca- ya stolun üstündə, ya da siyirməsindəymiş. " Ya Allah!" deyib əvvəl sən əlini uzadırsan, sonra da onun istədiyini verib yola salırsan. Daha səni maraqlandırmaz ki, həmin adam bu səhər yol pulunu qonşusundan alıb, belə qarda-şaxtada əllərini hovxura-hovxura saatlarla dayanacaqda durub, bir əməlli-başlı geyim-kecimi də yoxdu. Bütün bunların sənə dəxli yoxdu. Belə fikirləşsən, heç nə qazana bilməzsən. Aldığını aldın. Həmin pulla fitrə-zəkat da verəcəksən, məscidə gedib müqəddəslərin ruhuna salavat da çevirtdirəcəksən, hətta bir az qəsd qoysan ziyarətgahları da gəzəcəksən. Və hamı sənin nə qədər məvacib aldığını bilə-bilə özünü görməzliyə, bilməzliyə vuracaq... Kimi o dünyadan bəri qovublar ki,..
    Biz halalla haramın sərhədini çoxdan itirmişik!
    Hər gün cib kəsib evə cibi dolu getməyəni fərsiz adlandırırıq. Nə gözümüz doyur, nə iştahımız tükənir. Özümüzü Allah adamı kimi göstərməkdən, dini duyğularımızı reklam eləməkdən yorulmuruq. Xeyirdə, şərdə əli təsbehlilərimiz, alnı möhürlülərimiz halallıqdan, düzlükdən, insaf-mürvətdən dəm vururlar. Amma həmin məclisdəki haram yeyənləri gözləri ilə yeyir, onları başqalarından neçə mərtəbə yuxarı tuturlar.Deməyin ki, əvvəllər belə deyildi, hamısı təzə baş verənlərdi. Çox təəssüf ki belə deyil. Sovet dövlətiyçin qan-yaş tökənləri məyus eləsəm də, saydıqlarımın həmin dövrdən üzü bəri baş alıb gəldiyini deməliyəm. O gün bir nəfər iyirmi beş-otuz il əvvəl işlədiyi idarədə baş verən bir əhvalatı lətifə danışırmış kimi lağlağıynan mənə söyləyirdi.Artıq ahıl yaşına çatmış iş yoldaşının bir nəfərdən üç rubl qopartmaqdan ötrü saat 9-dan 12-yə kimi apardığı "əməliyyatlar"dan elə təfərrüatı ilə danışırdı ki, düzü o yaşlı adamın səbrinə və tamahına "əhsən!" deməkdən özümü saxlaya bilmədim. Deyəsən, " müştəri" xam imiş, heç cür him-cim başa düşmürmüş. O yaşlı adam da çox "prinsipial və inadkar"mış. Xalq diplomatiyasının bütün variantlarını işə salır, xeyri olmur. Sonra keçir ezop dilinə, bu da kara gəlmir. Öz tülkülüklərinin ( yaşlı adamı belə adlandırmağımdan qətiyyən xəcalət çəkmirəm) də bir nəticə vermədiyini görüb ən nəhayət fikrini açıq deyir. Həmin adam da, " ay kişi, niyə bayaqdan bunu demrsən, həm özünü yorursan, həm də mənim ağzımı dağa-daşa salırsan" deyib harasa gedir, beş-on dəqiqədən sonra üç rublu gətirib verir. Çox güman ki, o adamın üstündə pul yox imiş və başqasından borc almalı olub. Maraqlı burasıdı ki, üç manatdan ötrü min bir dona girən həmin yaşlı adam öz çevrəsində Allah adamı, mömin bəndə kimi tanınırmış. Gündə beş rükət namazını keçirmir, hər il oruc tutur, fitrə-zəkat verirmiş. Yəqin ki, həmin günkü uzun çənə-boğazdan sonra yenə də sidq-ürəklə günorta namazını qılıbmış... Dəfələrlə şahidi olmuşam: həmsöhbətinin üzünə qıpqırmızı yalan söyləyənlər "indicə namaz üstündən qalxmışam, əlim-ayağım dəstəmazlıdı" deyirlər.Türklər demişkən, Tanrının zopası yox ki,...
    O boyda rüşvəti yumşalda-yumşalda gətirib " çay pulu" elədik, müqəddəs süfrəmizə qatdıq. Səkkiz milyonluq xalqın leksikonunu korlamağımız bir yana, əxlaqını da murdarladıq. Acgözlüyə, tamahkarlığa vətəndaşlıq donu geyindirdik. O yerə gəlib çıxdıq ki, iş axtaranı maaş deyil, qazanc maraqlandırır. Bu qazanc haradan, kimlərin cibindən çıxarılır, fərqində deyilik. Əli uzunlarımız tək özləriyçin qazanmaqla kifayətlənmir, çay gətirənlərinə, paltotutanlarına, həyət-bacasında işlətdiklərinə də əlavə " iş tapır", dolanşıq şəraiti yaradırlar. Bir də görürsən ki, evinə bir kisə un almağa imkanı olmayan birisi sellofan torba dolusu dərmanla aptekdən çıxır. Nə var, nə var, həmin firma resepti yazana faiz verəcək. Yaxud həkim resept yazmamışdan əvvəl " get bir manat ver, filankəs "prob" qoysun, bu dərman sənə düşürsə, reseptə yazım". Bu da filankəsin dolanışıq yeri. Beş-altı il bundan əvvəl rayonumuza yaxın şəhərlərin birinə xəstəxanaya getmişdim. Xəstəxananın geniş həyətində axtardığım korpusu tapmaqda mənə kömək eləməsini bir tibb bacısından xahiş elədim. Tez qabağa düşdü, gedə-gedə " gedək göstərim, ancaq iki " məmməd" verəcəksən" dedi.
    Təhsilimizdəki vəziyyəti isə məktəbli uşağı olan hər bir valideyn daha yaxşı bilir.
    Biz özünə hörmət hissini çoxdan itirmişik.
    Mən qəsdən səhiyyə və təhsilimizdən misallar çəkdim. Canımızın və ruhumuzun sağlamlığı ilə məşğul olan bu iki sistem düzəlməsə, heç bir düzlükdən, şəffaflıqdan, ən nəhayət, qürur hissindən danışmağa dəyməz.
    İndi bu millət iki hissəyə bölünüb. Yarısı evini-eşiyini atıb uzaq-uzaq ellərdə çörək pulu qazanır. Əiləsinə, torpağına, millətinə daha "sadiq" olanları isə öz doğma yurdunda çay pulu qazanmaqla məşğuldu...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK