hacklink Adalet.az | ƏRKƏSÖYÜN Adalet.az | ƏRKƏSÖYÜN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏRKƏSÖYÜN

(Həsən ağanın qohumları məni üzrlü saysınlar)

24408    |   2008-06-28 00:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hə, adam yaşlaşdıqca bir az səbrsiz olur. Evdə arvad-uşağın, işdə əməkdaşların, cəmiyyətdə özbaşınalıqların ən xırda detalları onu hövsələdən çıxarır və bir də görürsən ki, ağzının cilovu çıxdı əlindən. Yüyənsiz at kimi necə gəldi sağa-sola fırlatdın. Və sonra da əsəblərin yerinə gələndə etdiklərinin xəcaləti sənə təbii ki, ikinci bir zərbəni vurur. Bütün bu dediklərim, daha doğrusu, yazdıqlarım hamının hər gün qarşılaşdığı məqamdır. Lakin...
   Dünya böyük olsa da onun dərdləri özündən də böyükdü. Özü də təkcə böyük deyil ha, həm də çeşidləri də çoxdur. Nə qədər baş sındırırsan, güc sərf edirsən, dərdin birinin dərmanını tapıb çözümünü edəndə, necə deyərlər, "quymaq diş sındırır", yəni bu dərddən bir beş-altısı da törəyir. Törəmə dərdlər də ki, bic uşaq kimi nə dədəsinə çəkir, nə anasına. Bunun da səbəbi var. Çünki həmin o bic uşaq bilmir "dədə" deyib kimin yaxasından yapışsın. Elə hər gözü qaynaşanı, suyuşirin gələni özünə dədə hesab eləyir. Burda ümid qalır ananın məhşər ayağında edəcəyi etirafa. O da ki ya qismət...
   Bəli, bu böyük dünyada həm böyük dövlətlər var, həm kiçik, həm də lap cırtdan. Bölgü elə aparılıb ki, nə qədər cəhd etsən də cırtdan dövləti gətirib böyük dövlətin tərəzisinə qoymaq olmur. İstəyir lap iqtisadi gücüylə lap on dənə kiçik dövlətin gücü həcmində imkanlara malik olsun. Yəni onun cırtdanlığı bir növ özünün başının bəlasına çevrilib. Böyük dövlətlərin sevimlisi olsa çiçəyi çırtlayacaq, olmasa elə bu dünyanın siyasətlərinə kənardan çiçəyi burnunda baxa-baxa qalacaq. Siyasi dillə desək, dünyanın ən böyük, ən bərkgedən dövləti ABŞ-dı. O da hansı tərəfə istəyirsə ağız atır, yəni barmağını silkələyir. ABŞ-ın sevimlisi olan bir-iki para cırtdan və ya kiçik dövlətlər var, onlar da "it araba kölgəsində yatan kimi" ABŞ-ın kölgəsində şellənirlər, yəni ərkəsöyünlük edirlər. Dədəlikdən yarayanların bəxtinə adam burda həsəd aparır. Nə demək olar. Vay o kəslərin, o dövlətlərin halına ki, dədəli-nənəli yetimdirlər. Onların hər işi daşdan çıxır, ərkəsöyünlük etmək yuxularına da girmir. Bax tutaq ki, Ermənistanın dədəliyi Rusiyadı, əlini qoyub çiyninə və ermənilər də hələ ki, hövrə gəlmirlər, yəni ipə-sapa yatmırlar. Bic olanda nə olar ki, dədəliklərini tanıyırlar da.
   İndi qayıdaq ərkəsöyünlük məsələsinə. Sözümüzə dövlətlərdən başladıq ki, cəmiyyətə, yəni insanlara aid edəndə küsənlər az olsun. Belə ki, istənilən kollektivdə, istənilən mühitdə bir başbilən olur, bir də onun ətrafında cəm olmuş müxtəlif xarakterli, amma bir işin qulpundan yapışan insanlar. Belə ki, bu mühitə həmin o bişbilənin bircə köynək yaxını gəlib düşdüsə, vay yerdə qalanların halına. Həmin özünü yaxın hesab və yaxud təqdim edən olur Həsən ağanın qohumu. Nə bir işin qulpundan yapışır, nə də yaralı bir barmağı isladır. Gündə də on dəfə, deyəsən çox şişirtdim, yox üzr istəyirəm, azı üç dəfə yavaşca sürüşüb girirlər başbilənin çənəsinin altına (?!) Bir də onda xəbər tutursan ki, kiminsə torbası tikilib.
   ... Hə, ərkəsöyün olmaq müəyyən mənada yaxşıdı. O yerə qədər ki, səni səmimi qəbul edirlər, sənin səmimiyyətinə inanırlar və həqiqətən də səni əzizləyirlər. Amma ərkəsöyün etmirlər. Elə ki, özün-özünü ərkəsöyun saydın, ətrafdakıların yaşına-başına məhəl qoymadın, yerini nəzərə almadın, onda olursan...
   Deməli, bu dünyada hamının başının üstündə bir Allah var və hamı da onun bəndəsidir. Başını qaldıranda Allahını görməlisən. Elə ki Allahını görmədin, onda yaxşı-yaxşı fikirləş, çünki sənin görmədiyin Allah özü səni çox yaxşı görür və yerini də göstərmək gücündədir. O yerin hara olacağını nə Həsən ağa müəyyənləşdirir, nə də Həsən ağanın imkanları. Çalışmaq lazımdır ki, elə layiq olduğun yerdə oturasan, özünü urvatsız etməyəsən. Bəlkə düz demirəm?..
   
   P.S. Əvvəldə dedim ki, Həsən ağanın qohumlarından üzr istəyirəm, amma sonda fikirləşdim ki, o üzrü də Allah sonda ya qəbul edir, ya da etmir. Deməli, bütün hallarda hamımız o Böyük Kişidən asılıyıq. Təki o bizi unutmasın. Amin!!!


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK