Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | KOR İNAM ADAMI KOR EDƏR Adalet.az | KOR İNAM ADAMI KOR EDƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KOR İNAM ADAMI KOR EDƏR

("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)

21843    |   2008-06-28 00:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir vaxtlar Bakının ən yüksək yerində şəhərin ən böyük abidəsi ucalardı. Onu hər yerdən görmək mümkün idi. Dünyanın yeddi möcü-zəsindən biri olan əfsanəvi İsgəndəriyyə mayakı kimi, o da dənizdən sahilə yan alan irili-xırdalı gəmilərin diqqətini cəlb edərdi. Əslinə baxsan, o həqiqətən, mayak idi - siyasi mayak. Uzun illər Azərbaycanın ictimai-siyasi həyatında hökm sürən ab-havanın gerçək barometri. Kirovun əli Domokl qılıncı kimi şəhərin başı üzərində yel-lənirdi. Simvolik nəzarətçimiz olan bu uydurma sovet bütü gələcəyə aparan yolu-muzu da bizə göstərir, istiqamətimizi müəyyənləşdirirdi. Heykəlin təməl atma və açılış mərasimləri vaxtilə kino lentinə çəkilib. İyirmi il Azərbaycana rəhbərlik edən Mircəfər Bağırovun həmin tədbirlərdə çıxışından gö-rüntülər arxivdə saxlanılıb. Heykəlin hazırlıq prosesinin xronikal kadrlarından məlum olur ki, şəhərin mərkəzində yerləşən dini-mədəniyyət abidəsi mühüm dövlət sifarişini yerinə yetirən heykəltaraş Sabsayın ixtiyarına verilmişdi. Qəribədir ki, Kirov heykəli Kirxada "doğulacaqdı". Çəmbərəkənd qəbiris-tanlığının yerində salınan mədəniyyət və istirahət parkına da "unudulmaz" insanın adını verdilər. Heykəli parkın dənizə baxan seyrən-gahında quraşdırdılar. Azərbaycan xalqı Sergey Miro-noviç Kirova öz dərin "mə-həbbətini" və sonsuz "minnətdarlığını" ifadə etmək üçün bununla kifayətlənmədi. Yelizavetpollu olmaqdan qurtulan gəncəliləri indi də kirovabadlı elədilər. Bakı Dövlət Universitetinin quru-cuları barədə xatirələr hafizələrdən silinən vaxtlarda ilk ali tədris ocağına Sergey Mironoviçin adı verildi. Rayonlar, müalicə və istirahət ocaqları, prospektlər, küçələr, teatrlar, mədəniyyət evləri, neft mədənləri, muzeylər, parklar, zavodlar, fabriklər, sovxozlar, kolxozlar, elmi-tədqiqat institutları, siyasi maarif evləri, kitab-xanalar, idman sarayları, stadionlar Kirovun adını daşıdı. Hətta Parazitologiya elmi-tədqiqat institutuna da onun adı verildi. Parazitologiya və Kirov... Nə qədər məcazi mənası var bu təyinatın. (İndi həmin binada Rusiyanın Azərbaycandakı səfirliyi yerləşir.-E.B.) SSRİ üzrə Ser-gey Mironoviçin xatirəsini əbədiləşdirən obyektlərin hesabı qələmə alınsaydı, qalın cildə sığardı. Bu cür dərin hörmət sahibi, bir qədər dərinə getsək, axı kim idi? Ailəsinə vəfasız çıxan Miron kişinin sovet dövründə fironlaşan oğlu hansı xidmətlərinə görə belə əziz-xələf olmuşdu? Şəninə poçt markaları da buraxılmışdı, neçə-neçə bədii əsərin qəhrəmanına çevrilmişdi. Qəflət yuxusundan ayılmaq görən nədən bu qədər ağrılı və çətin olur? Mirzə Ələkbər Sabir demişkən:
   
   Dindirir əsr bizi dinməyiriz,
   Atılan toplara diksinməyiriz.
   Əcnəbi göydə balonlarla uçur,
   Biz hələ avtomobil minməyiriz.
   
   Bu da təsadüfi deyildi. Axı, iyirminci illərdən başlayaraq, millətin yatan oğul- larına dəyməyib, aydınları, oyaqları gecələr evlərindən aparıblar. Sürgünə göndəriblər, zindanlara salıblar. Bəhanə tapıb tez-tələsik qur-şunlayıblar ki, başqalarına dərs olsun. Laylaysız yatanlarımız oyanmasın, əksinə, mümkün qədər möhkəm mürgüləsin. Qış yuxusundan heç yayda da ayılmasın. Xoşbəxtlikdən hər hökmü ve-rən Zaman olur. Mürgüləyən insanlardan, bəzən süstləşən cəmiyyətlərdən, toplumlardan fərqli olaraq, Zaman hər zaman oyaqdır. Ətalət, əsarət, mütilik zəncirlərini qırmağa tarixi imkan yaranan günlərin birində Kirovun heykəlinin mənəvi tapdağından da qurtulduq. Hamı gördü ki, başı bədənindən ayrılan, qolları qaynaq apa-ratı ilə kəsilən əliuzun Mironoviçin şəhərdə izi-tozu da qalmadı. Köhnə kirovabadlı-ların poçt ünvanları yenə də yeniləşdi. Şəhərin tarixi adı özünə qaytarıldı. Çox şükür ki, Nizaminin məqbərəsi Yelizavetpolda, Kirovabadda deyil, artıq əbədi Gəncədədir, müstəqil Azərbaycandadır! Kirovun Bakının mərkə-zindəki ev-muzeyi də qapanıb. İndi heç Balaxanı çöp-lüyünə də Miron kişinin oğlunun adını verməzlər. Kirov kimin yadına düşür ki? Mən bəzən dəbdə, gündəmdə olan mövzulardan yan keçib, yazılarımda yaxın keçmişimizdə baş verən hadisələri, bir zamanlar vətəndaşı oldu-ğumuz ölkənin fövqəlgüc sahiblərinin aqibətini qələmə alıram ki, tarixdən ibrət dərsi almağı öyrənək.
   
   Kim idi Kirov?
   
   Əsl soyadı Kostrikov olan Sergey 1886-cı il mart ayının 27-də doğulub. Ailədə yeddi uşaqdan dördü erkən vəfat edib. Sergey altıncı və sağ qalan yeganə oğul idi. 1894-cü ildə Miron Kostrikov üç körpə övladını xəstə arvadının ümidinə buraxıb həmişəlik evdən getdi. Az sonra ana da dünyasını dəyişdi. Başsız qalan balaca qızları nənələri yanına aldı. Ser-geyi də verdilər uşaq evinin himayəsinə. Yetimçilik adamı müstəqil həyata daha tez alışdırır. Az-çox təhsil alan Sergey Tomsk şəhərinə gəlir. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü kimi 1905-ci ildə nümayişlərdə iştirakına görə qısa müddətə həbs olunur. İkinci dəfə məhkumluğu il yarım sürür. Azadlığa buraxılandan sonra bir qədər İrkutskda, Vladiqafqazda baş girləyir. Orada "Terek" qəzetində əməkdaşlığa başlayır. İlk yazılarını "Sergey Mironov" imzasıyla oxuculara təqdim edir. Gələcək həyat yoldaşı Mariya Markusla da səfalı Qaf-qazın ətəyində tanış olur. "Kirov" imzası "Terek" qəzetində 1912-ci ildə görünür. Elə o vaxtdan da jurnalist Kostrikov öz soyadı ilə biryolluq vidalaşıb Kirov kimi yeni həyata başlayır. Bəs, bu ədəbi təxəllüs hardan ağlına gəlmişdi, mənası nə idi? Deyilənə görə, redaksiyada stolüstü təqvimin bir vərəqində onun gözü "kir" sözünə sataşıb. "Kir" latın dilində "sahib", "hökmdar" deməkdir. Amma təqvimdəki qeyd İran hökmdarı Keykavus haqqında da ola bilərdi. Tarixi şəxsiyyətlər barədə məlumat xarakterli kiçik yazının gənc jurnalistin diqqətini çəkməsi də təbiidir. Bu fərziyyə, məncə, daha məntiqlidir. Dünyanı lərzəyə salmağa hazırlaşan inqilabçılara qoşulan Sergeyin bəlkə elə o zaman ilk dəfə könlünə şahlıq sevdası düşmüşdü...
   Tərcümeyi-halından o da məlumdur ki, əyalət qəzetində dərc olunan uğurlu məqalələr müəllifi Oktyabr inqilabına kimi partiyada xüsusi xidmətləri ilə fərqlənməyib, sıradan biri olub. Hətta bir ara menşeviklərə meyl göstərib, Müvəqqəti hökuməti dəstəkləyib. Sergey əslinə baxsan, Oktyabr inqilabından sonra bolşevikləşib. 1919-cu ildə Kirov Həştərxan Müvəqqəti İnqilab Komitəsinin rəhbəri təyin edilir. Onun təşkilatçılıq qabiliyyəti, rəhbərlik bacarığı, bolşevik qəddarlığı ilk dəfə burada özünü büruzə verir. Əksinqilabçı qiyamın qarşısının alınması üçün gördüyü sərt tədbirlər Leninin diqqətindən yayınmır. Həştərxan əməliyyatından sonra onu XI Qızıl Ordunun Hərbi İnqilab Şu-rasına üzv seçirlər. Azərbaycan torpaqlarına ayaq basması Kremlin bu təyinatından sonrakı dövrə təsadüf edir. 1920-ci ilin aprelində Bakıya hücum çəkib Azərbaycan Xalq Cümhuriyyətini devirən ordunun rəhbərlərindən biri də məhz Kirovdur. 1921-ci ildə Vladimir İliç Azərbaycan kommunistlərinə (faktiki olaraq isə Azərbaycana - E.B.) rəhbərliyi ona etibar edir. Sovetləşmənin ilk illərində bizim torpaqlarda nə pislik varsa, bilavasitə onun və Serqo Orjenikidzenin adı ilə bağlıdır. Nəriman Nərimanovun fəaliyyətinə əngəl törədənlərin siyahısına başçılıq edənlər də onlardır. Leninin vəfatından sonra hakimiyyət uğrunda mübarizə şiddətlənəndə Peterburq yenə çalxalanırdı. İnqilab beşiyinin başında duran Kamenev və Zinovyev Trotski ilə əlbir olub Stalinə ciddi problemlər yaradırdı. 1925-ci ildə XIV qurultaydan sonra partiyada mövqeyi möhkəmlənən Baş katib qayda-qanun yaratmaq, par-tiyanın xəttinə zidd siyasət aparan ünsürləri üzə çıxarıb ifşa etmək üçün tədbir görmək məqsədilə Molotov, Vo-roşilov, Kalinin, Orjenikidze ilə bərabər özünə yaxın bildiyi Kirovu da Neva sahillərinə göndərir. Şəhərdə vəziyyət nisbətən sabitləşsə də narahatçılığa yenə əsas var idi. 1926-cı ildə vəziyyəti tam şəkildə nəzarətə gö-türmək, Leninqradı Stalinsayağı bolşevikləşdirmək məsələsi gündəmə gəldi. Bu məqsədlə Koba Smolnıdakı baş kürsüyə Kirovu oturtmağı qərara aldı. Həmin dövrdə Kirov Stalinin ən yaxın münasibətdə olduğu adamlardan biri, bəlkə də birincisi idi. Bu yaxınlıq az sonra qısqanclıq doğuracaq dərəcəyə qədər yüksələcəkdi. Sergey Moskvaya gələn-də Stalinin evində gecə-ləyərdi. Koba öz çarpayısında ona yer salarmış. Gecə yarıyadək söhbətləri davam edərdi. Keçmiş günləri yad edərdilər, gələcək işlərdən danışardılar. Bəlkə bir şərab masası arxasında Bakı axşamları da yada düşərdi. Axı, Bakıyla bağlı hər ikisinin qəlbində unudulmaz xatirələri vardı...
   
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK