ANA SƏHİFƏ / YAZARLAR

Nazirlər soyunur

Prezident isə oğluna sakitcə toy edir

20045    |   2008-05-24 02:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyəsən, dünyanın sonuna bir-iki həftə qalır. Müğənnilər, rəqqasələr nələri varsa çıxarırdılar, indi də nazirlər soyunur. Bəziləri qoymayacaq cümləmə nöqtə qoyum. Səs-küy qaldıracaqlar, deyəcəklər ki, sabitliyi pozmaq istəyirəm, qaşınmayan yerdən neft çıxarıram. Biriləri başqa məsələdən tutub əl çəkməyəcək. Deyəcəklər ki, havalar isti keçir, tər adamı yuyub aparır. Nazir olanda nə olar, istidən boğulası deyil ki...
   Qardaşlarım, imkan verin cümləmi tamamlayım. Mən başqa dövlətdə baş verənlərdən yazıram. Ağlım hələ ki, yerindədi. Əfəndilər, İtaliyada bəzi nazirlər lütdənir. Baş nazir Silviyo Berluskoni yenə bütün dünyanı təəccübləndirir. Keçmiş manikeni öz komandasına gətirib. Komandasına deyəndə ki, naziri futbol oynadası deyil. Gözəl-göyçək arvadı nazir təyin edib. Nazirin adın özüm yazmadım. Biz də onsuz da qəribə xasiyyət var, soyunanın adını quyunun dibində də olsa tapıb öyrənəcəyik. Berluskoninin etimad göstərdiyi arvad quyunun dibində deyil ki, o boyda vəzifəsi var.
   İndiki nazir əvvəllər əli dinc durmurmuş, tez-tez düymələrin açırmış. İtaliyada çıxan kişi jurnalları üçün o qədər çılpaq şəkillər şəkdirib ki, indi də bığıburmalar onu görəndə gözlərinə işıq gəlir. Berluskoninin sözü keçən nə qədər şəhər, qəsəbə, kənd var, hər yerdə keçmiş top-model - təzə naziri həvəslə gözləyirlər. İtaliya camaatı Avropanın tən ortasında yaşasalar da o qədər sadəlövhdülər ki, gəl görəsən. Onlar elə gəlir təzə nazir köhnə adətini tərgitməyib, çatan kimi soyunub poz verəcək. Daha bilmirlər ki, hökumət üzvü olmaq, o boyda vəzifə tutmaq başqa şeydir. Kabinet, rəngbərəng telefonlar adamı tam dəyişə bilir. Adamın lap qədim dostu uşaq bağçasında təsərrüfat müdiri keçəndən sonra adama heç salam vermir.
   Nazir xasiyyətini niyə dəyişməsin ki...
   Sözün açığı, belə yazıb İtaliya camaatının ümidlərini qırmaq istəmirəm. Bildiyimə görə oralarda da çörəyin qiyməti bahalaşdığından əhali ümidlə dolanır. Nahar vaxtı, şam yeməyi zamanı qazanlarında ümid qaynayır. Camaat, ruhdan düşməyin, doğrudan da, bəlkə nazir xasiyyətini dəyişmədi, köhnə işi yadına düşən kimi soyunmağa başladı. O da xoşbəxt oldu, siz də. Naziri ilə xalqı eyni vaxtda xoşbəxt olan məmləkətdə yaşamağa dəyər.
   Amerikada xoşbəxtlik məsələsi çoxdan həll olunub. Buş özü hələ xoşbəxt olmazdan xalqını ağ günə çıxarıb. İndi də İraq camaatını xoşbəxt etmək istəyir. Düzdü, araya qanqaraçılıq düşdüyündən buna nail ola bilmir. Buş dedim yadıma bir məsələ də düşdü. İran prezidenti Əhmədinejat amerikalı həmkarından əl çəkmir. Buş qızına toy edən kimi Əhmədinejat da oğlunu evləndirdi. Buşun qızı ərinin evinə çatıb nəfəsini dərməyə imkan tapmamış İranda toy oldu. Toy deyəndə ki, İran prezidenti də qəribə adamdı. Beş-altı yaxın adamını çağırıb evinə, meyvə və çayla toyu yola verib. Bizdə kiçik toya 452 adam dəvət edir, masanın üstünə 442 adda yemək düzürlər. Musiqiçilərin sayı Andorra Milli Ordusunun sayından çox olur.
   Nə isə, İtaliyanın naziri soyunmamış bir xarici xəbəri də yazım, sonra yadımdan çıxar. İndoneziyada benzinin qiyməti qalxdığından camaat etiraz aksiyası keçirir. Maraqlı bilirsiz nədi? Ən çox etiraz edənlər evdar qadınlardı. Onlara deyən lazım ki, evdar qadınsız, benzinin qiymətinin qalxmasından sizə nə? Mətbəxdə maşın sürəcəksiz?
   Özləri bilərlər, nazirləri soyunmaq istəyir, qoy soyunsun. Yanacağın qiyməti qalxır, qoy qalxsın. Yaxşı ki, bizdə bunların heç biri baş vermir...


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK